Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8162/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə “maddi-texniki təminat bölməsinin Raket-Artilleriya Xidməti rəisinin baş köməkçisi” vəzifəsində xidmət etmişdir. 44 günlük Vətən Müharibəsi dövrü xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. N nömrəli hərbi hissədə ezamiyyət dövrü döyüş fəaliyyətləri aparılan ərazilərdə döyüş texnikalarının sıradan çıxma hallarının, nasazlıqların aradan qaldırılmasında, döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında döyüş tapşırığının yerinə yetirilməsində iştirak etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciəti cavablandırılmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zamanı (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissənin maddi- texniki təminat bölməsinin raket-artileriya xidmət rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Ağcabədi rayonu və Mingəçevir şəhərində döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılması döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında, döyüş tapşırığının yerinə yetirməsində iştirak etmişdir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin maddi-texniki .təminat bölməsinin raket-artileriya xidmət rəisinin baş köməkçisi vəzifəsində Ağcabədi rayonu və Mingəçevir şəhərində xidməti vəzifələrini icra edərək, döyüş texnikalarının sıradan çıxma halların, nasazlıqların aradan qaldırılması döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında iştirak etmişdir. İddiaçının adına tərtib edilmiş arayış məlumatda iddiaçının döyüş tapşırıqlarını yerinə yetirdiyi qeyd edilsədə, faktiki olaraq iddiaçı həmin tapşırıqları yerinə yetirməmişdir. Arayış - məlumatdan görünür ki, döyüş əməliyyatları zamanı iddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin raket-artileriya xidmət rəisinin baş köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində hərbi xidmət keçmişdir. İddiaçı adına tərtib edilmiş arayış-məlumatda onun döyüş tapşırıqlarını yerinə yetirməsi qeyd edilsədə, faktiki olaraq o, həmin tapşırığı yerinə yetirməmiş, hətta həmin tapşırıqları yerinə yetirmə iqtidarında olmamışdır. İddiaçının tutduğu vəzifəyə və döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlərə nəzər yetirsək görərik ki, o, döyüş tapşırığı üzrə tapşrıqları deyil, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Çünki, döyüş təminatı üzrə tapşırıq anlayışı döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılmasından, döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsindən, yeni mövqelərdə açılmasından ibarət deyildir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyul 2023-cü il tarixli 243 nömrəli əmrində “döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışına izah verilmişdir. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqlar döyüş dəstəyi və döyüş xidmət dəstəyi olmaqla iki hissəyə bölünmüşdür. Döyüş dəstəyi bölmələrinə aid olan hava hücumundan müdafiə bölmələrinin tapşırıqları aşağıdakılardan ibarətdir: Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması, o cümlədən hava məkanını mühafizə və müdafiə etmək məqsədi ilə yerinə yetirilən kompleks tədbirlərdir. Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması; Hava məkanında Azərbaycan Respublikasının dövlət hava sərhədlərinin müdafiə və mühafizə, ölkənin inzibati, sənaye və Azərbaycan Ordusunun obyektlərinə düşmənin hava hücumu vasitələrinin zərbələrini dəf etmək. Göründüyü kimi iddiaçının döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlər yuxarıda qeyd edilən döyüş təminatı ilə əlaqəsi olmamış, icra etdiyi fəaliyyətlər döyüş əməliyyatlarının digər növ təminatlarına sırasına daxildir. döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteram” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Ağcabədi rayonu və Mingəçevir şəhərində hava hücumundan müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılmasında, döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında iştirak etmişdir. Göründüyü kimi Ağcabədi rayonu və Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında geyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haglı olmamışdır. İnzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırığları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında geyd olunan ərazilərdə olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddai tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmiş,müraciətlə bağlı münasibət bildirməmişdir; iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddiaçının izahat və çıxışını dinlyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırki tələb ilə bağlı məhkəməyə müraciət etməmişdən qabaq, cavabdeh inzibati orqana müraciət etmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1981-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. EZ ******* nömrəli hərbi biletdə İddiaçı Nvə N nömrəli hərbi hissələrin siyahısına xx.xx.2020 daxil edilməsi barədə qeydlər mövcuddur. N nömrəli hərbi hissə komandirinin N nömrəli 25 sentyabr 2020-ci il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuları təlimlə əlaqədar xx.xx.2020-ci il tarixinədək ezamiyyətə gəlmiş hesab edilsinlər. 1 . İddiaçı. N nömrəli hərbi hissə komandirinin N nömrəli 20 fevral 2020-ci il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, mayor İddiaçı Müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının 31 yanvar 2020-ci il tarixli 06 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin, raket artilleriya silahları xidməti rəisinin baş köməkçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilsin, 20 fevral 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün növ təminatlara qoyulsun və vəzifəsinin qəbuluna və icrasına başlasın. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayışməlumatda aşağıdakılar qeyd edilmişdir: İddiaçı (döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.2020-ci il tarixlərdə). 10. Ezam olunmasının səbəbi və məqsədi, həmin dövürdə maddi-texniki təminat üzrə tapşırıqlarla bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin)- döyüş fəaliyyətləri aparılan ərazilərdə döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılmasını döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında, döyüş tapşırığının yerinə yetirilməsində iştirak etmişdir. N nömrəli hərbi hissənin komandiri polkovnik –leytinant Ramil Səfərli tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 277 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuş, N nömrəli hərbi hissənin tərkibində texniki batareyanın (S-125) şəxsi heyəti ilə birlikdə döyüş fəaliyyətlərinin gedişində 4-cü divizionun manevində (1 may y.m, Beyləqan rayon Qaradağlı y-m, Fizuli rayon Babı y.m, Fizuli rayon Aşağı Yağlavənd y.m) döyüş məmulatlarının yoxlanılması, tətbiqə hazırlanması, daşınması və cari istismarında birbaşa iştirak etmişdir. İ-1344 nömrəli medaldan görünür ki, İddiaçı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. İİİ. Məhkəmənin mövqeyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2-ci maddəsinə görə, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.3-ci maddəsinə əsasən, ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;( Birinci hissəsinin onuncu abzas). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ( Birinci hissəsinin on birinci abzas)
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər. İşin faktiki hallarına əsasən, iddiaçı cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmiş, xahişi təmin edilməmişdir, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli 25 sentyabr 2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı müvafiq hərbi hissəyə təlimlə əlaqədar ezam edilmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayışməlumatda -İddiaçı döyüş fəaliyyətləri aparılan ərazilərdə döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılmasını döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında, döyüş tapşırığının yerinə yetirilməsində iştirak etməsi qeyd edilmişdir. İ-İ344 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 2374 nömrəli Sərəncamı ilə İddiaçı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətlərə görə” medalı haqqında Əsasnaməyə əsasən
1. Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalı Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir: öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə; dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə. Göstərilən hallar və sübutlar iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının təminat üzrə tapşırıqlarının yerinə yetirməsində iştirak etdiyini təsdiqləyir. Məhkəmə qeyd edir ki, iddiaçının müraciətinə münasibətdə cavabdeh tərəfindən hərəkətsizlik göstərilmiş, müraciətin araşdırılmasının yekunlaşmaması səbəbindən iddianın mümkün sayılmaması barədə müraciət edilsə də, mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı hər hansı vəsatət qaldırılmamışdır. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti əsasında araşdırmanı tam, obyektiv və hərtərəfli aparmamış, iddiaçının xeyrinə olan halların nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun
2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа