Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8152/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X9 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan), Üçüncü şəxs X6 nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X12, X4 və X10 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Başçısının 4 iyul 1996cı il tarixli, 236 saylı sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi yaxınlığında sovxoza məxsus sahədə fərdi ev tikmək üçün ona 1000 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. Halhazırda həmin torpaq sahəsinin 950 kv.metri onun istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi üçün cavabdeh idarəyə müvafiq ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan heç bir qanuni əsas olmadan tələbinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək, ünvan 2nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar 23 iyul 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və 30 iyul 2019-cu il tarixli məktubla icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20 avqust 2019cu il tarixli, **********2 saylı məktubdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2154/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarının icrası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 0,095 ha torpaq sahəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli, 16.08.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 05 noyabr 2020-ci il tarixli qərardadına əsasən X12 və X4 üçüncü şəxs qismində cəlb edilmişdir. ünvan 2nun ərazisində yeləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 13 iyun 2019cu il tarixli qərarı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-8152/2021 saylı, 05 iyul 2021-ci il tarixli qərardadına əsasən X10 3-cü şəxs qismində işə cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, ərizəsinə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş yerləşmə cizgisində istinadlar olmadığında sənəd üzrə olan sahəni təyin etmək mümkün olmadığı, həmçinin arxiv arayışında iddiaçının ata adı qeyd olunmamış və torpaq sahəsinin azalması ilə bağlı razılıq ərizəsi təqdim edilməmişdir. Bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilərək, ona əsaslı olaraq imtina verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X6 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçının ona ayrıldığı iddia etdiyi torpaq sahəsi ona məxsus deyildir. Belə ki, sözügedən torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamına əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Zeytun sovxozuna məxsus ərazidə 1000 kv.metr torpaq sahəsi 29 noyabr 1999-cu il tarixli protokol ilə X11 ayrılmışdır. Bununla bağlı 1 saylı Zeytun sovxozu tərəfindən Akt tərtib olunaraq ayrılmış torpaq sahəsində sxematik planın sərhədlərinə taxta nişangah qoyulduqdan sonra həmin sahə Zaur Muradova təhvil verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X2 vəkili X13 izahatında göstərdi ki, X4 2007ci ildə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini ev tikmək məqsədi ilə rəsmi qaydada əldə etmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 30.03.2007-ci il tarixli,160703232 qeydiyyat nömrəli və MH ******* seriyalı çıxarış verilmişdir. Eyni zamanda çıxarışla yanaşı 30.03.2007-ci il tarixdə mübahisə predmeti olan Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın pasportu verilmişdir. X2 mülkiyyətində olan və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********72 reyest nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş döngə nöqtələrinin eyni ilə həmin sahəyə, yəni 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı əsasında İddiaçı adına **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi sonradan Bakı şəhəri 24 saylı DNK-nın 209 saylı 28.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmişdir ki, həmin torpaq sahəsi də məhz X3 məxsus olan torpaq sahəsi ilə eyniyyət təşkil edir və bununla bağlı DƏDRX-də arayış da mövcuddur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçı və 3-cü şəxs X5 iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən verilmiş 14.06.2018-ci il tarixli, **********70 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ərizəsinə baxılmış, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqim edilmiş yerləşmə cizgisində istinadlar olmadığında sənəd üzrə olan sahəni təyin etmək mümkün olmamışdır. Həmçinin arxiv arayışında ata adı qeyd olunmamış və torpaq sahəsinin azalması ilə bağlı razılıq ərizəsi təqdim edilməmişdir. Bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş arxiv çıxarışından görünür ki, Abşeron rayon 1 saylı Zeytun sovxozu direktorunun 22 fevral 2000-ci il tarixli, 01 saylı əmrlə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 4 iyul 1996-cı il tarixli 236 saylı sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi yaxınlığında sovxoza məxsus sahədə fərdi ev tikmək üçün 1000 kv.m. torpaq sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 22 fevral 2000-ci il tarixli protokolu. 1saylı Zeytun Sovxozu tərəfindən tərtib edilmiş aktdan görünür ki, Abşeron Rayon İHB-nin 236 saylı, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən Sovxoz həmkarlar təşkilatının 06 saylı, 04 iyul 1999-cu il tarixli sərəncamına əsasən Sovxoz həmkarlar təşkilatının 02 saylı, 22 fevral 2000-ci il tarixli protokoluna əsasən İddiaçı ayrılmış torpaq sahəsi ölçülüb sərhədinə taxta nişangah qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş X12 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-585 saylı, 10 may 2019-cu il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon 1 saylı Zeytun sovxozu direktorunun 29 noyabr 1999-cu il tarixli, 08 saylı əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamının 8-ci bəndinə əsasən Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün 1000 kv.metr torpaq sahəsi X11 ayrılmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli protokolu. 1 saylı Zeytun sovxozunun 08 saylı, 29 noyabr 1999-cu il tarixli əmrindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamına əsasən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində sovxoza məxsus ərazidə yerləşən fərdi ev tikmək üçün X11 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli protokolu. 1 saylı Zeytun Sovxozu tərəfindən tərtib edilmiş aktdan görünür ki, Abşeron Rayon İHB-nin 236 saylı, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli sərəncamına əsasən Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli protokoluna əsasən X11 ayrılmış torpaq sahəsi ölçülüb sərhədinə taxta nişangah qoyulduqdan sonra X11 təhvil verilmişdir. 2 saylı Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(82)-2154/2019 saylı məktubuna əsasən X6 iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin İddiaçı məxsus olan ünvan 2nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin, düşdüyü təqdirdə naturada yeri göstərilməklə buna dair rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli, **********55 saylı məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Torpaq sahəsi naturada 950 kv.metr olmaqla təqdim olunmuş plan-ölçüdə qeyd olunan koordinat nöqtələri ilə tam olaraq üst-üstə düşür. Sözügedən torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən **********20 reyestr nömrəsi ilə X5 mülkiyyətindədir. X12 tərəfindən torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün sənədin göstərilən sahəyə aid olub-olmaması məlum deyildir. Üçüncü şəxs qismində cəlb edilmiş X4 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X2 adına **********72 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə 30 mart 2007-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən X3 verilmiş **********72 reyestr nömrəli daşınmaz əmlakın pasportundan görünür ki, Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsinin planı tərtib edilmişdir. Əsas olaraq Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 01 fevral 2007-ci il tarixli, ********* nömrəli daşınmaz əmlakın dövlət reeystrindən çıxarış, Abşeron rayon 2 saylı DNK-nin 07 fevral 2007-ci il tarixli, 4Ə-2-142 nömrəli alqı-satqı müqaviləsi. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışa əsasən Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsinin X2 adına **********72 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 30 mart 2007-ci il tarixdə qeydiyyata alınmasına əsas olmuş Çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 23 iyun 2021-ci il tarixli, **********79 saylı məktub əsasında X2 adına tərtib edilmiş ********* qeydiyyat nömrəli, 30.03.2007-ci il tarixli çıxarışın və onun verilməsinə əsas olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş AN-İ № ******* saylı, 07 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X14 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsinin ********* qeydiyyat nömrəli 01.02.2007-ci il tarixli **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli kitabın 24 nömrəli vərəqində qeydə alınmış Çıxarışa və 07 fevral 2007-ci il tarixli 433 nömrəli arayışa əsasən ona məxsus olan Abşeron rayonu 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2020-ci il tarixli, **********60 saylı məktubdan görünür ki, torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı əsasında İddiaçı adına **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi sonradan Bakı şəhəri 24 saylı DNK-nun 209 saylı, 28 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmişdir. Bundan əlavə müraciətə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********72 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları da eyni ilə həmin sahəyə aiddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2020-ci il tarixli, **********75 saylı məktubdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarına əsasən İddiaçı adına qeydiyyata alınmış ünvan 2nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi ilə iddiaçı X2 30.03.2007-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən yerli baxış zamanı göstərdiyi sahə eynlik təşkil etməklə üst-üstə düşür. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********92 saylı, 16 avqust 2021-ci il tarixli məktubdan görünür ki, X5 adına çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə müraciətə baxılmış və bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,095 ha torpaq sahəsinin X5 adına qeydiyyata alınmasına əsas olmuş 24 saylı DNK-nın 4Ə-209 reyestr nömrəli 28.08.2019-cu il tarixli elektron alqı-satqı müqaviləsi idarənin arxivində saxlanılmamışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 563515 saylı Çıxarışdan görünür ki, ünvan 2 ərazisində yerləşən 0,095 ha torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 899 nömrəli reyestr kitabının 85210 nömrəli vərəqində **********20 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 09 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Beləliklə işin araşdırılan hallarından aydın olur ki, iddiaçı Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi yaxınlığında sovxoza məxsus sahədə fərdi ev tikmək üçün ona 1000 kv.metr torpaq sahəsi ayrıldığını, hal-hazırda həmin torpaq sahəsinin 950 kv.metrinin onun istifadəsində və sahibliyində olduğunu iddia edərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı bundan sonra məkəməyə müraciət etmişdir və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş və qərarın icrası ilə bağlı ünvan 2 ünvanında yerləşən 0,095 ha torpaq sahəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli, 16.08.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. Torpaq sahəsi sonradan Bakı şəhəri 24 saylı DNK-nun 209 saylı, 28 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində 899 nömrəli reyestr kitabının 85210 nömrəli vərəqində **********20 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 09 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 05 noyabr 2020-ci il tarixli qərardadına əsasən X12 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Qanunvericiliyin tələblərindən göründüyü kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki halda iddiaçı Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncamına əsasən onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də, həmin sərəncama baxış keçirilərkən sərəncamda iddiaçının ata adının qeyd olunmadığı, həmçinin sərəncam əsasında 1000 kv.metr torpaq sahəsinin ayrıldığı göstərilsə də, onun hansı əsasla 950 kv.metr torpaq sahəsi üzərində qeydiyyata alınmasını tələb etməsinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən torpaq sahəsinin sxematik planı təqdim edilsə də, təqdim edilmiş yerləşmə cizgisində istinadlar olmadığında sənəd üzrə olan sahəni təyin etmək mümkün deyildir. Həmçinin işə yenidən mahiyyəti üzrə baxılan zaman üçüncü şəxs X4 və X12 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında iddiaçının onun istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsi ilə bağlı bir sıra mübahisəli hallar olduğu müəyyən edilmişdir. Belə ki, üçüncü şəxs X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.03.2007-ci il tarixdə verilmiş MH ******* seriyalı, ********* qeydiyyat nömrəli çıxarışı məhkəməyə təqdim edərək, həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Qeyd olunan halların müəyyənləşdirilməsi məqsədilə məhkəmə araşdırması dövründə bununla bağlı X4 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.03.2007-ci il tarixdə verilmiş MH ******* seriyalı, ********* qeydiyyat nömrəli çıxarış üzrə sonuncunun adına qeydə alınmış torpaq sahəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarına əsasən İddiaçı adına qeydiyyata alınmış ünvan 2nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi cavabdehdən tələb edilmişdir. Bununla bağlı torpaq sahəsinə yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə 30.03.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X2 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşür. Belə olan halda X2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl 30.03.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının hazırda qüvvədə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının Abşeron Rayon İcra Başçısının 4 iyul 1996-cı il tarixli, 236 saylı sərəncamına əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin iddiaçı Abşeron Rayon İcra Başçısının 4 iyul 1996-cı il tarixli, 236 saylı sərəncamına istinad edərək, torpaq sahəsinin ona ayrıldığını və qanuni istifadəsində olduğunu iddia etsə də, lakin digər üçüncü şəxs X12 da oxşar sənədləri, yəni Abşeron Rayon İcra Hakimiyyəti Başçısının verdiyi sərəncamı və aktı təqdim edərək, sözügedən torpaq sahəsinin iddiaçıya deyil, ona ayrıldığını iddia etmişdir. Məhkəmə araşdırması dövründə X6 iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin İddiaçı məxsus olan ünvan 2nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə 30.03.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X2 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, X2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl 30.03.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-8152/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8152/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver