Məhkəmə qərarları › İş №2-1(112)-815/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-815/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-815/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi “fərdi sığorta hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2002-ci il tarixdən hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası iddiaçıya AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Pensiya təyin olunduqdan sonra iddiaçı 6 ildən çox işləmişdir və hazırda da işləyir (2004-ci ilin may ayından bu günə qədər əmək fəaliyyəti ilə məşğuldur). İddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində fərdi hesabında qeydə alınmış qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur.

4. Cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə bildirilmişdir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə97417/2023 nömrəli nömrəli cavab məktubu ilə əmək pensiyasının yenidən hesablandığı qeyd olunmuşdur. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İşin faktiki hallarına əsasən cavabdeh hesab edir ki, məhkəmə icraatında olan 2-1(112)- 6420/2024 nömrəli iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2363/2024 nömrəli qərarla qulluq stajına görə əmək pensiyasına əlavə artım qədər azaldılmamaqla yenidən hesablanmışdır. Nəticə etibarilə cavabdeh hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələlərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 aprel 2002-ci İl tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 fevral 2007ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla əemək pensiyanız 2319,00 manat məbləğində asağıdakı tərkibdən ibarət olmaqia ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyana əlavəni-2075,70 manat. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun oiaraq artırıldıqda və ya yeidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘'Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ct maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29,2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır". Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri- əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandmcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konsütusiyasmn^yəAzərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, 'Əmək pensiyaları haqqında” Qanunum 29.2-ci. maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviriəsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq bildirilir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 56367,53 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 56367,53 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (56367,53:72=782,88 manat) əmək pensiyanızın sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanızın sığorta hissəsi 1026,18 (243,30+782,88) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (2075,70 manat) həmin artım qədər (782,88 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 1026,18 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1292,82 (2075,70-782,88) manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-231,90 manat maddi yardım ödənilir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya sonuncu xidmət keçdiyi orqan tərəfindən 01 aprel 2002-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 2319,00 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavə - 2075,70 manat. İddiaçının Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının yenidən hesablanması ilə bağlı 25 aprel 2022-ci il tarixindəki müraciəti ilə əlaqədar əmək pensiyansının sığorta hissəsi pensiya təyin edildikdən sonra toplanılmış pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 56367,53 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci və 29.2-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 1026,18 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1292,82 manat təşkil edib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətə əsasən istifadə olunub. Buna görə də, toplanılmış pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasınınn təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X1 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyiniz üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyinizdən əmək pensiyanızın topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil. Əmək pensiyanızın müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olduğunuz təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiyanızın topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 2550,90 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 2925,88 manata artırılaraq ödənilir.

7. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli Qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 3253,68 manat, hesablamadan sonra 3728,56 manat məbləğində müəyyən olunmuşdur. 37-ci maddə (yenidən hesablanma) Yenidən 72ay+; Yenidən hesablanmanın Təvəllüdü Cinsi T hesablanma tarixi 72ay- nəticəsi PSK 34198,20 xx.xx.1956 xx.xx.2024 k 72 72 S/H 474

8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli xidməti məktubda qeyd edilmişdir ki, ...İddiaçı Mərkəzi Filiala müraciət etdiyi 5 fevral 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı 34198,20 manat təşkil edib. Həmin 34198,20 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (34198,20:72 ay (144 ay – 72 ay) = 474,98 manat) həmin tarixədək mövcud olmuş pensiyanın (3253,58 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 3728,56 (3253,58+474,98) manat məbləğində hesablanıb.

9. İddiaçıya münasibətdə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar: - xx.xx.2002-ci il tarixində güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-7-2363/2024 nömrəli qərarında qeyd edilmişdir ki, 3253,68 manat pensiya məbləği yenidən hesablanaraq 3728,56 manat təyin edilmişdir.

10. Məhkəmə xx.xx.2024-cü il tarixli şifahi baxış iclasında iştirak edən mütəxəssis qismində çıxış edən Muxtarov Babək izahatında bildirdi ki, iddiaçının əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmış pensiya kapitalı 34198,20 manat təşkil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən şəxsin cari pensiya kapitalı hesablanarkən təminat xərcliyinə görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri nəzərə alınır. İddiaçı ilk dəfə hərbi xidmətdən xx.xx.2002-ci il tarixdə (Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş Məlumat vərəqinə əsasən) tərxis olunmuş və buna əsasən ona həmin tarixdən əmək pensiyası təyin edilmişdir. Əgər iddiaçı 2002-ci il tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən yenidən hərbi xidmətdə işləməsəydi, bu halda ona münasibətdə cari pensiya kapitalı məhz 2002-ci il tarixdən hesablanacaqdı. Lakin Müdafiə Nazirliyi tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilmiş məlumat vərəqinə əsasən iddiaçının xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi xidmətdən tərxis olunduğu müəyyən edilmişdir. Buna görə də iddiaçının hazırki dövrdə yaranmış pensiya kapitalı hesablanarkən xx.xx.2017-ci il tarixdən sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri nəzərə alınmışdır. Odur ki, iddiaçının 2006-cı il tarixdən sonra yaranan pensiya kapitalı 54356,62 manat məbləğində, pensiyanın yenidən hesablanması zamanı nəzərə alınan (xx.xx.2017-ci il tarixdən sonra yaranan) pensiya kapitalı 34198,20 manat müəyyən edilmişdir. Eyni zamanda şəxsin əmək pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 6 il olduğundan iddiaçı 2022-ci il tarixdə cavabdeh orqana müraciət etdikdə bu hüququ hələ yaranmamışdı, yəni iddiaçı xx.xx.2017-ci il tarixdə hərbi xidmətdən tərxis olduqdan sonra əmək fəaliyyəti ilə məşğul olduğu üçün bu hüququ xx.xx.2023-cü il tarixdə yaranmışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, yenidən hesablama zamanı fərdi hesabın yığım hissəsində qeydə alınmış pensiya kapitalının məbləği düzgün olaraq nəzərə alınmayıb, ona görə də yenidən hesablanma zamanı artımın məbləği düzgün olaraq nəzərə alınmayıb.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialın Hərbi rütbəli şəxslərə pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi Anar Malikoğlu iddiaçının əmək pensiyasının hesablanması zamanı fərdi sığorta hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində qeydə alınmış pensiya sığorta kapitalının nəzərə alınıb-alınmaması ilə bağlı suallara aydınlıq gətirə bilməmişdir.

II. İddianın növü və mümkünlüyü

14. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

21. İddia tələbi fərdi sığorta hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır.

22. “Əmək pensiyaları haqqında” qanundan: 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 29.2ci maddə ləğv edilmişdir. Həmin maddəyə əsasən: 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən

1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.

24. İddiaçı xx.xx.1956-cu il təvəllüdlüdür. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 aprel 2002-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib.

25. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə 2006-cı il tarixdən sonra fərdi hesabında toplanan (yenidən hərbi xidmətə qayıtdığı 2014cü il tarixədək) 54356,62 manat məbləğində pensiya kapitalı əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmamışdır.

26. Məhkəmə qeyd edir ki, faktiki olaraq sığortaolunanın hesabından çıxarışından İddiaçı 2006-2014-cü illərdə işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi (54356,62 manat) işin mübahisəsiz halıdır.

27. İddiaçıya aid pensiya işindən görünür ki, iddiaçının əmək pensiyası ilk dəfə 2017-ci il tarixdə yenidən hesablanmışdır.

28. Məhkəmə hesab edir ki, cavabdeh pensiyanın yenidən hesablanması zamanı 2006-2014cü illər tarixində toplanmış pensiya kapitalının nəzərə alındığını sübut edə bilməmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya ilk dəfə əmək pensiyası 2002ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra məlumat vərəqəsinə əsasən təyin edilmişdir. Növbəti dəfə əmək pensiyası 2014-2017-ci illərdə hərbi xidmətdən növbəti dəfə tərxis olunduqdan sonra yenilənmiş məlumat vərəqinə (sonuncu təminat xərcliyinə) əsasən əmək pensiyası (ancaq xidmət dövrü nəzərə alınmaqla) yenidən hesablanmış və bu zaman (sonuncu təminat xərcliyinə əsasən) məhz hərbi xidmət dövrü (məlumat vərəqi) nəzərə alınmışdır. Qeyd edilən dövrdə və sonrakı illər üzrə pensiyanın və pensiya kapitalının məhz istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi aparılmışdır (toplanmış pensiya kapitalı nəzərə alınmamışdır). Növbəti dəfə iddiaçının əmək pensiyası hərbi xidmətdən ikinci dəfə tərxis olunduqdan sonra (2017-ci ildən) əmək fəaliyyətinə davam etdirməsi ilə əlaqədar 5 fevral 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış 34198,20 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablanmışdır. Odur ki, iddiaçının həmin dövr ərzində (2006-2014-cü illər) topladığı pensiya kapitalının əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması hüququ mövcuddur.

29. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı təkrarən hərbi xidmətə çağırıldıqdan sonra (2014-2017-ci illər) iddiaçının əmək pensiyası məhkəmə qərarı əsasında yenidən hesablanmış və məhkəmə qərarına əsasən müəyyən olunur ki, bu zaman cavabdehin dəlili yaşa görə əmək pensiyasının ömürlük təyin edilməsi ilə əlaqədar pensiya təyinatının yenidən digər dövrün təminat xərcliyiə əsasən hesablanmasının mümkünsüzlüyü ilə əlaqədar olmuşdur. Məhkəmənin qeyd edilən iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 2014-cü ildə təkrarən həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.2017-ci il tarixinə qədər xidmətini davam etdirməsi və bununla bağlı cavabdehə məlumat verməməsi ona sonuncu xidmət dövrünün nəzərə alınmaqla pensiya hesablanması üçün maneə hesab edilə bilməz (Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-907/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5048/2017 nömrəli xx.xx.2007-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır).

30. Odur ki, məhkəmə qərarı yalnız xidmət dövrünü əhatə etdiyindən iddiaçının əmək pensiyası məhz yenilənmiş məlumat vərəqəsinə əsasən (sonuncu təminat xərcliyinə uyğun olaraq) yenidən hesablanmış (məhkəmə qərarı icra edilmiş), bu zaman iddiaçının həmin dövrə qədər (2006-2014-cü illərdə) həyata keçirdiyi əmək fəaliyyəti ilə əlaqədar topladığı pensiya kapitalı nəzərə alınmamışdır, halbuki qeyd edilən dövr 6 ildən çox olduğu üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ olmuşdur.

31. İddiaçının əmək pensiyası yenidən hesablanarkən onun xeyrinə ödənilmiş (qeydə alınmış) sığorta kapitalı illər üzrə (ödənilmiş sosial sığorta haqlarının 90% olmaqla) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməlidir.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü ilədək olan dövrdə fərdi hesabında toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar