Məhkəmə qərarları › İş №2-1(112)-8137/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8137/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8137/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 15 saylı evin 1-ci blokunun 8-ci mərtəbəsində onun üçün ayrılmış 24 saylı mənzil üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid 15 saylı evin, 24 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid 15 saylı evin, 24 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. ”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü ildə "xxxx" İdarəsi tərəfindən Lökbatan qəsəbəsi, 1595-ci keçid, 15 saylı evin 1-ci blokunun 8ci mərtəbəsində onun üçün ayrılmış 24 saylı mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması və həmin mənzilə dair çıxarış və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə "xxxx" Baş İdarəsi tərəfindən qərarı ilə ona Lökbatan qəsəbəsi, 1595-ci keçid, 15 saylı evin 1-ci blokunun 8-ci mərtəbəsində 24 saylı mənzil verilmişdir. Yaşayış evi tam təmir təmir edilib istismara verilmədiyindən həmin dövrün qaydalarına əsasən mənzilə order verilməmiş, lakin bu fakt X6 İttifaqının rəsmi arayışı verilməklə təsdiq olunmuşdur. (arayışın surəti əlavə olunur) Bu ərəfədə yaşayış evi əslən Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt olunduğundan sənədləşdirmə prosesi hazırki vaxta qədər obyektiv səbəbdən baş tutmamışdır. Mənzilə dair heç vaxt hər hansı mübahisə olmamış və hazırda da yoxdur. Ona görə də qeyd olunan arayışı cavabdehə təqdim edərək sözü gedən mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahş etmişdir. Lakin, cavabdeh qeyd olunan mənzilə mülkiyyət hüququnun tanınmasından və çıxarış verilməsindən imtina etmişdir. İmtina barədə xx.xx.2025-ci il tarixli məktubun məzmunundan isə belə məlum olur ki, ərizənin təmin olunması üçün hər bir halda order-tələb, olunur. Hazırda isə müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən mənzilə order verilməsi mövcud qanunlarla nəzərdə tutulmamışdır. Yuxarıda qeyd etdiyi kimi isə qeyd olunan mənzil faktiki və hüquqi baxımdan ona ayırılmış, məcburi köçkünlər məskunlaşdığı üçün həmin ünvana pasport qeydiyyatına alına və yaşayış sahəsindən istifadə etmək imkanımız olmamışdır. Mənzilin ona məxsus olmasını mübahisələndirən, yaxud şübhə altına alan hər hansı hal mövcud deyil. Ona görə də hesab edir ki, təqdim etdiyi sənəd ona ayrılmış mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, mənzilə texniki baxışın keçirilməsi üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili məhkəməyə vəsatət verərək başqa məhkəmə iclasınd aiştirak etməsi ilə bağlı hazıkrı məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, lakin hazırkı məhkəmə iclasında iştirakının mümknü olmamasını üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə MPM-in 185.1-ci və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, eyni zamanda iddiaçının vəkili ilə əvvəlki məhkmə iclaslarında işin hallarının müzakirəsi aparıldığından işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı Lökbatan qəsəbəsi, 1595-ci keçid, 15 saylı evin 1-ci blokunun 8-ci mərtəbəsi, 24 saylı mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması və həmin mənzilə dair çıxarış və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının heç bir hüquqmüəyyənedici sənəd təqdim etməməsi əsası ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi "xxxx" Baş İdarəsi Azad Həmkarlar İttifaqının arayışının surətini təqdim etmişdir. Həmin arayışa qeyd edilmişdir ki, iddiaçıya Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev №5, mənzil 24, blok 1, mətərəbə 8 ünvanında 3 (üç) otaqlı mənzil verilmişdir. Bina hazır olmadığından order verilməmişdir. Məhkəmə ilk növbədə qeyd edi ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçının təqdim etdiyi sənəd surətdir. Məhkəmə "xxxx" QSC-nə xx.xx.2025-ci il tarixli sorğu ünvanlayaraq, iddiaçıya "xxxx" Baş İdarəsi Azad Həmkərlar İttifaqı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 15 saylı evin, 24 nömrəli mənzil verilib-verilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025ci il tarixli məktubuna əsasən, müstəqil təşkilat olan "xxxx" Baş İdarəsi Azad Həmkarlar İttifaqının arxiv sənədləri ASCO-nun arxivində saxlanırlmr. Bu səbəbdən də iddiaçıya Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 15 saylı evin, 24 nömrəli mənzil verilib-verilməməsi barədə məlumatların təqdim edilməsi imkan xaricindədir. Həmçinin məhkəmə araşdırması zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 152 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 17 nömrəli arayışına əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 15 saylı ev, mənzil 24, dövlət mənzil fonduna aiddir və Qaradağ rayon İcra Hakimiyyəti MKTB-nin balansındadır. İddiaçı onlara heş bir sənəd təqdim etmədiyinə görə onunla bağlı 152 saylı MKİS-də hər hansı məlumat yoxdur. Həmin mənzil xüsusi təyinatlı deyil. Mənzildə X2. X1, X4, X3 yaşayırlar. Göründüyü kimi, iddiaçı mötəbər hüquqmüəyyənedici sənədə malik olması məhkəmə tərəfindən müəyyən edilmir. Həmçinin iddiaçı sözügedən mənzildə qeydiyyatda olmamaqla, yaşamır və mənzil onun istifadəsində deyil. Həmin mənzildə digər şəxslər qeydiyyatda olmaqla, yaşayırlar. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır.: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlərlə bağlı digər bir normativ sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısıdır ki, iddiaçı həmin Siyahıda sadalanan sənədlərdən hər hansı birini də təqdim edə bilməmişdir. İddiaçı yuxarıda sadanan hüquqmüəyyənedici sənədlərə malik olmadığından məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi mənzil üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar