Məhkəmə qərarları › İş №2-1(112)-815/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-815/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-815/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı Nəqliyyat Tikinti Dəmir-Beton ATSC-dən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 490 kv.m hissəsindən və 150 kv.m həyətyanı sahədən ibarət əmlakın mərhum atası X7 məxsus olması barədə arayışın və həmin əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə vəfat etmiş atam X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 51 sayh notariat ofisinə müraciəti əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə 51 saylı Notariat ofisindən ünvan 1 ünvanında yerləşən "Bakı Nəqliyyat Tikinti Dəmir-Beton” ATSC-dən xx.xx.2003- cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 490 kv.m. hissəsindən və 150 kv.m. həyatyanı sahədən ibarət əmlaka dövlət reyestrindən çıxarış verilməsi üçün DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə zəruri sənədlər əlavə olunmaqla müraciət ünvanlanmışdır. DƏDKR publik hüquqi şəxsin 1 saylı ünvan 4sinə göndərilmiş **********18 nömrəli xx.xx.2022-ci il tarixli məktubda çıxarışın verilməsindən bir neçə mübahisəli əsaslarla faktiki imtina olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə istinadən hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması bildirilmiş, lakin açıqlama verilməmişdir. Halbuki həmin maddənin 8.0.3-cü bəndində daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi birmənalı göstərilir. Daha sonra təqdim edilmiş 461 nömrəli xx.xx.2003-cü il tarixli notarial alqı-satqı müqaviləsinin qanunazidd tərtib olunduğu qeyd edilmişdir. Bununla əlaqədar bir neçə keçmiş və hazırda fəaliyyət göstərən dövlət notariuslara müraciət etmiş və hər biri qeyd etdiyi müqavilənin bağlandığı vaxt qanunvericiliyin tələblərinə uyğun olduğunu əminliklə bildirmişlər. Məktubda istinad olunan Mülki Məcəllənin hazırki 146-cı maddəsinin 3-cü bəndi xx.xx.2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilmiş, Daşınmaz əmlakın dövlət reyestri haqqında 713-İ1Q nömrəli Qanunu isə xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci paraqrafına əsasən “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Sözügedən məktubda daha sonra vurğulanır ki, “müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi digər şəxsə məxsus olan texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür”. Bunu belə anlamaq olur ki, XX əsrin 70-ci illərindən fəaliyyət göstərən müəssisədə 1982-ci ildən həmin dülgər sexinin müdiri işləmiş, 90-cı illərdən faktiki, xx.xx.2003-cü il tarixdən isə 22.01,2022-ci il tarixdə vəfat edənə qədər rəsmən sahibi olmuş mərhum atası X6, hazırda isə övladlarının sahibliyi və istifadəsində olan sahə gizli şəkildə digər şəxslərin adına rəsmiləşdirilib. xx.xx.2022-ci il tarixdə "xxxx" ATSC-dən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 490 kv.m. hissəsindən və 150 kv.m. həyatyanı sahədən ibarət əmlakın mərhum atam X7 məxsus olması barədə arayış verilməsi üçün DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir) istinad olunmuşdur. Müraciətinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş cavab isə ümumiyyətlə səthi xarakter daşıyır. Qeyd olunur ki, mərhum atasının adına həmin ünvanda 150 kv.m. əmlak aşkar olunmamışdır. Həmin məktubda 490 kv.m-lik dülgər sexi isə ümumiyyətlə yaddan çıxarılmışdır. Belə laqeyd münasibətlə qarşılaşdığı üçün xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməli olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş cavabda əvvəlki kimi eyni əsaslarla imtina olunmuş, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Həmin cavab ona poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 24 ünvanında yerləşən "xxxx" ATSC-nin nəzdində fəaliyyət göstərmiş bir neçə müəssisənin sahiblərinə dövlət reyestrindən çıxarışlar verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Bakı Nəqliyyat Tikinti Dəmir-Beton ATSC-dən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 495.9 kv.m hissəsindən ibarət əmlakın (alqı-satqı müqaviləsində 490.0 kv.m, müayinə aktında isə 495.9 kv.m qeyd edilmişdir) mərhum X7 məxsus olması barədə arayışın və həmin əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X10 iş üzrə üçüncü şəxs qismində qismində iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi ““Bakı Nəqliyyat Tikinti Dəmir Beton” ATSC-dən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə alınmış dülgər sexinin 490.0 kv.m hissəsindən ibarət əmlaka mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd olunan əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş 461 nömrəli,xx.xx.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bu səbəbdən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ATSC-nin adına qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Həmçinin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin 134 kv.m hissəsi digər şəxsə (X16) məxsus olan texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti olmaqla 4 №-li Taksi-motor parkının ərazisində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********18 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş 461 nömrəli, xx.xx.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bu səbəbdən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ATSC-nin adına qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Həmçinin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi digər şəxsə məxsus olan texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********88 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 7 ünvanda yerləşən 150 kv.m əmlakın mərhum X6 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-02/2-M-1268/02-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş xx.xx.2003-cü il tarixli 461 nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qanunvericiliyə əsasən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" X24 Cəmiyyətinin adına qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış ölçmə işləri zamanı göstərilən sahənin elektron kadastr məlumatlarına əsasən “Bakı Nəqliyyat Tikinti Dəmir- Beton” ATSC-nin bir hissəsi olması və sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin digər şəxsə məxsus texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. X14 və X11 arasında bağlanılmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən ünvan 8də yerləşən Bakı Nəqliyyat Tikinti Dəmir Beton ATSC-nin dülgər sexinin bir hissəsi 490 kv.m və həyətyanı sahəsi 150 kv.m sahəsi X1. Bakı Nəqliyyat Tikinti Dəmir Beton ATSC-nin dülgər sexinin planından görünür ki, dülgər sexinin uzunluğu 49m, eni 10m, ümumi sahəsi 490 kv.m, həyətyanı sahəsinin uzunluğu 37,5 m, eni 4,0 m, ümumi sahəsi 150 kv.m-dir. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş AB seriyalı 004995 saylı arayışa əsasən xx.xx.2003-cü il tarixinə "xxxx" SC-nin nizamnamə kapitalını təşkil edən səhmləri girovda deyil və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə bu səhmlər üzrə məhkəmənin qərardadı və səhmlərə qadağanın qoyulması barədə hüquq mühafizə orqanları tərəfindən heç bir məlumat daxil olmamışdır. Bakı Nəqliyyat Tikinti Dəmir Beton X24 Cəmiyyətinin səhmdarların iclasının 3 nömrəli protokolundan 2003-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ATSC-nin əsas vəsaiti hesab olunan dülgər sexi (490 kv.m) və sex boyu həyətyanı sahə (gələcəkdə özəlləşdirmək şərti ilə) satılması qərara alınmışdır. X24 Cəmiyyətinə əsas tikili dülgər sexi (490 kv.m) Cəmiyyətin üzvü X2 qərara alınmışdır. Bakı Nəqliyyat Tikinti Dəmir Beton X24 Cəmiyyətinin səhmdarların iclasının 2 nömrəli protokolundan xx.xx.2003-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ATSC-nin əsas vəsaiti hesab olunan dülgər sexinin bir hissəsi 490 kv.m və həyətyanı sahənin 150 kv.m sahəsinin satılması qərara alınmışdır. X24 Cəmiyyətinin əsas vəsaiti hesab olunan dülgər sexinin bir hissəsi 490 kv.m və 150 kv.m həyətyanı sahəsinin vətəndaş X2 qərara alınmışdır. AZ-İİ seriyalı 169766 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı Nəqliyyat Tikinti Dəmir Beton X24 Cəmiyyətinin səhmdarların iclasının 3 nömrəli protokolundan xx.xx.2003-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ATSC-nin əsas vəsaiti hesab olunan sahəsi 490 kv.m dülgər sexinin satılması, 150 kv.m həyətyanı sahənin (gələcəkdə özəlləşdirmək şərti ilə) səhmdar X9 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 12949/2023 **********49 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 8 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 533 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhər 15 saylı notariat ofisində xx.xx.2003-cü il tarixdə tərtib edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə əsasən notariat ofisində saxlanma müddəti bitdiyindən dövlət notariat arxivinə təhvil verilmişdir. Odur ki, həmin alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətini əldə etmək üçün dövlət notariat arxivinin rəisinə müraciət etmək xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 31010/2023 **********10 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri Özbəkistan küçəsi 24 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. "xxxx" ATSC-nin adına Bakı şəhərində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. Müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X10 xüsusi mülkiyyətindədir. 002490 saylı xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 8 ünvanında yerləşən 2121,6 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X13r. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Özbəkistan küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 490 kv.m, faktiki olaraq 495 kv.m-dir. xx.xx.2003-cü il tarixli müqavilədə qeyd olunan 150 kv.m həyətyanı torpaq sahəsi 11/1824 inventar nömrəli xx.xx.2011-ci il tarixli **********70-12301 reyestr nömrəli texniki pasportda öz əksini tapmışdır, həmin pasportla üst-üstə düşür. Qeyd olunan texniki pasportda düzəliş olunduqdan sonra bu işə baxılması məqsədə uyğundur. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Komitə sifarişində sözügedən torpaq sahəsi ərazinin ümumi torpaq sahəsinə daxil edilməmişdir. Obyektə giriş, qonşu obyektin Bakı Nəqliyyat Tikinti Dəmir ATSC ərazisindədir. Təqdim olunmuş eskizə və yerləşmə mövqeyinə uyğundur. Müqaviləyə əsasən ümumi sahədə 5,9 kv.m artıq fərq var. Eskizdə göstərilən torpaq sahəsində əlavə tikili və qurğular var. Faktiki vəziyyətə eskiz və baş plan tərtib edilərək işə əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-16530/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət ProqramTna uyğun olaraq, X3 “Azəravtonəqliyyattikinti” Layihə-Sənaye Tikinti Birliyinin X4 baş müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 91 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixdə tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan əmlakların siyahısının da daxil olduğu emissiya prospekti (özəlləşdirmə planı) səhmdar cəmiyyəti özəlləşdirilən zaman Cəmiyyətin icra orqanına təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3160/6-11-8729/4 saylı xx.xx.2023-cü il tarixli məktub ilə xx.xx.2003-cü il tarixdə 4Ə-3-461 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 2609/2024 **********9 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, X3 “Azəravtonəqliyyattikinti” Latihə-Sənaye Tikinti Birliyinin X4 və "xxxx" X24 Cəmiyyətinin istifadəsində (mülkiyyətində) qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. “Azəravtonəqliyyat” Dövlət Konserni 4 saylı Bakı Taksimator Parkının balansında olmuş ünvan 1 kompleksi kimi müəssisəyə dair sənədlərin və "xxxx" ATSC-yə aid aşkar olunmuş digər sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 91 saylı xx.xx.2001-ci il tarixli sərəncama əsasən «Azəravtonəqliyyat» Dövlət Konserninin tabeliyində olmuş Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 24 ünvanında yerləşən «Azəravtonəqliyyattikinti» Layihə-Sənaye Tikinti Birliyi-X21 Zavodu Baş Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı ********** (bir milyard iki yüz səksən dörd milyon beş yüz səksən min) manat həcmində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) və nizamnaməsi təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri özəlləşdirmə üsullarına görə müvafiq nisbətdə bölüşdürülmüşdür: a) əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər - 15%; b) pul hərracına yönəldilən səhmlər - 30% v) ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər - 55 %. Orta və iri müəssisələrin özəlləşdirilməsinin təşkili departamentinə tapşırılmışdır: qanunvericiliklə müəyyən edilmiş qaydada Bakı Nəqliyyattikinti Dəmir-beton» açıq səhmdar cəmiyyətinin idarə heyəti sədrinin və üzvlərinin təyin edilməsi ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri dövlətdə qaldığı dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cəmiyyətin dövlət paylarına görə idarə olunması və səhmdarların birinci ümumi yığıncağı keçirilənədək olan dövrdə cəmiyyətin Müşahidə Şurasının səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi; Cəmiyyətin səhmlərinin buraxılışının və emissiya prospektinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmasının təmin edilməsi. Respublika Auksion Mərkəzinə tapşırılmışdır ki, bu Sərəncama uyğun olaraq Cəmiyyətin səhmlərinin satışının təşkili ilə bağlı zəruri tədbirləri həyata keçirsin. Hüquq departamentinə tapşırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasını təmin etsin. Mətbuat və reklam xidmətinə və analitik informasiya xidmətinə tapşırılmışdır ki, səhmləri satışa çıxarılacaq "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında zəruri məlumatların dərc edilməsini və «İnternet» şəbəkəsi vasitəsi ilə yayılmasını təmin etsinlər. Katibliyə bu Sərəncamın surətinin Nazirliyin müvafiq struktur bölmələrinə çatdırılmasının təmin edilməsi tapşırılmışdır. Sərəncamın icrasına nəzarət nazir müavini K.Həsənova həvalə edilmişdir. Baş planda əks edilmiş təsnifatın “İ” qrafasından görünür ki, dülgər sexinin əsas sahəsi 1022,6 kv.m-dir. Azəravtonəqliyyattikinti Layihə-Sənaye Tikinti Birliyi DBMZ baş müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il vəziyyətinə əsas vəsaitlərin inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair aktın 5-ci qrafasından görünür ki, dülgər sexinin istismara verildiyi tarix xx.xx.1983-cü il, əldə edildiyi tarix xx.xx.1983-cü il, ilkin balans dəyəri 13272,0 manat, yenidən qiymətləndirmə əmsalları 25, 45, 16, balans dəyəri 238896,0 manat, şifr 10004, amortizasiya norması 2,5%, istismar müddəti (il) və ya yürüş (km) 14,0, köhnəlmə (amortizasiya) 35,0%, köhnəlmə məbləği 83613,6 manat, köhnəlmə 8,8%, köhnəlmə məbləği 20903,4 manat, ümumi köhnəlmə amortizasiya məbləği 104517,0 manat, qalıq dəyəri 134379,0 manat, yararlılıq dərəcəsi 0%, qalıq bərpa dəyəri 0 manatdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********383100 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X24 Cəmiyyətinin xx.xx.2003-cü il tarixdə 0103-P21-38004 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin “Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli, 91 nömrəli sərəncamda qeyd edilmiş özəlləşdirmə planı (emissiya prospekti) və nizamnamənin təsdiq edilmiş surətinin təqdim edilməsi” barədə sorğusuna cavab olaraq 3- 21-3-30/2-15889/2024 **********89 saylı xx.xx.2024-cü il tarixli məktub ilə müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Cavabdeh tərəfindən Azəravtonəqliyyattikinti Layihə-Sənaye Tikinti Birliyi DBMZ baş müəssisəsi tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 91 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş özəlləşdirmə planının (emissiya prospekti) təsdiq edilmiş surəti təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi V.V.Şirəlizadə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsindən əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- 1Q saylı Qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə əsasən:

1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir.

4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir.

7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir: 7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur. 7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədləri qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir. 7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. 7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ-hüquqi aktına əsasən müəyyən edilir. 7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.

8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. qanunvericiliklə ilə müəyyən edilir.

9. Səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olan "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə əsasən:

2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin start (satış) qiymətini və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədi ilə onların əmlakının qiymətləndirilməsi qaydalarını müəyyən edir.

3. Özəlləşdirilən müəssisənin start (satış) qiyməti və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun qiymətləndirilən balans aktivinin dəyərindən balansın uyğun passiv maddələrinin dəyəri çıxılaraq alınmış ilkin qiymətə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır.

6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir.

11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası tərəfindən müəssisənin əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir.

29. Bina və tikililərin bir hissəsində yerləşən dövlət müəssisə və obyektlərinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən onlara aid olan sahələrin (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələrin), bu Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanmış qalıq dəyəri qiymətləndirilən əsas vəsaitlərin ümumi dəyərinə daxil edilir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 91 saylı xx.xx.2001-ci il tarixli sərəncama əsasən «Azəravtonəqliyyat» Dövlət Konserninin tabeliyində olmuş Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 24 ünvanında yerləşən «Azəravtonəqliyyattikinti» Layihə-Sənaye Tikinti Birliyi-X21 Zavodu Baş Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı ********** (bir milyard iki yüz səksən dörd milyon beş yüz səksən min) manat həcmində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) və nizamnaməsi təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri özəlləşdirmə üsullarına görə müvafiq nisbətdə bölüşdürülmüşdür: a) əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər - 15%; b) pul hərracına yönəldilən səhmlər - 30% v) ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər - 55 %. Sərəncama əlavə edilmiş Baş planda əks edilmiş təsnifatın “İ” qrafasından görünür ki, dülgər sexinin əsas sahəsi 1022,6 kv.m-dir. Azəravtonəqliyyattikinti Layihə-Sənaye Tikinti Birliyi DBMZ baş müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il vəziyyətinə əsas vəsaitlərin inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair aktın 5-ci qrafasında dülgər sexi qeyd edilmişdir. Bakı Nəqliyyat Tikinti Dəmir Beton X24 Cəmiyyətinin səhmdarların iclasının 2 nömrəli protokolundan xx.xx.2003-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ATSC-nin əsas vəsaiti hesab olunan dülgər sexinin bir hissəsi 490 kv.m və həyətyanı sahənin 150 kv.m sahəsinin satılması qərara alınmışdır. X24 Cəmiyyətinin əsas vəsaiti hesab olunan dülgər sexinin bir hissəsi 490 kv.m və 150 kv.m həyətyanı sahəsinin vətəndaş X2 qərara alınmışdır. X14 və X11 arasında bağlanılmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən ünvan 8də yerləşən Bakı Nəqliyyat Tikinti Dəmir Beton ATSC-nin dülgər sexinin bir hissəsi 490 kv.m və həyətyanı sahəsi 150 kv.m sahəsi X1. Həmin müqavilə mübahisələndirilməmişdir və qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, "... Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. X23 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X23 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2003-cü il tarixli, 15 nömrəli dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə alınmış, ünvan 8 ünvanında yerləşən dülgər sexinin 490.0 kv.m hissəsinə mərhum atası X6 mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçıların üzərinə həddən artıq yük qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Bakı Nəqliyyat Tikinti Dəmir Beton” ATSC-dən alınmış ünvan 8 ünvanında yerləşən dülgər sexinin 490.0 kv.m hissəsindən ibarət əmlaka mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar