Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8141/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, pensiyanın bərpa edilməsi və tutulan məbləğin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********5 saylı qərarının ləğv edilməsinə, pensiya məbləğinin bərpa olunmasına və qeyd olunan qərarla bağlı əmək pensiyasından tutulan məbləğlərin geri qaytarılmasının təmin edilməsinə dair vəzifənin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdə yaşa görə əmək pensiyasına çıxıb. 2011-ci ilin iyun ayından fəlsəfə elmləri doktoru olmağı ilə bağlı pensiyasına 120 manat əlavə olunmuşdur. Qeyd olunan əlavəni 2020-ci ilin axrına qədər alıb. 2021-ci ilin yanvar ayında pensiya məbləğinin 120 manat azalması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundu ilə əlaqə saxlayaraq etirazını bildirib. Belə olan halda ona qeyd olunan 120 manatın əlavə olaraq başqa karta yüklənəcəyi barədə məlumat verildi. Bunula bağlı Kapital Bankdan ona yeni kart verildi və həmin 120 manatı 2021-ci ilin may ayınadək həmin karta vasitəsi ilə aldı. May ayında 120 manatın kartına yüklənməməsi ilə bağlı 30.05.,10.06. və 11.06 tarixlərində cavabdehin 142 qaynar xətti ilə əlaqə saxladıqda ona bildirdilər ki, elmi stajı 25-ildən artıq olmadıqı üçün ona 120 manatın ödənişi dayandırılıb. Bunu da Azərbaycan Respublikası Prezdentinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə əsaslandırdılar. Qeyd olunanlarla razılaşmadığı üçün və pensiyasının məbləğinin azaldılmasına etiraz olaraq yazılı ərizə ilə cavabdehə müraciət etdi. Yazılı ərizəsinə cavab olaraq bildirilib ki, ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.1996-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixində qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya ödənişi davam etdirilmişdir. Sözügedən Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olan 19.1.1-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyasına edilən həmin əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanı ilə Prezident təqaüdü ilə əvəz olunmuşdur. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il sığorta stajı olmadığı halda (20 il 1 ay) ona fəlsəfə doktoru kimi 120 manat məbləğində Prezident təqaüdü təyin edildiyi üçün "əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 13.664,99 manat məbləğində artıqverilmə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********5 saylı qərarı ilə ona təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş (388 manatdan 360,9 manat endirilmiş) və əmək pensiyanısının məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır:
Başlanğıc tarix Son tarix Məbləğ Hesablamayadək Hesablandıqdan sonra xx.xx.2011 xx.xx.2011 olan 314,31 olan 194,23 xx.xx.2012 xx.xx.2012 322,86 202,86 xx.xx.2013 xx.xx.2013 324,16 204,16 xx.xx.2013 xx.xx.2013 339,16 21916 xx.xx.2014 xx.xx.2014 342,02 222,02 xx.xx.2015 xx.xx.2015 343,73 223,73 xx.xx.2016 xx.xx.2016 348,68 228,68 xx.xx.2016 xx.xx.2016 358,68 238,68 xx.xx.2017 xx.xx.2017 374,64 254,64 xx.xx.2018 xx.xx.2018 389,15 269,15 xx.xx.2019 xx.xx.2019 397,22 277,22 xx.xx.2020 xx.xx.2020 443,24 323,24 Bu səbəbdən, xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş 13.664,99 manat məbləğində vəsait bölünərək onun aylıq əmək pensiyanızdan tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasmda şikayət vermək hüququ izah olunmuşdur. Qeyd olunan qərarı düzgün və əsaslı hesab etmədiyi üçün xx.xx.2022-ci il tarixdə cavabdehə pensiyasının yenidən hesablanaraq 388 manatın və əlavələrlə birlikdə bərpa edilməsinə və barəsində artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulmasına dair xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsinin təmin edilməsi ilə bağlı müraciət olunmuş, lakin bugünədək hər hansı bir cavab alınmamışdır. Bir daha qeyd edir ki, əmək və elmi stajım cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Belə ki, əgər ona 20 il 1 ay elmi stajı ilə xx.xx.1998-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdirsə, deməli xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci ilədək olan dövür (3 il 10 ay, cəmi 23 il 11 ay) və xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan (3 il 10 ay, cəmi 27 il 9 ay) dövrlər elmi staj kimi hesablanmamışdır. Əgər qeyd olunan illərdə hesablansa, onda onun 27 il 9 ay elmi stajım olur ki, bu da fəlsəfə doktoru elmi dərəcəmə görə 120 manatın ona verilməsinin qanuni və əsalı olmasını sübut edir. Lakin qeyd olunanlara baxmayaraq pensiyasının məbləğinin əsassız azaldılması və bununla yanaşı əlavə və əsassız olaraq müəyyən edilmiş 13.664,99 manatın hər ay pensiyasından qismən tutulması onun mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı ona maddi və mənəvi ziyan vurur.
5. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərara əsasən xx.xx.1934-cü il tarixində Kəlbəcər rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilərək 360,09 manat; xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş 13.664,99 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi müəyyən edilmişdir.
6. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olan 19.1.1-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyasına edilən həmin əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanı ilə Prezident təqaüdü ilə əvəz olunmuşdur. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il sığorta stajı olmadığı halda (20 il 1 ay) ona fəlsəfə doktoru kimi 120 manat məbləğində Prezident təqaüdü təyin edildiyi üçün əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 13.664,99 manat məbləğində artıqvermə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********5 saylı qərarı ilə sizə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və görə əmək pensiyanızın məbləği cədvələ uyğun olaraq yenidən hesablanmışdır (həmin cədvəl yuxarıda göstərilib). Bu səbəbdən, xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş 13.664,99 manat məbləğində vəsait bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.1996-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya ödənişi davam etdirilmişdir. Sözügedən Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olan 19.1.1-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Bildirilmişdir ki, əmək pensiyasına edilən həmin əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanı ilə Prezident təqaüdü ilə əvəz olunmuşdur. iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il sığorta stajı olmadığı halda (20 il 1 ay) ona fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əmək pensiyanızın sığorta hissəsinə əlavə hesablandığı üçün əmək pensiyansının məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 13.664,99 manat məbləğində artıqvermə müəyyən edilmişdir. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1 -ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilərək 360,09 manat müəyyən edilməsi və xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş 13.664,99 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsi barədə xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubla iddiaçıya məlumat verilmiş və sözügedən qərar göndərilmişdir.
8. Pensiya altsistemindən çıxarışa əsasən, iddiaçının əmək pensiyasından xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, tarixdə ayrı-ayrılıqda 72,02 manat, xx.xx.2022-ci il tarixdə 47,88 manat, xx.xx.2022-ci il tarixdə 74,47 manat tutma həyata keçirilmişdi.
9. İddiaçının pensiya işindən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında **********1 nömrəli qərar qəbul edilmiş, hesablamadan əvvəl pensiya məbləği 360 manat, yenidən hesablamadan sonra 372 manat müəyyən edilmiş, yenidən hesablamanın ödəniş taruxu xx.xx.2022-ci il müəyyən edilmişdir.
10. İddia tələbi iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********5 saylı qərarının və əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2021-ci il tarixə qədər aldığı pensiya məbləğinin bərpa olunmasına və əmək pensiyasından tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilərək pensiya məbləğinin geri qaytarılması kimi dəyişdirilmişdir.
11. Şifahi məhkəmə dinləmələri iddiaçı iştirak etmiş və tələbini müdafiə etmişdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
16. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
17. İddia tələbinin pensiya məbləğinin bərpa edilməsi, əmək pensiyasından tutulan məbləğlərin qanunsuz hesab edilərək geri qaytarılmasının təmin edilməsi artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli qərarın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasıdır.
18. Hazırki iddia mübahisələndirmə növündə iddiadır. Mübahisələndirilən qərarlar bir-biri ilə əlaqəlidir, tələb bir cavabdehə yönəldib və eyni məhkəməyə aiddir. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
20. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
23. Qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər.
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı pensiyaçının razılığı olduqda mümkün hesab edilə bilər.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
26. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
28. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.
29. X5 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X2rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.
III. Qeyd edilənlərin hazırki işə tətbiqi
30. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1934-cü il təvəllüdlüdür, ona xx.xx.1996-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.
31. İddiaçının 25 il elmi dərəcəsi olmadığı halda elmi dərəcəsi olan Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməsi ilə əlaqədar artıq ödənilmə aşkar edilmiş, bununla əlaqədar mübahisələndirilən qərar qəbul edilməklə iddiaçının əmək pensiyasından tutulmalar aparılmışdır.
32. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarın qəbul olunması ilə bağlı inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxs kimi iddiaçının dinlənilmək, inzibati akt qəbul edilənədək inzibati icraat materialları ilə tanış olmaq hüquqlarının təmin edildiyi iş materiallarına, eləcə də iddiaçının pensiya işinə əsasən müəyyən olunmur.
33. Qeyd edildiyi kimi qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər. İşin hallarına əsasən iddiaçının belə bir yazılı razılığı olduğu müəyyən olunmur.
34. Hazırki işdə mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı cavabdeh qurumun qeyd edilən normalara riayət etdiyi müəyyən olunmur.
35. Odur ki, mübahisələndirilən inzibati akt qanunsuz əlverişsiz inzibati aktdır.
36. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.
37. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
39. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın yenidən hesablanmasına dair inzibati akt (pensiyaçının pensiya məbləğinin azaldılmasına yönələn) şəxsin dinlənilmə hüququ təmin edilməklə pensiyaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına səbəb olmadıqda və vətəndaşın üzərinə həddindən artıq yük qoyulmadıqda qəbul edilə bilər.
40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********8 nömrəli və xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarıları ləğv edilsin. İddiaçı əmək pensiyasından tutulmaya dair hərəkətlər qanunsuz hesab edilərək pensiya məbləği geri qaytarılsın. İddiaçı xx.xx.2021-ci tarixədək aldığı əmək pensiyası məbləği bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva