Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8173/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən onun adına verilmiş və Ukrayna Təhsil və Elm Nazirliyi Departamenti tərəfindən xx.xx.2021-ci il tarixli, A-44465-21 nömrəli apostil möhürü ilə təsdiq edilmiş B20 seriyalı, 205957 nömrəli 13 iyul 2020-ci il tarixli Bakalavr diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə icraatı gedişində Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı, 205957 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı İddiaçı müraciətinə yenidən baxılması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 1 (bir) ay müddət təyin edilmiş, qərardad icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə məktubla müraciət edərək, xx.xx.2022-ci il tarixli, 2-1(112)-8173/2022 saylı qərardadın icrası məqsədilə İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, B20 № 205957 diplom üzrə aldığı ixtisasın tanınması məsələsinin yenidən araşdırıldığını və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər iş üzrə icraata xitam verilməsinə etiraz etmədilər. Məhkəmə tərəfləri dinləyib iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İddia ərizəsindən görünür ki, iddiaçının tələbini V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı, 205957 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş T027968 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı adına xx.xx.2020-ci ildə V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B20 seriyalı 205957 nömrəli diplomun Azərbaycan Respublikasında 050206-Hüquqşünaslıq ixtisas istiqamətinin Hüquqşünas bakalavr ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş İ027328 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı adına xx.xx.2020-ci ildə V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B20 seriyalı 205957 nömrəli diplom Azərbaycan Respublikasında tanınmışdır və keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. Göründüyü kimi, məhkəmənin müəyyən etdiyi müddətdə artıq iddiaçının tələbi təmin olunmuş, onun iddia tələbinə uyğun diplomun ekvivalentliyi müəyyən edilərək ixtisası tanınmış və müvafiq şəhadətnamə verilmişdir. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №2-1(112)-8173/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8173/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver