Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8138/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, iddiaçı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin cavabdeh Mediasiya Şurası Bakı 18 saylı Mediasiya Təşkilatına qarşı arayışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi cavabdeh Mediasiya Şurası Bakı 18 saylı Mediasiya Təşkilatına qarşı arayışın ləğv edilməsi barədə iddia qaldıraraq, 18 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilərək, X6 verilmiş 17 yanvar 2022-ci il tarixli “X12nda iştirak edilməməsi barədə arayış”ın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı X8 30 yanvar 2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 sədrinin 01 dekabr 2022-ci il tarixli 50/k nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və işi buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsinə 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 17 yanvar 2022- ci ii tarixli "X12nda iştirak edilməməsi barədə Arayış" əlavə etmişdir. İddianın verilməsi barədə məlumat 21 fevral 2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə Agentliyə bildirilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. X10 Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinə əlavə etdiyi 17 yanvar 2022-ci il tarixli "X12nda iştirak edilməməsi barədə Arayış" "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun tələbləri pozulmaqla tərtib edildiyindən həmin arayış iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair tələbə riayət edilməsi kimi qəbul edilə bilməz. Arayış qanunsuz tərtib edildiyindən ləğv edilməlidir. Mövcud qanunvericiliyə görə əmək mübahisələri ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl mediasiya prosesi tətbiq edilməli, bunun təsdiqi olaraq məhkəməyə həmin prosesin tətbiq edilməsini təsdiq edəcək müvafiq rəsmi sənəd iddia ərizəsinə əlavə edilməlidir. X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlandığı Mediasiya Prosesinin tətbiqi barədə təklifi X11 Heyyətinin 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib edilməmiş, həmçinin orada mediasiya prosesinin keçiriləcəyi hər-hansı bir mediasiya təşkilatı və onun ünvanı qeyd edilməmişdir. Bununla da İntiqam Hacıyev "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun 21.6-cı maddəsini pozmuşdur. Bundan sonra, 18 saylı Mediasiya təşkilatının mediatoru X1 tərəfindən tərtib edilərək, Agentliyə ünvanlanan xx.xx.2023-cü il tarixli X12 barədə bildirişin də qeyd edilən sessiyasının xx.xx.2023-cü il tarixdə keçiriləcəyi göstərilsə də, həmin bildiriş X11 Heyyətinin 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olmamış, bildirişdə X5 keçirilməsi barədə Mediasiya Təşkilatına kimin (X3 adı) müraciət etməsi göstərilməmişdir. Həmçinin, bildiriş üzərində qeyd edilən X5 keçirələcəyi tarixdən cəmi 4 gün əvvəl (Qanuna əsasən isə azı 5 gün əvvəl təqdim edilməli idi), yəni 13 yanvar 2023-cü il tarixdə Agentliyə təqdim edilmişdir. Bununla da İMS göndərən mediator və mediasiya təşkilatı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.8; 28; 29.2 və 12.2.7-ci maddələrində qeyd edilən imperativ xarakterli tələblərə riayət etməyərək Agentliyin hüquqlarını kobud surətdə pozmuşlar. İddiaçı və mediator “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun və “Mülki Prosessual” Məcəlləsinin yuxarıda qeyd edilmiş tələblərinə riayət etməmişlər və nəticədə 17 yanvar 2022-ci il tarixli "X12nda iştirak edilməməsi barədə Arayış” “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə mediator X1 tərəfindən tərəfindən formal olaraq tərtib edilərək iddiaçıya verilmiş, bununla da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “X12nda iştirak edilməsi barədə” 17 yanvar 2023-cü il tarixli MŞB-18/2023-00025 №li arayşın surətindən müəyyən olunur ki, həmin arayış X9 tərəfindən təsvir edildiyi kimi “əmək mübahisəsi”nə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixində saat 12:00-da keçirilməsi nəzərdə tutulan X12nda iştirak etdiklərini təsdiq etmək üçün verilmişdir. xx.xx.2023-cü il tarixdə bildiriş və sms bildiriş göndərilmiş, tərəf iştirak etməyəcəyini bildirmişdir və X5 keçirilməsi ilə bağlı X13 tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Hazırda iddiaçı iddia edir ki, 18 saylı Mediasiya təşkilatı tərəfindən qəbul edilmiş X12nda iştirak edilməməsi barədə MŞB-18/2023-00025 saylı xx.xx.2023-cü il tarixli arayış qanunsuz olaraq qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində aşağıdakı anlayışlar verilmişdir: mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses(1.0.1.); mediator – peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxs (1.0.3); mediasiya təşkilatı – bu Qanunun 11.1-ci maddəsində müəyyən edilmiş hüquqi şəxs (1.0.4.). Həmin Qanunun 11.1-ci maddəsinə əsasən Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyrikommersiya hüquqi şəxsidir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Mediasiya Şurası bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi məqsədilə, mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Mediasiya Şurasının nizamnaməsinin 1.1-ci bəndində “Mediasiya Şurası” (bundan sonra- “Şura”) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, həmin Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan funksiyaları həyata keçirmək məqsədilə mediasiya təşkilatının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvülüyü, üvlərinin hüquq bərabərliyi prinsipləri əsasında daimi əsaslarla fəaliyyət göstərən, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən, öz faliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın V bəndində qeyd olunmuşdur ki, Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər bu təsnifata daxildir. İş üzrə müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nda inzibati orqanların adları sırasında qeyri-kommersiya hüquqi şəxsi olan Mediasiya Şurası qeyd edilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sənəd (cavabdeh mediator Bakı 18 saylı Mediasiya təşkilatının qəbul etdiyi arayış) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur. Həmin arayış ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməmiş və ünvanlandığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.4 və 2.3cü bəndlərinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Bununla yanaşı iddiaçının hazırda mübahisələndirilən mediator arayışı ilə razı olmadığı təqdirdə, arayışın verilməsinə əsas olmuş mübahisə üzrə işə mahiyyəti üzrə baxacaq müvafiq məhkəmədə, sənədlərin yenidən tərəflərin birgə iştirakı ilə müzakirə olunması üçün mediatora qaytarılması barədə vəsatət qaldırmaq hüququ var. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin cavabdeh Mediasiya Şurası Bakı 18 saylı Mediasiya Təşkilatına qarşı arayışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8138/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8138/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver