Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8164/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidenti Aparatı yanında Vətəndaşlıq Məsələləri Komissiyası, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri baş idarəsinə qarşı “vətəndaşlığın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı vətəndaşlığın verilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Arıxlı kəndində anadan olub. 1989-cu ildə Arıxlı orta məktəbinin 1-ci sinfinə gedib. 1998-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2005-ci ildə xx.xx.1981-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuş X3 ilə ailə qurub. X3 Azərbaycan vətəndaşıdır, hazırda Bakı şəhərində işləyir. 2005-ci ildən vaxtı ilə xarici pasport verilən idarədə, Respublika Dövlət Miqrasiya Xidməti yaranan gündən bu vaxta kimi Dövlət Miqrasiya Xidmətində cəmi 17 il müvəqqəti qeydiyyatdadır. İki övladları var, qızı X4 2006-cı ildə Bakı şəhərində anadan olmuş, hazırda Bakı şəhəri 23 nömrəli T.Həsənov adma orta məktəbin 10-cu sinfində, X5 2007-ci il xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Bakı şəhəri 23 nömrəli orta məktəbin 9-cu sinfində oxuyur. Hər ikisi Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlığına qəbul edilmək məqsədi ilə tələb olunan sənədləri hazırlayıb 110 manat Dövlət rüsumu ödəyib sənədləri 14 mart 2020-ci ildə Respublika Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə təqdim edib. xx.xx.2021-ci ildə Respublika Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi bildirmişdir ki, İddiaçı Azərbaycan vətəndaşlığına qəbul edilməsi ilə əlaqədar müraciəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədə uyğun hesab olunmadığından rədd edilmişdir. Bu məsələ ilə xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya ərizə ilə müraciət etdi. Təəssüflər olsun ki, Mehriban Xanımın katibliyi onun ərizəsini baxılmaq üçün Respublika Dövlət Miqrasiya Xidmətinə göndərmişdir. 30 il işğal altında olan Qarabağ torpağımız Hörmətli Baş Komandan X6 “Dəmir yumruğu”nun təsiri altında Qarabağ torpağı 44 günə işğaldan azad olunmasına çox seviniblər. Bilindiyi kimi bütün dünya ölkələrində belə bir qayda var, ər bu dövlətin vətəndaşıdırsa, xarici ölkənin vətəndaşı ilə ailə qurduqda qadın 5 il müddətində həmin Dövlətdə müvəqqəti qeydiyyatda olduqdan sonra ona avtomatik olaraq dövlətin vətəndaşlığı verilir. Ancaq təəssüflər olsun ki, o, 17 ildir ki, Bakı şəhərində müvəqqəti qeydiyyatda olmağıma baxmayaraq heç bir səbəb göstərilmədən vətəndaşlıq verilməsi barədə müraciəti rədd edilmişdir.
3. İddiaçının və onun əri X2 çoxsaylı müraciətlərinə cavab olaraq Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən bildirilmişdir ki, onun vətəndaşlığa qəbulla bağlı vəsatəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olunmadığından rədd edilmişdir.
4. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetibib xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi inzibati orqan kimi nəzərdə tutulmamışdır.
5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, Azərbaycan Respunlikasının vətəndaşlığına qəbulla bağlı vəsatətlərə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılır. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Dövlət Miqrasiya Xidmətinin rolu müvafiq sənədləri toplayaraq komissiyaya təqdim etməkdir. Odur ki, iddianın mümkün sayılmamasını xahiş edir.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
10. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
11. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinn 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan kişi və ya qadın əcnəbi ilə və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaması və ya nikahı pozması ər və arvadın vətəndaşlığının dəyişməsinə səbəb olmur.
12. Odur ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərin (arvadın) vətəndaşlığına uyğun olaraq vətəndaşlığın müəyyən edilməsinə dair hər hansı norma qanunvericilikdən nəzərdə tutulmamışdır.
13. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmaması özündə həm də hər bir hüququn məhkəmə müdafiəsinin mütləq olmamasını ifadə edir.
14. Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti vətəndaşlıq məsələlərini həll edir.
15. Azərbaycan Respublikası Prezident Administrasiyası, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası Prezidentin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə təşkil edilmişdir, məhz elə bu səbəbdən Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifat siyahısı”nda nəzərdə tutulmamışdır.
16. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamədən:
17. 2.Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir.
3. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir.
4. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir.
18. Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilməsi nəzərdə tutulduğundan qeyd edilən tələbin məhkəmə müdafiəsi hüququ xxxxxxx.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva