Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-819/2021 19.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyətinin və Ticarət evi “Konti” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “xxxx” MMC-ti 3-cü şəxs qismində cəlb olunmaqla xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı qərarın ləğv edilməsi və xxxx əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1204 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyəti və Ticarət evi “Konti” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı qərarının tamamilə ləğv olunması və xxxx əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1204 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən “xxxx” MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar "İddiaçı1” Səhmdar Cəmiyyəti, İddiaçı2 və “Ticarət Evi Konti" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1204 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 30.1-ci, 32.1-ci və 38.1-ci maddələrinə və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı qərarının ləğv olunması və "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1204 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edirlər. xx xxxxxx 2019cu il tarixli, A50-7 saylı qərarı iddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixində almışdır. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi “Konti" Xüsusi Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasında “xxxx” adlı təsviri əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxx 2013-cü il tarixində iddia ərizəsi verilmiş və xx xxxx 2015-ci il tarixində “xxxx” adlı əmtəə nişanı 47466 nömrəsi ilə Qazaxıstan Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Bundan əlavə, Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və X4 şəh., 305000, Zolotaya 13 küçəsi ünvanında yerləşən "Konti- Rus" Səhmdar Cəmiyyəti (bundan sonra "Konti SC") tərəfindən "xxxx" adlı əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxx 2017-ci il tarixində 2017 00546 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmiş və xx xxxxxx 2017-ci il tarixində N 2017 0779 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30-cu siniflərin əmtəələri və xidmətləri üzrə "xxxx" adlı əmtəə nişanı Azərbaycan Respublikasında 2016 1204 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, xxxx MMC "xxxx" adlı əmtəə nişanını qeydiyyata alaraq, Tatyana Viktorovnanın müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Konti İB ilə Tatyana Viktorovna arasında imzalanmış "xxxx" adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında aktda göstərilmişdir ki, "xxxx" adlı təsvirin müəllifi Tatyana Viktorovnadır. Bununla bağlı qeyd etmək istərdik ki, "Ədəbi və X8 haqqında Bern Konvensiyası"nm 2-ci maddəsinin 1-ci bəndində "Ədəbi və Bədii Əsərlər" terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Qeyd etmək istərdik ki, həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin qanunun 6- cı maddəsinə əsasən, qrafika, dizayn, qrafik hekayələr və s. müəllif hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əsasən, "xxxx" adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür kimi, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. Bununla da qeyd etmək istərdik ki, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nm 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə Nişanların oxşarlığını müəyyən edərkən, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.6.3-cü ("Qrafiki (görünüşlü) oxşarlıq"), 29.6.4cü ("Məna etibarı ilə”), 29.6.5-ci ("Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər”), 29.7.1-ci ("Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur"), 29.7.2-ci ("Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir"), 29.8.1-ci ("Kombinasiyah nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər"), 29.8.2-ci ("Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1— 29.6.5 və 29.7.1—29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur"), 29.9.1ci ("Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır") və 29.9.2-ci ("Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır") bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçilar hesab edir ki, "xxxx” adlı əmtəə nişanı və "xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1204 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Nəzərinizə çatdırırıq ki, xxxx MMC-nin Konti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti və xxxx MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, xxxx MMC Konti şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Konti şirkəti xxxx MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin "xxxx" adlı məhsul da mövcud idi. Bundan əlavə qeyd edək ki, Kontiyə məxsus olan "xxxx" adlı məhsullar Azərbaycan Respublikasına xxxx MMC-yə məxsus “xxxx” adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Belə ki, xxxx MMC Kontinin distribütoru olub və onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. Nəticəyə gəlmək olar ki, xxxx MMC "xxxx" adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağlı, qeyd etmək istərdik ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. 0 cümlədən, qeyd olunmalıdır ki, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasınm və xarici tərtibatının özbaşına təqlid edilməsinə yol verilmir və göstərilən hərəkətlər haqsız rəqabət hesab olunur. Eyni zamanda, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, xxxx MMC Konti İB-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış "xxxx" adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan "xxxx” adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. xxxx MMC "xxxx” adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da Konti şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki, həmin sənədlər əsasında "xxxx” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Apellyasiya şurası öz qərarında "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X3 və onun işəgötürəni Ukrayna Respublikasının Konti İB-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı qərarının ləğv edilməsi xahiş olunmuşdur. Şifahi məhkəmə baxışında iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, “xxxx" MMC-yə məxsus xxxx təsviri əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə (30 - Konfetlər; 35 - 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) xx.xx.2016-cı il tarixdə “xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2016 1204 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016-ci ildir. Əmtəə nişanında “МОЛОКО" söz işarəsi hüquqi mühafizə obyekti deyildir. Əmtəə nişanının rəngi: göy, ağ, sarı. İddiaçı1nə məxsus MOUSSE təsviri əmtəə nişanı 30-cu sinif: “şirniyyat, vafli, pirojna, şokolad köpüyü, desert (şirniyyat), meyvə jelesi, zefir, karamel (konfet), tort, konfet, zefir, peçenye, piroq, pralin, pirojna, şirin piroq, halva, sorma konfet, şokolad" əmtəələri üzrə xx.xx.2017-ci il tarixdə “İddiaçı1" SC-nin adına Azərbaycan Respublikasında 2017 0779 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi - 07.06 2017-ci ildir. Əmtəə nişanında “MOUSSE” söz işarəsi hüquqi mühafizə obyekti deyildir. Əmtəə nişanının rəngi: göy, ağ, bej. “xxxx" sözlü əmtəə nişanı xx xxxx 2015-ci il tarixdə 47466 nömrə ilə Qazaxıstan Respublikasında İstehsalat Birliyi “Konti” xüsusi səhmdar cəmiyyətinin adına 30-cu sinif əmtəələri üzrə qeydiyyata alınmışdır. İddiaçılar iddia edirlər ki, əsərin yaradılması haqqında x xxxxxx 2013-cü il tarixli akta əsasən, “Mousse" adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi Konti İB-nin marketinq departamentinin dizayn şöbəsinin rəisi vəzifəsində işləyən X7 tərəfindən yaradılmışdır. Əqli mülkiyyətə dair müstəsna müəlliflik əmlak hüquqlarının İşəgötürənə ötürülməsinin təsdiq olunması haqqında x xxxxxx 2013-cü il akta əsasən müəlliflik hüquqları Ukrayna Respublikasının hüquqi şəxsi Konti İB-yə keçmişdir. “Konti” şirkətlərinə məxsus olan nişanların istehsalçılar və istehlakçılar arasında tanınmasını və fərqlənmə qabiliyyətinə malik olmasını müəyyən etmək məqsədilə “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə müraciət edilmiş və tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən xxxx MMC tərəfindən Azərbaycan Respublikasında 500 respondent arasında sorğu keçirilmişdir. Sorğu nəticələri olduğu kimi qeyd edilir: “Konti" əmtəə nişanı altında istehsal olunan “Mousse” markasını respondentlərin 41%-i tanıyır, 27%-i isə ən azı 3 il tanıyır." “İddiaçı1" SC və “xxxx” MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə xx xxxxxx 2010-cu il tarixində 893 nömrəli müqavilə imzalanmışdır. Həmçinin, x xxxxxxxx 2011 -ci il tarixdə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə 893 nömrəli müqaviləyə əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən müqavilələr üzrə malın alıcısı qismində “xxxx” MMC və "xxxx” MMC də çıxış edə bilər. x xxxxxx 2013-cü il tarixdə 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşma bağlanmış və müqavilə xx xxxxxx 2013-cü il tarixədək qüvvədə olmuşdur. İddiaçı1 SC və “xxxx" MMC arasında xx xxxx 2016-cı il tarixdə 0184/8/16 nömrəli müqavilə imzalanmış və xx xxxxxx 2016-cı il tarixədək qüvvədə olmuşdur. İddiaçı1 SC və “xxxx” MMC arasında xx xxxx 2016cı il tarixdə 0184/8/16 nömrəli müqavilə imzalanmış və xx xxxxxx 2016-cı il tarixədək qüvvədə olmuşdur. “Konti” İB xüsusi səhmdar cəmiyyəti və xxxx” MMC arasında xx.xx.2012-ci il tarixdə qənnadı məmulatlarının təchizatı üzrə 1266/8/12 nömrəli müqavilə imzalanmışdır. xx xxxxxx 2013-cü il tarixdə 1266/8/12 nömrəli müqaviləyə əlavə razılaşma imzalanmışdır Həmin razılaşmaya əsasən müqavilələr üzrə malın alıcısı qismində “xxxx” MMC, yük alan qismində “xxxx” çıxış edə bilər. xx xxxxxx 2013-cü il tarixdə müqavilə şərtələrinə dəyişiklik edilməsi barədə 1266/8/12 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma imzalanmışdır. Apelyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli müşayiət məktubu ilə təqdim edilmiş xx.xx.2016-xx.xx.2016-ci il tarixləri əhatə edən idxal sənədlərindən görünür ki, "MOUSSE” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatlar “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Apelyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubda qeyd edilmişdir: 2010- 2016-cı illərdə İddiaçı1 (Rusiya Federasiyası), “X9" (Ukrayna) və ‘Konti Ticarət Evi" (Ukrayna) tərəfindən “Mousse" adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatları “xxxx” MMC, “xxxx” MMC və xxxx MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamışdır. Mübahisələndirilən təsvirlər qarışdırılacaq dərəcədə oxşar deyil. Belə ki, mübahisələndirilən nişanda işlənilmiş “xxxx" sözü və ərizəçiyə məxsus təsvirdə istifadə edilmiş “MOUSSE" sözü fərqli elementdir. Həmçinin, hər iki təsvirdəki əsas rəng çaları üstüstə düşmür və fərqlidir, kənarlarındakı elementlər nişanda mərkəzi və ya dominant mövqe tutmur. Belə ki, nişanlar müqayisə edilərkən onun bütün elementləri birlikdə götürülməklə orta istehlakçıda yaratdığı ümumi təsəvvür nəzərə alınmalıdır. “Konti”yə məxsus nişanda mühafizəsiz “MOUSSE” elementi ilə yanaşı, firma adından istifadə edilmişdir ki, bu da onun fərqləndirici elementidir. İş materiallarından göründüyü kimi İddiaçı1nə məxsus təsviri əmtəə nişanı mənşə ölkəsi olan Rusiya Federasiyasında qeydiyyata alınmamışdır. Bu o deməkdir ki, ərizəçi “Konti" şirkəti ‘Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinə istinadən o zaman nişanın etibarsızlığını tələb edə bilər ki, mənşə ölkəsində lazımi qaydada qeydiyyata alınmış olsun. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışında 3-cü şəxsin nümayəndəsi iddiaya etiraz edərək, bildirdi ki, ümumiyyətlə iddiaçı ilə 3-cü şəxs arasında müqavilə münasibətləri olmayıb, iddiaçıya məxsus mallar “xxxx” MMC tərəfindən idxal olmayıbdır. İddiaçının istinad etdiyi müqavilələr etibarsız müqavilələrdir. İddiaçının iddia ediyi kimi həmin malların ölkəyə gətirilməsi daha sonra malların təsviri barədə xxxx MMC-nin umumiyyətlə məlumatı olmayıb. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud milli və beynəlxalq maddi hüquq normaları və həmçinin, prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş əmtəə nişanı haqqında N 2016 1204 ömrəli şəhadətnaməyə görə “xxxx” молоко əmtəə nişanının sahibi “xxxx” MMC-dir. İddia sənədinin nömrəsi 2016 00557, ilkinlik tarixi xx.xx.2016-cı il, dövlət reyestrində qeydə alınma tarixi xx.xx.2016-cı ildir. Qeyd olunan şəhadətnamə xx.xx.2016-cı ilədək qüvvədədir. Əmtəə nişanı 30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflər üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanında “МОЛОКО” söz işarəsi müstəqil mühafizə obyekti deyildir. Əmtəə nişanının rəngi göy, ağ, sarı rənglərdən ibarətdir. “xxxx” adlı əmtətə nişanı xx xxxxxx 2013-cü il tarixli iddia ərizəsi ilə xx xxxx 2015-ci il tarixdə 47466 nömrə ilə Qazaxıstan Respublikasında qeydiyyata alınmışdır. Əqli mülkiyyətin müstəsna müəllif əmlak hüquqlarının işəgötürənə verilməsinin təsdiqi haqqında xx xxxxxx 2013-cü il tarixli akta əsasən “Konti” İB özəl Səhmdar Cəmiyyətinin Marketinq departamentinin dizayn şöbəsinin rəisi vəzifəsində işləyən X5 öz əmək öhdəliklərinin icrası çərçivəsində onunla bağlanmış əmək müqaviləsinə və xx xxxxxx 2006-cı ul tarixli Əqli mülkiyyətin müstəsna müəllif əmlaka hüquqlarının verilməsi haqqında razılşamaya müvafiq olaraq işəgötürənin tapşırığına əsasən xx xxxxx 2012-ci ildə Təsvir yaratmışdır. İşəgötürənə “Təsvir”ə dair müstəsna müəllif əmlak hüquqları “Təsvir”in istənilən üsulla və istənilən formada dünyanın bütün ərazisində müstəsna hüququn qüvvədə olmasının bütün müddəti ərzində tam həcmdə məxsusdur, onları tam və ya qismən verə bilər, həmçinin işəgötürənin şəxsi istəyi ilə müəyyən etdiyi şərtlərlə istənilən şəxslərə müəllifə hər hansı bir əlavə mükafat vermədən lisenziya verə bilər. Müəllif işəgötürənə və onun razılığı ilə digər şəxslərə müəllifin adını göstərmədən “Təsvir”dən istifadə etmək. Əsərin yaradılması haqqında Akt xx xxxxxx 2013-cü il tarixdə imzalanmışdır İş materiallarında olan satıcı “X12” MMC ilə alıcı “xxxx” MMC arasında Ukrayna Respublikası Kiyev şəhərində bağlanmış xx xxxx 2016-cı il tarixli, 0108/8/16 TD saylı müqavilədən və İddiaçı1 SC ilə alıcı “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 0184/8/16 saylı müqavilədən görünür ki, müqavilənin şərtlərinə müvafiq olaraq satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadi məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, müqavilə şərtlərinə əsasən ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etməsi öhdəliyini götürmüşdür. Müqavilələrdən görünür ki, təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və /və ya/ satıcı tərəfindən qanuni əsaslarla satılır. Alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətinin həyata keçirilməsi (təmin olunması) məqsədi ilə hazırki müqavilə üzrə əldə edir. Müqavilənin müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli, 0184/8/16 saylı müqaviləyə dair 461 saylı xx.xx.2016-cı il tarixli spesifikasiyadan və 838/2 nömrəli. xx.xx.2016-cı il tarixli hesab fakturadan görünür ki, “Konti RUS” SC tərəfindən “xxxx” MMC-yə göndərilən məhsulların siyahısında "КОНТИ-Мусс” молоко konfeti adlı məhsul göstərilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı X1 görünür ki, "xxxx” MMC-yə məxsus 2017 0779 qeydiyyat nömrəli xxxx əmtəə nişanının ƏXBT-nin 30-cu və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1 və İddiaçı2 nümayəndəsi Fuad Qəşəmov tərəfindən Apellyasiya Şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilmiş və iddianın təmin edilməməsi qərara alınmışdır. Hazırki mübahisə üzrə iddiaçılar "MOUSSE” adlı əmtəə nişanı ilə eyni təsvirə malik olan “xxxx” MMC-nin adına “xxxx” adlı əmtəə nişanın qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsini və bu barədə apellyasiya şurasına verilmiş etirazın təmin olunmaması barədə xx xxxxxx 2019-ci il tarixli, A50-7 saylı qərarının ləğv edilməsini tələb edirlər. İddiaçılar iddianın əsası olaraq ilk növbədə “xxxx” adlı əmtəə nişanının təsviri “Mousse” Konti İB-nin (Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi “Konti” xüsusi səhmdar cəmiyyətinin) işçisi X7 tərəfindən yaradılmışdır və təsvirə dair bütün əqli mülkiyyət hüquqları işəgötürən kimi Konti İB- nə məxsusdur. Birgə iddiaçılar İddiaçı1 və Konti İB hesab edir ki, xxxx MMC “xxxx” adlı əmtəə nişanını qeydiyyata alaraq X3 müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Konti İB ilə Tatyana Viktorovna arasında imzalanmış “xxxx" adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında aktda göstərilmişdir ki, “MOUSSE" adlı təsvirin müəllifi Tatyana Viktorovnadır. Həmçinin, “Konti- Mousse” adlı əmtəə nişanı xx xxxxxx 2013-cü il tarixli iddia ərizəsinə əsasən xx xxxx 2015ci il tarixdə 47466 nömrə ilə Qazaxıstan Respublikasında qeydiyyata alınmışdır. Məhkəmə bununla bağlı iddiaçının göstərdiyi dəlilləri təhlil edərək iddiaçının tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında onların foto ilə əks olunmuş təsvirləri əlavə olunmuşdur. Həmin təsvirlərdən görünür ki, müqayisə edilən kombinasiya edilmiş əmtəə nişanlarının qrafik hissəsi üst-üstə düşür, şifahi hissələri isə oxşarlıq yaradır. Əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərin forması, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), mənası, simmetriyanın mövcud olması, rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. Konti İB-nə məxsus olan əmtəə nişanında və Konti SC-yə məxsus olan sənaye nümunəsində rus dilində «Конти» sözü yazılıb, “xxxx” MMC-yə məxsus olan nişanda isə azərbaycan dilində “Şirin” sözü yazılıb. «Конти» və “Şirin” sözlərin ilk hecası həm fonetik, həm də qrafik cəhətdən tam eynidir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, hesab edilir ki, “xxxx” MMC-nin adına qeydiyyata alınmış "xxxx” adlı əmtəə nişanı və “MOUSSE” konfetinin təsviri qarışdırılacaq dərəcədə bənzərdir. “Ədəbi və X8 haqqında Bern Konvensiyası”na müvafiq olaraq İttifaqın istənilən üzv ölkəsində yaradılmış əsərlər bütün üzv ölkələrdə, o cümlədən Azərbaycanda qorunur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. “Ədəbi və X8 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir.” Maddənin 6-cı bəndinə əsasən “Bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir”. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Həmin Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)” ilə “eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır”. Həmin Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, “Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.” “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6-quınquıes maddəsinə əsasən mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfidən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye,yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V.3 İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatının rədd edilə, yaxud etibarsız hesab edilə bilər. İddiaçılar həmçinin iddia tələbi üzrə “xxxx” MMC ilə aralarında müqavilə münasibətlərinin mövcud olduğunu, “xxxx” MMC-nin distribütoru kimi onlara məxsus qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etdiyini və həmin məmulatlardan birinin də "КОНТИ-Мусс” konfeti olduğunu qeyd etmişdir. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı qərarı ilə bağlı bütün icraat materialları sorğu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin icraat materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmış, “xxxx” MMC iddiaçıya məxsus qənnadı məmulatlarının Azərbaycanda distribyusiyasını və dağıtımını həyata keçirmişdir. Axırıncı müqavilənin müddəti xx xxxxxx 2016-cı il tarixində bitmişdir. Məhkəmə iclasında “xxxx” MMC-nin nümayəndəsi iddiaçı ilə aralarında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlandığını inkar etmiş, müqavilələrin etibarsız olduğunu bildirmişdir, lakin müqavilələrin etibarsız hesab edilməsinə dair sübut təqdim edə bilməmiş, bununla yanaşı, iş materiallarından, tərəflərin izahatlarından, həmçinin, inzibati orqanda həyata keçirilmiş icraat zaman toplanılmış icraat materiallarından da aydın olur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş və bu münasibətlər çərçivəsində təchiz olunan qənnadı məmulatlar arasında "КОНТИ-Мусс” konfeti olmuşdur. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında "КОНТИ-Мусс” konfeti adlı məhsulun iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərildiyi, yəni “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1000-170/1xx-xx/000652 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı1 (Rusiya Federasiyası), “X9” (Ukrayna) və “Konti Ticarət Evi” (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə “xxxx” MMC (VÖEN:**********) vasitəsilə 2016-cı il ərzində “Konti” nişanlı malların idxal olunması barədə məlumat təqdim edilir. Məktubda qeyd olunan “xxxx” (VÖEN:**********) MMC-nin 2010-2016-cı illər ərzində həmin şirkətlərlə xarici iqtisadi fəaliyyəti haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Məlumat üçün bildirirlər ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılması Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır. Göründüyü kimi, gömrük bəyannamələrində malın adı qrafasında əmtəə nişanlarının adları qeyd edilmədiyindən, qeyd edilən məktub mötəbər sübut kimi istifadə edilməsi yolverilməzdir. İş materiallarında olan “xxxx” MMC-nin istehlakçılar arasında apardığı sorğunun nəticəsində 500 nəfər respondentlərin 41 %-i məhz “Konti” brendi altında istehsal olunan "MOUSSE” nişanını tanımış, 27%-i isə həmin əmtəə nişanını ən azı 3 ildir ki, tanıdıqlarını bildirmişlər. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, " Mousse” adlı əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə həmin peçenye təsviri xx xxxx 2015-ci il tarixində iddiaçıların adına Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alındığından və üzərində həmin təsvir olan qənnadı məmulatları 3-cü şəxsin özü və digər hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal edildiyi və istehlakçılar arasında tanındığı iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən qanunvericiliyin normalarının tələbləri, Azərbaycan Respublikasının xx.xx.1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, xx.xx.1998-ci qoşulduğu “Ədəbi və X8 haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı qərar ləğv edilməli və “xxxx” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1204 nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 32.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxxxx 2019-cu il tarixli, A50-7 saylı qərarı ləğv edilsin və “xxxx” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1204 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-819/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-819/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver