Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-814/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “X9 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X9 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********190528 nömrəli, 26 oktyabr 2020-ci il tarixli aktının, həmin akt əsasında qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********142636 nömrəli, 16 dekabr 2020-ci il tarixli qərarının, həmin qərar əsasında qəbul olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********274700 nömrəli, 18 mart 2021-ci il tarixli qərarının, vergi borcunun maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********762900 nömrəli (tarixsiz) tələbnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səyyar vergi yoxlaması aktı əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********142636 nömrəli Qərarı ilə Filiala 678.904,44 manat vergi hesablanmış və 78.331,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. **********190528 saylı, xx.xx.2020-ci il tarixli akta əsasən filialda: 1.Mənfəət vergisi üzrə 2016-cı ilə 30,242.87 manat, maliyyə sanksiyası 15,121.44 manat, 2017- ci ilin mənfəət vergisi üzrə 15,621.15 manat, maliyyə sanksiyası 7,810.58 manat; 2.ƏDV üzrə 2017-ci ildə 58,556.72 manat hesablama və 29,278.36 manat maliyyə sanksiyası; əmlak vergisi üzrə 2016 ilə 7,445.88 manat, 2017-ci ilə 3,434.02 manat azalma; 3.ÖMV-si üzrə 2017-ci ilin 32,001.33 manat azalma; 2019-cu il üzrə 141,041.09 manat ÖMV- dən hesablama və 70520.55 manat maliyyə sanksiyası; 4.MDSS üzrə 2016-cı il üçün 242,919.07 manat və 121,459.54 manat maliyyə sanksiyası, MDSS üzrə 2017-ci ilə 7039.30 manat azalma; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi 240,444.07 manat hesablama və 120,222.04 manat maliyyə sanksiyası təklif edilmişdir. Mənfəət vergisi üzrə aktda kranlarla bağlı 2016-ci il üzrə 228,934.33 manat amortizasiya, 7445.88 manat əmlak vergisi, 2017ci il üzrə 220.91 manat amortizasiya, 3434.02 manat əmlak vergisi əsassız olaraq xərclərdən çıxılmışdır. Filialın gəlirin əldə edilməsi ilə bağlı sahibkarlıq fəaliyyətində istifadə üçün kranlar idxal olunmuşdur. Həmin kranlar X2 şirkətinə icarəyə verilmişdir və icarə haqqı filialın gəlirində əks olunaraq, mənfəət və ƏDV-yə cəlb olunmuşdur. Vergi orqanının istinad etdiyi və CMK Mammoth Gulf BV Dubay şöbəsi ilə bağlanmış 15013078 və 15005439 nömrəli müqavilələr kranların icarəsinə aid deyil. İcarəyə götürülmüş digər avadanlıqların siyahısı müqavilələrdə əks olunmuşdur, onlar filialın balansına götürülməmişdir və həmin avadanlıqlar üçün qeyri-rezidentlərə ödənilmiş icarə haqları 14% ÖMV-nə və 18% qeyri-rezident ƏDV-nə cəlb edilmişdir və müvafiq ÖMV və ƏDV bəyannamələrində əks olunmuşdur. Kranlara gəldikdə isə amortizasiya və əmlak vergisi əvvəlki illərdə də hesablanmışdır və səyyar, həmçinin kameral yoxlamalar tərəfindən qəbul olunmuşdur. ƏDV üzrə qeyd etmək lazımdır ki, filial CMK Mammoth Gulf BV və Mammoet FZE şirkətlərindən daxil olmuş hesablar aşağıdakı qaydada olmuşdur: 1. CMK X11 - icarə haqqı - 49635.18 manat; 2.CMK X11 - demobilizasiya xidmətləri - 101638.03 manat; 3.Mammoet FZE - demobilizasiya xidmətləri - 7134.93 manat. Avqust 2017-ci il üçün təqdim olunmuş ƏDV Bəyannaməsinin 7 saylı Əlavəsində CMK Mammoth Gulf BV Dubai şirkətinə ödənilmiş 459206.35 manata 82657.14 manat ƏDV hesablanaraq əvəzləşdirilmişdir. Əlavə olaraq Mammoet FZE şirkətinə aparılmış 57981.80 manat ödənişə 10436.72 manat ƏDV əvəzləşdirilmişdir. Cəmi ƏDV Bəyannaməsi ilə əvəzləşdirilən ƏDV 93093.87 manat təşkil etmişdir. Yoxlama ilə heç bir əsaslandırma olmadan, sadəcə təsdiq olunmamış xərclər kimi göstərilən 58556.72 manat əvəzləşdirmənin ləğvi tam əsassızdır. Aktda göstərilən şirkətlərin filiala göstərdiyi demobilizasiya xidmətləri Filial tərəfindən xx.xx.2016 il tarixli HM 004751 saylı ƏDV-siz ******* AZN, xx.xx.2016 il tarixli HM 635651 saylı ƏDV-siz 37387.35 AZN, xx.xx.2016 il tarixli HM 635688 saylı ƏDV-siz 31060.26 AZN, xx.xx.2016 il tarixli HM 635711 saylı ƏDVsiz 26145 AZN, xx.xx.2017 il tarixli HO 932407 saylı ƏDV-siz 34044 AZN, xx.xx.2017 il tarixli HO 932408 saylı ƏDV-siz 17022 AZN məbləğində vergi hesab fakturalarla Sifarişçiyə ötürülərək gəlirdə əks olunmuşdur və gəlirdən çıxılmışdır. Aktla Avqust 2017-ci ilə 58,556.72 manat ƏDV hesablanmışdır. Aktın 16-cı sətrinə əsasən CMK X11 BV və Mammoet FZE şirkətlərinə aparılan ödənişlərə hesablanmış ƏDV əvəzləşdirilə bilməz çünki bu şirkətlərdən daxil olan hesablar xərclərdən yoxlama ilə çıxarılır. ÖMV üzrə aktla (səh. 19) 2019-cu ilin 2-cü rübünə xalis mənfəətdən 10% vergi kimi 141,041.09 manat hesablanmışdır və 50% maliyyə sanksiyasının tətbiqi təklif edilmişdir. Filial tərəfindən 2016-cı ilin 4-cü rübündə baş ofis CMK Mammoth Gulf BV Niderlanda köçürmə edilmişdir və həmin dövrün ÖMV Bəyannaməsində 2,756,548.40 manat xalis mənfəət 10% 275,654.84 manat vergi ödəmə mənbəyində tutulmuşdur və büdcəyə ödənilmişdir. Aktın 19-cü səhifəsində CMK X11 şöbəsinə və Mammoet FZE şirkətinə istinad olunaraq Vergi Məcəlləsinin 126-cı maddəsinə zidd olaraq 10% vergi hesablanmışdır. Halbuki CMK X11 və Mammoet FZE şirkətləri Filialın təsisçisi-baş ofisi deyillər. Eyni zamanda filialın Sifarişçisi olan Caspian Shipyard şirkəti təqdim etdikləri hesabları tamamilə filialın Kapital Bankdakı hesabına manatla ödəmişdir. 2019-cu il ərzində Filial tərəfindən baş ofisə xalis mənfəət kimi ödəniş olmadığını nəzər alaraq, aktla 141,041.09 manat vergini hesablanması Vergi Məcəlləsinin 126-cı və 150.1.6-cı maddələrinə ziddir. MDSS üzrə aktin (19-cu səhifə) təhlili göstərir ki, vergi orqanı təqdim edilmiş sənədlərə əsasən qeyrirezident CMK Mammoth Gulv BV və Mammoet Europe BV şirkətlərindən daxil olmuş hesablara 20% rentabellik tətbiq edilir və qalan 80% işçinin ələ aldığı əmək haqqı kimi, vergi hesablayır. İlk növbədə hesablama Vergi Məcəlləsinə ziddir. Vergi orqanının Gross əmək haqqı - 2500)*25%+2500*14%)-Gross əmək haqqı*3%=net əmək haqqı 0.72 Gross əmək haqqı+net əmək haqqı-275 Gross əmək haqqı+(net əmək haqqı-275)/072 həm riyazi cəhətdən səhvdir, eyni zamandada bu düstur Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Aktın 18 və 20-ci səhifələrində qeyd olunur ki, avqust 2016- dekabr 2016-cı il dövrünə 9 xarici əməkdaş (David Moffitt, X15, X14, Tom Smith, X12, Michael Jordan, M.X.Tieman, X7, X5) üçün əmək haqqı 971,676.26 manat az hesablanmışdır və müvafiq olaraq 240,444.07 manat gəlir vergisi 242,919.07 manat sosial ayırmalar hesablanmışdır, amma aktda 2016-cı ilin dekabr ayında əks olunmuşdur. Lakin həmin xarici əməkdaşlar Azərbaycanda əsasən Yanvar -İyul 2016-cı illərdə olmuşlar və bu dövr yoxlama predmeti olmamışdır. Göründüyi kimi, xarici əməkdaşlar Avqust-Dekabr 2016-cı il dövründə Azərbaycanda cüzi günlər olmuşlar və bunun müqabilində onlara 971,676.26 manat əmək haqqı, gəlir vergisi və sosial ayırmalar hesablanması tam əsassızdır. Aktın 18-ci səhifəsinə əsasən Mammoet Europe BV və Mammoet Malaysiya arasında bağlanmış müqavilədə 20% ticarət əlavəsi nəzərdə tutulmuşdur. Buna əsasən vergi orqanı filialın 9 xarici əməkdaşına əmək haqqı, əmək haqqına gəlir vergisi və sosial ayırmalar hesablamışdır. Aktın 18-ci səhifəsində qeyd olunan Mammoet Europe BV və Mammoet Malaysiya şirkətləri ilə bağlanan müqavilələrə baxdıqda 20% ticarət əlavəsindən deyil, 20% qaimə xərclərinin qeyd olunduğu yazılmışdır. Beleliklə, aktla aparılan hesablamalar səhv mülahizəyə əsaslanır və tam əsassızdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yazılı vəsatətlə məhkəməyə müraciət edilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasindakı Filialının iddia tələbi xx.xx.2020ci il tarixli **********142636 nömrəli Qərarın ləğv edilməsi hissəsində Dövlət Vergi Xidmətinə münasibətdə mümkünsüz hesab edilməsi, xx.xx.2021-ci il tarixli **********190528 nömrəli, xx.xx.2020-ci il tarixli **********142636 nömrəli qərarların, **********762900 nömrəli tələbnamənin ləğv edilməsi hissəsində isə cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə, cavabdehin vəsatəti əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi hissəsində təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən 2016-cı il üzrə gəlir və xərclər aşağıdakı kimi müəyyən edilmişdir: 2016-ci il üzrə görülmüş iş və xidmətlərdən əldə olunan gəlir 6480528.79 manat (o cümlədən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 6357689.83 manat, xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqi 122838.96 manat), gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2673690.62 manat (o cümlədən: əmək haqqı 1509957.66 manat o cümlədən xarici əmkdaşlar 1436372.68 manat, sosial sığorta haqları üzrə 332190.68 manat, bank xərcləri 36153.18 manat, icarə haqqı 14717.45 manat, digər xərclər 780671.65 manat, amortizasiya ayırmaları 0.0 manat, gəlirdən çıxılan vergilər 0.0 manat o cümlədən əmlak vergisi 0.0 manat) vergiyə cəlb olunan mənfəət 3806838.17 manat müəyyən edilmiş və müvafiq olaraq 20% dərəcə ilə 761367.63 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən 30242.87 (7613xx.xx-731124.76) məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 30242.87 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 15121.44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017-ci il üzrə görülmüş iş və xidmətlərdən əldə olunan gəlir 603995.21 manat (o cümlədən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 742516.28 manat, xarici valyutanın manata nisbətən mənfi məzənnə fərqi 138521.07 manat), gəlirin əldə edilməsi ilə bağlı xərcləri 525889.44 manat (o cümlədən: əmək haqqı 131998.53 o cümlədən xarici əmkdaşlar 51048.23 manat, sosial sığorta haqları üzrə 29039.68 manat, icarə haqqı 10793.87 manat, bank xərcləri 28420.26 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi,xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 325637.10 manat, amortizasiya ayırmaları 0.00 manat, gəlirdən çıxılan vergilər 0.00 manat o cümlədən əmlak vergisi 0.00 manat) vergiyə cəlb olunan mənfəət 78105.77 (800xx.xx-1902.14) manat müəyyən edilmiş və müvafiq olaraq 20% dərəcə ilə 15621.15 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən 15621.15 (15621.15-0.00) məbləğində mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 15621.15 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 7810.58 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən hazırkı yoxlama ilə ƏDV aşağıdakı qaydada hesablanmışdır. Belə ki, görülmüş iş və xidmətlərə görə ƏDV cəlb olunan dövriyyə 4500055.07 manat, qeyri rezident tərəfindən göstərilmiş xidmətlərə görə dövriyyə 2159472.83 manat və müvafiq olaraq hesablanmış ƏDV 810 009.91 manat və 388705.11 manat və əldə edilmiş VHF, YGB və onu əvəz edən digər sənədlərə əsasən əvəzləşdirilən ƏDV 383234.56 manat büdcəyə çatası ƏDV məbləği 815480.46 manat müəyyən edilmişdir. Beləliklə, büdcəyə əlavə olaraq 58556.72 (815480.46 -756923.74) manat məbləğində ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 58556.72 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 29278.36 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. MÖMV üzrə: Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Filial tərəfindən xarici fiziki şəxsərin Azərbaycan mənbəyindən əldə etdikləri gəlirləri (əmək haqqı və ya ona bərabər tutulan gəlirləri) düzgün göstərilməmiş və nəticədə MÖMV azaldılmışdır. Beləliklə, Filial ilə “Mammoet Europe B. V" və “Mammoet Malaysiya” arasında bağlanmış müqavilələrə, invoyslara və onun əlavələrinə əsasən xarici əməkdaşlara (David Moffitt, X16, X14, Tom Smit, X13, Michael Jordan, M.X. Tiemanx, X7, X3) 2016-ci ilin avqust - dekabr ayları üzrə 288 222.75 manat əmək haqqı hesablanmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə (müqavilə, invoys və onun əlavələrinə) əsasən müəyyən edilmişdir ki, layihə xidmətlərinə görə tərəflər arasında yəni filial ilə “Mammoet Europe B.V" və “Mammoet Malaysiya” arasında bağlanmış müqavilələrə əsasən xidmətin dəyəri 20% ticarət əlavəsi, qalan hissəsi isə mütəxəssislər tərəfindən göstərilən xidmətlərə görə ödəniləcək xidmət haqqından ibarətdir. Belə ki, “Mammoet Europe B.V" tərəfindən göstərilən və ödənilən xidmətin dəyəri 2016-ci il üzrə 1 064 601.71 manat, “Mammoet Malaysiya” tərəfindən göstərilən və ödənilən xidmətin dəyəri isə 6 921.04 manat təşkil edir. Xarici əməkdaşların (David Moffitt, X16, X14, Tom Smit, X13, Michael Jordan, M.X.Tiemanx, X7, X3) iş saatları nəzərə alaraq, və əmək məcəlləsinin 154-cü maddəsinə əsasən müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi (bizim misalda xidmət müqaviləsində) ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (birbaşa qeyri-rezindentə ödənilən xidmət haqqının tərkibində olan ödəniş nəzərə alınaraq), habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu (yemək pulu, ölkədə qalma və sair) olduğuna görə, bağlanmış müqavilərin ticarət əlavəsi nəzərə almamaqla, qeyri-rezidentlərə ödənilmiş xidmətin dəyəri 887 168.09 və 22434.20 manat (1064601.77/1.20 və 26 921.04/1.20) - ödənilmiş əmək haqqı kimi Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən qiymətləndirilmişdir. Eyni zamanda, hesablanmalı əmək haqqı müəyyənləşdirmək üçün, mütəxəssislərin sayı nəzərə alınmaqla və ümumilikdə hesablanmalı əmək haqqı 2500 manatdan yuxarı olduğu üçün, aşağıdaki hesablama verilmişdir: Gross Əmək haqqı - ((Gross əmək haqqı -2500) * 25%+2500*14%)-Gross Əmək haqqı*3%= Net Əmək haqqı 0.72 Gross əmək haqqı = Net Əmək haqqı -275 Gross əmək haqqı= (Net əmək haqqı -275)/0.72 Beləliklə, bir nəfərin hesablanmış əmək haqqı müəyyənləşdirəndən sonra, və mütəxəssislərin sayı (9 nəfər) nəzərə almaqla, cəmi hesablanmalı əmək haqqı 1259 899.02 manat ((909602.29- 9*275)/0.72) olduğu müəyyən edilmişdir. Nəticədə vergi ödəyicisi tərəfindən təqdim edilmiş MÖMV bəyannaməsində göstərilmiş yuxarıda qeyd olunan 9 nəfər xarici əməkdaşlara görə hesablanmış 288 222.75 manat əmək haqqı nəzərə alınmaqla əlavə olaraq 971676.26 (1259 899.02-288 222.75) manat məbləğində əmək haqqı hesablandı və müvafiq olaraq yoxlama ilə 240444.07 manat (9716xx.xx-2500*9) *25%+350*9) məbləğində MÖMV hesablanmışdır. Beləliklə, büdcəyə əlavə olaraq 240444.07 manat məbləğində MÖMV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 240444.07 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 120222.03 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən (ayrı-ayrı fiziki şəxslərlə bağlanmış xidmət müqavilələri, təhvil-təslim aktları, ödəniş sənədləri və sair) müəyyən edilmişdir ki, filial tərəfindən Sosial Sığorta haqqında Qanunun 14.3.1 -ci maddəsinin tələbləri pozulmuş və nəticədə büdcəyə çatası MDSS üzrə 242919.07 manat (o cümlədən 2016-cı il üzrə 3% 29150.29 manat, 22% üzrə isə 213768.78 manat) məbləği azaldılmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, filial tərəfindən xarici fiziki şəxsərin Azərbaycan mənbəyindən əldə etdikləri gəlirlər ( o cümlədən “Mammoet Europe B.V" (David Moffitt, X16, Tom Smit, Michael Jordan, M.X.Tiemanx, X7, X3) və “Mammoet Malaysiya” (X14, X13,)) düzgün göstərilməmiş və nəticədə əmək haqqı və ya ona bərabər tutulan ödənişlər 971676.26 (1259 899.02-288 222.75) manat məbləğində azaldılmış və nəticədə MDSS azaldılmışdır.Eyni zamanda 2017-ci ilin 1 -ci rübü üzrə 7039.30 manat məbləğində artıq hesablandığı müəyyən edilmişdir. ÖMV: Yoxlama zamanı müəyyən edilmişdir ki, Filial ilə "CMK Mammoth Gulf B.V." Dubay şöbəsi arasında bağlanmış müqaviləyə əsasən layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan xərclərə görə qeyri - rezidentə "CMK Mammoth Gulf B.V." Dubay şirkətinə 267330.99 manat ödəniş aparılmış və həmin ödənişdən 10% 26733.10 manat ÖMV hesablanmışdır. Yoxlama ilə həmin məbləğ gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün xərclərin tərkibindən çıxarıdığı və müvafiq olaraq 20% həcmində MV hesablandığı üçün ÖMV 26733.10 manat azaldılmışdır. Bunundan başqa, Filial ilə “Mammoth FZE” (BƏƏ-Dubay) şirkəti arasında bağlanmış müqaviləyə əsasən layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan xərclərə görə “Mammoth FZE” (BƏƏ- Dubay) şirkəti üzrə ödənilmiş 52682.34 manat görə ÖMV 5268.23 manat ÖMV hesablanmışdır. Yoxlama ilə həmin məbləğ gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün xərclərin tərkibindən çıxarıdığı və müvafiq olaraq 20% həcmində MV hesablandığı üçün ÖMV 5268.23 manat azaldılmışdır. Eyni zamanda yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, filialın xalis mənfəət məbləği 4238064.36 manat olduğu halda, elan edilmiş 2756548.40 manat dividentdən müvafiq olaraq 10%- 275654.84 manat vergi tutulduğu müəyyən edilmişdir. VM- nin 13.2.19-cu maddəsinə əsasən xalis mənfəət mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. Yoxlama zamanı bankda olan pul vəsaitinin qalığı 71105.0 min manat nəzərə alınmaqla 1410410.96 manat xalis mənfəət vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri- rezidentə köçürülən (verilən) məbləğlərdən 141041.09 (1410410.96 *10%) manat məbləğində ÖMV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 141041.09 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 70520.55 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili 11 may 2022-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********142636 nömrəli, 16 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 19 may 2022-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2019-cu il tarixli, **********190388 nömrəli Qərarına əsasən “X9 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.2-ci və 38.3.4-cü maddələrinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli **********190528 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktda müəssisə tərəfindən mənfəət vergisinin 2016-cı ildə 30242,87 manat, 2017-ci ildə 15.621,15 manat azaldılması, ƏDV-nin 2017-ci ildə 58.556,72 manat azaldılması, 2016-cı ilin dekabr ayı üzrə 240.444,07 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin və 2019-cu ilin İİ rübü üzrə 141.041,09 manat məbləğində ödəmə mənbəyində tutulan verginin azaldılması, 32001,33 manat məbləğində artıq hesablanması, 10.879,9 manat məbləğində əmlak vergisinin artıq hesablanması, ümumilikdə 443.024,67 manat məbləğində vergilərin az hesablanması və məcburi dövlət sosial sığorta haqları üzrə 242.919,07 manat məbləğində az hesablanması, 7039,3 manat məbləğində artıq heablanması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********142636 nömrəli qərarı ilə Filiala 678.904,44 (728.824,97-49920,53) manat vergi hesablanmış və 78.331,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, Filial ilə CMK Mammoth Gulf B.V. Dubay şöbəsi ilə 15013078 və 15005439 nömrəli ağır qaldırıcı avadanlıqların icarə müqavilələri bağlanmışdır və həmin müqavilələrin 3.3 bəndinə əsasən avadanlıqların mülkiyyət hüququnun hər zaman icarəyə verəndə qalması, İcarəçinin hər hansı bir hüququ və ya mülkiyyət hüququ vermədiyi qeyd olunduğu halda, Filial tərəfindən düzgün olmayaraq icarəyə götürülmüş ağır qaldırıcı avadanlığı əsas vəsait kimi qiymətləndirilmiş və köhnəlmə hesablanaraq gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilmişdir. Qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi müqavilələr kranların icarəsi ilə bağlı deyildir. İş materiallarında olan, “CMK Mammoth Gulf” şirkətinin Azərbaycan filialı (CMK) ilə “X6 Ltd” şirkəti arasında Azərbaycan Respublikasının Bakı şəhərində yarım-dalma qazma qurğusu tikintisi layihəsi üçün tırtıllı kranların icarəyə verilməsinə dair icarə müqaviləri rəsmiləşdirilmişdir. Müqavilənin 4.2 bəndinə əsasən, İcarəçi təsdiqləyir ki, Avadanlıq üzərində mülkiyyət hüququ Avadanlıq İcarəyəverəninə və/yaxud Avadanlıq icarəyəverənin təchizatçısına (təchizatçılarına) və/yaxud X1 (İcarəyəverənlərinə) məxsusdur və hər zaman onlara məxsus olaraq qalmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir; 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır; 114.1-ci maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Ödəmə mənbəyində tutulan vergi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, Filialın xalis mənfəət məbləği 4238064,36 manat olduğu halda, elan edilmiş 2756548,40 manat dividentdən müvafiq olaraq 10%-275654,84 manat vergi tutulduğu müəyyən edilmişdir. Yoxlama zamanı bankda olan pul vəsaitinin qalığı 71105 manat nəzərə alınmaqla 1410410,96 manat xalis mənfəət vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən (verilən) məbləğlərdən 141041,09 (1410410,96*10%) manat məbləğində ÖMV hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 126-cı maddəsinə əsasən, Qeyrirezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Səyyar vergi yoxlaması aktının 1.5 bəndində vergi ödəyicisinin “USD”, “EUR” və “AZN” valyutası üzrə bank hesabının "xxxx" ASC-nin "Yasamal” filialında olduğu qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin məlumatında xx.xx.2019-xx.xx.2019-cu il dövrünü əhatə edən müddətdə “Si-Em-Key-Mammot Qalf B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən baş ofisinə xalis mənfəətdən hər hansı məbləğdə vəsaitin köçürüldüyü öz əksini tapmamışdır. Göründüyü kimi, 2019-cu il ərzində iddiaçı tərəfindən baş ofisə xalis mənfəət kimi ödənişin edilməsi təsdiqini tapmadığından, 141041,09 (1410410,96*10%) manat ödəmə mənbəyində tutulan verginin hesablanması əsassız olmuşdur. Əlavə dəyər verigisi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinin pozulması nəticəsində, Filial ilə CMK Mammoth Gulf B.V. Dubay şöbəsi arasında bağlanmış müqaviləyə əsasən layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan, habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan qeyri - rezidentə CMK Mammoth Gulf B.V. Dubay şirkətinə aparılmış 267333.33 manat ödənişlərə görə 48120,0 manat qeyri - rezidentin ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirilməsi, bundan başqa layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan, habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan qeyri - rezidentə “Mammoth FZE” (BƏƏ- Dubay) şirkətinə aparılmış 57981,77 manat ödənişlərə görə 10436,72 manat qeyri - rezidentin ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Subpodratçı şirkətlər tərəfindən təqdim edilən işlər və xidmətlər gəlirin əldə olunması ilə bağlı olduğu üçün müvafiq elektron qaimə-faktura ilə rəsmiləşdirildiyi halda həmin xidmətlərin haqqı gəlirdən çıxılan xərclərə aid edilmişdir. Bu səbəbdən, 48120,0 manat və 10436,72 manat ƏDV məbləğinin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 169 və 175-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və məcburi dövlət sosial sığorta haqları ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, avqust 2016- dekabr 2016-cı il dövrünə 9 xarici əməkdaş olan David Moffitt, X15, X14, Tom Smith, X12, Michael Jordan, M.X.Tieman, X7, X5 üçün əmək haqqı 971,676.26 manat az hesablanmışdır və müvafiq olaraq 240,444.07 manat MÖMV, 242.919,07 məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.5.1-ci maddəsinə əsasən təqvim ilində 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan fiziki şəxs rezident sayılır; 97.2-ci maddəsinə əsasən, qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Aktda qeyd edilən 9 xarici əməkdaşa 2016-cı il ərzində faktiki olaraq Azərbaycanda əmək faəliyyəti göstərməsi və Vergi Məcəlləsinin 97.2-ci maddəsinə əsasən vergitutma obyekti olan əmək haqqı alması cavabdeh inzibati orqan tərəfindən hər hansı dəlillə sübuta yetirilməmişdir. Eyni zamanda əcnəbi əməkdaşlar üzrə aparılmış əlavə hesablamalar faktiki olaraq Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi nəticəsində olmuşdur. Halbuki, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmçinin, mübahisələndirilən halların tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli 9/8082 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə müəssisə tərəfindən əlavə dəyər vergisi, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi və məcburi dövlət sosial sığorta haqlarının az hesablanması müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehin iddiaya dair etirazında qeyd etdiyi dəlillər ekspert rəyi ilə də təkzib olunmuşdur. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********142636 nömrəli qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********142636 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-814/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-814/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver