Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8185/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “məlumatın verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il № 1121№li sərəncamının 4.3-cü bəndi (bərə və əsas yük terminalının "xxxx" QSC-nin balansına nə vaxt verilməsi ) və 5-ci bəndinin (Tariflərin axırıncı dəfə nə vaxt baxıldığını) cavab vermək öhdəliyinin Azərbaycan Republikası Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il 1121№-li "xxxx" QSC-nin yaradılması haqqında Sərəncamının 4.3-cü bəndinin cavablandırılması ilə bağlı Azərbaycan Respublikası Cavabdehnə müraciət etsə də, cavabdeh öz növbəsində informasiya sorğusunun cavablandırılmasını öz üzərindən ataraq Azərbaycan Respublikasının Rəqəmsal tnkişaf və Nəqliyyat Nazirliyinə göndərmiş, Nazirlik isə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə əsaslanaraq aidiyyəti üzrə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına QSC-yə baxılması üçün ünvanlamışdır. Sərəncamda çox aydın şəkildə qeyd olunmuşdur ki, məhz Azərbaycan Respublikası Cavabdeh kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etsin. Sərəncamın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etsin. Azərbaycan Respublikası Cavabdeh 2007-ci il 28 avqust tarixli 136 №-li qərarının təsnifatında Cavabdeh İnzibati orqan kimi təstiq edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 2016-cı il 1 sentyabr tarixli338 №-li diqər qərarı ilə Liman müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisi kimi ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər siyahısına aid edilmişdir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 4-cü maddəsinə əsasən Vətəndaş dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin onun hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən (hərəkətsizliyindən), habelə belə qərarların və hərəkətləri qəbul edilməsi üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə şikayət etmək hüququna malikdir. Vətəndaşın hüquq və azadlıqlarına bilavasitə təsir edən sənəd və materiallarda olan informasiya üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdırsa, onun belə sənəd və materiallarla tanış olmaq hüququnu təmin etmək üçün vəzifəli şəxslər həmin sənəd və materialları vətəndaşa təqdim etməyə borcludurlar. Rəsmi informasiya yazılı və ya şifahi formada olan, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təsir edən və həmin informasiyanın müəyyənləşdirilmiş müəllifi kimi hərəkətlər edən (qərarlar qəbul edən) dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və qəbul olunması) üçün əsas sayılır, təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin ünvanına təqdim olunan elə məlumatlardır ki, onlar məhkəmə tərəfindən hərəkətlərin edilməsi(qərarların qəbul olunması) üçün əsas sayılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.01.; 4.0.05; 4.0.06. maddələrinə əsasən müraciətlərin baxılmasının əsas prinsipləri qanunçuluq və heç bir ayn-seçkiliyə və süründürməçiliyə yol verilməməsidir, və müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir. “Təbii inhisar haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1.7 bəndinə qörə liman təbii inhisar subyektidir. Həmin qanunun 6-cı maddəsinin 2.1-ci bəndinə əsasən və Azərbaycan Respublikasının “ Dəniz Limanları haqqında Qanununun 15-ci maddəsinə əsasən - limanda xidmətlərin qöstərilməsi qaydası Azərbaycan Respublikası Cavabdeh tərəfindən müəyyən olunmalı və liman xidmətlərinə,liman qurğularının istismarı,yükaşırma və dəniz üzqüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə qörə Tarif(qiymət) Şurası tərəfindən təsdiq edilməlidir. Həmin qanunun 15.4-cü maddəsinə əsasən Limanda göstərilən və təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid olmayan xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1.2. - 6.1.7. maddələrinə əsasən informasiyanın əldə olunmasının prinsiplərdən biri onun qanuniliyi, və dövlət tərəfindən qorunmasıdır və o cümlədən məhkəmə yolu ilə müdafiəsidir. Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və təbii inhisara malik olan hüquqi şəxslərin qöstərdikləri xidmətlərin tarifləri məhz yuxarıda qeyd olunan sərəncamın 5-ci bəndində öz əksini tapmışdır və məlumatın vacibliyinin alınması zərurəti yaranmışdır.
3. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamının 4.3-cü bəndinə əsasən, Azərbaycan Respublilkasının Cavabdeh Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etməlidir. Həmin Sərəncamın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etməlidir.
4. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının informasiya sorğusu Azərbaycan Respublikası Cavabdeh tərəfindən baxılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmışdır.
5. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının Cavabdeh tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış bərə və yük terminallarının "xxxx" QSC-nin balansına verilməsi tarixi barədə vətəndaş İddiaçı informasiya sorğusu “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə "xxxx" QSC-yə təqdim olunmuşdur. İnformasiya sorğusuna baxılmasının nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş olunmuşdur.
6. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, onun Azərbaycan Respublikası Cavabdehnə ünvanladığınız və aidiyyəti üzrə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinə (Cəmiyyət) yönləndirilmiş müraciətlərinə Cəmiyyətdə baxılmışdır. Bildirilmişdir ki, müraciətində istinad etdiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli 1121 nömrəli Sərəncamının 4.3-cü bəndinin icrası digər aidiyyəti dövlət qurumuna tapşırılmış və qeyd olunan məsələyə dair məlumatların təqdim edilməsi Cəmiyyətin səlahiyyətləri xaricindədir.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vəkilin informasiya sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bildirilmişdir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tətbiq olunan yığım və tariflər haqqında preyskurantın 7-ci cədvəlində xx.xx.2004-cü il tarixindən sonra hər hansı dəyişikliklərin olub-olmamasına dair məlumatın verilməsi barədə müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən limanda xidmətlərin göstərilməsi qaydası Azərbaycan Respublikasının Cavabdeh tərəfindən müəyyən olunmalı və liman xidmətlərinə, liman qurğularının istismarı, yükaşırma və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə tariflər Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilməlidir. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən limanda göstərilən və təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid olmayan xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir. “Dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2014-cü il tarixli 5 nömrəli Qərarı ilə dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı beynəlxalq səfərlər üçün gəmi tiplərinə (tanker, sərnişin, bərə, Ro-Ro, konteyner və digər) uyğun olaraq gəmi yığımı, kanal yığımı, bələdçi yığımı, lövbər yığımı, naviqasiya və mayak yığımı xidmətləri üzrə tariflər, həmçinin ölkə daxilində kabotaj səfərlər həyata keçirən gəmilər üçün gəminin ümumi tutumundan asılı olaraq qeyd olunan xidmətlər üzrə tariflər təsdiq edilmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vəkilin informasiya sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bildirilmişdir ki, “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi”nin "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə verilməsinin müddətinin sorğu edilməsi barədə məktubunuza İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, hazırda bu istiqamətdə işlər davam edir. Covid- 19 pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi səbəbindən müəyyən ləngimələrin olduğunu nəzərə alaraq, prosesin nə zaman tamamlanacağı barədə dəqiq məlumat vermək mümkün hesab edilmir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verməklə iddianın mümkün sayılmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
14. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir.
15. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.11-ci maddəsinə əsasən, yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.
16. Bərə və əsas yük terminalının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə verilməsi ilə bağlı iddiaçının Azərbaycan Respublikasının Cavabdehnə informasiya sorğusu baxılması üçün aidiyyəti üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmişdir. Odur ki, həmin sorğuya cavab verməli qurum aidiyyəti üzrə müvafiq nazirlikdir.
17. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin fəaliyyətinə aid olan tariflərlə bağlı informasiya sorğusuna münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən sərəncama əsasən tariflərin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunması müəyyən edilmişdir. Bu səbəbdən də tariflərlə (onların dəyişdirilməsi ilə) bağlı birbaşa informasiya sahibi Azərbaycan Respublikası Cavabdeh deyildir.
18. Odur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, informasiya sorğusunda göstərilən məlumatların təqdim edilməsi üçün iddiaçının müraciəti aidiyyəti üzrə göndərilmişdir.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva