Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8159/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı oğlunun cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlunun cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məhkəməyə müraciət edərək, 57 yaşdan, yəni 27.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1963-cü il tarixdə Ucar rayonu, Sileyli kəndində anadan olmuşdur. 1978-ci il tarixdən hal-hazıradək əmək stajı vardır. Matros, kapitan köməkçisi və kapitan vəzifələrində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı'nda (Üzən heyət: ********) həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.2-ci bəndində və öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdik. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin qeyd olunan əsaslarla müraciətimdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 1 sentyabr 1983-cü il tarixli l/İT-l ******* nömrəli əmək kitabçanızda və ona əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 11 ay 13 gün (01.09.1980-26.07.1983-cü il, 01.08.1983-23.03.1984-cü il, 26.04.1984- 24.05.1986-cı il, 01.09.1986-09.08.2004-cü il, 10.08.2004-01.09.2004-cü il və 02.09.2004- 01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının vəkili Vəkil oğluməhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X4 oğlu xx.xx.1963-cı il tarixdə Ucar rayonunda anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR X8 Təhsili Komitəsinin D№402216 nömrəli diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1980-ci ildə Bakı şəhəri 95 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 20 iyul 1983-cü ildə İ dərəcəli matros peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. H3№4706543 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 23 aprel 1984-ci ildən 24 may 1986-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. Zərdab rayon İcra Hakimiyyəti Zərdab rayon Dövlət Arxivinin 83 nömrəli 16 aprel 2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1978-ci ildən 1980-ci ilədək “Şirvan” kolxozunun üzvü olmuşdur. "xxxx" QSC Xəzər X5 17 fevral 2021-ci il tarixli EN 01/02-63 nömrəli arxiv arayışına əsasən 5.12.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 20.07.1983-cü ildə 95 saylı X8 məktəbini bitirdikdən sonra (Təhsil müddəti:01.09.1980-21.07.1983-cü il) 01.08.1983-cü ildə Abşeron Rayon X5 “PSK-31” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (01.08.1983-cü il tarixli, 277-k nömrəli əmr) işə qəbul edilmişdir.01.09.1983-cü ildə “PS-151” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (01.09.1983-cü il tarixli 318-k nömrəli əmr) keçirilmişdir. 26.03.1984-cü ildə hərbi xidmətə çağırıldığı üçün (27.03.1984-cü il tarixli, 98-k nömrəli əmr) işdən azad edilmişdir. 01.09.1986-cı ildə “PSK-20” gəmisinə 1-ci dərəcəli jjıalCQS-. peşəsinə (01.09.1986-cı il tarixli 233-k nömrəli əmr) işə qəbul edilmişdir.O, Donanmanın “PSK-48", “Calqan-9”, “Abşeron-7n,“Abşeron-3” gəmilərində matros, kapitanın böyük köməkçisi, kapitan vəzifələrində işləmişdir. 09.08.2004-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar) (09.08.2004-cü il tarixli, 180-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 10.08.2004-cü ildə “Ə.Şıxlinski” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (10.08.2004-cü il tarixli, 202 nömrəli əmr) işə qəbul edilmişdir. 01.09.2004-cü ildə Azərbaycan Respublikası Ə.M.-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar) (01.09.2004-cü il tarixli, 222 nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 02.09.2004-cü ildə b/k “Abşeron- 7”gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (02.09.2004-cü il tarixli 202-k nömrəli əmr) işə qəbul edilmişdir. 16.10.2007-ci ildə b/k “Abşeron- 7”gəmisinə (16.10.2007-ci il tarixli, 420-k nömrəli əmr), 01.04.2011-ci ildə isə “Abşeron-22”gəmisinə kapitan vəzifəsinə (01.04.2011-ci il tarixli, 55-k nömrəli əmr) keçirilmişdir. Hal-hazırda “Abşeron-22” gəmisində kapitan vəzifəsində çalışır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfmn 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod.: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. İşdə olan iddiaçının İT-İ-0686525 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -01.09.1980-ci il tarixdən 20.07.1983-cü il tarixədək Bakı 95№-li orta DPM-də təhsil alıb; -01.08.1983-cü ildə SSG 31-ə 1-ci dərəcəli matros təyin edilib; -01.09.1983-cü ildə SSG 151-ə 1-ci dərəcəli matros keçirilib; -26.03.1984-Sovet ordusuna xidmətlə əlaqədar olaraq işdən azad edilib; -01.09.1986-cı ildə SSG 20-yə 1-ci dərəcəli matros təyin edilib; -21.12.1987-ci ildə SSG 48-ə 1-ci dərəcəli matros vəzifəsinə keçirilib; -27.10.1991-ci ildə d/k “Calqan-9” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilib; -03.11.1993-cü ildə b/k “Abşeron 3” gəmisində kapitan vəzifəsinə keçirilib; -23.06.1995-ci ildə b/k “Abşeron 7” gəmisində kapitanın böyük köməkçisi vəzifəsinə keçirilib; -06.01.1999-cu ildə b/k “Abşeron 7” gəmisində kapitan vəzifəsinə keçirilib; -01.08.2001-ci il tarixdə “Abşeron 7” gəmisində kapitanın böyük köməkçisi vəzifəsinə keşçirilmişdir; -19.05.2003-cü il tarixdə “Abşeron 7” gəmisində kapitanın vəzifəsinə keçirilmişdir; -22.07.2004-cü il tarixdə “Abşeron 7” gəmisində kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir; -09.08.2004-cü ildə əmək müqaviləsinə xitam verilmişdir; -10.08.2004-+cü ildə onunla bağlanmış müddətli əmək müqaviləsinin şərtlərinə uyğun olaraq ixtisaslaşdırılmış X5 İdarəsinə işə qəbul edilmişdir və “Ə.Şıxlinski” gəmisinə 1-ci matros qəbul edilmişdir; -01.09.2004-cü ildə əmək müqaviləsinə xitam verilmişdir; -17.02.2004-cü ildə “Xəzər X9sı” İdarəsinin Abşeron rayon X9 İdarəsinə “Abşeron- 7” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə işə qəbul edilmişdir; -16.10.2007-ci ildə “Abşeron-7” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir; -16.03.2011-ci il tarixdə “Kirjim-27” gəmisinə şkiper vəzifəsinə keçirilmişdir; -01.04.2011-ci il tarixdə “Abşeron-22” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir; -Hal-hazırda işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 17 iyun 2021-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, 1 sentyabr 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda və ona əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 11 ay 13 gün (01.09.1980- 26.07.1983-cü il, 01.08.1983-23.03.1984-cü il, 26.04.1984-24.05.1986-cı il, 01.09.1986- 09.08.2004-cü il, 10.08.2004-01.09.2004-cü il və 02.09.2004-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Belə ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1)nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2)ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın izibati orqana təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı da təqdim edilmişdir. İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, 25 ildən çox əmək stajı (hərbi xidmət keçdiyi dövrlər və təhsil illəri daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Qeyd olunan iş stajı, orduda xidmət illəri və təhsil illəri cəmləndikdə, həmçinin onun ”Şirvan” kolxozun 1978-ci ildən 1980-ci ilədək üzvü olması nəzərə alınaraq iddiaçının 01.01.2006-cı il tarixədək 26 il 11 ay 19 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının “X10 Qaz Donanması” idarəsində 01.08.1983-01.09.1983-cü ilədək matros, 01.09.1986-27.10.1987-ci ilədək matros, “Calqan 9” “Abşeron 3”, “Abşeron-7” gəmilərində 1987ci ildən 01.01.2006-ci ilədək kapitanın böyük köməkçisi, kapitan vəzifələrində işləmişdir.İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ Bölməsinin 23003010 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bölməsinə uyğun olmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (19 il 02 ay 02 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) . Göründüyü kimi iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi , ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı oğlunun iddiası təmin edilməli, iddiaçıya pensiya hüququnun yarandığı gün 57 yaşdan, yəni 27.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun iddiası təmin edilsin. İddiaçı oğlunun 57 yaşdan, yəni 27.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-8159/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8159/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver