Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8174/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “onun ötən 15 il ərzində ödədiyi 54.000 manat və 4900 manat kirayə pulunun, mənəvi sarsıntılara görə 300.000 manat təzminat haqqının, cəmi 358.900 (üç yüz əlli səkkiz min doqquz yüz) manat pul ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ötən 15 il ərzində ödədiyi 54.000 manat kirayə pulunun, çörəkpulu müavinətinin kəsilməsi səbəbi ilə ailəsinə dəymiş 2000 manat maddi ziyanın, mənəvi sarsıntılara görə 50.000 manat təzminat haqqının, cəmi 106.000 manatın mənə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ailəsi ilə birlikdə 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş və o vaxtdan ünvan 1 ünvanında yaşamışlar. Həmin ünvandakı ev iddiaçının Rusiyada yaşayan xalası oğlu Eldəniz Əliyevə məxsus idi. 2008-ci ildə Eldəniz qəza keçirdi və ehtiyac olduğu üçün evini satmalı oldu. Nəticədə iddiaçı və ailəsi kirayədə qalmalı oldu. O vaxtdan bütün ailə birlikdə kirayədə yaşamış, bu günə qədər, 15 il, yəni 180 ay kirayə pulu ödəmişdir. 2019-cu ildə qardaşı Yasin başqa evə köçdü, iddiaçının anası da Yasinin boşanması səbəbi ilə tək qalmasın deyə onunla birlikdə yeni ünvana köçdülər. İddiaçı ailə qurmuş və kirayədə yaşamağa davam etmişdir. Beləliklə, bu vaxtadək iddiaçı 54.000 manat pul vəsaitini kirayə haqqı olaraq ödəmişdir. Belə ağır vəziyyətdə olduğu vaxtda iddiaçıya aidiyyəti olmayan (sonradan ona aid olmadığı məhkəmə qərarını təqdim edərək sübut etmiş) banka girov qoyulub pul götürülməsi üçün formal olaraq adına keçirilmiş, başqasına aid mənzilin onun adında görünməsi səbəbi ilə iddiaçının ailəsinin çörəkpulu müavinəti kəsilmişdi. Dəfələrlə müraciət etsə də bərpa olunmamışdır. Sonradan məhkəmə qərarı ilə sübut təqdim etdikdən sonra bərpa edilmişdir. O arada iddiaçı və ailəsinə 2000 manatdan çox faktiki ziyan dəymişdir. Ötən müddətdə cavabdehə, müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, iddiaçı mənzillə təmin edilməmişdir. Halbuki, qanunvericiliklə və ölkə rəhbərliyinin fərman və sərəncamları ilə iddiaçı mənzillə təmin olunmalı idi. Bundan başqa ötən müddətdə daimi yaşayış yerinin olmaması, tez-tez məkan-məhəllə dəyişmələr, məcburi köçkünlüyün yaratdığı sıxıntılar ona və ailəsinə ağır mənəvi sarsıntılar yaşatmış, onlara külli miqdarda mənəvi ziyan vurmuşdur. İddiaçı hesab edir ki, ona dəyən mənəvi ziyanın miqdarı 50.000 manat civarında hesablanmalıdır. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC ********* nömrəli, xx.xx.2023-cü il tarixli məxaric qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının sözügedən müraciətini cavablandırılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı müvafiq iddia tələbi barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən aidiyyəti üzrə baxılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “beləliklə, bu vaxtadək mən 54000 manat pul vəsaitini kirayə haqqı olaraq ödəmişəm”. Qeyd olunan fikirlərlə əlaqədar məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, həmçinin qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə məskunlaşaraq faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların müvəqqəti istifadəsinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Təqdim edilmiş siyahı, müvafiq Komissiya tərəfindən yoxlanıldıqdan sonra Qaydalarda göstərilən mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilərək, həmin ailələr mənzillə təmin edilir. Komitə tərəfindən bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən, yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.3-cü bəndinə əsasən, rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. Cavabdeh etirazında qeyd edir ki, Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən, köçürülmə obyekti qismində çıxış edən ictimai binalarda və digər obyektlərdə işğaldan sonra müvəqqəti qeydiyyata düşərək məskunlaşmış və faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulur və onların siyahıları bir neçə il öncədən müəyyənləşdirilir. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulmuşdur və həmin ailələrin sayına uyğun tikinti işləri lahiyələndirilərək aparılır. Tikinti zamanı əlavə mənzil nəzərdə tutulmadığından, həmin evlərə digər mənzilə ehtiyacı olan ailələrin köçürülməsi mümkün deyildir. İddiaçı Laçın rayonundan məcburi köçkündür və hal-hazırda ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə müvəqqəti məskunlaşmadığından, onun ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi mümkün olmamışdır. Ümumiyyətlə məcburi köçkünlərin Dövlət Proqramında nəzərdə tutulandan başqa fərdi və ya növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi Komitə tərəfindən həyata keçirilmir və Komitənin imkanı xaricindədir. Bununla yanaşı bildirilir ki, İddiaçı, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etmişdir. Belə ki, İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış sahələrinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı iddia ərizəsində müvafiq yaşayış sahəsinin formal olaraq onun adına qeydə alınmasını iddia etsə də, Komitədə yaradılmış məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, o, məcburi köçkün kimi məhz həmin ünvana müvəqqəti qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsinə dair Qaydasının 2.11.2-ci yarımbəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. İddia ərizəsində qeyd olunmuşdur ki, “... Onu da qeyd edim ki, belə ağır vəziyyətdə olduğumuz vaxtda mənə aidiyyəti olmayan, banka girov qoyulub pul götürülməsi üçün formal olaraq adıma keçirilmiş başqasına aid mənzilin adımda görünməsi səbəbilə ailəmizin çörək pulu müavinəti kəsilmişdi. Dəfələrlə müraciət etsək də, bərpa olunmadı. Sonradan məhkəmə qərarı ilə sübut təqdim etdikdən sonra bərpa edildi. O arada 2000 manatdan çox ailəmizə faktiki ziyan dəydi”. Yuxarıda qeyd olunan fikirlərlə əlaqədar məhkəmənin diqqətinə çatdırılır ki, müvafiq iddia tələbi üzrə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi cavabdeh qismində çıxış etmir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmənin diqqətinə çatdırılır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasfna əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifahş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Qeyd olunanlara əsasən Komitə vahid aylıq müavinətin verilməsi ilə bağlı adlı siyahılar üzrə cavabdehlik daşımadığından, İddiaçı və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə əlaqədar yaranmış kompensasiya məbləğinin Komitə tərəfindən ödənilməsindən söhbət gedə bilməz. İddia ərizəsində qeyd olunmuşdur ki, "... Hesab edirəm ki, mənə dəyən ziyanın miqdarı 50000 manat civarında hesablanmalıdır”. Qeyd olunan fikirlərə etiraz edərək məhkəmənin diqqətinə çatdırılır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müdəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkət və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya sahib olması, iztirab keçirməsi dedikdə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin ədi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin, həmçinin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı ona Komitənin hərəkət və hərəkətsizliyi nəticəsində mənəvi zərərin vurulması, həmçinin özünün və ailə üzvlərinin iztirab keçirməsi ilə bağlı hər hansı sübutedici sənəd təqdim edə bilməmişdir. Nəticədə, İddiaçı iddia ərizəsində ona vurulduğunu iddia etdiyi maddi və mənəvi ziyana görə qeyd etdiyi ödəniş məbləğlərini heç bir etibarlı sübutla əsaslandırmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatfna əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən, Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-8174/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “onun ötən 15 il ərzində ödədiyi 54.000 manat və 4900 manat kirayə pulunun, mənəvi sarsıntılara görə 300.000 manat təzminat haqqının, cəmi 358.900 (üç yüz əlli səkkiz min doqquz yüz) manat pul ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və onun müraciəti baxılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: 369672 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçı 1993-cü ildən Laçın rayonundan məcburi köçkün düşmüşdür və vəsiqə Dövlətqaçqınkomun xx.xx.2016cı il tarixli qərarına əsasən xx.xx.2016-cı ildə verilmişdir. Komitənin Mənzil İstirmar Departamentinin X2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3əcburi köçkünlər üçün salınmış Ramana-450 ailəlik qəsəbəsində 248 nömrəli ev X3 verilmişdir. X5 da həmin evin həyətyanı sahəsində qanunsuz tikili həyata keçirmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna ünvan 4 ünvanı ilə bağlı ilkin qeydiyyat tarixindən hazırkı dövrədək olan arxiv sənədlərinin təsdiq edilmiş surətləri təqdim edilmişdir: RX seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X1 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2014-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 ünvan 4 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11023/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı Laçın Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1113/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11023/2023 nömrəli, 31 oktyabr 2023cü il tarixli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərər vurulduğunu və cavabdehin buna görə məsuliyyət daşıdığını iddia etsə də, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona zərər dəyməsi ilə bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına istinadən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən (Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydaların 1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM- 2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusuna cavabdeh tərəfində yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçıya münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi və onlar arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu, zərərin cavabdeh tərəfindən və onun hərəkətlərinin nəticəsi olaraq yaranması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “onun ötən 15 il ərzində ödədiyi 54.000 manat və 4900 manat kirayə pulunun, mənəvi sarsıntılara görə 300.000 manat təzminat haqqının, cəmi 358.900 (üç yüz əlli səkkiz min doqquz yüz) manat pul ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: Bakı şəhəri, N.Vəzirov, 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9.
Məhkəmə qərarları › İş №2-1(112)-8174/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8174/2024
30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver