Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8172/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X25 üzrə Baş İdarəsinə qarşı “qərarın qismən ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X25 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X3, X20, X10, X12, X15, X21 onun işçiləri olmadıqlarına və onlarla onun arasında əmək müqavilələri olmadığından, ümumilikdə ona yazılmış 28000 manat məbləğində maliyyə sanksiyasından həmin şəxslərə görə ona yazılmış 12000 manat məbləğində olan hissənin çıxılmaqla 12000 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsi, Dövlət Sosial Müdafiə Fonduna olan 2972,54 manat borcun da 6 nəfərə - X2, X16, X5, X8, X9, X17 münasibətdə aid olan hissəsinin 2972,54 manat məbləğində borcdan çıxılmaqla ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqi şəxs yaratmadan ********** qeydiyyat nömrəli VÖEN adı altında fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vergi ödəyicisi olaraq onun İcbari Tibbi Sığorta Fonduna 275,35 manat, İşsizlikdən sığorta fonduna 116,82 manat, dövlət büdcəsinə 28162, 68 manat məbləğində (o cümlədən, vergilər üzrə 2368,52 manat, faizlər üzrə 864,52 manat, maliyyə sanksiyası üzrə 22179,64 manat), Dövlət Sosial Müdafiə Fonduna 2972,54 manat olmaqla, ümumilikdə 31527,39 manat borcunun olduğu ona bildirilmişdir. xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’' **********1157 Kəli Qərarla mənə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirir ki, 28000 manat maliyyə sanksiyası ona guya X1, X18, X4, X6, X7, X13 onun işçiləri olmaqla, onlara görə 520.79 manat məlbəğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayındığına görə yazılmışdır. Lakin yuxarıda adlarını çəkdiyim şəxsləri tanımır və həmin şəxslər onun işçiləri olmayıblar. Buna görə də yuxanda adlarını çəkdiyi 6 nəfərə - X2, X19, X14ma, X8, X9, X17 görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsi əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə mənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat məbləğində olmaqla 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda adlarını çəkdiyi 6 nəfər - X3, X23, X10, X12, X15, X21 onun işçiləri olmadıqlarına və onlarla iddiaçının arasında əmək müqavilələri olmadığına görə hesab edir ki, ümumilikdə ona yazılmış 28000 manat məbləğində maliyyə sanksiyasından həmin şəxslərə görə ona yazılmış 12000 manat məbləğində olan hissə çıxılmaqla ləğv edilməlidir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fonduna olan 2972,54 manat borcun da yuxarıda adlarını çəkdiyi 6 nəfərə - X2, X19, X5, X8, X9, X17 münasibətdə aid olan hissəsi də 2972,54 manat borcdan çıxılmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1157 nömrəli qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsi tərəfindən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan, Lənkəran: Xarxatan K-Di, xx.xx.1970. yaşayış Yeri: Az 1030. Bakı şəhəri Xətai rayonu, Rəşid Bağırov, ev.36/2a. Fin: xxxxxxx, VÖEN:**********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021 tarixli 000738 nömrəli akt(lar)ına, eləcə də vergi nəzarət tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən etdim: Fiziki şəxs İddiaçı (VÖEN: **********) Bakı şəhəri X25 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0185 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunmuş, vergi ödəyicisinin iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu Bakubus-ın yaxınlığı ünvanında yerləşən “Şüşə qəbulu anbarı" adlı obyektdə keçirilən opeartiv vergi nəzarət tədbiri zamanı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxsdən 14 (on dörd) nəfərin izahatı alınmış, həmin şəxslər öz izahatlarında əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanılmadığını etiraf etmişlərdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000.00 manat, ikinci dəfə yol verdikdə 4000.00 manat, üç və daha çox dəfə yol verdikdə 6000.00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci il tarixədək 28000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş üzrə müəyyən olunur ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X25 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********1157 nömrəli qərarının 14000 manat məbləğində maliyyə sanksiyasının hesablanması hesablanması hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3149/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3149/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin 2-1(102)-1175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi hazırkı inzibati məhkəmə icraatında iddiaçı barəsində qəbul edilmiş əliverişsiz inzibati aktın- xx.xx.2021-ci il tarixli, **********1157 nömrəli qərarının qismən mübahisələndirsə də o bundan əvvəl eyni hüquqi və faktiki hallara əsaslanaraq cavabdehin qərarının ləğvi ilə bağlı iddia qaldırmışdır. Həmin iş üzrə iddiaçının iddia tələbi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təmin edilməmişdir. Beləliklə müəyyən olunur ki, inzibati məhkəmə icraatında iddiaçının iddia tələbiniə mahiyyəti üzrə artıq bir dəfə hüquqi qiymət verilmişdir. İddiaçının hazırda başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmiş eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə (istər mülki, istər inzibati məhkəmə) mübahisə predmeti ola və baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 52, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8172/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8172/2024
12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver