Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8151/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsinə qarşı “dini ədəbiyyatın şəxsi istifadə üçün idxal edilməsinə razılıq verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Risale-i Nur” külliyatına daxil olan ədəbiyyatın şəxsi istifadəsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Risalei-Nur Külliyyatına daxil olan “Kiçik Sözler” broşurunun, Risalei-Nur Külliyyatında daxil olan “Rahmet ve Şefkat İlaçları” broşurunun, “Sözlər”, “Kastomonu lahikası”, “Şüalar”, “Barla lahikası”, “Mektubat”, “Emirdağ lahikası”, “Lemalar”, “Tarihçeyi-Hayat”, “Asayı Musa”, “Sikkeyi-Tasdiqi Qaybi”, “Mesneviye Nuriye”, “İman ve Küfür müvazenesi”, “İşaratul-İcaz”, “Muhakemat” ədəbiyyatların iddiaçının şəxsi istifadəsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə dini təyinatlı Risale-İ Nur külliyatına daxil olan ədəbiyyatın şəxsi istehlak məqsədi ilə ölkəyə idxal edilməsinə razılıq verilməsi üçün ərizə ilə müraciət etmiş, Komitənin sədri müavini Gündüz İsmayılovun DK-1152/A nömrəli 20.12.2016-ci il tarixli məktubu ilə Risale-i Nur külliyatına daxil olan ədəbiyyatın Türkiyə Respublikasından ölkəyə idxalına icazə verilmişdir. Həmin dövrdə şəxsi problemləri ilə bağlı Türkiyə Respublikasına getməyi alınmamış və səfəri iki il sonra baş tutmuş, Türkiyədən qayıdan zaman Azərbaycan Respublikası dövlət gömrüyündən keçərkən iddiaçıdan kitablara sənəd istənilmiş, iddiaçı yuxarıda adı keçən sənədi təqdim etdikdə sənədin köhnə olduğu ona bildirilmiş və kitablar aktlaşdırılaraq anbara verilmiş, iddiaçıya aktin bir nüsxəsi verilərək Tovuzdaki Baş gömrük idarəsindən ona bildirilmişdir ki, sənədin tarixi köhnə olduğu üçün məktubu yeni tarixlə almaq lazımdır. İddiaçı yenidən cavabdeh yazılı müraciət etmiş. cavabdehin DK- 733/A nömrəli 10.07.2018-ci il tarixli məktubu ilə birinci qərara tam zidd olaraq yeni qərar verilmişdir. Bu qərara istinadən Gömrük idarəsində iddiaçıya kitabları Türkiyə Dövlətinə geri götürməyinə icazə verilmiş, ümumilikdə 519 manat pul xərcləyib təkrarən kitabları Türkiyə Respublikasına geri aparmışdır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə qəbul edilən qərarların ziddiyətli olduğundan ləğv edilməsi və X9 həzrətlərinin Risale-i Nur küliyyatına daxil olan ədəbiyyatın şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına idxal edilməsinə icazə verilməsini xahiş etsə də, cavabdeh vəzifə səlahiyyətlərini aşaraq nə kitabların gətirilməsinə razılıq vermiş, nə də iddiaçıya dəymiş ziyanı ödəmiş, sonuncu 19 iyun 2020-ci il tarixli məktubla eyni xarakterli cavab verilməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Cavabdehin bu ziddiyyətli, qanunsuz qərarları nəticəsində iddiaçı maddi olaraq 519 manat zərərə düşməklə yanaşı, mənəvi olaraq hesaba gəlməyəcək sarsıntı keçirmişdir. Cavabdehin rəsmisi bu kitabların ölkəyə gətirilməsinin hansı qanunvericilik aktı ilə qadağan olunduğunu qeyd etməmiş, sadəcə Risale-i Nur külliyatına daxil olan ədəbiyyatın ölkəyə gətirilməsinin məqsədəmüvafiq olmadığını göstərmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2014-cü il tarixli məhkəmə dinşünaslıq ekspertizasının ekspert rəyinə əsasən təqdim edilmiş kitablarda milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn məlumatlar aşkarlanmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdeh tərəfindən verilmiş etirazda bildirilmişdir ki, iddiaçının tələbləri qanunvericiliyə zidd və əsassızdır. Azərbaycan Respublikasının Dim Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra - Dövlət Komitəsi) Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”ni rəhbər tutur. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 10cu abzasına əsasən, Dövlət Komitəsi dinşünaslıq ekspertizasının aparılmasını təmin edir. Eyni zamanda “Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.8-ci bəndinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi Dövlət Komitəsinin əsas vəzifələrindən biridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci bəndinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli, 97 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsi nəzərdə tutulur. İddiaçı də bu hüququndan istifadə edərək, 01 dekabr 2016-cı ildə (Dövlət Komitəsinə daxilolma tarixi 1152/A saylı 16 dekabr) “Rısaleyi-Nur” külliyyatına daxil olan əsərlərin ölkəyə idxalına razılığın verilib-verilməməsi ilə bağlı Dövlət Komitəsinə müraciət etmişdir. M. Ağayevin müraciətinə X13 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə DK-1152/A saylı, 20 dekabr 2016-cı il tarixli məktubla ətraflı cavab verilmişdir. X10 “Risaləyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların 2009-cu ildən etibarən ölkəyə idxalının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Lakin iddiaçı ərizəsində qeyd etdiyi kimi üzərindən iki il keçməsinə baxmayaraq 2018-ci ildə idxalına müvafiq razılıq verilməmiş dini ədəbiyyatları ölkəyə gətirməyə cəhd etmişdir. Bu zaman Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən müvafiq razılığın olmadığı üçün dini ədəbiyyat nümunələri aktlaşdırılaraq saxlanca götürülmüşdür. İddiaçı bundan sonra yenidən 2018-ci ilin iyul ayında Dövlət Komitəsinə müraciət etmişdir. Onun müraciətinə DK-733/A saylı, 10 iyul 2018-ci il tarixli məktubla X13 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə cavab verilmişdir. X10 “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların 2009-cu ildən etibarən ölkəyə idxalının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. İddiaya əsasən İddiaçı bu kitabları sonradan Dövlət Gömrük Komitəsinin anbarından götürərək geri aparmış və ona ümumilikdə 1019.80 manat maddi ziyan dəydiyini bildirmişdir. Eyni zamanda iddaçı ona 1500 manat dəyərində mənəvi zərərin də ödənilməli olduğunu iddia etmişdir. Lakin nə dəymiş maddi ziyan, nə də mənəvi zərər əsaslandırılmamışdır. Baş vermiş hadisədən iki il keçdikdən sonra vətəndaş İddiaçı 2020ci ilin əvvəllərindən etibarən ali hakimiyyət nümayəndələrinə və müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazmağa başlamış, Dövlət Komitəsi tərəfindən 2016 və 2018ci illərdə verilmiş qərarlar arasında ziddiyyətin olduğunu iddia etmişdir. Eyni zamanda, onun müraciətlərinə Dövlət Komitəsi tərəfindən müvafiq cavabın verilməməsindən şikayət etmişdir. İddiaçı müraciətlərinə müvafiq cavabların verilməməsi ilə bağlı bildirilmişdir ki, onun Azərbaycan Respublikası Prezidentinə ünvanladığı 14.01.2020-ci il tarixli və X13 üzrə Dövlət Komitəsinə daxil olan 24.01.2020-ci il tarixli, 07.05.2020-ci il tarixli və 03.06.2020-cı il tarixli şikayət ərizələri Dövlət Komitəsində araşdırılaraq, ona DK-09P/ 65/A saylı, 06 02.2020-cı il tarixli və DK-282/A saylı, 18.05.2020 tarixli və DK-343/A saylı, 11.06.2020-ci il tarixli məktublarla müvafiq cavab verilmişdir. İddiaçı 31.05.2020-cı il tarixində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı şikayət ərizəsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı 03.06.2020-ci il tarixli şikayət ərizəsi də Dövlət Komitəsində araşdırılmış və ona DK-101P saylı, 03 06.2020-ci il tarixli və DK-119VP saylı, 19.06-2020-ci il tarixli məktublarla müvafiq cavab verilmişdir. M. Ağayevin şikayət ərizəsində qeyd etdiyi məsələ ilə bağlı bir daha bildirilmişdir ki, onun 01 dekabr 2016-cı il tarixli müraciətinə DK-1152/A saylı, 20 dekabr 2016-cı il tarixli, 2018-ci ilin iyul ayında təkrar müraciətinə isə DK-733/A saylı, 10 iyul 2018-ci il tarixli məktubla X13 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə ətraflı cavab verilmişdir. Hər iki X10 “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalının məqsədəuyğun olmadığı bildirilmişdir. Həmçinin, qeyd edilmişdir ki, DQİDK-nın hər iki məktubu eyni məzmunludur və “Risaleyinur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalına hüquqi əsas vermir. Eyni zamanda, vətəndaş İddiaçı şikayət ərizələrinə cavab almadığı iddiası ilə bağlı qeyd edilmişdir ki, məktublarda yaşayış yeri kimi göstərdiyi ünvanlar arasında uyğunsuzluq vardır. İddiaçı ərizələrdə ünvan 4a yaşadığı qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində daimi qeydiyyatda olduğu ünvan H.Z.Tağıyev küçəsi, 119 kimi qeyd olunmuşdur. Şikayət məktubları isə Qazax şəhəri, Bakı küçəsi 85 ünvanından göndərilmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı Gəncə şəhərində qeyd olunan ünvanda yaşamır. İddiaçı məxsus ***-***-**-** mobil nömrəsi ilə 11 iyun tarixində Dövlət Komitəsinin əməkdaşları tərəfindən əlaqə saxlanılmış və ona ünvanlanmış DK-101P saylı, 03.06.2020ci il tarixli və DK-343/A saylı 11.06.2020-ci il tarixli məktublar Elektron ünvan 1 elektron ünvanına da göndərilmişdir. Bütün bunlara baxmayaraq, vətəndaş İddiaçı 05 noyabr 2021ci il tarixində Dövlət Komitəsinə daxıl olan eyni məzmunlu şikayət ərizəsində də yaşayış ünvanı yanlış olaraq ünvan 3ir ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur. Tədqiqi hissə kitabın təsvirindən ibarətdir. Əgər hansısa dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilməsə, rəydə bunun səbəbi göstərilir. Dinşünaslıq ekspertizası zamanı bir qayda olaraq ekspertin qarşısında, “Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” sualları qoyulur. Məlumat üçün bildirilmişdir ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına, habelə sərbəst yayılmasına Dövlət Komitəsi tərəfindən razılıq verilməsinə aşağıdakı hallarda imtina edilə bilər: - Dini etiqadın və dini həyat tərzinin zor işlətməklə və ya zor işlədəcəyi ilə hədələməklə, habelə dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verildikdə: -Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği məqsədi ilə həyata keçiriləcəyi ehtimal olunduqda; - İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği halları aşkarlandıqda; -Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması ictimai təhlükəsizliyə və ya ictimai qaydanın pozulmasına səbəb ola biləcəyi hallarda; -Dini dözümsüzlük, radikal təriqətçilik və camaatçılıq ideyaları təbliğ edildikdə; - Onların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması məqsədilə idxal edildiyi aşkarlandıqda, -Ölkədəki tolerantlıq durumuna mənfi təsir göstərən, dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlindiyi təqdirdə; - Onların ölkədə dini duruma mənfi təsir göstərə biləcəyi ehtimal edildiyi digər hallarda. Bu suallardan və imtinaya səbəb kimi göstərilən hallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmamasını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblərarası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. Ekspert həm də ölkədə mövcud dini ənənələri, cəmiyyətin bu və ya digər formada başqa inanc sistemlərinə olan münasibətini də nəzərə almaq məcburiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində göstərilmişdir kı, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, həmin maddənin ikinci bəndində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliğinin qadağan olunduğu qeyd olunmuşdur. Yəni dövlət dinə, şəriət məsələlərinə qarışmır və hansı fikrin şəriətə uyğun olub-olmadığını müəyyənləşdirmir. Amma dövlət ölkədəki dini duruma, dinlər və məzhəblərarası münasibətlərə görə məsuliyyət daşıyır. Bu baxımdan Dövlət Komitəsi üçün müəllifin ictimai mövqeyi, elmi dərəcəsi yox, fikirlərinin dini duruma, dinlər və məzhəblərarası münasibətlərə necə təsir göstərəcəyi önəmlidir. İddiaçı ölkəyə gətirmək istədiyi dini ədəbiyyatlar X5 “Risaleyı-nur” külliyyatına daxil olan 14 adda kitabdır. Məlumat üçün bildirilmişdir ki, ölkədə qeyri-qanuni fəaliyyət göstərən dini qruplardan biri də Türkiyə mərkəzli “Nur camaatı”dır. Azərbaycanda “nurçuluğun Mustafa Sunqur qanadı” kimi tanınan bu qrupun əsas özəlliyi böyük İslam alimi və ustadları kimi qəbul etdikləri Səid Nursinin dini əsərlərinin mütaliəsidir. Əksər hallarda kütləvi şəkildə təşkil edilən bu mütaliələr, kütləvi dini ayinlərin icrası və başqa dini tədbirlər dini ibadət yerlərində deyil, fərdi evlərdə və ya kirayələnmiş mənzillərdə həyata keçirilir. Bu metod nur camaatının ideoloji təbliğat vasitələrindən biri hesab edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1 maddəsinin tələblərinə uyğun olaraq kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilməlidir. Qeyd edilənləri nəzərə alaraq “Risaleyi-nur” külliyyatı adlandırılan bu əsərə daxil olan və bənzəri dini ədəbiyyatlara 2009-cu ildən sonra ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər, xüsusilə hüquq-mühafizə orqanlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Bu cür kitabların idxalının, çapının və ya yayılmasının məqsədəuyğun hesab edilməməsi, belə demək mümkündürsə, onlara legitimlik statusunun verilməməsi anlamına gəlir. İndiki dini şəraitdə dini fikrin və rəyin düzgün istiqamətləndirilməsi və oriyentasiyası baxımından bu, hələlik effektiv vasitə kimi qiymətləndirilir. Eyni zamanda bildirilmişdir ki, bu haqda əlavə məlumat almaq istəyən şəxslər dəfələrlə Dövlət Komitəsində olmuş və onlara müvafiq izahat verilmişdir. Dövlət Komitəsi konkret məsələ ilə bağlı mövqeyini mütəmadi olaraq mətbuat vasitəsilə də ictimaiyyətin diqqətinə çatdırmışdır. KİV-də İddiaçı başqaları ilə birlikdə mənzillərdə qanunvericiliyin tələblərinə zidd olaraq ayinlərdə iştirak etməsi barədə məlumatlar mövcuddur. Bu məlumatlar arasında “Qazaxda “Nurçuluq”un təbliği ilə məşğul olan iki nəfər saxlanılıb” (21.04.2014, APA) və “Dini təriqəti təbliğ edənlər polis tərəfindən saxlanılmışdır” (27.07.2009, AZƏRTAC) başlığı ilə dərc edilən xəbərlərə diqqət etmək kifayətdir ki, İddiaçı bu fəaliyyətinin qanunaziddliyi barədə məlumatlı olmasını dəqiqləşdirək. Məlumat üçün bildirilmişdir ki, polis orqanlarının həyata keçirdiyi bu tədbirlərdə İddiaçı də iştirak etmiş və oradan 175 ədəd dini ədəbiyyat götürülmüşdür. Onların əksəriyyəti də “Risaleyı-Nur” külliyyatına daxildir və hər birindən bir neçə ədəd olmuşdur. Belə çıxır ki, İddiaçı şəxsi istifadə məqsədi ilə ölkəyə gətirmək istədiyi Risaleyi- Nur külliyyatına daxil olan kitabların hər birindən onlarla nüsxəsinə çoxdan sahib olmuşdur. Məhkəmə, toplanmış sübutların hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll edilməsinə kifayət etdiyi qənaətinə gələrək işə baxılmasını təyin etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, habelə onun vəkili və nümayəndəsi ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Cavabdehin DK-119VP saylı 19.06.2020-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığınız 03.06.2020-ci il tarixli şikayət ərizəniz Dövlət Komitəsində araşdırılmışdır. Eyni məzmunda Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız 14.01.2020-ci il tarixli və X13 üzrə Dövlət Komitəsinə daxil olan 24.01.2020-ci il tarixli, 07.05.2020-ci il tarixli və 03.06.2020-ci il tarixli şikayət ərizələriniz Dövlət Komitəsində araşdırılaraq, sizə DK-09P/ 65/A saylı, 06.01.2020-cı il tarixli və DK-282/A saylı, 18.05.2020 tarixli və DK-343/A saylı, 11.06.2020-ci il tarixli məktublarla müvafiq cavab verilmişdir. 31.05.2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız şikayət ərizəsi də Dövlət Komitəsində araşdırılmış və sizə DK-101P saylı, 03.06.2020-ci il tarixli məktubla müvafiq cavab verilmişdir. Ərizənizdə qeyd etdiyiniz məsələ ilə bağlı bir daha bildiririk ki, 01 dekabr 2016-cı il tarixli müraciətinizə DK-1152/A saylı, 20 dekabr 20 l6-cı ıl tarixli, 2018-ci ilin iyul ayında təkrar müraciətinizə isə DK-733/A saylı, 10 iyul 2018-ci il tarixli məktubla X13 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə ətraflı cavab verilmişdir. Hər iki X10 “Risaleyı-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalının məqsədəuyğun olmadığı barədə məlumat verilmişdir. Həmçinin, nəzərinizə çatdırırıq ki, DQİDK-nın hər iki məktubu eyni məzmunludur və “Risaləyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalına hüquqi əsas vermir. Eyni zamanda şikayət ərizələrinizə cavab almadığınız iddiası ilə bağlı bildiririk ki, məktublarınızda şikayət ərizələrinizdə yaşayış yeri kimi göstərdiyiniz ünvanlar arasında uyğunsuzluq vardır. Ərizənizdə ünvan 4a yaşadığınız qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində daimi qeydiyyatda olduğunuz ünvan H.Z.Tağıyev küçəsi, 119 kimi qeyd edilmişdir. Şikayət məktublarınız isə Qazax şəhəri, Bakı küçəsi 85 ünvanından göndərilir. Sizin ***-***-**-** mobil nömrənizlə 11 iyun tarixində Dövlət Komitəsinin əməkdaşları tərəfindən əlaqə saxlanılmış və sizə ünvanlanmış DK-101P saylı, 03.06.2020- ci il tarixli və DK-343/A saylı 11.06.2020-ci il tarixli məktublar Elektron ünvan 2 elektron ünvanınıza da göndərilmişdir”. - Cavabdehin DK-343/A saylı 11.06.2020-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsinə ünvanladığınız 03.06.2020-ci il tarixli şikayət ərizəniz Dövlət Komitəsində araşdırılmışdır. Eyni məzmunda Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız 14.01.2020-ci il tarixli və X13 üzrə Dövlət Komitəsinə daxil olan 24.01.2020-ci il tarixli və 07.05.2020-ci il tarixli şikayət ərizələriniz Dövlət Komitəsində araşdırılaraq, sizə DK-09P/ 65/A saylı, 06.01.2020-ci il tarixli və DK-282/A saylı, 18.05.2020 tarixli məktublarla müvafiq cavab verilmişdir. 31.05.2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız şikayət ərizəsi də Dövlət Komitəsində araşdırılmış və sizə 101P saylı, 03.06.2020-ci il tarixli məktubla müvafiq cavab verilmişdir. Ərizənizdə qeyd etdiyiniz məsələ ilə bağlı bir daha bildiririk ki, 01 dekabr 2016-cı il tarixli müraciətinizə DK-1152/A saylı, 20 dekabr 2016-cı il tarixli, 2018-ci ilin iyul ayında təkrar müraciətinizə isə DK-733/A saylı, 10 iyul 2018-ci il tarixli məktubla X13 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə ətraflı cavab verilmişdir. Hər iki X10 “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalının məqsədəuyğun olmadığı barədə məlumat verilmişdir. Həmçinin, nəzərinizə çatdırırıq ki, DQİDK-nın hər iki məktubu eyni məzmunludur və “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalına hüquqi əsas vermir. Eyni zamanda şikayət ərizələrinizə cavab almadığınız iddiası ilə bağlı bildiririk ki, məktublarınızda şikayət ərizələrinizdə yaşayış yeri kimi göstərdiyiniz ünvanlar arasında uyğunsuzluq vardır. Ərizənizdə ünvan 4a yaşadığınız qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində daimi qeydiyyatda olduğunuz ünvan H.Z.Tağıyev küçəsi, 119 kimi qeyd edilmişdir. Şikayət məktublarınız isə ünvan 5 ünvanlarla yanaşı, cavab məktublarını elektron və ya şəxsən də sizə təqdim etməyə hazırdır”. - Cavabdehin DK-101P saylı 03.06.2020-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız 22.05.2020-ci il tarixli şikayət ərizəniz aidiyyəti üzrə baxılması üçün X13 üzrə Dövlət Komitəsinə daxil olmuşdur. Eyni məzmunda Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız 14.01.2020-ci il tarixli və X13 üzrə Dövlət Komitəsinə daxil olan 24.01.2020-ci il tarixli və 07.05.2020-ci il tarixli şikayət ərizəniz Dövlət Komitəsində araşdırılaraq, sizə DK-09P/ 65/A saylı, 06.01.2020-ci il tarixli və DK-282/A saylı, 18.05 2020 tarixli məktublarla müvafiq cavab verilmişdir. Ərizənizdə qeyd etdiyiniz məsələ ilə bağlı bir daha bildiririk ki, 01 dekabr 2016-cı il tarixli müraciətinizə DK-1152/A saylı, 20 dekabr 2016-cı il tarixli, 2018-ci ilin iyul ayında təkrar müraciətinizə isə DK-733/A saylı, 10 iyul 2018-ci il tarixli məktubla X13 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə ətraflı cavab verilmişdir. Hər iki X10 “Risəleyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalının məqsədəuyğun olmadığı barədə məlumat verilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, DQİDK-nın hər iki məktubu eyni məzmunludur və “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalına hüquqi əsas vermir”. - Cavabdehin DK-733/A saylı 10.07.2018-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “X12 İş üzrə Dövlət Komitəsində qeydə alınmış (DK-733/A saylı, 04 iyul 2018-ci il tarixli) məktubunuzla bağlı bildiririk ki, “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən, məzhəblərarası ədavətə səbəb ola biləcək, eləcə də milli-irqi, dini ayrı-seçkilik salan məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən 2009-cu ildən bu kitabların kütləvi şəkildə ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Bu haqda əlavə məlumat almaq istəyən şəxslər dəfələrlə Dövlət Komitəsində olmuş və onlara müvafiq izahat verilmişdir. Eyni zamanda Dövlət Komitəsi konkret məsələ ilə bağlı mövqeyini dəfələrlə mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmışdır”. - Cavabdehin DK-1152/A saylı 20.12.2016-cı il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin 01 dekabr 2016-cı il tarixli məktubunuzla (daxilolma: 1152/A saylı, 16 dekabr 2016-cı il) bağlı bildiririk ki, “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən, məzhəblərarası ədavətə səbəb ola biləcək, eləcə də milli-irqi, dini ayrı-seçkilik salan məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən 2009-cu ildən bu kitabların kütləvi şəkildə ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Yalnız istisna hallarda hər birindən bir ədəd olmaqla şəxsi istifadə üçün ölkəyə gətirilməsinə razılıq verilmişdir. Bu haqda əlavə məlumat almaq istəyən səxslər dəfələrlə Dövlət Komitəsində olmuş və onlara müvafiq izahat verilmişdir. (Eyni zamanda Dövlət Komitəsi konkret məsələ ilə bağlı mövqeyini dəfələrlə mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmışdır)”. - Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi tərəfindən verilmiş X6 Risaleyi-Nur Külliyyatına daxil olan on dörd kitab haqqında rəyindən görünür ki, X6 Risaleyi-Nur külliyyatına daxil olan “İman və küfür müvazeneleri”, “Asa-yi Musa”, “Lemalar”, “Tarihçe-i Həyatı”, “Mektubat”, “Kastamonu lahikası”, “Sözler”, “Mesnevi-i Nuriye”, “Emirdağ lahikası”, “Şüalar”, “İşaratul-İcaz”, “Barla lahikası, “Sikke-i tasdiki ğaybi” və “Muhakemat” əsərləri “nur camaatı” və ya “nurcu” kimi tanınan dini qrupa aid dini ədəbiyyat nümunələridir. Kitabların məzmununda milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, eləcə də dini ayrı-seçkiliyə yönələn məlumatlar və fikirlər, eləcə də dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyinin əleyhinə yönələn məlumatlar və fikirlər (konstitusiya quruluşunun dəyişdirilməsinə birbaşa və ya dolayı çağırışlar) mövcud deyil. “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ildən sonra ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması və nəşri məqsədəuyğun hesab olunmur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı dini təyinatlı kitabların şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi üçün cavabdeh orqana müraciət etmiş, müraciətlə bağlı dinşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza nəticəsində kitabların təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən onların idxalı məqsədəuyğun hesab edilməmiş, buna görə də, cavabdehin cavab məktubları ilə kitabların idxalına razılıq verilməsindən iddiaçıya imtina edilmişdir. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edərək iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun mövqeyinə görə kitablarda ölkədəki dini duruma mənfi təsir göstərəcək fikirlər yer almamışdır. Əksinə, kitablarda dinin əsasları kimi qələmə verilən bir çox yanlışlıqları və yalanları üzrə çıxararaq islam dinini daha düzgün qavramağa, həqiqi dini əsasları sonradan uydurulmuş din adı altında həyata keçirilən nağıllardan ayırd etməyə və cəmiyyəti maarifləndirməyə yönəlmiş əsərlərdir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən İ. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İİ. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən İ. Hər kəsin vicdan azadlığı vardır. İİ. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. İİİ. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. İV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən Bu Qanun Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsinə əsasən hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir. Həmin Qanunun 29-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 7.8-ci bəndinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi, dinşünaslıq ekspertizasının aparılmasını təmin etmək Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən dini ədəbiyyatların idxalına razılığın verilibverilməməsi cavabdeh orqanın diskresion səlahiyyətlərinə aid edilmişdir. ‘İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən inzibat orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi aktların tələblərinə əsasən cavabdehin hərəkəti qanuni və əsaslı olmuşdur. Belə ki, dini məzmunlu materialların dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi cavabdehin vəzifəsi olduğu üçün həmin vəzifənin icrası zamanı verilmiş ekspertiza rəyinə əsasən “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ildən sonra ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması və nəşri məqsədəuyğun hesab olunmamışdır. Buna görə də, cavabdeh tərəfindən diskresion səlahiyyətlər əsasında iddiaçıya həmin ədəbiyyatın şəxsi istifadə üçün ölkəyə idxal edilməsinə razılıq verilməsindən imtina edilmişdir. Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsi ilə qorunan ifadə azadlığına müdaxilə etmək üçün ehtiyacın mövcudluğunu və bu müdaxilənin dərəcəsini qiymətləndirmək üçün həmin maddəyə əsasən Üzv Dövlətlərin istifadə etdiyi mülahizə sərbəstliyi ilə bağlı olaraq diqqəti öz formalaşmış presedent hüququnda xüsusi vurgulayır (bax Tammer Fransaya qarşı (Tammer v. Estonia, no. 41205/98, § 60, ECHR 2001-İ). Bu mülahizə sərbəstliyi paralel olaraq Avropanın, bu səlahiyyətə tətbiq edilən qanunvericiliyi və hətta, müstəqil məhkəmə tərəfindən verilmiş qərarlar da daxil olmaqla, qərarları əhatə edən, nəzarəti altında həyata keçirilir. (bax Karhuvaara və İltalehti Finlandiyaya qarşı (Karhuvaara and İltalehti v. Finland, no. 53678/00, § 38, ECHR 2004-X, və Flintikkila və Digərləri Finlandiyaya qarşı (Flinkkilä and Others v. Finland, no. 25576/04, § 70, 6 April 2010).) Nəzarət funksiyasını həyata keçirərkən, Məhkəmənin vəzifəsi yerli məhkəmələri əvəz etmək deyil, onların öz mülahizə sərbəstliyinə əsasən verdikləri qərarın Konvensiyanın müvafiq şərtinə uyğun olub-olmamasını tam olaraq məhkəmə işinin çərçivəsində nəzərdən keçirməkdir (bax Axel Springer AG Almaniyaya qarşı (Axel Springer AG v. Germany [GC], no. 39954/08, § 86, 7 fevral 2012). Avropa Məhkəməsi bəyan edir ki, bu cür mülahizə sərbəstliyinin genişliyi bir sıra faktorlardan asılı olaraq dəyişir və bu faktorların içərisində sözügedən ifadə edilən fikirlərin növü xüsusi əhəmiyyətə malikdir. Konvensiyanın 10-cu Maddəsinin 2-ci bəndinə əsasən siyasi ifadəyə qoyulan məhdudiyyət üçün dar çərçivənin olmasına baxmayaraq (bax Ceylan Türkiyəyə qarşı (Ceylan v. Turkey [GC], no. 23556/94, § 34, ECHR 1999İV), əxlaq və ya xüsusilə, din sahəsində şəxsi məhrəm inancları təhqir edən məsələlər ilə bağlı ifadə azadlığının tənzimlənməsində Üzv Dövlətlər daha geniş mülahizə sərbəstliyindən istifadə edə bilərlər (bax Murphy, § 67). Bu cür işlərdə, qarşıya qoyulmuş legitim məqsədləri reallaşdırmaq niyyəti ilə tətbiq edilən “məhdudiyyət” və ya “cərimə”nin “zəruriyyət”i barədə qərar vermək üçün, öz ölkələrindəki mühüm qüvvələr ilə birbaşa və davamlı ünsiyyətdə olmaları səbəbilə, dövlət orqanları prinsip olaraq beynəlxalq hakimlərdən daha əlverişli mövqedədirlər (bax Müller və Digərləri İsveçrəyə qarşı (Müller and Others v. Switzerland, 24 may 1988, § 35, Series A no. 133). Məhkəmə öz ölkələrinin reallığına daha yaxın olan dövlət və yerli orqanlarının seçimlərinə müdaxilə edə bilməz və əgər, bunu edərsə, Konvensiya sisteminin köməkçi xarakterini nəzərdən qaçırmış olar (bax “Belçika təhsil sistemində dillərin istifadəsi haqqında qanunun müəyyən aspektləri ilə bağlı” (“relating to certain aspects of the laws on the use of languages in education in Belgium” ) Məhkəmə işi (mahiyyət), 23 iyul 1968, p. 35, § 10, Series A no. 6). Hazırki işdə məhkəmə ilk öncə qeyd edir ki, işi araşdıran cavabdeh orqan icazənin verilmədiyini hansı əsaslarla izah edərək öz qərarını təfsilatlı şəkildə əsaslandırmışdır. Cavabdehin iddiaçının ölkəyə idxal etmək niyyətində oldugu on dörd kitab haqqında dinşünaslıq ekspertizasının rəyindən göstərilmişdir ki, əsərlər “nur camaatı” və ya “nurcu” kimi tanınan dini qrupa aid dini ədəbiyyat nümunələridir, kitabların məzmununda milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, eləcə də dini ayrı-seçkiliyə yönələn məlumatlar və fikirlər, eləcə də dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyinin əleyhinə yönələn məlumatlar və fikirlər (konstitusiya quruluşunun dəyişdirilməsinə birbaşa və ya dolayı çağırışlar) mövcud olmasa da, “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ildən sonra ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması və nəşri məqsədəuyğun hesab olunmur. Cavabdeh orqan “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 29 may 2009-cu il tarixli 97 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.2-ci bəndinə əsasən 22-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7 və 7.8 bəndlərinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi vəzifəsinə uygun hərəkət etmişdir. Avropa Məhkəməsi X1rşi işində (Case of Mouvement Raëlien Suisse v. Switzerland, 16354/06 saylı ərizə, qərar 13 iyul 2012-ci il tarixli) belə nəticəyə gəlmişdir ki, hazırkı işdə dövlət orqanları geniş mülahizə sərbəstliyinin sərhədini aşmamışdırlar və onların öz qərarlarını əsaslandırmaq üçün göstərdikləri səbəblər “münasib və qənaətbəxş”dir və “təcili sosial ehtiyac”a cavab verir. Buna görə də, Məhkəmə sözügedən məsələni diqqətlə və Məhkəmənin presedent hüququnun prinsiplərinə uyğun şəkildə araşdırmış Federal Məhkəmənin qiymətləndirməsini öz qiymətləndirməsi ilə əvəz etmək üçün heç bir ciddi səbəb görmür. Müvafiq olaraq, Konvensiyanın 10-cu maddəsi pozulmamışdır...” İfadə azadlığına müdaxilə zərurətini meydana gətirən ümumi prinsiplər Stoll İsveçrəyə qarşı (Stoll v. Switzerland [GC] (no. 69698/01, § 101, ECHR 2007V) ) işində xülasə şəklində verilmiş və Mouvement Raëlien Suisse İsveçrəyə qarşı (Mouvement Raëlien Suisse v. Switzerland ([GC], no. 16354/06, § 48, 13 iyul 2012) işində təkrarən istinad edilmişdir: (ii) “Zəruri” sifəti 10-cu Maddənin 2-ci bəndinin mənası baxımından “təzyiq edici sosial ehtiyacın” olduğunu nəzərdə tutur. Buna müvafiq olaraq, Avropa Məhkəməsi xatırladır ki, Avropa ölkələrinin zəngin tarixi, mədəni və siyasi fərqləri vardır və buna görə də hər bir Dövlət özü özünün demokratik baxışını müəyyən etməlidir (X4rşı (Hirst v. the United Kingdom (no. 2) [GC]), 61-ci bənd; və Skoppola İtaliyaya qarşı (Scoppola v. İtaly (no. 3) [GC]), 83-cü bənd, hər ikisi yuxarıda sitat gətirilib). Qanunverici və məhkəmə orqanları daima öz ölkələri və cəmiyyətləri ilə ünsiyyətdə olduğundan onların ehtiyaclarına daha yaxşı bələd olurlar və buna görə də, öz Dövlətlərində demokratik nizamı qorumaqla bağlı meydana gələn çətinlikləri qiymətləndirmək üçün ən yaxşı mövqedə olurlar (Jdanovka Latviyaya qarşı (Ždanoka v. Latvia [GC]), yuxarıda sitat gətirilib, 134-cü bənd). Buna görə də Dövlətə bu hərbir ölkəyə görə dəyişən və mürəkkəb qiymətləndirməni apara bilmək üçün müəyyən səlahiyyət sərbəstliyi verilməlidir ki, hazırkı işdə qanunvericilik seçimi ilə bağlı mülahizə sərbəstliyi məhz diqqət mərkəzində dayanan məsələdir”. Məhkəmə cavabdehin təqdim etdiyi ekspert rəyinin nəticələrinin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmin rəylə razılaşmaması üçün əsaslar olmadığından (rəyin kifayət qədər əsaslı və əhatəli olması, ekspertin fikirlərini konkret mənbələrə istinad etməklə əsaslandırması nəzərə alınaraq) və iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla sübut edə bilmədiyindən iddianın təmin edilməməsi barədə nəticəyə gəlir. Belə ki, ekspert rəyində kitabda ölkədəki mövcud dini duruma mənfi təsir göstərəcək fikirlərə yer verildiyi göstərilmişdir. Bu halda ifadə azadlığına qoyulmuş məhdudiyyət “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 10.2-ci maddəsi ilə uyğunluq təşkil edir. Həmin maddəyə görə milli təhlükəsizlik, ictimai asayiş maraqları naminə, eləcə də iğtişaş və cinayətin qarşısını almaq üçün ifadə azadlığına məhdudiyyət qoyula bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 3.6-cı maddəsinə əsasən isə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; həmçinin iğtişaşların qarşısının alınması üçün; həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası X13 üzrə Dövlət Komitəsinə qarşı Risalei-Nur Külliyyatına daxil olan ədəbiyyatların şəxsi istifadəsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-8151/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8151/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver