Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-82/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı2, İddiaçının nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “X16” ASC) qarşı “texniki pasportda dəyişiklik edilməsi və arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra – İddiaçılar) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, mərhum X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivi, “239” saylı bağ sahəsinin qalan hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçıların tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli məktubda bildirmişdir ki, iddiaçılar tərəfindən təqdim edilmiş sənədlər əsasında sözügedən ünvanda yerləşən bağ sahəsi və üzərində yerləşən bağ evinə dair vərəsəlik hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Qeyd edilən bağ sahəsinin yerdə qalan hissəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Vişnyovka-2 (Albalıq-2) qəsəbəsində 0.12 ha torpaq sahəsinin qalan hissəsinə (0,089548 ha) dair iddiaçıların anası X2 adına müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ evinə “X16” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin qeyd əsasında “X16” Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların 239 saylı bağ evinin cəmi 136,5 kv.metr sahəsi olan həyətyanı tikili və qurğularına aid hissədə ləğv edilməsini, həmin qeyd əsasında “X16” Açıq Səhmdar Cəmiyyətinin adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 11/2345 inventar nömrəli texniki pasportun ləğv edilməsini və Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ sahəsinin 895,48 kv.metrdən ibarət hissəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə “X16” ASC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıların anaları X2 adına X7 və İstismarı Birliyi tərəfindən 20 iyul 2001-ci il tarixli, 5099 saylı müqavilə əsasında Bakı şəhəri, Vişnyovka-2 (Albalıq-2) qəsəbəsində 0,12 ha torpaq sahəsi ayrılmışdır. X5 31 mart 2006-cı ildə vəfat etmişdir, bu barədə Bakı şəhəri Binəqədi rayon VVADQ Şöbəsi tərəfindən AZ-İ №192999 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən torpaq sahəsindən 0,030452 ha hissəsi mərhum X2 oğlu İddiaçı2 adına özəlləşdirilmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2006-cı il tarixli, reyestr nömrəsi **********97-11301, qeydiyyat nömrəsi ********* olan, MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Sonradan həmin sahə İddiaçı2 tərəfindən X15 adına özgəninkiləşdirilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, reyestr nömrtəsi **********97-11301, qeydiyyat nömrəsi ********* olan MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən 11 iyul 2019-cu il, XK-719 saylı məktub əsasında X2 qanun üzrə vərəsələri İddiaçı2 və İddiaçı1 ərizələri əsasında vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçılar müvafiq məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək X2 adına müvafiq arayışın verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinin **********41 saylı, xx.xx.2021-ci il tarixli məktubunda onların xahişini təmin etməkdən imtina etdikləri göstərilir. İmtinanın səbəbi kimi sözügedən bağ sahəsinə və üzərində yerləşən bağ evinə dair vərəsəlik hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və özgəninkiləşdirilmiş və qeyd edilən bağ sahəsinin yerdə qalan hissəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi göstərilmişdir. Lakin onların təqdim etdikləri sənədlərdən də görünür ki, həmin bağ sahəsinin yalnız 0,030452 ha hissəsi özgəninkiləşdirilmişdir. Bağ sahəsinin qalan hissəsi (0,12 ha-0,030452 ha = 0,089548 ha) isə heç kimin adına özəlləşdirilməmiş və özgəninkiləşdirilməmişdir. Bu barədə heç bir sənəd yoxdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlər əsasında sözügedən ünvanda yerləşən bağ sahəsi və üzərində yerləşən bağ evinə dair vərəsəlik hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Qeyd edilən bağ sahəsinin yerdə qalan hissəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********41 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Üçüncü şəxs “X16” ASC iddia tələbinə dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi ddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.1988-ci il tarixli 5099 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Vişnyovka 2 qəsəbəsində 0,25 ha sahəsi olan 239 saylı bağ sahəsi X13 icarəsinə verilmişdir. X13 Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış xx.xx.1995-ci il tarixli ərizəsindən görünür ki, 239 nömrəli 5099 saylı müqavilə üzrə bağın yarısının, evsiz hissəsinin oğlu İddiaçı2 adına keçirilməsini xahiş etmişdir. xx.xx.1995-ci il tarixli 5099 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Vişnyovka 2 qəsəbəsində 0,12 ha sahəsi olan 239 saylı bağda yerləşən sahəsi 12 kv.metr olan 1 otaqdan ibarət binası X10 icarəsinə verilmişdir. X3 Bağlar İdarəsinə ünvanlanmış xx.xx.2001-ci il tarixli ərizəsindən görünür ki, həyat yoldaşının Vişnyovka 2 ünvanında 239 nömrəli bağ sahəsi vardır. Ərinin rəhmətə getməsi ilə əlaqədar həmin bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. xx.xx.2001-ci il tarixli 5099 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Vişnyovka 2 qəsəbəsində 0,12 ha sahəsi olan 239 saylı bağ sahəsi X2 icarəsinə verilmişdir. İşdən görünür ki, X2 Bakı şəhəri, Əzizbəyov rayonu, Vişnyovka qəsəbəsində yerləşən, ümumi sahəsi 169,94 kvadrat metr, yaşayış sahəsi 46,44 kvadrat metr olan, 2 (iki) otaqlı, 239 saylı bağ evinə mülkiyyət hüququ qeydə alınaraq bu barədə ona xx.xx.2005-ci i tarixli, 30/5817 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2006-cı il tarixli, AZ-İ №192999 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixli şəhadətnamədən görünür ki, 31 mart 2006-cı ildə vəfat etmiş X2 vərəsələri: Bakı şəhəri, 7-ci mkr, ev 53, mənzil 50-də yaşayan qızı İddiaçı1, onun nümayəndəsi Bakı şəhəri, 9A mkr., M.Cəlal küçəsi, ev 51, mənzil 44-də yaşayan İddiaçı2 və Bakı şəhəri, 9A mkr., M.Cəlal küçəsi, ev 51, mənzil 44-də yaşayan oğlu İddiaçı2 və onların hər biri miras əmlakdan 1/2 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DƏDRX-nin BŞƏİnin xx.xx.2005-ci i tarixli, 30/5817 nömrəli (kitab № 40, səhifə 5817) qeydiyyat vəsiqəsinə və xx.xx.2006-cı il tarixli, 11/17309 nömrəli arayışına əsasən, X4 məxsus, Bakı şəhəri, Əzizbəyov rayonu, Vişnyovka qəsəbəsində yerləşən, ümumi sahəsi 169,94 kvadrat metr, yaşayış sahəsi 46,44 kvadrat metr olan, 2 (iki) otaqlı, 239 saylı bağ evindən ibarətdir. Mənzilin bağışlanmasına dair xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, Hədiyyə verən (İddiaçı1) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2005-ci il tarixli, 30/5817 nömrəli (kitab №40, səhifə 5817) qeydiyyat vəsiqəsinə və xx.xx.2006-cı il tarixli, 11/17309 saylı arayışına əsasən, xx.xx.2006-cı il tarixli, 2V-82 saylı Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən adına keçmiş, Bakı şəhəri, Əzizbəyov rayonu, Vişnyovka qəsəbəsində yerləşən, ümumi sahəsi 169,94 kv.m, yaşayış sahəsi 46,44 kv.m. olan, 2 (iki) otaqdan ibarət 239 saylı bağ evinin özünə məxsus 1/2 hissəsini qardaşı - İddiaçı2 bağışlamışdır. MH seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 123.5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Satıcı İddiaçı2 ilə alıcı X20 arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı DƏDRX-nin Bakı şəhəri idarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 11/315 saylı arayışına əsasən 2 otaqlı, yaşayış sahəsi 46,44 kv.m, köməkçi sahəsi 123,5 kv.m, ümumi sahəsi 169,94 kv.m olan Bakı şəhəri, Vişnovka-2 qəsəbəsində yerləşən 239 saylı bağ evini X6. MH seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə X15 adına xx.xx.2007-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka saxlayan ("xxxx" KB ASC) ilə ipoteka qoyan (X20) və borc alan (X19) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 07inKi08 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə görə, ipoteka qoyan müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş 03 aprel 2008-ci il tarixli 07inK08 saylı Kredit Müqaviləsi üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********97-11301 saylı reyestr, qeydiyyat nömrəsi - 110719679, xx.xx.2007-ci il tarixində qeydə alınmış seriya MH ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 538 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka kimi çıxış edən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m. yaşayış, 123.5 kv.m. köməkçi sahədən ibarət 239 nömrəli bağ evini (bundan sonra “İpoteka predmeti”) ipoteka saxlayana ipoteka qoyur. xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 239 saylı bağ evi “X16” ASC 12 saylı filialının xeyrinə yüklü edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-228/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X16” KB ASC-nin cavabdehlər X19 və X17 qarşı iddia tələbi təmin edilərək, tutma ipoteka predmeti olan X15 mülkiyyətinə olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46,44 kv.m yaşayış, 123,5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evinə yönəldilmiş və evin açıq hərrac keçirilməsi yolu ilə satılması qət edilmişdir. Hərracın yekunları barədə xx.xx.2014-cü il tarixli 65/07 nömrəli protokoldan görünür ki, Nizami rayon Məhkəməsinin 2(007)-228 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1412 saylı, 18,04,2013-cü il tarixli icra vərəqəsinin. Sabunçu rayon icra şöbəsinin 4208-807/6 saylı, xx.xx.2014-cü il tarixli məktubunun icrasına əsasən "xxxx" KB ASC X17 məxsus Bakı şəhəri, Sabunçu rayonu,Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ evini 20400 manata satın almışdır. xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 239 saylı bağ evi "xxxx" KB ASC-nin xüsusi mülkiyyətinə verilmişdir. Çıxarışa əsasən bağ evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,01727 ha, bağ evinin əsas göstəriciləri – 2 yaşayış otağı -46.44 kv.metr, yardımçı sahə 90.95 – 90.95 kv.metr olmaqla, ümumi sahə 137.39 kv. metr, bağ evinin tərkibi (həyətyanı tikili və qurğular) – su anbarı (liter İ) 12.8 kv.metr, təsərrüfat otağı (liter İİ) 49 kv.metr, anbar (liter İİİ) 25.5 kv.metr, hovuz (liter İV) 24 kv.metr, sanitar qovşağı (liter V) 11.5 kv.metr, hasar (liter Vİ) 13.7 kv.metr, darvaza (liter Vİİ)- olmaqla, cəmi 136.5 kv.metr təşkil etmişdir. "xxxx" KB ASC-nin adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli 239 saylı bağ evinin texniki pasportundan görünür ki: - faktiki torpaq sahəsi 0,12 ha, tikinti altı sahə 0.03092 ha, digər sahələr 0.08908 ha: - yaşayış evinin texniki göstəriciləri –ümumi sahəsi 137.39 kv.m, yaşayış sahəsi 46.44 kv.metr, köməkçi sahə 90.95 kv.metr, açıq eyvan 32.55 kv.metr, tikintialtı sahə 172,70 kv.metr; - mərtəbələr üzrə otaqların təsnifatı – ayaqyolu 4.80 kv.m, hamam 6.24 kv.m, anbar 5.2 kv.m, dəhliz 5.52 kv.m, mətbəx 13.33 kv.m, yaşayış otağı 21.5 kv.m, yaşayış otağı 24.94 kv.m, bağlı eyvan 55.86 kv.m, açıq eyvan 32.55 kv.m; - həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri – su anbarı 12.8 kv.m, təsərrüfat otağı 49 kv.m, anbar 25.5 kv.m, hovuz 24 kv.m, sanitar qovşağı 11.5 kv.m, hasar 13.7 kv.m əşkil etmişdir. İşdən görünür ki, iddiaçılar onun mülkiyyətində olan 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evini satdığını, lakin xx.xx.2001-ci il tarixli icarə müqaviləsi ilə anası Z.Məmmədovaya ayrılmış 0,12 ha torpaq sahəsinin qalan 0,089548 ha hissəsinin satılmadığını bildirərək həmin sahəyə mülkiyyət hüququnun anası Z.Məmmədovaya məxsus olması barədə arayış verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə ididaçının tələbini təmin etməkdən imtina etmişdir. İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli, **********99 nömrəli məktubundan görünür ki, idarənin müvafiq şöbəsinin mühəndisi tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin üç tərəfdən mişar daşla hasarlı, bir tərəfdən qonşu bağla şərti sərhədlidir. Sözügedən ərazidə bir ədəd yaşayış evi və həyət tikililəri mövcuddur. Texniki pasportda göstərilən qonşu bağ sahəsinə (239a saylı bağ) giriş faktiki olaraq sözügedən bu bağ sahəsinin daxilindəndir. Araşdırma zamanı məlum olmuşdur ki, sənədlər toplusuna əlavə edilən X17 verilmiş çıxarışda (reyestr nömrəsi **********97-11301) istifadədə olan S=304,52 m2 torpaq sahəsi kimi qeyd edilən sahə qeydiyyata alınmış bağ evi və həyətyanı sahədə ayrı-ayrı hissələrdə yerləşən həyət tikililərinin tikintialtı sahələrinin cəmidir. Bu səbəbdən də ümumi 0,12 ha torpaq sahəsi ilə müqayisədə cəmi tikintialtı sahə 304,52 m2 hissə və yerdə qalan sahə kimi iddia olunan 895,48 m2 (0,089548 ha) torpaq sahəsinin sərbəst parsel olaraq ayrılması mümkün olmamışdır. Məhkəmə icraatının gedişində iddiaçılar iddia tələbini dəyişdirərək məhkəmə aşağıdakıları xahiş etmişlər:
1. Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ evinin həyətyanı tikili və qurğularına üçüncü şəxsin mülkiyyət hüququna dair aparılmış qeydin, həmin qeyd əsasında verilmiş çıxarışın və texniki pasportun həmin hissədə ləğv edilməsi;
2. 239 saylı bağ sahəsinin 0,089548 ha hissəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayış verilməsi. Məhkəmə iddiaçıların ilk tələb ilə bağlı qeyd edir ki, işdə olan Bakı şəhər İcra Hakimiyyətinin X7 və İstismarı Birliyi tərəfindən 2005-ci ildə tərtib edilmiş texniki sənəddən görünür ki, bağ evi olan A tikilisi 21,5 kv.m və 24.94 kv.m olmaqla, cəmi 46.44 kv.metr yaşayış sahəsi, 55.86 kv.m bağlı eyvan, 32.55 kv.m açıq eyvan, 13.33 kv.m mətbəx, 6.24 kv.m hamam, 5.20 kv.m anbar, 4.8 kv.m sanitar qovşağı 5.52 kv.m dəhliz olmaqla cəmi 123.5 kv.metr köməkçi sahə olmaqla, cəmi sahəsi 169.94 kv.metr olmuşdur. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, İddiaçı2 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahədən ibarət həmin A tikilisini - 239 nömrəli bağ evini C.Əliyevə satmış və məhz həmin daşınmaz əmlak üzərində onun mülkiyyət hüququ yaranmışdır. İşdə olan xx.xx.2010-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-228 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsi əsasında "xxxx" MMC-si tərəfindən X17 məxsus Bakı şəhəri, Sabunçu rayonu Vişnovka-2 (Albalılıq) bağ sahəsində yerləşən 239 saylı bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş, bağ evinin texniki göstəriciləri – 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 169.94 kv.metr, yaşayış sahəsi 46.44 kv.metr, köməkçi sahəsi 123.5 kv.metr, torpaq sahəsi 0,30452 kv.metr olmuş, əmlakın qiyməti 32000 manat müəyyən edilmişdir. Göründüyü kimi, üçüncü şəxs mübahisəli əmlakı hərrac zamanı əldə edərkən onun hüququ məhz yuxarıda qeyd edilən 0.030452 ha torpaq sahəsində yerləşən 169.94 kv.metr ümumi sahəsi olan bağ evinə yaranmış, həm qiymətləndirmə, həm də alqı-satqı zamanı ümumi sahəsi 126.5 kv.metr olan həyətyanı tikili və qurğular - su anbarı 12.8 kv.m, təsərrüfat otağı 49 kv.m, anbar 25.5 kv.m, hovuz 24 kv.m, sanitar qovşağı 11.5 kv.m, hasar 13.7 kv.m sahə nəzərdə tutulmamış, qiymətləndirilməmişdir. Üçüncü şəxs "xxxx" KB ASC-nin 239 saylı bağ evinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh tərəfindən əmlaka baxış zamanı tərtib edilən xx.xx.2012-ci il tarixli müayinə aktından görünür ki, daşınmaz əmlakın hüquqmüəyyən edici sənəd üzrə sahəsi ilə (yaşayış sahəsi – 2 otaq, 46.44 kv.m, köməkçi sahəsi 90.95 kv.m, açıq eyvan 32.55 kv.m, cəmi sahə 169.94 kv.m) faktiki sahəsi eyni olmuşdur. Lakin işdə olan üçüncü şəxsin adına tərtib edilmiş MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Vişnovka-2 (Albalılıq) bağ sahəsində yerləşən 239 saylı bağ evinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ qeydə alınarkən İddiaçı2la C.Əliyev arasından bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmayan nəticədə hərrac zamanı qiymətləndirilməyən və mülkiyyət hüququ üçüncü şəxsə keçməyən ümumi sahəsi 126.5 kv.metr olan həyətyanı tikili və qurğular - su anbarı 12.8 kv.m, təsərrüfat otağı 49 kv.m, anbar 25.5 kv.m, hovuz 24 kv.m, sanitar qovşağı 11.5 kv.m, hasar 13.7 kv.m sahə də "xxxx" KB ASC-nin adına qeydə alınmışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin Qanunun 7.2-ci maddəsinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya ola bilər. Lakin işin yuxarıda qeyd olunan hallarından müəyyən edilir ki, ipoteka qoyan C.Əliyevin mülkiyyətində 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahə olmaqla, ümumi sahəsi 169.94 kv.metrdən ibarət 239 nömrəli bağ evi olsa da, tələbin həmin ipoteka predmetinə yönəldilməsi nəticəsində mülkiyyət hüququ üçüncü şəxsə keçərkən onun adına qeydə alınmış bağ evi 2 yaşayış otağı -46.44 kv.metr, yardımçı sahə 90.95 – 90.95 kv.metr olmaqla, ümumi sahə 137.39 kv. metr, su anbarı 12.8 kv.metr, təsərrüfat otağı 49 kv.metr, anbar 25.5 kv.metr, hovuz 24 kv.metr, sanitar qovşağı 11.5 kv.metr, hasar 13.7 kv.metr olmaqla, cəmi 273.89 kv.metr ümumi sahəsi olan tikili olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçılar 239 saylı bağ sahəsində yerləşən həyətyanı tikili və qurğulara dair üçüncü şəxsin adına aparılmış qeydin və bununla bağlı verilmiş çıxarış və texniki pasportun ləğv edilməsini tələb etməkdə haqlı olmuşlar. İddiaçıların tələbinin ikinci hissəsinə gəldikdə, işdə olan xx.xx.2001-ci il tarixli 5099 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Vişnyovka 2 qəsəbəsində 0,12 ha sahəsi olan 239 saylı bağ sahəsi X2 icarəsinə verilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçılar bu sənədlərdən sahəsi 0,12 ha olan 239 saylı bağ sahəsinin mərhum X2 icarəsinə verilməsi barədə xx.xx.2001-ci il tarixli 5099 saylı müqaviləni təqdim etmişlər. İşdən görünür ki, Z.Məmmədova həmin bağ sahəsinin 0.030452 ha hissəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahə olmaqla, ümumi sahəsi 169.94 kv.metrdən ibarət 239 nömrəli bağ evinə mülkiyyət hüququnu qeydə aldırmış, daha sonra onun ölümü ilə həmin əmlaka mülkiyyət hüququ vərəsələrinə keçmiş, lakin həmin bağ sahəsinin 0,089548 ha hissəsinə hüququ qeydə alınmamışdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Z.Məmədovanın 239 saylı bağ sahəsinin 0,089548 ha hissəsinə mülkiyyət hüququ yaranmışdır və Qanunun 22.2-ci maddəsinə əsasən iddiaçıların həmin torpaq sahəsinin Z.Məmmədovaya məxsus olması barədə arayış verilməsini tələb etmək hüququları mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci madəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ evinə “X16” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 538 saylı vərəqində aparılmış qeyd 239 saylı bağ evinin cəmi 136,5 kv.metr sahəsi olan həyətyanı tikili və qurğularına aid hissədə ləğv edilsin. Həmin qeyd əsasında “X16” Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 239 saylı bağ evinin cəmi 136,5 kv.metr sahəsi olan həyətyanı tikili və qurğularına aid hissədə ləğv edilsin. Həmin qeyd əsasında “X16” Açıq Səhmdar Cəmiyyətinin adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 11/2345 inventar nömrəli texniki pasport ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ sahəsinin 895,48 kv.metrdən ibarət hissəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova