Məhkəmə qərarları › İş №2-1(112)-8167/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8167/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8167/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ümumvətəndaş pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ümumvətəndaş pasportun verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ümumvətəndaş pasportun müddəti bitdiyinə görə onu yeniləmək üçün Bakı 3 saylı "ASAN Xidmət" mərkəzinə müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Səbəb kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə cinayət işinin başlanılması və işin nəticəsinin olmamasını göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı ümumvətəndaş pasportu almaq üçün müraciəti əsasında aparılmış yoxlama nəticəsində onun barəsində Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin müvafiq maddəlləri ilə 5.600 manat cərimə cəzası, 2 il Dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edildiyi müəyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı dəyişdirilərək Cinayət Məcələsinin bir neçə maddəsi xaric edilmiş, qərar qalan hissədən dəyişdirilmədən saxlanılmışdır. Bu əsasla Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsinin 3,1; 3,4-cü hissələrinə əsasən İddiaçı ümumvətəndaş pasportunun verilməsi üçün vəsatətinə imtina verilmişdir. İmtinanı doğuran səbəblər aradan qaldırdıqdan sonra ona ümumvətəndaş pasportunun verilməsi məsələsinə baxılacaqdır. Tərəflər izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-833/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 2 (iki) il müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8600 (səkkiz min altı yüz) manat miqdarında cərimə cəzasının təyin edilməsi; X6 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; İddiaçıAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29, 178.2.1, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29, 178.2.1, 29, 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5600 (beş min altı yüz) manat miqdarında cərimə cəzasının təyin edilməsi; İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan 2 ədəd SD diskin və 1 ədəd elektron yaddaş daşıyıçısının cinayət işinin materiallarında saxlanılması nəzərə alınması; iş üzrə ekspertiza xərci təşkil edən 438,17 (dörd yüz otuz səkkiz manat on yeddi qəpik) X6 və İddiaçı müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-116/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə məhkum İddiaçı tərəfindən verilmiş və məhkum X6 və müdafiəçisi X1 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinin təmin edilməs; Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmünün dəyişdirilməsi; X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 02 (iki) il müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 03 (üç) il müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi; X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; Cəzasının əvvəli 09 iyun 2020-ci il tarixdən hesablanması; X6 məhkəmə zalından həbs edilsin. X6 cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1848/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum X3 müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayəti və məhkum X6 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilməsi; Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə məhkum edilmiş X3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarı ona aid hissədə dəyişdirilməsi; X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarından ona aid hissədə xaric edilməsi; X4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi; bu cəza X4 CM-in 32.4,312.2-ci maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə X4 qəti olaraq 03 (üç) il müddətə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29, 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanılmış, lakin işin nəticəsi barədə heç bir məlumat olmadığından Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsinin 3.1, 3.4-cü hissələrinə əsasən vəsatətin təmin edilməsindən imtina edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2024-cü il tarixli, 1(101)-833/2019 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-833/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə İddiaçı barəsində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5600 (beş min altı yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir.Qeyd olunan cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. Hökmün icra vəziyyəti ilə əlaqədar məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cərimə cəzasına məhkum edilmiş İddiaçı barəsində olan hökmün surəti və hakimin göstərişi xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Hazırda məhkum İddiaçı üzərində probasiya nəzarəti həyata keçirilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 3. Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Pasportun ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır. Pasportların təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır. Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər. Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir. Maddə 4. Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ümumvətəndaş pasportunun verilməsi üçün zəruri olan sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir. Ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu alınır. Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir. Maddə 9. Pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əkər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır. Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər. Dövlət sirrinin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir. Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və pasportu verən qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”” Əsasnamənin: 3.1. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra - daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 3.30. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda pasportun verilməsindən və ya dəyişdirilməsindən imtina edilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 9.1. Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: (-) 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; ... İnsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrinə uyğun olaraq bu Qanunla Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin — Azərbaycan Respublikası vətəndaşının pasportunun tətbiqi nəzərdə tutulur, vətəndaşlara pasportun verilməsi qaydaları təsbit olunur. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, “ümumvətəndaş pasportu” pasport növlərindən biridir. Həmin pasportun verilmə proseduru isə “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunun və ““Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”” Əsasnamənin müddəaları əsasında həyata keçirilir ki, bu zaman şəxsin ilk növbədə müvafiq sənədlər əlavə etməklə ərizə ilə müraciət etməsi zəruridir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində pasportun verilməsindən imtina əsasları göstərilmişdir ki, bu imtina əsaslarından biri də şəxsin ölkədən getmək hüququnun Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırılması çıxış edir. Adıçəkilən Məcəllənin 9.3-cü maddəsinə nəzər yetirdikdə görünür ki, əgər şəxs məhkum edilibsə, onun ölkədən getmək hüququ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək müvəqqəti məhdudlaşdırır. Göründüyü kimi ümumvətəndaş pasportun verilməsi məsələsində şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması mühüm rol oynayan arqumentlərdən biridir. Hazırki iddiadan isə görünür ki, iddiaçı hal-hazırda məhkum olduğundan və onun məhkumluğu ödənilmədiyindən, ona münasibətdə ümumvətəndaş pasportun verilməsi də məqsədəmüvafiq deyil. Belə ki, iş materiallarından da göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1848/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair müddəalar ona aid hissədə xaric edilsə də, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin müvafiq qərarını yalnız həmin hissədə dəyişdirmiş, iddiaçının CM-nin digər maddələri ilə təqsirli bilinməsinə münasibətdə isə qərarı dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi faktiki olaraq iddiaçının məhkum olması barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Bu halda meydana gələn əsas və aydınlaşdırılması tələb olan məsələ məhz iddiaçının məhkumluğun ödənilib-ödənilməməsini müəyyən etməkdir ki, məhkumluğun ödənilmiş hesab olunmasının əsasları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1 və 83.3-cü maddələrində səciyyələnmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; 83.3.1-1. cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; 83.3.1-2. ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; 83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə. Məhkəmə diqqətə çatdırır ki, məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. CM görə isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Hazırki işdən isə görünür ki, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 833/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə əlaqədar icra tədbirləri davam etdirilməkdədir ki, bu hal faktiki olaraq iddiaçının məhkumluğunun ödənilmədiyinin göstəricisidir. İddiaçının məhkumluğu ödənilmədiyindən, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.2-ci maddəsi əsasında onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır ki, bu da “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsi əsasında pasportun verilməsindən imtina üçün əsasdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar