Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8167/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 (Təhqiqat şöbəsinin rəis müavini) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “GBO**********521 nömrəli gömrük bəyannaməsinin dəyişdirilərək gömrük dəyərinin YM281020-KOM nömrəli invoys dəyərinə uyğunlaşdırılınası, artıq ödənilmiş vəsaitin geri qaytarılması, müvafiq rəyin tərtib edilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi ”tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2020-ci ilin noyabr ayında GB0**********521 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş və 13 noyabr 2020-ci il tarixdə gömrük rəsmiləşdirilməsi başa çataraq buraxılışa verilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq saxlanılmasının, bəyannamənin geri qaytarılmasının və heç bir qanuni əsası olmadan bəyannaməni dəyişdirtdirərək, əlavə 2599.09 manatın gömrük rüsum və ödənişləri kimi İddiaçı tərəfindən ödətdirilməsinin qanunsuz hesab edilməsi, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2020-ci ilin noyabr ayında İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi GBO**********521 nömrəli gömrük bəyannaməsində gömrük dəyərinə 2599.09 manatın əlavə olunması barədə qanunsuz tələbi ilə dəyişdirilmiş bəyannamənin dəyişdirilərək gömrük dəyərinin YM281020-KOM nömrəli invoys dəyərinə uyğunlaşdırılıması, İddiaçı MMC-in 2020-ci ilin noyabr ayında gömrük orqanına təqdim etdiyi GB0**********521 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkətləri nəticəsində İddiaçı MMC-dən əsassız olaraq tutulmuş cəmi 2599.09 manatın iddaçı İddiaçınə geri qaytarılması barədə müvafiq qərarın qəbul edilməsi, müvafiq rəyin tərtib edilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, 2019-cu ildə təsis edilmiş İddiaçı kosmetik və tibbi vasitələrin topdan satışı ilə məşğul olur. Azərbaycan Respublikasının İddiaçı MMC ilə Böyük Britaniyanın «Yuma Medical» LP-si arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli 04KOMP/2019 nömrəli müqaviləyə əsasən İddiaçı MMC «Yuma Medical» LP-dən «Phillex» ticarət nişanlı kosmetik vasitələrini satın almışdır. Həmin müqaviləyə əsasən «Yuma Medical» LP Azərbaycan Respublikasına İddiaçı MMCin ünvanına 2020-ci ilin noyabr ayında YM281020-KOM nömrəli invoysla 100 ədəd «X7» (1 ədədinin qiyməti 7 ABŞ dollan) və 300 ədəd X9» (bir ədədinin qiyməti 8 ABŞ dolları) kosmetik vasitələri göndərmişdir. Göndərilən malların ümumi dəyəri (invoys dəyəri) 3100 ABŞ dolları olmuşdur. Satın alınmış həmin malların gömrük rəsmiləşdirilməsi üçün 11 noyabr 2020-ci il tarixdə MMC Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə GB0**********521 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Eyni zamanda həmin gün bank vasitəsi ilə tələb olunan 1987.59 AZN gömrük rüsum, yığım və ödənişləri iddiaçı tərəfindən dərhal tam ödənilmişdir. Gömrük orqanının müvafiq elektron sistemindəki bildirişlərdən də göründüyü kimi, iddiaçının təqdim etdiyi həmin GBO**********521 nömrəli gömrük bəyannaməsi 13 noyabr 2020-ci il tarixdə saat 10:39-da gömrük orqanında qəbul olunmuş, həmin gün saat 11:33-də gömrük rəsmiləşdirilməsi başlanmış, gömrük bəyannaməsindəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Təqdim olunmuş bəyannamənin və sənədlərin düz olması, iddiaçı tərəfindən bank vasitəsi ilə ödənilmiş gömrük rüsum və ödənişlərinin qəbul olunduğu da qeyd olunaraq, həmin gün saat 14:10-da malların buraxılışının təmin edilməsi üçün gömrük bəyannaməsi müvafiq gömrük postuna göndərilmişdir. Həmin gün saat 16:53-də gömrük postu gömrük bəyannaməsində göstərilən malların buraxılışına hazır olduğunu və Bakı Karqo Terminalı X6 Postuna müraciət edilməsini bildirmişdir. Yəni gömrük orqanı tərəfindən aparılan gömrük rəsmiləşdirilməsi başa çatmış və buraxılış üçün təqdim olunmuş malların götürülməsi üçün müvafiq ambara dəvət olunmuşlar. Lakin həmin gömrük postuna müraciət etdikdə inspektor yükü verməmiş əlavə pul ödənilərək bəyannamənin qiymətinin artırılması tələb olunmuşdur. Əks halda malların buraxılmayacağı bildirilmişdir. Əlavə pul tələb etməklərinin qanuni əsasını və sənədini heç bir gömrük əməkdaşı həmin vaxt izah edə bilməmişdir. Bu barədə iddiaçıya rəsmi yazılı bildiriş və ya məktub təqdim olunmamışdır. Təbii ki, gömrük orqanının bu qanunsuz tələbini rədd etmiş və buna görə gömrük orqanı yükü buraxmamış və qanunsuz olaraq saxlamışdır. Dəfələrlə yazılı və şifahi edilən şikayətlərə baxılmamış, 4 gün sonra iddiaçıya məlum olmuşdur ki, gömrük rəsmiləşdirilməsi başa çatmış və əsassız olaraq buraxılmamış mallara dair gömrük orqanına təqdim olunmuş bəyannamə 17 noyabr 2020-ci il tarixdə gömrük orqanı tərəfindən geri qaytarılmış və bu barədə müvafiq elektron bildiriş sistemində qeydlər edilmişdir. Gömrük orqanının bu addımı gömrük qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Gömrük orqanının əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq, gömrük rəsmiləşdirilməsi başa çatmış və buraxılışa verilmiş yükün bəyannaməsini əsassız olaraq geri qaytarmış, malları isə saxlamışlar. Gömrük bəyannnaməsinin geri qaytarılması ilə bağlı iddiaçıya kağız daşıyıcısının üzərində rəsmi yazılı əsaslandırılmış bildiriş təqdim olunmamışdır. Bəyannamədə göstərilən gömrük dəyərinin 660 AZN kortəbii təyin etmişdir. Gömrükçülər gömrük dəyərinin tənzimlənməsi ilə bağlı gömrük orqanının bu barədə qərarının olub-olmaması barədə iddiaçıya məlumat verməmiş və belə bir sənəd iddiaçıya təqdim olunmamışdır. Yəni iddiaçının ünvana daxil olmuş yükə dair gömrük orqanı tərəfindən yoxlanılmış və təsdiq olunmuş bəyannaməsi hər hansı bir gömrük borcu yaratmadığı halda, gömrük rüsum və ödənişləri iddiaçı tərəfindən dərhal tam ödənilmiş olduğu halda və gömrük orqanı tərəfindən malların buraxılışının həyata keçirildiyi zaman həmin buraxılışın əsassız olaraq dayandırılması, malların saxlanılması, heç bir qanuni qərar olmadan əlavə pulun gömrük rüsumu kimi ödənilməsinin hədə-qorxu ilə tələb edilməsi və ödətdirilməsi qanunsuzdur. Malların gömrük orqanında qaldığı təqdirdə külli miqdarda dəyəcək ziyanın qarşısını almaq, həmçinin partnyorların qarşısında götürülən öhdəlikləri vaxtında icra etmək, onlann qarşısında nüfuzdan düşməmək məqsədi ilə, eyni zamanda gətirilən kosmetik vasitələrin istifadə müddətinin məhdud olmasını da nəzərə alaraq iddiaçı gömrük orqanının qanunsuz tələb etdiyi 660 manat pulu ödəməli olmuşdur. Yəni gömrük orqanının göstərişinə əsasən əlavə olaraq 260 manat idxal gömrük 360 manat əlavə dəyər vergisi, 10 manat elektron gömrük xidməti üzrə ƏDV və 30 manat gömrük xidməti üzrə ƏDV, cəmi 660 manat bank vasitəsi ilə pul ödənilmişdir. Ödənişi etməkdən əvvəl gömrük orqanının ünvanına həmin ödənişi gömrük orqanının qanunsuz tələbinə əsasən məcburiyyət qarşısında qalaraq ödəyəcəyi və malları gömrükdən çıxartdıqdan sonra iddiaçıya əlavə ödətdirilmiş həmin vəsaitin geri qaytarılmasını tələb edəcəkləri barədə xəbərdarlıqı rəsmi, həm yazılı, həm də şifahi olaraq gömrük əməkdaşlarına bildirilmişdir. Ödəniş edilməsinə baxmayaraq mallar yenə də buraxılmamış, bu dəfə isə 1939.09 AZN artırılma tələb edildi...1939.09 manat vəsaiti 23 noyabr 2020-ci il tarixdə bank vasitəsi ilə ödənilmiş, yəni gömrük yığımları kimi 60 manat, ƏDV kimi 1093.59 manat və idxal gömrük rüsumu kimi 785,5 manat iddiaçı tərəfindən bank vasitəsi ilə ödənilmişdir. Yalnız bundan sonra, yəni 25 noyabr 2020-ci il tarixdə gömrük orqanı yükü buraxmış və əlavə olaraq ambara da yüksək məbləğdə ambar pulu ödətdikdən də sonra mallar təhvil verildi. Həmin vaxtdan bu günədək dəfələrlə yazılı və şifahi tələblərə baxmayaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsi iddiaçıdan alınan artıq 2599.09 manat vəsaiti geri qaytarmamış, pulların geri qaytarılmasını təmin etmək üçün heç bir tədbir görməmiş, məktublara və şikayətlərə isə cavab verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı bildirir ki, “Kompliment’’ MMC-nin ünvanına Böyük Britaniyanın "Yuma Medical LP" şirkətinin sifarişi ilə Koreya Respublikasından **********6 nömrəli aviaqaimə ilə göndərilən “X3 Fıne Lips” və “X4 Deep Plus” markalı kosmetik gellərdən ibarət mallar idxal edilərək, 11 noyabr 2020-ci il tarixdə 0**********521 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən zaman, risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə qeyd olunan bəyannamə düzəliş üçün bəyannaməçiyə qaytarılmışdır Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən İddiaçı MMC-nin adına idxal edilən yüklərin dəyəri, digər şirkətlər və fiziki şəxslər tərəfindən idxal edilən, eynicinsli və eyni istiqamətdən gələn yüklərin dəyərindən kəskin fərqlənmişdir. Bununla bağlı İddiaçı MMC-nin nümayəndəsi bir neçə dəfə Hava Nəqliyyatında Baş Gömrük idarəsinə dəvət olunaraq ona qüvvədə olan qanunvericiliklərin və normativ-hüquqi aktların müddəaları (Gömrük tarifi haqqında” 13 iyun 2013-cü il tarixli, 687-İVQ nömrəli Azərbaycan Respublikasının Qanunun 14.1-ci maddəsinə əsasən malların gömrük dəyərini Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadığından, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədilə satılan eyni malların sövdələşmə qiyməti statistik məlumatlar əsasında müqayisə) izah edilmişdir. Yuxarıda qeyd edilən 0**********521 nömrəli GB ilə bəyan edilən “X7" və “X8” brendi altında istehsal edilən kosmetik gellərdən ibarət yüklərin dəyərində müvafiq düzəlişlər edildikdən sonra 25 noyabr 2020-ci il tarixdə sərbəst dövriyyə gömrük proseduru altında tam rəsmiləşdirilərək buraxılmışdır. Əlavə olaraq onu bildirirlər ki, **********0 nömrəli aviaqaimə ilə idxal edilən və 03.05.2021-ci ıl tarixdə “Kompliment" MMC tərəfindən **********8692 sorğu nömrəli Gömrük Bəyannaməsi (GB) ilə rəsmiləşdirilən, eyni adlı “X3 Fine Lips”, “X3 Deep Plus” və “X3 Sub-Q Plus” adlı kosmetik vasitələrdən ibarət yüklərin dəyəri şübhə doğurduğundan gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin yüklərin dəyərinin "Kompliment' MMC tərəfindən düzgiın bəyan edilibedilməməsinin dəqiqləşdirilməsi məqsədilə ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannaməsinin sürətlərinin göndərilməsi ilə bağlı 25.05.2021-ci il tarixdə 1900-012/001-25/001656 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə ixracatçı ölkəyə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin 1000-160/160- 25/010564 nömrəli 02.07.2021-ci il tarixli cavab məktubuna əsasən, Koreya Respublikasından alınmış sorğunun cavabında İddiaçı MMC tərəfindən **********8692 nömrəli 03.05.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların ümumi dəyəri 8300 ABŞ dolları deyil, 15012 ABŞ dolları olduğu, göndərilmə şərtinin isə “CİP” deyil “FOB" olduğu müəyyən edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı direktoru Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan satıcı «Yuma Medical» LP ilə alıcı İddiaçı MMC arasında bağlanmış 04KOMP/2019 saylı, 01 noyabr 2019-cu il tarixli müqavilədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında dəyəri 15.000 ,00 ABŞ dolları təşkil edən «Phillex» kosmetik vasitələrinin alqı-satqısına dair müqavilə bağlanmış, 28 vevral 2020-ci il tarixli müqaviləyə Əlavəyə əsasən müqavilənin ümumi dəyərinin 15.000,00 ABŞ dollarından 30.000,00 ABŞ dollarına artırılması müəyyən edilmişdir. İşdə olan 13523-21 040057X saylı 27 aprel 2021-ci il tarixli İxrac bəyannaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən 15,012 ABŞ dolları məbləğində «Phillex» gözəllik və kosmetika hazırlıqları vasitələrin FOB göndəriş vasitəsilə ümumi çəkisi 50,0 kq barəsində hesabat verilmiş, yükləmə öhdəliyi 27.05.2021ci il tarix müəyyən edilmişdir. İşdə olan 11.11.2020-ci il tarixli, 0**********521 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Yuma Medical» LP tərəfindən göndərilmiş mənşə ölkəsi Koreya Respublikası, göndərən ölkə Böyük Britaniya olan «Phillex» kosmetik və dəriyə qulluq vasitələri İddiaçı MMC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün 11.10.2020-ci il tarixdə bəyannaməsi təqdim edilmişdir. Gömrük bəyannaməsinin 33-cü qrafasında mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 3100,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5270,00 manat, 46-cı qrafasında statistik dəyəri 3.100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0/1 seçilərək “İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. Bəyənnamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 1987,59 manat müəyyən edilmişdir. Həmin bəyənnamənin 50-ci qrafasından görünür ki, göstərilən məlumatlar “Express customs Services" MMC ilə İddiaçı MMC arasında bağlanan K/E saylı 06.10.2020-ci il tarixli xidmət müqaviləsi əsasında GB-də göstərilən məlumat təsdiq edilmiş və bəyan edilmişdir. Eyni təyinatlı 16.11.2020-ci il tarixli digər gömrük bəyannaməsi üzrə 2.594,49 manat məbləğində, 25.11.2020-ci il tarixli digər gömrük bəyannaməsi üzrə 4.525,39 manat məbləğində malların gömrük rəsmiləşdirilməsi aparılmışdır. Belə ki, həmin gömrük bəyannaməsindən görünür ki, «Yuma Medical» LP tərəfindən göndərilmiş mənşə ölkəsi Koreya Respublikası, göndərən ölkə Böyük Britaniya olan «Phillex» kosmetik və dəriyə qulluq vasitələri İddiaçı MMC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün 11.10.2020-ci il tarixdə bəyannaməsi təqdim edilmişdir. Gömrük bəyannaməsinin 33-cü qrafasında mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 3100,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5270,00 manat, 46-cı qrafasında statistik dəyəri 3.100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0/1 seçilərək “İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. Bəyənnamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 1987,59 manat müəyyən edilmişdir. Həmin bəyənnamənin 50-ci qrafasından görünür ki, göstərilən məlumatlar “Express customs Services" MMC ilə İddiaçı MMC arasında bağlanan K/E saylı 06.10.2020-ci il tarixli xidmət müqaviləsi əsasında GB-də göstərilən məlumat təsdiq edilmiş və bəyan edilmişdir. İşdə olan ərizədən görünür ki, iddiaçı hazırki iddia tələbində göstərilən tələblərlə bağlı cavabdehə müraciət etmişdir, lakin müraciətə cavab verilməsi iş materialları ilə müəyyən olunmur. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Böyük Britaniyanın «Yuma Medical» LP arasında bağlanmış 01.11.2019-cu il tarixli, 04KOMP/2019 nömrəli müqavilə əsasında idxal edilmiş «Phillex» kosmetik vasitələri gömrük rəsmiləşdirilməsi üçün 16.11.2020-ci il tarixdə 0**********521 sorğu nömrəli gömrük bəyannamələri cavabdehə təqdim edilmişdir. Təqdim edilmiş gömrük bəyənnamələrinə əsasən gömrük rəsmiləşdirilməsi aparılmışdır. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra iddiaçı cavabdehə təqdim olunmuş müqavilə və invoysa əsasən malın rəsmiləşdirilməsinə imkan verilməməsi və süni surətdə yükün dəyərinin qaldırılması, nəticədə onlar tərəfindən artıq ödəniş edilməsini göstərməklə, artıq ödənilmiş məbləğin geri ödənilməsi ilə bağlı ilk növbədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətə cavab verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə araşdırması dövründə cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddiaçının müraciətin təmin edilməsindən imtina edildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra iddiaçının artıq alınmasını iddia etdiyi 2599.09 manatın geri qaytarılması, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2020-ci ilin noyabr ayında İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi GBO**********521 nömrəli gömrük bəyannaməsində gömrük dəyərinə 2599.09 manatın əlavə olunması barədə tələbi ilə dəyişdirilmiş bəyannamənin dəyişdirilərək gömrük dəyərinin YM281020-KOM nömrəli invoys dəyərinə uyğunlaşdırılınası barədə tələbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9.0-cı maddəsinə əsasən bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları 9.0.2-ci maddəsinə əsasən bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək; 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqlarına malikdirlər. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır: 148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək; 148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək; 148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək; 148.3.4. gömrük ödənişlərini ödəmək; 148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. Həmin Məcəllənin 150.1 -ci maddəsinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Məcəllənin 150.4-cü maddəsinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını, gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu, gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını, gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu, gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini yoxlayır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. 152.2. Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir. 152.3. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını əhatə edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etməlidirlər. Məhkəmə araşdırması zamanı təqdim olunan sənədlərdən və tərəflərin izahatlarından həmçinin müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən idxal edilən 0**********521 nömrəli GB ilə bəyan edilən “X7" və “X8” brendi altında istehsal edilən kosmetik vasitələrdən ibarət yüklərin dəyərində müvafiq düzəlişlər edildikdən sonra 25.11.2020-ci il tarixdə gömrük rəsmiləşdirilməsi aparılmışdır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 13523-21 040057X saylı 27 aprel 2021-ci il tarixli İxrac bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən ölkəyə idxal edilən «Phillex» gözəllik və kosmetika hazırlıqları vasitələrinin bəyannamədə qeyd edilən ümumi dəyərin 8300 ABŞ dolları deyil, 15012 ABŞ dolları olduğu, göndərilmə şərtin isə “CİP” deyil “FOB" olduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələbi baxımından gömrük rəsmiləşdirilməsi zamanı gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etmək gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslərin, hazırki halda iddiaçının vəzifəsinə daxildir. Gömrük bəyannaməsini və gömrük orqanlarının qanunvericiliyin tələblərinə uyğun olaraq tələb etdiyi siyahı üzrə müəyyən edilmiş sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına cavabdehdir. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin, yəni iddiaçının gömrük orqanına malların gömrük rəsmiləşdirilməsi ilə bağlı 11.11.2020-ci il tarixdə 0**********521 sorğu nömrəli bəyannaməsini təqdim etdiyi vaxtdan başlamış, zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və qanunla nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Həmin bəyənnamədə göstərilən məlumatların düzgünlüyü iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi İddiaçı MMC-nin təqdim etdiyi gömrük bəyənnaməsi üzrə gömrük rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Həmçinin məhkəmə iddiaçının gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra artıq ödənilmiş əlavə gömrük rüsumunun geri qaytarılması barədə rəy verilməsi tələbinə münasibətdə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 218.1-ci maddəsinə əsasən malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Həmin Məcəllənin 219.1-ci maddəsinə əsasən malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Həmin Məcəllənin 219.2-ci maddəsinə əsasən gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən gömrük ödənişləri gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq və dövlət rüsumu alınır. Həmin Məcəllənin 333-cü maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Həmin Məcəllənin 227.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 242.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1 gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1 -ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1 -ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. Həmin Məcəllənin 247.3-cü maddəsinə əsasən dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Həmin Məcəllənin 247.4-cü maddəsinə əsasən dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Həmin Məcəllənin 247.5-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi, malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi, malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi, ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması, malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi, ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi, radiasiya təhlükəsi olan malların müəyyən edilməsi, malların gömrük dəyərinin təyin olunması məqsədilə gömrük ekspertizası aparılır. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1 ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin 322.3-cü maddəsinə əsasən gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. Həmin Məcəllənin 322.5-ci maddəsinə əsasən gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. Həmin Məcəllənin 322.13-cü maddəsinə əsasən gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən rəy verilir. “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların gömrük dəyərinin təyin olunması) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Qaydaların 7.1-ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi malların gömrük dəyərinin təyin olunması məqsədilə mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən xüsusi biliklər tələb olunduğu hallarda gömrük ekspertizası aparıla bilər. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi gömrük ekspertizasının aparılması ilə bağlı məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Lakin bu müraciət gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra deyil, gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən edilə bilər. İddiaçı hüquqi şəxs “İddiaçı MMC-nin göstərilən hüququ olduğu halda vaxtında bundan istifadə etməmiş, təqdim etdiyi 0**********521 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyü səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılmış və idxal etdiyi kosmetik vasitələr iddiaçının sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş 11.11.2020-ci il tarixdə 0**********521 sorğu nömrəli bəyannaməsi onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edildiyindən, gömrük ödənişləri ödənilərək, gömrük rəsmiləşdirilməsi başa çatdırıldığından, kosmetik vasitələr artıq iddiaçının sərəncamına verildiyindən, iddiaçının artıq alınmış 2599,09 manat vəsaitin ona geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və gömrük dəyərinin YM281020- KOM nömrəli invoys dəyərinə uyğunlaşdırılınası barədə tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-8167/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8167/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver