Məhkəmə qərarları › İş №2-1(112)-82/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-82/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-82/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşayış sahəsinə kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra Mənzil Kommunal Təsərrüfatı Departamenti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 77 saylı mənzilə dair iddiaçı ilə birgə kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Depatamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 77 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Departamentin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdi "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra iddiaçı mənzillə təmin edə bilmədikləri üçün, yaşadığı yataqxananın mənzil, növbəsində olduğu mənzil əvəzi olaraq, Cavanşir küçəsi ev 4, mənzil 77-i order əsasında iddiaçıya verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X4 İttifaqı Komitəsinin və X5 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilmə və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri - şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X3 İttifaqı Komitəsinin və X5 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, mənzil 77 iddiaçıya İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. Qeyd edir ki, iddiaçının mənzilində, uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da, həmin mənzil üzrə bütün kommunal xidmət haqları vaxtı-vaxtında iddiaçı ödəmişdir. Daha sonra 07.01.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ni n 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə prezidentinin və 1-ci vilse Prezidenti Mehriban xanımın təşəbbüsü, fərman və sərəncamı ilə qeyd etdiyim yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmidir. İddiaçı isə mənzilə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında iddiaçıya verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil - Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də, bu günə qədər müraciətinə cavab verilməmişdir. 2009-cu il oktyabrın 1-nə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd, xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa orderi dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərarı əsasında verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi isə kirayədarlara mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssiə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmçinin, qanunverici xidməti yaşayış sahəsinin anlayışını verərək əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün olduğunu, yaşayış sahəsinin xidməti yaşayış sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edildiyini tənzimləmişdir. Bundan əlavə qanunverici xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini də tənzimləmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmişdir. , cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh məhkəməyə təqdim edilmiş etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 4 ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayn-ayrı şəxsərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qramlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X7 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək ünvan 12 saylı yataqxana binasının 77 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ünvan 12 saylı yataqxana binasının 77 saylı otağında 1992-ci ildən Şuşa rayonundan məcburi köçkün kimi X6, arvadı X2, 2 oğlu Nuray və Xəyal Süleymanovlar məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən İddiaçı 77 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda "Üfüq" İstehsalat Birliyi "xxxx" İstehsalat Zavodunun 03.01.2004-cü il tarixli, 037 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 77 saylı otaq onun istfadəsinə verildiyindən, həmin otağa 22.04.2015-ci ildə qeydiyyata alınmış və ona AZE ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən orderin isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Hətta iddiaçı Y.L.Mehreliyev Bakı "xxxx" Zavodu ile əmək münasibətlərində olduğunu təsdiq edən emək kitabçasının təsdiq olunmuş surətini də iş materiallarına əlavə etməmişdir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 11.02.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Üfüq" İstehsalat Birliyi"xxxx" zavodu MMC tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ile bildirilmişdir ki, ünvan 12 saylı yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ile əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 77 saylı otağa dair İddiaçı verilmiş 03.01.2004-cü il tarixli 037 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, Üfiiq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən iddiaçı Y.L.Mehreliyevin adma orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə de, Y.L.Mehreliyevin adına yazılmış həmin order etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və diger binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayn-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin məzmunundan göründüyü kimi iddiaçı Y.L.Mehreliyev ünvan 12 saylı yataqxana binasımn 77 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxanda göstərilən hüquqmüəyyenedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qeran əsasında müvafiq icra hakimiyyəti orqanlannm balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yeni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə yazılanlara uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı "xxxx" İB tərəfindən verilmiş 03.01.2004-cü il tarixli 037 saylı orderdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 77 saylı mənzil Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 31 saylı protokolu ilə rəsmiləşdirilmiş “05” yanvar 2004-cü il tarixli birgə qərarına əsasən İddiaçı verilmişdir. - İddiaçıya məxsus 05.12.1970-ci il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı "xxxx" zavodunda işləmişdir. - Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təadiqlənmiş ünvan 6 ünvanında yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin 01.01.2006cı ilin siyahısının görünür ki, siyahıda 29-cu bənddə iddiaçının adı qeyd edilmişdir. - Baki "xxxx" İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasinin 09.11.2004 - cü il tarixli 41 sayli protokolundan çıxarışdan görünür ki, Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, birliyə məxsus Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 4 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələri verilmişdir, Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və ordə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt nuş mənzillər təklif olunmuş və razılığa əsasən sənədləşdirilməsi qərara alınmlışdır. - Azərbaycan Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamenti tərəfindən tərtib edilmiş tərtib edilmiş 07.01.2014-cü il tarixli təhvil – təslim aktından görünür ki, ünvan 8 ünvanında yerləşən yataqxana binası Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil –Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. - İddiaçının cavabdehə ünvanlanmış 02.04.2019-cu il tarixli ərizəsindən və onun çatdırılması barədə poçt göndərişinin göndərilməsi barədə xəbərnamədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 77 saylı mənzillə əlaqədar onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, ərizə cavabdeh quruma 08.04.2019-cu il tarixdə daxil olmuşdur. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfati Birliyinin 14.05.2019-cu il tarixli 68/33-Ç saylı məktubundan görünür ki, vətəndaş X8 tərəfindən ünvan 12 saylı binanın (keçmiş yataqxana) 77 saylı mənzilinə dair Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə daxil olmuş 09.04.2019-cu il tarixli, d/o M-46 saylı müraciəti ilə əlaqədar bildiririk ki, qeyd edilən ünvanda yerləşən binanın) 77 saylı mənzilində 1992-ci ildən Şuşa rayon məcburi köçkünü X6 4 nəfər (özü, arvadı, qızı və oğlu) aşağıda adları göstərilən ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Yuxarıda adları göstərilən məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dözlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci il iyttl ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil X8 tərəfindən zəbt edilmişdir. Hal-hazırda da faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır. - Cavabdeh tərəfindən ünvanlanmış 11.02.2019-cu il tarixli 48 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 13İs nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Sosial obyektlər, o cümlədən ünvan 12 ünvanında yerləşən beşmərtəbəli yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş və 15 yanvar 2014-cü il tarixli akta əsasən mövcud vəziyyətdə təhvil-qəbul işləri həyata keçirilmişdir. Bina balansa qəbul edilərkən təhvil-qəbul zamanı qeyd edilən ünvanda 63 məcburi köçkün ailəsinin məskunlaşıb yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011 —ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X7 nəzərdə tutulmuş tədbirlər çərçivəsində ünvan 12 ünvanında yerləşən yataqxanada məskunlaşmış məcburi köçkün ailələri aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüşdür. Hal-hazırda həmin ünvanda boşalan yaşayış sahələri özlərini "xxxx" İstehsalat Birliyinin işçiləri kimi göstərən ayrı-ayrı şəxslər tərəfindən zəbt edilmiş və faktiki olaraq həmin otaqlarda yaşayış olmadığından müvafiq məlumatların əldə edilməsi mümkün olmamışdır. Yaranmış zərurətlə əlaqədar "xxxx" İstehsalat Birliyinin işçilərinə ünvan 12 ünvanında yerləşən yataqxanada məcburi köçkünlərin məskunlaşdığı otaqlara "xxxx" İstehsalat Birliyi tərəfindən müəssisənin əmək münasibətlərində olan işçilərinin adına orderlərin verilibverilməməsi, verildiyi təqdirdə həmin şəxslər, onların adına verilmiş order və yaşayış otağının ayrılması haqqında məlumatın təqdim edilməsini xahiş edilmişdir. - Azərbaycan Respublikasi Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC tərəfindən cavabdehə ünvanlanmış 02/47 saylı 04.03.2019-cu il tarixli məktubla bildirilmişdir ki, “"xxxx" zavoduna (48 nömrəli 11 fevral 2019-cu il tarixli) daxil olan məktubunuza cavab olaraq bildiririk ki, "xxxx" zavodu tərəfindən ünvan 12 ünvanında yerləşən yataqxana 01.01.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə ünvan 12 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verə bilmirik”. - Bakı Apelyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli 2( 103)-14557/2019 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin2(011)- 5779/2019 saylı iş üzrə qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi barədə iddia tələbi təmin edilmiş, Bakı "xxxx" İB tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 77 saylı mənzilə dair İddiaçı verilmiş order etibarsız hesab edilmiş və İddiaçı həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qət edilmişdir. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli 2( 103)-14557/2019 nömrəli qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi təmin edilməməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.09.2020-ci il tarixli 2(102)3020/2020 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli 2(103)-14557/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı "xxxx" İB işləmişdir. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 77 saylı mənzil Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 31 saylı protokolu ilə rəsmiləşdirilmiş “05” yanvar 2004-cü il tarixli birgə qərarına əsasən İddiaçı verilmişdir. Bu barədə "xxxx" İB Mənzil Təsərrüfatı Şöbəsinin və Həmkarlar İttifaqı Komitəsinin möhürü ilə təsdiq edilmiş order verilmişdir. İddiaçı kirayəçi kimi həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi barədə ərizə ilə Departamentə müraciət etmiş, Departamentin məktubu ilə ərizə təmin edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə də mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir ona görə ki, iddiaçıya verilmiş order qanunverciliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, orderdən göründüyü kimi o, "xxxx" zavodunun rəhbərliyi tərəfindən deyil, təsərrüfat şöbəsinin və həmkarlar ittifaqının möhürü təsdiq edilmişdir. Halbuki, 01.10.2009-ci il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 10-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göründüyü kimi order müəssisənin möhürü ilə deyil, təsərrüfat şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin order kirayə müqaviləsinin bağlanması üçün əsas hesab edilə bilməz. İddiaçı ilə cavabdeh arasında kirayə mqqaviləsinin bağlanması ilə əlaqədar hüquq münasibətləri yarana bilməzdi. Həmçinin, orderin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə əlaqə qəbul edilmiş məhkəmə aktlarında görünür ki, məhkəmə orderi ona görə etibarsız hesab etməmişdir ki, order onu verən quruma qarşı deyil, iddiaçı hazırki iş üzrə iddiaçıya qarşı qaldırılmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, mənzil qanunvericiliyində order yaşayış sahəsindən istifadə və ya onun özəlləşdirilməsi üçün heç bir hüquqi əhəmiyyət daşımayan, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd kimi xarakterizə edilmişdir. Yaşayış sahəsindən istifadə edilməsi isə orderə yox, yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq həyata keçirilir. Məhz ona görə də, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində adına order verilmiş vətəndaş deyil, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququnun olması qeyd edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, əsassız olduğu üçün İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 77 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Departamentin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 14 Sədrlı̇ k edən: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar