Məhkəmə qərarları › İş №2-1(112)-814/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-814/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-814/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “88 saylı formanın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “88 saylı formanın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiaçı 88 nömrəli formanının verilməsinə dair tələbinin cavabdeh tərəfindən təmin edildiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiaçı onun tələbinin cavabdeh tərəfindən təmin edildiyini, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbinin təmin edildiyini, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi 88 nömrəli formanının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “e-sosial”-dan edilmiş çıxarışdan görünür ki, 88 nömrəli formanının verilməsinə dair əlavə yoxlanış aparılır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən hazırki iş üzrə mübahisə qalmamışdır və iddiaçının iddia ərizəsində qeyd edilən tələbi cavabdeh tərəfindən təmin edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “88 saylı formanın verilməsi” tələbinə dair 2-1(112)-814/2024 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar