Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-819/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı X6 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, X6 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamının iddiaçıya aid olan 1200 kv.m hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X8 və X7 üçüncü şəxs qismində (zəruri cəlbetmə) və Azərbaycan Respublikasının Baş Prokurorluğu (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli sərəncamı ilə iddiaçının mərhum atası X2 Mərdəkan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır. Atası həmin torpaq sahəsində ev tikmiş və ailəlikcə orada yaşamışdırlar. Sonradan Bakı İnzibati Məhkəməsində “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə baxılan zaman məlum olmuşdur ki, cavabdehin hazırda mübahisələndirilən sərəncamı ilə həmin torpaq sahəsi başqa şəxslərə verilmişdir. Həmin sərəncamın qanunsuz olduğundan ləğv edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir və ona bu məzmunda imtina cavabı vermişdirlər: “Sizin Rayon icra Hakimiyyətinə ünvanladığınız ərizəniz araşdırılmışdır. Ərizənizdə keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1371 nömrəli Sərəncamı ilə mərhum atanız X2 Mərdəkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsinin X1 ayrılmasına dair Cavabdeh başçısı tərəfindən 15 aprel 1994-cü il tarixli, 096 nömrəli Sərəncam İmzalandığı bildirilir, həmin Sərəncamın maraqlarınıza toxunduğunu əsas gətirərək ləğv edilməsinə köməklik göstərilməsini xahiş edirsiniz. Nəzərinizə çatdırırıq ki, Cavabdeh başçısının 15 aprel 1999-cü il tarixli, 096 nömrəli Sərəncamı iiə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin (bundan sonra işlər idarəsi) nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu ayrılmışdır. Həmin torpaq işlər İdarəsinin nəzdində olan, tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlilik əsasında verilmişdir. Göründüyü kimi ləğv edilməsini xahiş etdiyiniz Sərəncam Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinə torpaq sahəsi ayrılmasını nəzərdə tutur və vətəndaşlaraovxozunun direktorunun əmri ilə həyata keçirildiyi üçün Sizin həmin əmrin ləğv edilməsi xahişi ilə məhkəmədə iddia qaldırmaq hüququnuz mövcuddur.” Belə olan halda cavabdehin xx.xx.1999-cu il Sərəncamı əvvəllər qanunla mərhum atama verildiyindən tam qanunsuz və əsassızıdr. O, bu haqda 1 ay bundan qabaq məhkəmədə məlumat almışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə hər ailə üçün; 0,10 hektar hesabı İlə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu ayrılmışdır. Həmin torpaq İşlər idarəsinin nəzdində olan, tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmrinə sas (ondan əvvəl) cavabdehin qanunsuz mübahisələndirdiyim inzibati aktı olmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisəiəndirilən sərəncamla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə həmin idarənin nəzdində olan Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssisləri üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinə nəzdində olan tərəvəzçiliksüdçülük sovxozunun direktorunun əmri ilə hər ailə üçün 0,10 ha olmaqla 50 ailəyə ayrılmalı idi. İddiaçı həmin sovxozun direktorunun əmrini mübahisələndirmək əvəzinə Rayon icra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə nəzdində olan tərəvəzçilik-südçülük sovxozuna torpaq sahəsi ayrılmasına dair sərəncamın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddianın mümkün sayılmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Belə ki, irəli sürülmüş iddia müəyyən etmə və ya tanınma haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir. İddiaçının vərəsəsi olduğu X2 Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1371 nömrəli sərəncamı ilə (Dövlət Arxivinin Bakı filialında aşkar edilmişdir) Mərdəkan qəsəbəsində 5/107 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrıldığından iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ tanınmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq: Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş: Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1371 nömrəli sərəncamı ilə X2 Mərdəkan qəsəbəsində 5/107 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə daxilində digər fiziki şəxslər adına qeydiyyata alınmış **********60 (X5 məxsus) ,**********96 (X4 məxsus) və **********98 (X3 məxsus) reyestr nömrəli torpaq sahələri mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin ayrıc aktı üzrə olan sahəsi daxilindədir. Bundan əlavə göstərilən sahənin bir hissəsinə, 600 kv.m sahəyə Azərbaycan Respublikasının Baş Prokurorluğunun müraciəti olmuşdur; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı əsasında mülkiyyət hüququ qeydiyyata alınmış şəxslərə məxsus çıxarışlar və digər sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamında göstərilmişdir ki, Respublika İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sövxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin İşlər müdiri A.Muradverdiyevin 05 yanvar 1999-cu il tarixli, 22/6 saylı məktubu nəzərə alınsın, bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nin yaşayış evinin cənubundan hər ailə üçün 0,10 ha hesabı ilə 50 ailəyə 5 ha həyətyanı torpaq fondu ayrılsın, ... Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Cavabdeh başçısının xx.xx.1999cu il tarixli, 096 nömrəli sərəncamı ilə Respublika İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sövxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin İşlər müdiri A.Muradverdiyevin 05 yanvar 1999-cu il tarixli, 22/6 saylı məktubu nəzərə alınması, bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nin yaşayış evinin cənubundan hər ailə üçün 0,10 ha hesabı ilə 50 ailəyə 5 ha həyətyanı torpaq fondu ayrılması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 65.1.2ci maddəsində istinad edərək, mübahisəli inzibati aktların səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyini bildirsə də, yəni cavabdeh tərəfindən ərazi yurisdiksiyasına aid olmayan torpaqların ayrıldığını qeyd etsə də, yuxarıda göstərilən bütün dəlillər bunun tam əksini, yəni sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olduğundan mübahisəli sərəncamın həmin səlahiyyətlərə malik olan yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edildiyini təsdiq edir. Belə ki, həmin tarixdə cavabdehə belə bir səlahiyyətin verilməməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı əsasında mülkiyyət hüququ qeydiyyata alınmış şəxslərə məxsus çıxarışlar və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, mübahisələndirilən sərəncam etibarlı sənəd hesab edilərək şəxslərə müvafiq çıxarışların verilməsinə əsas olmuşdur. Formalaşmış məhkəmə praktikası da sübut edir ki, qeyd edilən sərəncam dəfələrlə üç məhkəmə instansiyasında araşdırıldıqdan sonra mülkiyyət hüququnun qeydiyyata alınmasının əsası kimi tanınmışdır. Belə ki, iddiaçının tələbinin əsasına dair sübut təqdim etmədiyi iddiası ilə uzun müddət ərzində formalaşmış məhkəmə təcrübəsinin şübhə altına alınması və şəxslərin mülkiyyət hüquqlarından məhrum edilməsinə səbəb olunması qanuni və əsaslı deyildir. Göründüyü kimi işin faktiki halları cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın etibarsız hesab edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olmadığını təsdiq edir. Həmin hallar yoxdursa, inzibati aktların etibarsız hesab edilməsindən, nəticədə hazırkı iddia tələbinin təmin edilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı, X6 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-819/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-819/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver