Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8194/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 287 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin həyətin abadlaşmasında, asfalt örtüyü vurulmasında heç bir əməyi olmayıb. İddiaçı və digər sakinlər bu işləri öz hesablarına etmişlər. İddiaçının adına olan əmlaklar “Akkord” şirkəti tərəfindən yeni tikilən binadadır. Hər ay ödənişlər olunur şirkətə. Şirkət də hər ay Bakı şəhərinin bütün kommunal birliklərinə ödənişlər edir. Mənzilin biri 2023-cü ilin sentyabr ayında, o birisi 2022-ci ilin dekabr ayında iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda cavabdeh ondan keçmiş illərin pulunu tələb etmiş, hətta cərimələmişdir. Barəsində qəbul edilmiş qərarla razı olmadığından hazırda məhkəmə qaydasında mübahisələndirir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, cavabdeh tərəfindən onun əvvəlki dövrlər üzrə hesablanmış borcuna dair ona heç bir tədiyyə bildirişi verilməyib. Cavabdeh yalnız mübahisələndirilən qərarı qəbul etməklə ona vergi borcu hesablayıb. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev 1, mənzil 51, giriş A (Yeni qaydalarla: AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, giriş 188, M18, m3) xx.xx.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Bakı şəhəri Cavabdeh 25 noyabr 2024-cü il tarixli, 287 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən mülkə görə mülkiyyətçi İddiaçı 2022-2023-2024-cü illər üçün vergi məcəlləsinin 59.1 maddəsinə əsasən (faiz borcu ilə birlikdə) 255 manat əmlak vergi borcunun tutularaq Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********4947 nömrəli, xx.xx.2025-ci il tarixli tədiyə bildirişində iddiaçıya bildirilmişdir ki, ona 2025-ci il üçün 79,88 manat əmlak vergisinə görə borc hesablanmışdır. Ötən dövrlər üzrə vergi borcunun məbləği 201,44 manat, faiz məbləği 61,78 manat olmaqla, ümumi ödəniləcək məbləğ 343,1 manat təşkil etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri Cavabdeh 25 noyabr 2024-cü il tarixli, 287 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Cavabdeh tərəfindən qərarın iddiaçıya təqdim edilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti buraxmamışdır. Bu səbəbdən iddiaçının əsas tələbi qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri; muxtar respublika vergiləri; yerli vergilər (bələdiyyə vergiləri) (4.1.). Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər (4.4.). Vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün elektron qaydada təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) (5.0.). Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi (8.1). Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir (8.2.). Göründüyü kimi Azərbaycan Respublikasında vergilər dövlət və bələdiyyə vergiləri olmaqla iki yerə ayrılır. Dövlət vergiləri dövlət büdcəsinə, bələdiyyə vergiləri isə müvafiq bələdiyyə orqanının büdcəsinə ödənilir. Bələdiyyə vergilərinin yığılmasına nəzarəti bələdiyyələr həyata keçirir. Bu zaman müvafiq vergi məbləği bələdiyyənin elektron qaydada təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilir. Vergi Məcəlləsində göstərilmişdir ki, Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir (196.). Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektləridir (197.1.1.). İş materiallarından görünür ki, iddiaçıya Bakı şəhəri Cavabdeh 25 noyabr 2024-cü il tarixli, 287 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən mənzilə görə 2022-2023-2024cü illər üçün vergi məcəlləsinin 59.1 maddəsinə əsasən (faiz borcu ilə birlikdə) 255 (iki yüz əlli beş) manat əmlak vergisi hesablanmışdır. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini xahiş edir. Vergi Məcəlləsində göstərilmişdir ki, binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır (200.1. ). Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır (200.2.). Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada verməlidirlər (200.4.). Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir (200.5.). Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir (200.6.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi, fiziki şəxslərdən alınan əmlak vergisi yerli vergilərə aiddir. Həmin vergi bələdiyyənin büdcəsinə ödənilir. Əmlak vergisi tədiyə bildirişi əsasında ödənilir. Bələdiyyələr tərəfindən əmlak vergisi ilə bağlı tədiyyə bildirişi hər il avqustun 1-dək əmlakın sahibinə verilməlidir. Əmlak sahibi həmin tədiyə bildirişi üzrə əmlak vergisini avqustun birindək və ya noyabrın 1-dək ödəməlidir. Buradan belə nəticə çıxır ki, bələdiyyə orqanı müvafiq dövr üzrə vətəndaşlara tədiyə bildirişi vermədiyi təqdirdə həmin dövr üzrə əmlak vergisinin ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarında həmin qərarla iddiaçıya hesablanmış borc məbləğinin ödənilməsinə dair ona tədiyə bildirişinin verilməsi sübut olunmur. Belə ki, iddiaçı qərarda göstərilən dövrlər üzrə borc məbləğinin ödənilməsi barədə ona hər hansı tədiyə bildirişinin təqdim edilmədiyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusu əsasında məhkməyə **********4947 nömrəli, xx.xx.2025-ci il tarixli tədiyə bildirişi təqdim edilmişdir ki, həmin bildiriş əsasında iddiaçıya 2025-ci il üçün 79,88 manat əmlak vergisinə görə borc hesablanmışdır. Tədiyyə bildirişində ötən dövrlər üzrə vergi borcunun məbləğinin 201,44 manat, faiz məbləğinin isə 61,78 manat olmaqla, ümumi ödəniləcək məbləğin 343,1 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yalnız 79,88 manat əmlak vergisinə görə borc ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən həmin məbləğin ödənilməsinə dair iddiaçıya tədiyə bildirişi təqdim edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli, 287 nömrəli qərarı 79,88 manat əmlak vergisinə görə borc məbləğinin ödənilməsi istisna olmaqla, qalan hissədə ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli, 287 nömrəli qərarı 79,88 manat əmlak vergisinə görə borc məbləğinin ödənilməsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8194/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8194/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver