Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-814/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) “əlliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində göstərilməklə “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəliyi ilə əlaqədar əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsində müvəqqəti saxlanılma təcridxanasında polis nəfəri kimi işə qəbul edilmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin göndərişinə əsasən xəstəliyi ilə bağlı daxili işlər orqanlarından təxris edilmişdir. Təxris edilməyinə səbəb “insulindən asılı olmayan şəkərli diabet, 2-ci tip, ağır forma” xəstəliyi olmuş və 2-ci dərəcə əlillik təyin edilərək təqaüd verilmişdir. 2021-ci ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüdü kəsildiyi üçün əlillik vəziyətinin qiymətləndirilməsi və təqaüdün təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə səhhətindəki xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlamətləri təyin etmir” qərarı ilə imtina verilmişdir. Həmin imtina əsassızdır və cavabdehin hərəkətləri qanunsuz hesab edilərək əlillik dərəcəsinin verilməsi cavabdehə həvalə edilməlidir. Belə ki, ilk dəfə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli imtinasından sonra tərəfindən yazılı ərizə ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edilərək sağlamlıq imkanları yol verdiyi üçün yenidən daxili işlər orqanlarında xidmətə qayıtmağı barədə müvafiq qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, 2013-cü ildə xəstəliyi ilə bağlı xidmət etdiyi orqanın müvafiq göndərişi əsasında Tibb İdarəsinin Xüsusi Həkim Komisiyasında, tibbi şəhadətləndirməyə cəlb edilmişdir və ona şəkərli diabet tip 2 orta ağırlığında insulin tələbli OU - diabetik, anqiopatiya diabetik nevropatiya, böyrək daşı xəstəliyi, xroniki böyrək çatışmazlığı aşkar mərhələ, nevrotik reaksiyalar ipoxondrik nevroz, kəkləmə orta dərəcəli, xroniki qastrol uodenit xolessistid diaqnozu təyin edilməklə daxili işlər orqanlarından xidmətə yararsız olmağı barədə xəstəlik haqqında şəhadətnamə tərtib edilmişdir. Belə olan halda cavabdehin imtinası tamamilə qanunsuz hesab edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 408/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya müvafiq nəticəyə gəlmişdir: 1-2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində (088 №-li Formada) qeyd edilən “endokrin sistemin xəstəlikləri, maddələr => E10-E-14şəkərli diabet => E11 - insulindən asılı olmayan şəkərli diabet. Diaqnozun mətni: insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli, ağır forma, diabetik polineyropatiya, OU-diabetik retinopatiya, aşağı ətrafların makro və mikro angiopatiyası, XBŞ-İİ-İİİ mərhələ” diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiqlənmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 391/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya müvafiq nəticəyə gəlmişdir: 1-2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən o, hazırda “Endokrin sistemin xəstəlikləri, E10-E14-şəkərli diabet => E 11- insulindən asılı olmayan şəkərli diabet. Diaqnozun mətni: E 11.7 İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli, ağır forma, diabetik polineyropatiya, OUdiabetik retinopatiya, aşağı ətrafların makro və mikro angiopatiyası, XBÇ-İİ-İİİ mərhələ” xəstəliklərindən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “İnsulindən asılı olmayan şəkərli diabet, çox saylı ağırlaşmalarla, şəkərli diabet, tip 2, insulin tələbli, ağır forma. Diabetik polineyropatiya. OU diabetik retinopatiya. Aşağı ətrafların makro və mikro angiopatiyası. (Respublika Endokrinoloji Mərkəzin xx.xx.2021 tarixdə verdiyi rəy)” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Sağlamlıq arayışı haqqında digər müraciəti ilə bağlı isə yaşadığı ərazi üzrə xidmət göstərən tibb müəssisəsinə müraciət etmək xahiş edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 029-81323Ş-4221 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, 2013cü ildə xəstəliyi ilə bağlı xidmət etdiyi orqanın müvafiq göndərişi əsasında Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirilməyə cəlb edilmiş və “Şəkərli diabet tip İİ. Orta ağırlıqda, insulin tələbli OU - diabetik angiopatiya. Diabetik nefropatiya. Böyrək daşı xəstəliyi xroniki böyrək çatışmazlığı aşkar mərhələ. Nevrotik reaksiyalar, İpoxondrik nevroz, kəkələmə orta dərəcəli. Xroniki qastroduodenit, xolesislit” diaqnozu təyin edilməklə daxili işlər orqanlarında xidmətə yararsız olması barədə xəstəlik haqqında şəhadətnamə tərtib edilmişdir. Qüvvədə olan qanunvericilikdə daxili işlər orqanlarından xəstəliyi ilə xaric olunan şəxslərin xidmətə yenidən bərpa olunmaları nəzərdə tutulmamışdır. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin göndərişinə əsasən İddiaçı dair təqdim edilmiş 75 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, o “şəkərli diabet tip İİ, orta ağırlıqda, insulin tələbli. OU – Diabetik angiopatiya. Diabetik nefropatiya. Böyrək daşı xəstəliyi. Xroniki böyrək çatışmazlığı aşkar mərhələ. Nevrotik reaksiyalar. İpoxondrik nevroz, kəkələmə orta dərəcəli. Xroniki qastroduodenit, xolesistit” diaqnozu ilə qiymətləndirilmişdir. Xəstəlik daxili işlər orqanlarında xidmətkeçmə dövründə alınmışdır. Xüsusi Həkim Komissiyasının xidmətə yararlılıq haqqında qərarı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 25 saylı xx.xx.2002-ci il tarixli əmrinin xəstəliklər cədvəlinin 13b, 17b, 72c, 89a maddəsinin İİ qrafasına əsasən daxili işlər orqanlarında xidmətə yararsızdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********8 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Vətəndaşın əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən 2 göndəriş (Forma-088) daxil olmuşdur: Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4400003AAAES nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və xəstənin hazırkı vəziyyətini, ağırlaşmalarını, funksional pozuntularını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslaşmış müalicə məsləhət görüldüyündən, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4400003AAAG5 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və xəstəliyin ağırlaşmalarını təsdiq edən diaqnostik müayinələr və nəticələri, xəstənin hazırkı vəziyyəti, funksional çatışmazlığın dəqiqləşdirilməsi tövsiyə olunduğundan, “Göndərişin natamam doldurulması” qərarı verilmişdir. Qərardan narazı qalan İddiaçı xx.xx.2021-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Çoxsaylı ağırlaşmalarla şəkərli diabet, diabetik polineyropatiya. OU Diabetik retinopatiya. Aşağı ətrafların makro və mikro angiopatiyası. XBÇ-İİ-İİİ mərhələ.” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən təqdim edilmiş 4110003AAAFQ saylı xx.xx.2015-ci il tarixli göndərişə əsasən xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar təkrar müayinə edilərək “Şəkərli diabet İİ tip insulin tələbli. Diabetik angiopatiya, soltərəfli nefrolitiaz” diaqnozu ilə qiymətləndirilmiş (Meyar: 2.2. İkinci dərəcə əlillik = > 2.2.9. Ağır gedişli endokrin və infeksion – allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə) və xx.xx.2016-cı il tarixədək ikinci dərəcə əlillik müəyyən edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli göndərişə əsasən xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar təkrar müayinə edilərək “Şəkərli diabet İİ tip insulin tələbli. Diabetik angiopatiya, soltərəfli nefrolitiaz” diaqnozu ilə qiymətləndirilmiş (Meyar: 2.2. İkinci dərəcə əlillik = > 2.2.9. Ağır gedişli endokrin və infeksion – allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə) və 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik müəyyən edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli poliklinika tərəfindən təqdim edilmiş 4400003AAAES saylı xx.xx.2021-ci il tarixli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə müayinə edilərək “İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet tip 2. İnsulin tələbli, çoxsaylı ağırlaşmalarla. OU – Diabetik angiopatiya. Aşağı ətrafların diabetik angiopatiyası. Diabetik nefropatiya” diaqnozu ilə qiymətləndirilmişdir (Meyar – İmtina edilir; Səbəb – Əlavə müalicəyə ehtiyacın olması; xəstənin hazırkı vəziyyətini ağırlaşmalarını funksional pozğunluğunu dəqiqləşdirmək üçün xəstəyə ixtisaslaşmış müalicə təyin olunur). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli poliklinika tərəfindən təqdim edilmiş 4400003AAAG5 saylı xx.xx.2021-ci il tarixli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə müayinə edilərək “E11.7. İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet, tip 2, insulin tələbli, ağır forma. Diabetik polineyropatiya. OU Diabetik retinopatiya. Aşağı ətrafların makro və mikro angiopatiyası. XBÇ-İİ-İİİ mərhələ. (Respublika Endokrinoloji Mərkəzin xx.xx.2021-ci il tarixdə verdiyi rəy.) Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU Diabetik retinopatiya” diaqnozu ilə qiymətləndirilmişdir (Meyar – İmtina edilir; Səbəb – Göndərişin natamam doldurulması; xəstəliyin ağırlaşmalarını təsdiq edən diaqnostik müayinələr və nəticələri xəstənin hazırkı vəziyyəti funksional çatmamazlıq dəqiqləşdirilsin). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli poliklinika tərəfindən təqdim edilmiş 4400003AAAG5 saylı xx.xx.2021-ci il tarixli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar müayinə edilərək “E11.7. İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet, tip 2, insulin tələbli, ağır forma. Diabetik polineyropatiya. OU Diabetik retinopatiya. Aşağı ətrafların makro və mikro angiopatiyası. XBÇ-İİ-İİİ mərhələ. (Respublika Endokrinoloji Mərkəzin xx.xx.2021-ci il tarixdə verdiyi rəy.)” diaqnozu ilə qiymətləndirilmişdir (Meyar – İmtina edilir; Səbəb – Diaqnoz əlillik əlaməti təyin etməməsi). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 4400003AAAG5 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətəndaşa əlavə əyani müayinə aparılaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2014cü il tarixli 75 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Şəkərli diabet tip İİ. ortaağırlıqda. insulin tələbli. OU-Diabetik angiopatiya. Diabetik nefropatiya. Böyrək daşı xəstəliyi. Xroniki böyrək çatışmazlığı aşkar mərhələ. Nevrotik reaksiyalar. İpoxondrik nevroz, kəkələmə orta dərəcəli. Xroniki qastroduodenit, xolesistit” diaqnozlu xəstəliyi səbəb əlaqəsi “Xəstəlikdir, daxili işlər orqanlarında xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əlillik təyinatına əsas verən funksional pozuntular, Şəkərli diabet xəstəliyinin çoxsaylı ağırlaşmaları aşkar edilmir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 029-3442-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 və 2 saylı poliklinikalarında tibbi qeydiyyatda duran şəxslərin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiayası tərəfindən qiymətləndirilməsi üçün poliklinikalar tərəfindən göndərişlər (Forma 88) tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin poliklinikalarında tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində əsassız olaraq göndərişlər tərtib etdikləri üçün poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş və həmin göndərişlər əsassız hesab olunmuşdur. Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 029-3676-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, əlillik dərəcəsinin təyin edilməsi üçün Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 və 2 saylı poliklinikalar tərəfindən göndərişlər (Forma 88) həmin poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə daxil edilə bilərdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin poliklinikalarında tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində əsassız olaraq tərtib edilmiş göndərişləri Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə daxil etdikləri üçün poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş və həmin göndərişlərin əsassız hesab olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin poliklinikalarında tibbi qeydiyyatda durmadığı üçün İddiaçı aid tibbi sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 0xx/xx-13117-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı daxili işlər orqanlarında xidmətə yararsız hesab edilməsinə dair Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2014cü il tarixli 75 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin təsdiq olunmuş surəti və xidmətdən xaric olunması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2014-cü il tarixli 9ş/h nömrəli əmrindən çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 9ş/h saylı xx.xx.2014-cü il tarixli əmrindən çıxarışa əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 6-cı bəndinə (səhhətinə görə) müvafiq olaraq polis serjantı İddiaçı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinin polis nəfəri) xx.xx.2014-cü il tarixdən xidmətdən xaric edilmişdir. xx.xx.2014-cü il tarixə xidmət müddəti təqvimi hesablama ilə 09 il 03 ay 10 gün təşkil edir (Əsas: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 75 nömrəli şəhadətnaməsi). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 029-3832-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, əlillik dərəcəsinin təyin edilməsi üçün Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 və 2 saylı poliklinikalar tərəfindən göndərişlər (Forma 88) həmin poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə daxil edilə bilərdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin poliklinikalarında tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində əsassız olaraq tərtib edilmiş göndərişləri Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə daxil etdikləri üçün poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş və həmin göndərişlərin əsassız hesab olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin poliklinikalarında tibbi qeydiyyatda durmadığı üçün İddiaçı aid tibbi sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-29/2-249 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, təkrar araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin göndərişinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında şəhadətləndirilmişdir (şəhadətnamə № 75). Nəticədə, “Şəkərli diabet 2-ci tip, orta ağırlıqda, insulin tələbli; OU-Diabetik angiopatiya; Diabetik nefropatiya; Böyrək daşı xəstəliyi; Xroniki böyrək çatışmazlığı aşkar mərhələ; Nevrotik reaksiyalar; İpoxondrik nevroz, kəkələmə orta dərəcəli; Xroniki qastroduodenit, xolesistit” diaqnozları ilə xəstəliyin daxili işlər orqanlarında xidmətkeçmə dövründə alındığı qeyd edilərək İddiaçı daxili işlər orqanlarında xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-29/2-1063 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin göndərişinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb idarəsinin Xüsusi Həkim Komissiyasında şəhadətləndirilmişdir (şəhadətnamə № 75). Nəticədə, “Şəkərli diabet 2-ci tip, orta ağırlıqda, insulin tələbli; OU-Diabetik angiopatiya; Diabetik nefropatiya; Böyrək daşı xəstəliyi; Xroniki böyrək çatışmazlığı aşkar mərhələ; Nevrotik reaksiyalar; İpoxondrik nevroz, kəkələmə orta dərəcəli; Xroniki qastroduodenit, xolesistit” diaqnozları ilə xəstəliyin daxili işlər orqanlarında xidmətkeçmə dövründə alındığı qeyd edilərək İddiaçı daxili işlər orqanlarında xidmətə yararsız hesab edilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı poliklinika tərəfindən İddiaçı barədə təqdim edilmiş “Forma 88” haqqında məlumata əsasən (göndəriş №-si 4400003AAAES; xx.xx.2021-ci il) o, xx.xx.2006-cı il tarixdən Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2011-ci il tarixdən müəyyən edilmişdir (xroniki). Xəstəliyin adları: E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. F48.8. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar. E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. E11.3. İnsulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə. Əsas diaqnoz: E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet, tip 2, insulin tələbli, çoxsaylı ağırlaşmalarla. OU-Diabetik angiopatiya. Aşağı ətrafların diabetik angiopatiyası. Diabetik nefropatiya. Ağırlaşmalar: E11.2. İnsulindən asılı olmayan şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, Xroniki böyrək xəstəliyi İİ mərhələ. Diabetik nefropatiya. E11.5. İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə, Aşağı ətrafların diabetik angiopatiyası. E11.3. İnsulindən asılı olmayan şəkərli diabet, Gözlərin zədələnməsi ilə, OU-Diabetik angiopatiya. E11.4. İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloji ağırlaşmalarla, Dibetik neyropatiya. Nevrotik reaksiyalar. Yanaşı xəstəliklər: N41.1. Xroniki prostatit, Xroniki prostatit. Prostat vəzin hiperplaziyası. İ10. Essensial (birincili) hipertenziya, Hipertenziya İİ dərəcə. N20-N23. Böyrək daşı xəstəliyi, Hər iki böyrəkdə mikronefrolitiaz. F45.2. İpoxondrik pozğunluq, Nevrotik (ipoxondrik) reaksiyalar. Kəkələmə orta dərəcədə. F48.8. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Nevrotik (ipoxondrik) reaksiyalar. K31.8. Mədə və onikibarmaq bağırsağın digər dəqiqləşdirilmiş xəstəlikləri, Xroniki qastroduodenit. Eroziv ezofagit. DQBD yırtığı əlaməti. Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı poliklinika tərəfindən İddiaçı barədə təqdim edilmiş “Forma 88” haqqında məlumata əsasən (göndəriş №-si 4400003AAAG5; xx.xx.2021-ci il) o, xx.xx.2006-cı il tarixdən Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2011-ci il tarixdən müəyyən edilmişdir (xroniki). Xəstəliyin adları: F48.8. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar. E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Əsas diaqnoz: E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet, tip 2, insulin tələbli, ağır forma. Diabetik polineyropatiya.OU Diabetik retinopatiya. Aşağı ətrafların makro və mikro angiopatiyası.XBÇ-İİ-İİİ mərhələ. (Respublika Endokrinoloji Mərkəzin xx.xx.2021-ci il tarixdə verdiyi rəy). Ağırlaşmalar: H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Diabetik retinopatiya. G63.2* Diabetik polinevropatiya (E10-E14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polinevropatiya. İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Aşağı ətrafların makro və mikro angiopatiyası. N18.2. Xroniki böyrək xəstəliyi İİ mərhələ, XBÇ İİ-İİİ mərhələ.Diabetik nefropatiya, proteinuriya mərhələsi. N20-N23. Böyrək daşı xəstəliyi. İ20.8. Stenokardiyanın digər formaları. ÜİX. Gərginlik stenokardiyası FS-İİ. F48.8. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Nevrotik reaksiyalar. İpoxondrik nevroz, kəkələmə orta dərəcədə. İ10. Essensial (birincili) hipertenziya, Arterial hipertenziya İİİ dərəcə, çox yüksək risk ilə. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsində xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin imtina və qərarın iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür, iddiaçının iddianı qaldırmağa subyektiv hüququ var, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Məhkəmə qeyd edir ki, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı poliklinika tərəfindən İddiaçı barədə təqdim edilmiş “Forma 88” haqqında məlumata əsasən (göndəriş №-si 4400003AAAG5; xx.xx.2021-ci il) o, xx.xx.2006-cı il tarixdən Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2011-ci il tarixdən müəyyən edilmişdir (xroniki). Xəstəliyin adları: F48.8. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar. E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Əsas diaqnoz: E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet, tip 2, insulin tələbli, ağır forma. Diabetik polineyropatiya.OU Diabetik retinopatiya. Aşağı ətrafların makro və mikro angiopatiyası.XBÇ-İİ-İİİ mərhələ. (Respublika Endokrinoloji Mərkəzin xx.xx.2021-ci il tarixdə verdiyi rəy). Ağırlaşmalar: H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Diabetik retinopatiya. G63.2* Diabetik polinevropatiya (E10-E14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polinevropatiya. İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Aşağı ətrafların makro və mikro angiopatiyası. N18.2. Xroniki böyrək xəstəliyi İİ mərhələ, XBÇ İİ-İİİ mərhələ.Diabetik nefropatiya, proteinuriya mərhələsi. N20-N23. Böyrək daşı xəstəliyi. İ20.8. Stenokardiyanın digər formaları. ÜİX. Gərginlik stenokardiyası FS-İİ. F48.8. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Nevrotik reaksiyalar. İpoxondrik nevroz, kəkələmə orta dərəcədə. İ10. Essensial (birincili) hipertenziya, Arterial hipertenziya İİİ dərəcə, çox yüksək risk ilə. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 408/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya müvafiq nəticəyə gəlmişdir: 1-2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində (088 №-li Formada) qeyd edilən “endokrin sistemin xəstəlikləri, maddələr => E10-E-14şəkərli diabet => E11 - insulindən asılı olmayan şəkərli diabet. Diaqnozun mətni: insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli, ağır forma, diabetik polineyropatiya, OU-diabetik retinopatiya, aşağı ətrafların makro və mikro angiopatiyası, XBŞ-İİ-İİİ mərhələ” diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiqlənmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 391/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya müvafiq nəticəyə gəlmişdir: 1-2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən o, hazırda “Endokrin sistemin xəstəlikləri, E10-E14-şəkərli diabet => E 11- insulindən asılı olmayan şəkərli diabet. Diaqnozun mətni: E 11.7 İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli, ağır forma, diabetik polineyropatiya, OUdiabetik retinopatiya, aşağı ətrafların makro və mikro angiopatiyası, XBÇ-İİ-İİİ mərhələ” xəstəliklərindən əziyyət çəkir. Məhkəmə qeyd edir ki, iddiaçının endokrin sistemin xəstəlikləri, E10-E14-şəkərli diabet => E 11- insulindən asılı olmayan şəkərli diabet. Diaqnozun mətni: E 11.7 İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli, ağır forma, diabetik polineyropatiya, OU-diabetik retinopatiya, aşağı ətrafların makro və mikro angiopatiyası, XBÇ-İİ-İİİ mərhələ” xəstəliklərindən əziyyət çəkməsi inzibati işin məhkəmə araşdırması zamanı təyin və tədqiq olunmuş ekspert rəyləri ilə öz təsdiqini tapsa da, həmin göndərişdə qeyd edilən xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin müəyyən edilməsi üçün əsas vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı ona hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsini tələb edir, cavabdehin diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərarı qanunauyğun olmaqla iddiaçının hüquqlarını pozmur. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-814/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-814/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver