Məhkəmə qərarları › İş №2-1(112)-8172/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8172/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8172/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyaya qarşı rəyin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23.02.2021-ci il tarixli 4/46 saylı rəyinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı X2 ona qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə və onun “uşaqların atanın himayəsində saxlanılması” qarşılıqlı iddia tələbinə Qaradağ Rayon Məhkəməsində baxılmış və ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə 2(002)-375/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Sözügedən qətnamədən verilmiş apellasiya şikayəti hal-hazırda məhkəmənin icraatındadır. İş üzrə qətnamə qəbul edilməsi üçün Qaradağ Rayon Məhkəməsi tərəfindən Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyanın 4/46 saylı 23.02.2021-ci il tarixli rəyi alınmışdır. Həmin rəy kifayət qədər əsaslandırılmamış, rəydə uşağın mənafeyi baxımından ananın yanında və himayəsində qalması məqsədəmüvafıq olması vurğulanmışdır. Lakin, rəy verilərkən heç də uşağın üstün mənafeyi, sağlamlığı kimi amillər nəzərə alınmamışdır. Bu səbəbdən də, komissiya tərəfindən verilmiş rəyi obyektiv hesab etmək olmaz. Birgə nikahdan dünyaya gəlmiş övladları “tubersekloroz” xəstəliyindən əziyyət çəkir və daim kənar şəxsin qulluğuna ehtiyacı yar. Bundan əvvəl də, cavabdeh bir neçə dəfə övladını atıb getmiş, onun saxlanması ilə maraqlanmamışdır. Uşaq 7 aydır ki hər ay davamlı müalicə alır. “Narınc” X7 hər gün 5 seans müalicə alırloqoped, psixoloq, masaj. Hər gün 6 dərman peraparatı qəbul edir. Xəstəliyi ilə əlaqədar daim ciddi nəzarətdə olmalıdır. Qarşılıqlı iddia üzrə cavabdeh isə işsizdir. Onun övladının müalicə xərclərini qarşılaması mümkün deyil. Rəy verilərkən ilkin iddia üzrə iddiaçının azyaşlı övladını 7 aydır ki tərk edib getməsi, uşağın faktiki olaraq onun yanında və himayəmdə yaşaması, faktiki olaraq onun müalicə xərclərinin onun tərəfindən qarşılanması, seanslara onunla birgə gedib gəlməsi kimi hallar nəzərə alınmamışdır. İş materiallarına əlavə olunmuş X6 tərəfindən verilmiş arayışdan da göründüyü kimi Məmmədova Sevdanı seanslara atası İddiaçı gətirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh isə işsizdir. Onun övladının müalicə xərclərini qarşılaması mümkün deyil. Ananın uşaqla maraqlanmaması, onu mütəmadi olaraq atıb-getməsi səbəbindən övladının anası ilə ünsiyyət bağları qopmuşdur. Uşaq ona çox bağlıdır. Bu səbəbdən də, övladının anasının himayəsinə verilməsinə dair qətnaməni gələcəkdə icra etmək mümkün olmayacaq. Təəssüflər olsun ki, qeyd olunan hallar rəy verilərkən nəzərə alınmamış və cavabdeh tərəfindən əsassız rəy verilmişdir. Bu səbəbdən də, mübahisəli rəy elbarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli 2- (103)-6223/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 29 sentyabr 2017-ci il tarixli nikahın pozulması, 13 sentyabr 2018-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı 250 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı X4 qarşı uşağın atanın himayəsində saxlanılması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikah pozulduqdan sonra 13 sentyabr 2018-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək X5 ilə İddiaçı arasında 29 sentyabr 2017-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 3417 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 13.09.2018-ci il təvəllüdlü X3 anası X2 yanında qalması müəyyən edilmiş və 13.09.2018-ci il təvəllüdlü X3 anası X2 himayəsinə verilməsi13.09.2018-ci il təvəllüdlü X3 faktiki olaraq anasının himayəsinə verildiyi gündən yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında və əlavə olaraq 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmiş, ilk iddianın qalan hissəsi, eləcə də qarşılıqlı iddia təmin olunmamışdır.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini, “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyası tərəfindən Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 23.02.2021-ci il tarixli 4/46 №li rəyin surətindən müəyyən olunur ki, Qaradağ Rayon Məhkəməsindən daxil olmuş 08 fevral 2021-ci ıl tarixli, 2(002)-375/2021 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, məhkəmənin icraatında olan iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılınası və aliment tələbləri barədə ilk iddiası İddiaçı X4 qarşı uşağın atanın himayəsində saxlanılması tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işlə bağlı müvafiq rəyin verilməsi rayon icra hakimiyyətindən xahiş edilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatı nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”sı təqdim olunmuş sənədlə tanış olaraq, uşağın mənafeyi üçün xidmət etməsi baxımından, BMT Baş Məclisinin 20 oktyabr 1959-cu il tarili 1386 saylı qətnaməsinin humanist prinsiplərini nəzərə alaraq, Azərbaycan Rspublikası Ailə Məcəlləsinin 551.2-ci və 61-ci maddələrinin tələblərinə uyğun olaraq azyaşlı 13 sentyabr 2018-ci il təvəllüdlü X3 anası X2 yanında və himayəsində qalmasını daha məqəsdəmüvafiq hesab etmişdir. Hazırki iş üzrə iddia ərizəsindən və ona əlavə olunmuş sənəddən müəyyən olunur ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyasının 23.02.2021-ci il tarixli 4/46 saylı rəyi ilə razılaşmayan İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 4 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. İş üzrə müəyyən edilir ki, cavabdeh mülki mübahisə üzrə məhkəmə qərardadı əsasında tərtib edilmiş rəydə yalnız öz mövqeyini bildirmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sənəd (cavabdeh Qaradağ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyasının rəyi) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsudur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.4 və 2.3-cü bəndlərinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyaya qarşı rəyin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar