Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8169/2021 22.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X3 tibbi-sosial ekspert komissiyasından keçirmək vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, 16.12.2004-cü il təvəllüdlü X2 Tibbi Sosial Ekspert Komissiyasından keçirmək vəzifəsinin qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu 16.12.2004-cü il təvəllüdlü X5 fokal epilepsiya lokalizə olunmuş tez-tez (ayda 8-10 dəfə) təkrarlanan tutmalar, somnalbuliza diaqnozu ilə xəstədir. İddiaçının oğluna verilən təqaüd kəsilmişdir. Onun xəstəliklə bağlı sənədləri hazırlanaraq Səhiyyə nazirliyinin uşaqlar üçün Tibbi Sosial Ekspert Komisssiyasına göndərilmiş, göndəriş yanlış və natamam doldurulmuş adı ilə müayinədən imtina edilmişdir. İddiaçı hesab edir ki, bu əsasla oğlunun müayinəsindən imtina edilməsinin heç bir əsası yoxdur. Oğlunun xəstəliyi sağalan xəstəlik deyildir, göndərişdə heç bir nöqsan yoxdur və müayinədən imtina edilməsi süründürməçilikdən başqa bir şey deyildir. İddiaçı qeyd edir ki, göndəriş düzgün tərtib edilməmişsə indiyə kimi göndərişdə olan nöqsanlar göstərilməli, cavabdehin üzərinə oğlu Əhmədli Toğrulu müayinədən keçirmək vəzifəsi qoyulmalıdır.
3. Şifahi məhkəmə baxışı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etmir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki: İddiaçının oğlu X2 əlillik vəziyyətinə Tovuz Rayon Mərkəzi Xəstəxanasının 22.01.2020-ci il tarixli 0321003AAK8A saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: fokal epilepsiya.lokalizə olunmuş tez-tez təkrarlanan tutmalar.(ayda 8-10 dəfə).(Tonik-kionik qıcolma tutmaları zamanı huşu itir,dili nəfəs yolunu tutur,ağızdn köpüklü selik gəlir,qeyri-iradi sidik ifrazı olur) yüngül koqnitiv pozuntu.,somnambulizm; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: mütəxəssislərin rəyləri və xəstənin stasionar müalicələri dəqiqləşdirilsin" səbəbi ilə imtina verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının 19.09.2020-ci il tarixli 0321003AALXQ saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: Epilepsiya və epileptik sindromlar.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son bir ildə stasionar müalicə almamışdır.İxtisaslaşmış stasionar müayinə və müalicə davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının 23.12.2020-ci il tarixli 0321003AAMCK saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: fokal epilepsiya.lokalizə olunmuş tez- tez təkrarlanan tutmalar.(ayda 8-10 dəfə).somnambulizm.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə potensiyalı tükənməyib. Əlavə müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının 30.03.2021-ci il tarixli 0321003AAM22 saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, fokal epilepsiya.lokalizə olunmuş tez- tez təkrarlanan tutmalar.(ayda 8-10 dəfə). Yüngül koqnitiv pozğunluq,Yuxuda gəzmə SOMNAMBULİZM. Üzvi sayıqlama şizofreniyayabənzər pozğunluğu, epilepsiya nətıcisındə yaranan şizofrenəbənzər psixoz.tez-tez təkrarlanan cəngolma tutmaları, psixotik hallar; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr dəqiq və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının 10.07.2021-ci il tarixli 0321003AAN4Q saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, fokal epilepsiya.lokalizə olunmuş tez- tez təkrarlanan tutmalar.(ayda 8-10 dəfə); Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.24. dayanıqlı, terapiya cəhətdən iki ildən çox rezistent olan qıcolmalar (G40.0-G41.9)” səbəbi ilə 18 yaşınadək əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yekun olaraq, iddiaçının oğluna əlillik dərəcəsi verilmiş və mübahisə predmeti olan hal aradan qaldırılmışdır. Cavabdehin nümayəndəsi bütün bu sadalananlar nəzərə alınaraq iddianın mümkünsüz sayılması barədə qərardad çıxarılması xahiş etmişdir.
5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
6. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan (iddiaçının oğluna əlillik dərəcəsi təyin edilmişdir) işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva