Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8160/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs X5 vəkili Ələkbər-zadə Kamran Fərid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7A saylı evin 49 saylı mənzilinin X1 adına özəlləşdirilməsi, mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və mülkiyyət hüququna dair X1 adına verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi 7A saylı evin 49 saylı mənzili Dövlət Mənzil Fonduna aid olmaqla 1979-cu ildə ailələrinə verilmişdir. Mənzil verilən gündən ailə üzvlərilə orada yaşayıb. Həmin mənzildən hərbi xidmətə gedib və qayıtdıqdan sonra da orada yaşamağı davam etdirməklə 1979-cu ildə pasport qeydiyyatına düşüb. 1994-cü ildə ailə həyatı qurub və həyat yoldaşı X10 həmin mənzilə gəlin köçüb. 1995-ci ildə oğlu X9 həmin mənzildə anadan olmuşdur. Mənzilin icarədarı anası X3 olduğundan o, həyat yoldaşının mənzilə pasport qeydiyyatına düşməsinə razılıq verməmişdir. O da anası ilə münasibətlərini pozmamaq üçün mənzil özəlləşdirilənə qədər gözləməyi qərara alıb. Dövlət evlərinin özəlləşdirilməsi başladıqdan sonra dəfələrlə anasına mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət edib. Anası isə hər dəfə onun təklifilə razılaşmamış, gözləməyi məsləhət görmüşdür. Mənzil özəlləşdirilərkən həmin mənzildə qeydiyyatda olan və yaşayan 18 yaşdan yuxarı şəxslər mənzilin kimin adına özəlləşdirilməsinə notariatda təsdiq edilmiş razılıq ərizəsi verməlidir, ya da özünün paylı mülkiyyətçi kimi dövlət reyestrində qeydə alınmasını tələb etməlidir ki, bu tələb də nəzərə alınmaqla özəlləşdirmə həyata keçirilməlidir. 2020-ci ilin sentyabr ayında həyat yoldaşı Lalə Əliyeva və oğlu mənzilə istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmışlar. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3634/2020 saylı 19.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Məhkəmə prosesində məlum olmuşdur ki, mənzil 1995-ci ildə anası X1 adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Mülkiyyətçi hüququndan sui-istifadə edən cavabdeh hazırda məhkəmədə onlara qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə iddia qaldırmışdır. Mənzilin özəlləşdirilməsindən məlumatsız oub. Belə ki, mənzil özəlləşdirilərkən onun razılığı olmamışdır. O isə mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi verməyib və heç vaxt da razılıq ərizəsi verməzdi. Çünki gözlənilən mülkiyyət hüququndan imtina edə bilməzdi. Mənzilin özəlləşdirilib-özəlləşdirilməməsi barədə cavabdeh inzibati orqana, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş 31.08.2020-ci il tarixli, 241 saylı Vəkil sorğusuna cavab olaraq göndərilmiş 24.09.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, sorğunuza cavab olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 7A, 49 saylı mənzil X1 adına 27.10.1995-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair razılıq ərizələri arxiv qovluğunda aşkar edilməmişdir. Mübahisəli mənzilə dair verilmiş dövlət reyestrindən Çıxarışın, özəlləşdirməyə razılıq vermədiyimə görə ləğv edilməsi ilə bağlı 12.06.2021-ci il tarixli ərizəsinə cavab olaraq cavabdehin göndərdiyi 02.07.2021-ci il tarixli məktubda göstərilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3634/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi rəsmi qaydada İdarəyə daxil olmamış və qeyd olunan qətnamə ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Əlavə olaraq bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Eyni zamanda qeyd edir ki, həmin vaxt ailəli olub və həmin vaxt da həyat yoldaşı faktiki olaraq mənzildə yaşayıb və bir uşaqları da dünyaya gəlmişdir. Hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi 7A saylı evin 49 saylı mənzilində 1979-cu ildən rəsmi qeydiyyatda olmaqla yaşadığından, həmin mənzilə istifadə hüququna malik olduğundan mənzilin özəlləşdirilməsi zamanı onun razılığı tələb olunmalı idi. Ancaq bu barədə ondan razılıq alınmamışdır. Ondan belə bir razılıq alınmadığından həmin mənzilin özəlləşdirilməsi qanunsuz olmuşdur. Belə olan halda mənzilin özəlləşdirilməsi etibarsız hesab edilməklə mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və müvafiq Çıxarış ləğv olunmalıdır. Azərbaycan Respublikasında “mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
3. Məhkəmənin 07.07.2021-ci il tarixli qərardadı ilə X3 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 vəkili Ələkbər-zadə Faiq Zakir oğlu inzibati inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X1 vəfat etdiyini bildirmiş və onun ölüm haqqında şəhadətnaməsinin surətini təqdim etmişdir. Üçüncü şəxsin vəkili X5 X1 vəsiyyətnamə üzrə vərəsəsi olduğunu bildirmiş və buna dair müvafiq sənəd təqdim etmişdir.
5. Məhkəmənin 08.12.2021-ci il tarixli qərardadı ilə X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində işdə prosessual iştirakına xitam verilmiş, X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7A saylı evin 49 saylı mənzilinin X1 adına ilkin qeydiyyatı üçün əsas olmuş sənədlər tələb olunmuş, cavabdeh tərəfindən Nərimanov rayon icra hakimiyyəti başçısının 19.09.1995ci il tarixli 247/30 №-li Sərəncamı təqdim olunmuşdur. Həmin sərəncama əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7A saylı evin 49 saylı mənzili əvəzsiz olaraq X1 mülkiyyətinə verilmişdir.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, idarə tərəfindən İddiaçı ünvanlanan **********84 saylı 02.07.2021-ci il tarixli məktubda bildirilmişdir ki, əlavə edilən Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)- 3634/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi rəsmi qaydada İdarəyə daxil olmamış və qeyd olunan qətnamə ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun olaraq izahat verdilər. Əlavə olaraq bildirildi ki, iddiaçı qismində tərəfimdən cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X4ma qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi 7A saylı evin 49 saylı mənzilinin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi X4ma verilməsinə dair Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli Sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması tələbi irəli sürülüb. Göstərilən iddia tələbi üzrə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər 29 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə rəsmi qaydada təqdim edilmiş və iddia ərizəsi qeydiyyat tarixi göstərilməklə və ştamp vurulmaqla məhkəmənin dəftərxanası tərəfindən qəbul edilmişdir. Odur ki, həmin iş icraata qəbul edilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən məhkəməyə vəsatət təqdim edilərək hazırki inzibati iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi üzrə iddiaçı olaraq Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7A saylı evin 49 saylı mənzilinin X1 adma özəlləşdirilməsi, mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və mülkiyyət hüququna dair X1 adma DƏDRX-dən verilmiş Çıxarışın qanunililiyini mübahisələndirmişəm. Göstərilən mənzilin özəlləşdirilməsi, mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və mülkiyyət hüququna dair Ə.Seyidquliyevanm adma DƏDRX- dən verilmiş Çıxarış Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli Sərəncamı əsasında həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddiaçı Əlizadə X6 rayon İcra Hakimiyyəti Başçısının 247/30 sayh, 19 sentyabr 1995-ci il tarixli sərəncamının qanunililiyini mübahisələndirdiyindən, həmin iş üzrə icraat başa çatanadək - hazırkı iş üzrə icraat dayandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına əsasən, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin “Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Göstərilənlərə əsasən hazırki iddia tələbi üzrə iddiaçı olaraq Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7A sayh evin 49 sayh mənzilinin X1 adma özəlləşdirilməsi, mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və mülkiyyət hüququna dair X1 adma DƏDRX-dən verilmiş Çıxarışın qanunililiyi mübahisələndirdiyindən, göstərilən mənzilin özəlləşdirilməsi, mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və mülkiyyət hüququna dair Ə.Seyidquliyevanm adma DƏDRX-dən verilmiş Çıxarış Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 247/30 sayh, 19 sentyabr 1995-ci il tarixli Sərəncamı əsasında həyata keçirildiyindən, Sərəncamın ləğv edilməsinə dair mübahisə həll edilmədən hazırkı işə baxılması mümkün deyildir. Ona görə də sərəncamın ləğv edilməsi tələbinə baxılması və həmin mübahisənin mahiyyəti üzrə həll edilərək yekun məhkəmə aktınının qəbul edilməsi və qüvvəyə minməsinədək hazırkı iş üzrə icraat dayandırılmalıdır.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın mümkün sayılmamasını xahiş etmiş, vəsatətin məhkəmənin mülahizəsinə uyğun olaraq həll edilməli olduğunu bildirmişdir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın mümkün sayılmamasını, icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. II. İddianın mümkünlüyü
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülkihüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli Sərəncamı əsasında aparılmış, iddiaçı tərəfindən isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli Sərəncamının iddia icraatı qaydasında mübahisələndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən iddia uğurlu olduğu təqdirdə qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
18. Qeyd edilənlərə müvafiq olaraq iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilmiş, iddiaçı hazırki iddiaya baxılmasının dayandırılmalı olduğunu bildirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırda iddiaçının hüquqi marağına uyğun olan iddia Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli Sərəncamının mübahisələndirilməsi olduğundan hazırda iddia mümkün sayılmamalıdır.
19. İddianın mümkünlüyü ilə bağlı məhkəmənin qənaətinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılan məsələ üzrə digər məhkəmə icraatından asılı olan hal olmadığı üçün icraatın dayandırılması üçün əsaslar mövcud deyil. Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən (bax 11-ci və 12-ci bənd), İPM-in 83.3-cü maddəsinə əsasən, müstəqil qaydada şikayət verilə bilməyən qərarlar istisna olmaqla digər məhkəmə qərardadlarından şikayət verilməsi mümkün hesab edilir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardaddan (inzibati iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsi hissəsində də) şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 35, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. İş üzrə icraatın dayandırlması haqqında vəsatət təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva