Məhkəmə qərarları › İş №2-1(112)-8170/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8170/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8170/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X23 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 53 saylı, 23 fevral 2021-ci il tarixli sərəncamı ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 102 ünvanında yerləşən 1 A saylı mənzilə dair hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2, anası X9 ilə 20 yanvar 1976-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx xxxxxxx 1970-ci il tarixdə o, İddiaçı anadan olmuşdur. X2 və anası X9 13 yanvar 1983-cü ilə tarixdə aralarında bağlanmış nikahı pozmuşlar. Bakı şəhəri Yasamal rayonun İcra Hakimiyyəti başçısının 1118 saylı, 23 dekabr 2005-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 102 saylı evin yarızirzəmi hissəsində yerləşən yaşayış sahəsi 16,3 kv.m olan bir otaqlı 1 a saylı mənzili xidməti mənzil fonduna keçirməklə X3 verilmiş və xidməti order verilmişdir. 003578 saylı, 26 dekabr 2005-ci il tarixli orderlə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 102 saylı evin yarızirzəmi hissəsində yerləşən yaşayış sahəsi 16,3 kv.m olan bir otaqlı 1 a saylı mənzil X1na verilmişdir. X1 03 dekabr 2019-cu il tarixində beyin ödəmindən vəfat etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qərarı, 2-1(112)- 4515/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərardadı və 2- 1(112)-4515/2020 saylı, 18 yanvar 2021-ci il tarixli məktubu ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı onun, İddiaçı müraciəti üzrə məhkəmənin mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Yasamal rayonun İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmuşdur. Bakı şəhəri Yasamal rayonun İcra Hakimiyyəti başçısınınn 53 saylı, 23 fevral 2021-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 102 ünvanında yerləşən 1a saylı mənzilə dair onunla, İddiaçı ilə kirayə müqaviləsi bağlanılması və İddiaçı ilə kirayə müqaviləsinin bağlanılması müvafiq MKİS-ə tapşırılmışdır. Hal-hazırda, o, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 53 saylı, 23 fevral 2021-ci il tarixli sərəncamı ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 102 ünvanında yerləşən 1 a saylı mənzili özəlləşdirmək istəyir. Cavabdehə ərizə ilə müraciət edərək, həmin mənzilin onun adına özəlləşdirilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh 01.06.2021-ci il tarixli məktubunda həmin mənzilin xidməti mənzil olduğuna istinad edərək, mənzilin onun adına özəlləşdirilməsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, 23.04.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 378 saylı, 26.12.2005-ci il tarilxi orderə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 102 saylı evin, 1 A sayı mənzilinin xidməti olduğu qeyd olunmuşdur. Həmçinin qeyd olunan mənzilə dair Bakı şəhəri Yaasmal rayon İcra Hakimiyyəti başçısının 53 saylı sərəncamı 23.02.2021-ci il tarixdə verilmişdir. Bundan əlavə sözügedən mənzil 4 (dörd) mərtəbəli binanın yarımzirzəmi mərtəbəsində yerləşir. Bu barədə vətəndaşa **********10 saylı, 01.06.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 1118 saylı, 23.12.2005-ci il tarixli “İş yerində G.X.Məhərrəmovaya xidməti mənzil verilməsi haqqında” sərəncamının surətindən görünür ki, X5 22 saylı MKİS-də dalandar işləyir. Özünün yaşamağa mənzili olmadığından kirayədə yaşayır. Bununla əlaqədar 22 saylı MKİS-in rəhbərliyi Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldıraraq Şərifzadə küçəsi, 102 saylı evin yarımzirzəmisində yerləşən 1 a saylı bir otaqlı mənzili xidməti mənzil kimi G.X.Məhərrəmovaya verilməsini xahiş etmiş və müdiriyyətlə həmkarlar təşkilatının birgə iclasının 14.10.2005-ci il tarixli 2 saylı qərarını təqdim etmişdir. Bu məsələ Rayon İcra Hakimiyyətinin mənzil məsələləri üzrə ictimai komissiyasında baxılaraq müsbət rəy verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, 22 saylı MKİSin müdiriyyət və həmkarlar təşkilatının 14 oktyabr 2005-ci il tarixli 2 saylı qərarı təsdiq edilmiş, Şərifzadə küçəsi, 102 saylı evin yarımzirəmi hissəsində yerləşən yaşayış sahəsi 16.3 kv.m olan 1 otaqlı 1 a saylı mənzili xidməti mənzil fonduna keçirilməklə X3 verilmiş və ona xidməti order verilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 003578 nömrəli, 26.12.2005-ci il tarixli xidməti orderdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 102 ünvanında yerləşən yaşayış sahəsi 16.3 kv.m olan, 1 otaqlı mənzil X3 verilmişdir. İşdə olan İ-Ж seriyalı 342405 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X6 X11 ilə olan rəsmi nikahı 20.01.1976-cı il tarixdə pozulmuşdur. İşdə olan AZ-İİ seriyalı, 059300 nömrəli, 27.12.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 03.12.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 27.12.2019-cu il tarixdə, 2207 nömrə ilə qeyd edilmişdir. Ölümü qeydiyyata alan orqan 3 saylı Bakı “Asan xidmət” X12muşdur. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 53 nömrəli, 23.02.2021-ci il tarixli “Yasamal rayonu, Şərifzadə küçəsi, ev 102 ünvanında yerləşən 1 A saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında” sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2020 nömrəli, 05.11.2020ci il tarixli qərarı, 2-1(112)-4515/2020 nömrəli, 25.11.2020-ci il tarixli qərardadı və 2-1(112)- 4515/2020 nömrəli, 18.01.2021-ci il tarixli məktubu ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 1 a saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanılmış, sərəncamın surəti müvafiq MKİS-ə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 26 oktyabr 2021-ci il tarixli, BA-04992-2021 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, X3 mənzil verilməsi haqqında Yasamal rayonu İcra Hakimiyyətinin arxiv fondu üzrə 23.12.2005-ci il tarixli, 1118 sayıl sərəncamının təsdiq edilmiş kserosurəti 1 (bir) vərəqdən ibarət məhkəməyə təqdim edilmişdir. Həmin sərəncama heç bir sənəd əlavə edilməmişdir. İşdə olan 22 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli, 31 nömrəli arayışdan görünür ki, ünvan 2 İddiaçı məxsusdur. Mənzildə 1991-ci il təvəllüdlü X7 2010-cu il tarixdən daimi qeydiyyatdadır. İşdə olan 19.04.2021-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında” Birtipli Müqavilənin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu 22 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin rəisi M.Salmanov ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 53 nömrəli, 23.02.2021-ci il tarixli sərəncamı əsasında Şərifzadə küçəsi, 102 nömrəli evdə, 1 a nömrəli mənzildə, 16.3 kv.m yaşayış sahəsi müddətsiz istifadə üçün vermişdir. Kirayəçi və ailə üzvü - İddiaçı və X4r. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********10 nömrəli, 01.06.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, ərizəsinə əlavə edilmiş 003578 saylı, 26.12.2005-ci il tarixli orderə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 102 saylı evin, 1 A saylı mənzilin xidməti olduğu qeyd olunmuşdur. Həmçinin qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 53 saylı sırıncamı 23.02.2021-c il tarixdə verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 4 (dörd) mərtəbəli binanın yarımzirzəmi mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi barədə **********10 nömrəli, 01.06.2021-ci il tarixli imtina məktubu verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəldikdə isə, iddia mahiyyəti etibarı ilə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 1118 nömrəli, 23.12.2005-ci il tarixli sərəncamı və həmin sərəncam əsasında verilmiş 003578 nömrəli, 26.12.2005-ci il tarixli orderə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 102 saylı evin, 1 a saylı mənzilinə dair iddiaçının mərhum X1na xidməti order verilmişdir. İddiaçının mərhum anası 03.12.2019-cu il tarixdə ölmüşdür. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 53 nömrəli, 23.02.2021-ci il tarixli sərəncamında göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2020 nömrəli, 05.11.2020-ci il tarixli qərarı, 2-19112)-4515/2020 nömrəli, 25.11.2020-ci il tarixli qərardadı və 2- 1(112)-4515/2020 nömrəli, 18.01.2021-ci il tarixli məktubu ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyi nəzərə almaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 102 ünvanına yerləşən 1 A saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayonu 22 nömrəli Mənzil Kommunal İstismar Sahəsi ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 102 ünvanında yerləşən, yaşayış sahəsi 16.3 kv.m olan 1 a saylı mənzilə dair 19.04.2021-ci il tarixli müddətsiz birtipli kirayə müqaviləsi bağlanılmışdır. Məhkəmə iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, yarımzirzəmi mənzil fonduna keçirilməklə mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd olan order 26.12.2005-ci il tarixdə, 003578 nömrə ilə iddiaçının anasına verilmiş, iddiaçının anası 03.12.2019-cu il tarixdə ölmüşdür. Mənzil iddiaçının anasına xidməti mənzil olaraq verilsə də, iddiaçının anası vəfat etdikdən sonra iddiaçı ilə həmin mənzilə dair müddətsiz kirayə müqaviləsi bağlanmışdır. İddiaçı hazırda onunla Bakı şəhəri Yasamal rayonu 22 nömrəli Mənzil Kommunal İstismar Sahəsi arasında bağlanmış mənzildən müddətsiz istifadəyə dair kirayə müqaviləsinə əsasən mənzilin kirayəçisidir. Göründüyü kimi, iş materiallarına əsasən həmin mənzilin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin orderi əsasında verilmiş yaşayış sahəsi olduğu müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi iddiaçının mübahisəli mənzilə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan sənədi, 01 oktyabr 2009-cu il tarixədək verilmiş orderi mövcuddur. Bu səbəbdən də, onun mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 102 ünvanında yerləşən 1 A saylı mənzilin İddiaçı adına (mülkiyyət hüququ üzrə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar