Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8184/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Bakı şəhəri 7 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, iddiaçı Rzayeva (Hüseynli) Könül Hüseyn qızının cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı X7 üçüncü şəxs qismində işə cəlb olunmaqla “X3 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 saylı mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rzayeva (Hüseynli) Könül Hüseyn qızı cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı X3 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 saylı mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid, 32 saylı evin, 4 otaqlı, 6 saylı mənzili 30.10.2002-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Buna dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (keçmiş Tİ və MHQİ) qeydiyyat vəsiqəsi vardır. İş üzrə 3-cü şəxs iddiaçının əri X5 qardaşı oğlu X6 arvadıdır. Ramil ilə Arzu 13.06.2018-ci il tarixdə qanuni nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçının ərinin qardaşı X8 məxsus Nizami rayonunda yerləşən hündürmərtəbəli binada yerləşən mənzilinə köçüb yaşamışlar, onlar iddiaçıya məxsus mənzildə heç vaxt köçüb yaşamamışlar, iddiaçının mənzilində onlara məxsus heç bir əmlak yoxdur. İddiaçının ərinin qardaşı Asəfin öz mənzilinin çıxarışı olmadığından Asəf iddiaçıdan xahiş etmişdir ki, gəlini Arzunu iddiaçının mənzilinə müvəqqəti qeydiyyata salsın, iddiaçı da etiraz etmədən müvəqqəti olaraq Arzunu öz mənzilinə qeydiyyata salmışdır. Sabunçu rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli qətnaməsi ilə X10 ilə X9 arasında nikah pozulmuşdur və Arzu valideynlərinin evinə yaşamağa qayıtmışdır. Hal-hazırda da Arzu valideynlərinin evində yaşayır. Lakin iş üzrə 3cü şəxs Arzu hələ də iddiaçının xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmaq istəmir. Onun mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. Onun iddiaçının mənzilindən istifadə və əmlak hüququ yaranmamışdır, o iddiaçının ailə üzvü deyildir. Belə olan halda iddiaçının mülkiyyət hüquqları məhdudlaşır və o mülkiyyətçi kimi sərbəst şəkildə öz mənzilinə dair sərəncam verə bilmir. İddiaçı 3-cü şəxsin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq ona imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh və üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər, bunun səbəblərini məhkəməyə bildirməmişlər, cavabdeh məhkəməyə 12.08.2021-ci il tarixli məktubu ilə müraciət edərək, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz olmadığını bildirmişdir. Məhkəmə işə cаvаbdеhin və üçüncü şəxsin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, vəkilin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 19.05.2021-ci il tarixli məktubunda bildirilmişdir: “yuxarıda göstərilən ünvanda qeydiyyatda olan X3 qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir.” Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X2 verilmiş 132851 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid, 32 saylı evin 59,85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 6 saylı mənzili X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, 06.07.1989-cu il təvəllüdlü X7 və qeyriləri ünvan 3 ünvanında qeydiyyatdadır. 454843 nörəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X11 və X4 21.09.1999-cu il tarixində nikahlarını bağlamışlar. Sabunçu rayon Məhkəməsinin 2(008)-5182/2019 nömrəli 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə X13i ilə Rzayeva (Abbasova) Arzu Əjdər qızı arasında 13 oyun 2018-ci il tarixdə 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1322 saylı akt qeydi ilə bağlanmış nikahları pozulması qət edilmişdir. 369096 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X13i və X9 arasında nikahı məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 19.08.2019cu il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 24.08.2021-ci il tarixli məktubuna əsasən 06.07.1989-cu il təvəllüdlü X7 23.11.2019-cu il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Həmin maddəyə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Qanunvericiliyə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəalarına uyğun araşdırma apararaq, məhkəmə müəyyən etmişdir ki, 3-cü şəxs iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən mənzildə yaşamır, onun həmin evdə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış istifadə hüququ mövcud deyil. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, X3 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 saylı mənzilin qeydiyyatından çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X3 iddiaçı Rzayeva (Hüseynli) Könül Hüseyn qızının xüsusi mülkiyyətində olan ünvan 3 saylı mənzilin qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8184/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8184/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver