Məhkəmə qərarları › İş №2-1(112)-816/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-816/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-816/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X41 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X8 , Cavabdehin nümayəndəsi X18, 3-cü şəxs X9 və onun vəkili X10 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X21 inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinəməhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Bakı şəhəri, Oktyabr rayon X23 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhəri, Cavabdeh) 19 mart 1991-ci il tarixli, 3/1 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Yasamal rayon Məhkəməsində iddia irəli sürmüşdür. Həmin mülki işə baxılan zaman məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olarkən məlum olmuşdur ki, həmin mülki iş üzrə mübahisə predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı kooperativ mənzilinin yeganə payçısı Qasımov X26 vəfat etməsi ilə əlaqədar olaraq, ona məxsus olan həmin pay keçmiş Bakı şəhəri, Oktyabr rayon X23 İcraiyyə Komitəsinin (Hazırki Bakı şəhəri, Cavabdeh) 19 mart 1991-ci il tarixli, 3/1 nömrəli qərarı ilə X1 adına keçirilmişdir. Halbuki, həmin mənzilin yeganə payçısı olan Qasımov X40 bütün əmlakını, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı kooperativ mənzilindəki payını 28 oktyabr 1988-ci il tarixli vəsiyyətnamə əsasında bacısı, yəni iddiaçının anası, X11 vəsiyyət etmişdir. Qasımov X40 vəfat etdikdən sonra həmin vəsiyyətnamə əsasında Bakı şəhəri, 5 saylı Dövlət Notariat kontoru tərəfindən X5 adına 29 sentyabr 1989-cu il tarixdə, 2 - Hkh-167 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna baxmayaraq, həmin vaxtdan təqribən 18 ay ötəndən sonra, keçmiş Bakı şəhəri, Oktyabr rayon X23 İcraiyyə Komitəsinə yalan məlumatlar və saxta sənədlər təqdim edilmiş və 19 mart 1991-ci il tarixli, 3/1 nömrəli qərarla həmin pay tamamilə qanunsuz olaraq, X1 adına keçirilmişdir. Lakin həmin qərardan nə X5, nə də onun ailə üzvlərinin məlumatı olmamışdır. Mübahisəli mənzilə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilən X20 28 fevral 2013-cü ildə vəfat etmişdir.Hazırki iş üzrə iddiaçı olan İddiaçı X5 övladı olmaqla, onun birinci dərəcəli vərəsəsidir. Buna görə də keçmiş Bakı şəhəri, Oktyabr rayon X23 İcraiyyə Komitəsinin 19 mart 1991- ci il tarixli, 3/1 nömrəli qərarı İddiaçı hüquqlarını pozur. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2020-ci il tarixli, 24 yanvar 2020-ci il tarixli qərardadı ilə X22 iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş və növbəti məhkəmə iclası 02 iyun 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Ə.Rzayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, hazırki iddia ərizəsi ilə mübahisələndirilən Bakı şəhəri, Oktyabr rayon X23 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhəri, Cavabdeh) 19 mart 1991-ci il tarixli, 3/1 nömrəli qərarın mövcudluğundan iddiaçı yalnız Yasamal rayon Məhkəməsində baxılan iş zamanı məlumatlı olmuşdur. Nəzərə alsaq, Yasamal rayon məhkəməsində baxılan iş üzrə qəbul edilmiş qətnamə 12.12.2019cu il tarixə aid olduğundan, iddiaçı prosessual müddəti ötürmədən qərarı mübahisələndirilməsi üçün 05 dekabr 2019-cu il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, iddiaçının nümayəndəsi və vəkili iddianın mümkün sayılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quluzadə iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözügedən Bakı şəhəri, Oktyabr rayon X23 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhəri, Cavabdeh) 19 mart 1991-ci il tarixli, 3/1 nömrəli qərardan uzun müddət keçməsinə baxmayaraq, iddiaçı hazırki iddia ərizəsi ilə həmin qərarı mübahisələndirir. Cavabdehin nümayəndəsi iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs D.Nəcəfova və onun vəkili N.Məmmədova iddiaya etiraz edərək, qeyd etmişdirlər ki, hazırki iş üzrə iddiaçının subyektiv hüququ olmamış və iddia qaldırmaq müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlü olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydada riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərin, yəni başqa şəxslərin tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 30 iyul 2008-ci il tarixli Qərarı). İş materillarında olan: - Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli 05/2-1737/69 saylı sənədin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qasımov Ağa-Kərim Ağa-Baba oğlu ilə X47Həsən qızının nikahı haqqında 07.12.1987-ci il tarixdə 1278 №li akt qeydi tərtib edilmişdir. Həmin sənəddə qeyd olaraq A.A.Qasımovun Bakı Şəhəri Yasamal Rayonu Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 07.03.1989-cu il tarixli 292 saylı akt qeydinə əsasən, L.M.Nəcəfovanın isə Bakı Şəhəri Nəsimi Rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 08.08.2006-ci il tarixli 739 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etdikləri bildirilmişdir. - 28.10.1988-ci il tarixli X6 məxsus vəsiyətnamədən görünür ki, X17 adına olan bütün əmlakları X14 vəsiyyət etmişdir. - Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən tərtib edilmiş 29.09.1989-cu il tarixli vəsiyyətnamə üzrə miras hüququ haqqında şəhadətnaməyə əsasən, X14 07.03.1989-cu il tarixdə vəfat etmiş X3 mülkiyyətində olmuş (mirasın 2/3 payı) kooperativ payı və geri qaytarılmalı məbləğ olan 2944 rubldan ibarət miras əmlak üzrə şəhadətnamə verilmişdir. Mirasın 1/3 hissəsi isə açıq saxlanılmışdır. - Oktyabr rayon XDS-nin 19.03.1991-ci il tarixli, 3/1 saylı qərarından görünür ki, X3 həyat yoldaşı X19 müraciətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, 2 saylı mənzil X19 adına keçirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin 15 noyabr 2019-cu il tarixli, **********18 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, mənzil 2 X1 15.09.1994-cü il tarixli ərizəsinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Əməkçisi” Mənzil tikinti kooperativi tərəfindən təsdiq edilmiş 15.09.1994-cü il tarixli forma 2 və maliyyə arayışlarına, 3/1 nömrəli, 19.03.1991-ci il tarixli qərarın və 73002 saylı orderin surətlərinə, habelə X9 razılıq ərizəsinə əsasən, X1 adına 25.11.1994-cü il tarixdə ilkin qeydiyyata alınmışdır. - 27.02.2003-cü il tarixli bağışlama müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X12 Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, mənzil 2-də yerləşən iki otaqlı yaşayış sahəsi 28.26 kv.m olan kooperativ mənzilini X15 bağışlamışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş 29.01.2020-ci il tarixli, 78 №-li cavab məktubundan görünür ki, Oktyabr rayon XDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə 19.03.1991-ci il tarixli 3/1 saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarlarda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur. Məhkəmə tərəfindən vətəndaş Qasimov X26 və X5 vəfat etmələri nəticəsində açılmış vərəsilik işlərinin materiallarının təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə və Dövlət Notariat Arxivinə sorğu göndərilmiş, lakin X5 vəfat etməsi nəticəsində vərəsəlik işinin açılıb-açılmaması barədə məhkəməyə məlumat təqdim olunmamışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli, 78 №-li saylı cavab məktubundan görünür ki, 2003-cü il dövrə aid Notariat sənədləri Dövlət Notariat arxivinə köçürülmüşdür. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 09.03.2020-ci il tarixli, 05/1380-11 saylı cavab məktubuna əsasən, Dövlət Notariat arxivindən əldə olunmuş məlumata əsasən, Bakı şəhəri 5 saylı notariat ofisindən Arxivə təhvil verilmiş 1989-cu ilə dair vərəsəlik işlərininin əlifba kitabında X4 adına vərəsəlik işinin açıldığı qeyd olunmuş, lakin həmin vərəsəlik işi təhvil verilməmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 15.05.2020-ci il tarixli, 05/01-165/11 saylı cavab məktubuna əsasən, Bakı şəhəri 5 saylı dövlət notariat ofisində 1989-cu ilə dair vərəsəlik işlərinin əlifba kitabında Qasımov X26 adına vərəsəlik işinin açıldığı barədə qeydiyyatın aparıldığı müəyyən edilmişdir, lakin həmin vərəsəlik işi arxivə təhvil verilməmişdir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, 2 saylı mənzil Qasımov X26 istifadəsinə verilmişdir. Qasımov Ağa X13 28.09.1988-ci il tarixdə vəsiyətnamə tərtib edərək ölümündən sonra bütün əmlakını bacısı X16 vəsiyyət etmişdir. Qasımov X40 vəfat etdikdən sonra həmin vəsiyyətnamə əsasında Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən X5 adına miras əmlak üzərində 2/3 paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X25 19.03.1991-ci il tarixdə Oktyabr rayon XDS-nə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, 2 saylı mənzili öz adına keçirmişdir. Mübahisəli mənzil 25.11.1994-cü il tarixdə keçmiş Oktyabr rayon XDS-nin 19.03.1991-ci il tarixli 3/1 nömrəli qərarına, "xxxx" MTK-nın 05.03.1968-ci il tarixli 73002 nömrəli orderin surətinə, "xxxx" MTK-nın 15.09.1994-cü il tarixli 11 nömrəli maliyyə arayışına, razılıq ərizələrinə (ƏMDK DƏDRX-nin məktubunda göstərilən sənədlər) əsasən, X1 adına ilkin qeydiyyatdan keçmişdir. X7 27.02.2003-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, mənzil 2-də yerləşən iki otaqlı yaşayış sahəsi 28.26 kv.m olan kooperativ mənzilini X15 bağışlanmışdır. Sözügedən mənzil 12.03.2004-cü il tarixdə X9 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. İşin mübahisələndirilən halı oldur ki, iddiaçı hazırki iddia tələbi ilə sözügedən mənzilin X2 verilməsinə əsas olan Oktyabr rayon XDS-nin 19.03.1991-ci il tarixli 3/1 nömrəli qərarının ləğvini tələb edir və bunu sözügedən mənzilin mərhum Qasımov X26 vəsiyyətnaməsi əsasında onun mərhum anası X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əsaslandırır. Məhkəmə bununla bağlı ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı mənzilinin X2 verilməsi barədə Oktyabr rayon XDS-nin 19.03.1991-ci il tarixli 3/1 nömrəli qərarının ləğvini tələb etsə də, həmin əmlak üzrə iddiaçının iddia etdiyi kimi anasının hər hansı bir sahiblik və ya istifadə hüququnun yaranmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Mübahisə predmetini təşkil edən əmlak iddiaçının mərhum dayısı Qasımov X26 istifadəsinə verilməsi və sonradan həmin mənzilin vəsiyyətnamə əsasında 1989-cu ildə iddiaçının anası X11 verilməsi öz təsdiqini tapsa belə, sözügedən əmlakın 1991-ci il tarixdə Oktyabr rayon XDS-nin 19.03.1991-ci il tarixli 3/1 nömrəli qərarı əsasında mərhumun yoldaşı X2 verilməsi halı mövcüddur. Qasımov X26 ölümündən sonra açılmış vərəsəlik işi olmadığı təqdirdə, həmin mənzil ilə bağlı 1989-1991-ci illər ərzində X20 ilə X7 arasında sənədləşmənin aparılması və ya həmin mənzildən X5 imtina edib-etməməsini müəyyənləşdirmək mümkün deyildir. Belə olan halda, X5 vəfatından sonra həmin mənzil üzrə İddiaçı hər hansı bir subyektiv hüququnun olması ehtimalı mövcud deyildir. Bundan başqa, Məhkəmə onu da qeyd etmək istəyir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı mənzilinin X1 və sonradan X9 mülkiyyətinə verilməsinə əsas olmuş sənədlər 1991-ci il və 2003-cü il tarixləri əhatə edir. İddiaçının mərhum anasının 2013-cü ildə vəfat etdiyini nəzərə aldıqda, Məhkəmə bildirir ki, 1991- 2013-cü il əhatə edilən dövr üzrə belə X20 tərəfindən həmin mənzil ilə bağlı X7 arasında bir mübahisənin olub-olmamasını, həmçinin mübahisənin olduğu təqdirdə X5 xeyrinə həlli olunması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı mənzilin üzərində iddiaçının anasının vaxtilə hər hansı bir hüququ yaranmadığı halda, iddiaçının həmin mənzilin X2 verilməsinə əsas olmuş Oktyabr rayon XDS-nin 19.03.1991-ci il tarixli 3/1 nömrəli qərarının mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə iddianın bütün mümkünlük şərtlərini yoxlayaraq, əlavə olaraq bildirir ki, iddiaçının qərarı mübahisələndirmək üçün subyektiv hüququ olsa idi belə, iddiaçı həmin qərar üzrə mübahisələndirmə müddətini ötürmüşdür. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Bundan başqa Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, hətta hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ olsa idi belə, iddiaçı hazırki qanunla da həmin qərarın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, işdən mübahisələndirilən qərarın (Bakı şəhəri, Oktyabr rayon X23 İcraiyyə Komitəsinin 19 mart 1991-ci il tarixli, 3/1 nömrəli qərarın) iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki, iş materialları ilə iddiaçının, həmçinin iddiaçının vəkili olan 12 saylı vəkil bürosunun vəkili Ə.Rzayevin həmin qərar barədə hətta Yasamal Rayon Məhkəməsində iddia qaldırmazdan əvvəl, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə etmiş müraciətinə verilmiş 28.06.2019-cu il tarixli cavab məktubu əsasında məlumatlı olmaları təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini də ötürdüyünü mübahisəsiz təsdiq edir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qüvvədə olan qanunvericiliyin və işin hallarını rəhbər tutaraq, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X21 3-cü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 35-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X21 inzibati işə 3-cü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar