Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8169/2024 20.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qızının soyadının dəyişdirilməsinə razılıq verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun qızı X1 “Camalova” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə əsl cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri Cavabdeh ilə əvəz edilməsini, X1 “Camalova” soyadına dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixdə Nərimanov rayon Qeydiyyat Şöbəsində doğum faktı qeydə alınmış və AZ - İV 868545 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində soyadını “Murğuzlu”dan (Xİİ- ЖГ№ 272940 saylı doğum haqqında şəhadətnamə) “Camalova”ya (AZ - İV 789148 saylı doğum haqqında şəhadətnamə) dəyişdirmişdir. Yeni soyadı “Camalova”ya keçdiyi üçün qızı X1 “Camalova” soyadına dəyişdirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının AM-nin 189-cu maddəsinin tələbinə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il təvəllüdlü X4 82 saylı, xx.xx.2021-ci il tarixli doğum haqqında akt qeydi tərtib olunan zaman ata haqqında məlumatlar ananın göstərişinə əsasən soyadı “Murğuzlu”, adı “Fərid”, ata adı “Elman” və milliyyəti ’’azərbaycanlı” qeyd olunmuşdur. xx.xx.2023-il tarixli, AZ-İV № 789148 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən iddiaçının soyadı “Murğuzlu” soyadından “Camalova” soyadına dəyişdirilmişdir. Övladının soyadının “Murğuzlu” soyadından “Camalova” soyadına dəyişdirilməsinə dair bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Əks təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 1861 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il təvəllüdlü vətəmndaş X4 82 saylı xx.xx.2021-ci il tarixli doğum haqqında akt qeydi tərtib olunan zaman ana haqqında məlumat qrafasında ananın soyadı “Murğuzlu” qeyd edilmişdir Səbail rayon qeydiyyat şöbəsinin 10 saylı xx.xx.2023-cü il tarixli Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən ananın soyadı “Murğuzlu”dan “Camalova” ya düzəliş edilmiş və AZ-İV 868545 seriyalı şəhadətnamə xx.xx.2023-cü il il tarixdə vətəndaşa təqdim edilmişdir. AZ-İV seriyalı, 868545 nömrəli doğum haqqında şəhadətnamədə göstərilmişdir ki, X8 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Uşağın X3, anası İddiaçıdır. AZ-İV seriyalı, 789148 nömrəli doğum haqqında şəhadətnamədə göstərilmişdir ki, İddiaçı xx xxxxxx 1987-ci il tarixdə doğulmuşdur. Onun atası X6, anası X2r. 05 avqust 2021-ci il tarixli, 857 saylı arayışa əsasən 05 avqust 2021-ci ildə Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında X4 doğumu 82 nömrə ilə qeyd edilmişdir. Doğum tarixi: 22 iyul 2021-ci il. Valideynləri: anası X7, X3. Valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. Nərimanov rayon qeydiyyat şöbəsinin 558881 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında akt qeydinə əsasən X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası X5r. Səbail rayon Qeydiyyat Şöbəsinin 10 saylı, xx.xx.2023-cü il tarixli Soyadın, ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən ananın soyadı “Murğuzlu”dan “Camalova”ya dəyişdirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qızının soyadının dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçının mənzil növbəsinə götürülməsi üçün cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilməlidir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər (54.1.). Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil (54.2.). Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir (54.3.). 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər (54.4.). Göründüyü kimi iddiaçı 22 iyul 2021-ci il təvəllüdlü qızı X1 “Murğuzlu” soyadından “Camalova” soyadına dəyişdirilməsin istəyir. Bununla bağlı müvafiq icazənin verilməsi üçün o, cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən hər hansı inzibati araşdırma aparılmadan iddiaçıya imtina cavabı verilmişdir. Həmin imtina cavabında uşağın ad, soyad və ata adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının adını dəyişdirilməsini istədiyi uşağı təxminən 3 yaşındadır. Eyni zamanda iddiaçı uşağın atası ilə nikahda olmadığı üçün uşağın doğum akt qeydində soyad və ata adı iddiaçının bildirdiyi məlumatlara əsasən yazılmışdır. Hazırda iddiaçı öz soyadını dəyişmişdir. Bu səbəbdən də uşağın soyadının öz soyadına dəyişdirilməsini istəyir Qanunvericilik isə uşağın ad və soyadının 18 yaşına çatana kimi dəyişdirilməsinə məhdudiyyət qoymamış, lakin bunu müvafiq icra hakimiyyəti orqanının razılığından asılı etmişdir. Ailə Məcəlləsində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir (158.1.). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (160.2.). Göründüyü kimi X1 “Camalova” soyadına dəyişdirilməsi uşağın mənafeyi ilə ziddiyyət təşkil etmir. Eyni zamanda uşağa atalıq verilmədiyi üçün soyadın dəyişdirilməsi üçün atanın razılığı tələb edilmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı azyaşlı övladı 22 iyul 2021-ci il təvəllüdlü X1 “Camalova” soyadına dəyişdirilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8169/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8169/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver