Məhkəmə qərarları › İş №2-1(112)-820/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-820/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-820/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı “X5 of AZ Metal” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malın müvafiq kodla rəsmiləşdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “X5 of AZ Metal” MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin “31. Malların təsviri” bölümündə olan tərkibi mis, sink, dəmir, nikel, qurğuşun və qalaydan ibarət gəmi lövbəri formasında tökmələr adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X1 Nomenklaturası (XİFMN) üzrə ********** saylı alt yarımmövqe kodu ilə rəsmləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Türkiyə Respublikasında qeydiyyatdan keçən “X8 İth.İhr.San. ve Tic.Ltd. Şirkəti” arasında bağlanmış 01 №-li, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı sonuncu qarşısında mis və latun tərkibli gəmi lövbəri tədarük etməklə bağlı öhdəlik götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış sözügedən müqaviləyə əsasən, 2022-ci ilin dekabr ayında ixrac edilən mala dair xx.xx.2022-ci il tarixli ixrac yük gömrük bəyannaməsi tərtib edilərək, müvafiq sənədlərlə birgə cavabdehə təqdim edilmişdir. Qanvericiliyə və standartlara uyğun şəkildə həmin gömrük bəyannaməsində ixrac edilən mal xarici iqtisadi X2na görə ********* kodla bəyan edilmişdir. Həmin partiya üzrə ixrac edilən mallar barəsində cavabdehin 1400- 012/002- 25/009865 nömrəli xx.xx.2022-ci il tarixli müraciət məktubu əsasında gömrük ekspertizası həyata keçirilmiş və DGK-nin X6 İdarəsi tərəfindən verilən rəyə görə müəyyən edilmişdir ki, ixrac edilən mallar - gəmi lövbəri formasında tökmələr olub XİF MN-na görə ********** alt yarımmövqeyində sinifləşdirilir. Bundan sonra həmin mallar qanunamüvafiq qaydada ixrac edilmişdir. İddiaçı ilə əcnəbi şirkət arasında bağlanmış 01 №-li, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, ixrac olunması nəzərdə tutulan ikinci partiya mallara dair zəruri sənədlərlə birgə xx.xx.2023-cü il tarixdə ixrac yük gömrük bəyannaməsi təqdim edilmiş, lakin gömrük orqanı həmin malların ixracına bürokratik maneələr yaradaraq, bəyannaməni qəbul etməmiş və malların ixracının rəsmləşdirilməsindən əsassız və qanunsuz olaraq imtina etmişdir. Belə ki, əvvəlki ixrac əməliyyatlarından heç bir fərqi olmayan tamamilə eyni həcmdə, formada, şəkildə və eyni tərkibdə olan malları əvvəlki ixrac əməliyyatında heç bir əngəl yaratmadan buraxdığı halda ikinci ixrac zamanı gömrük rəsmləşdirilməsindən imtina etmişdir. Sonuncu ixrac əməliyyatında, yəni təqdim edilən xx.xx.2023-cü il tarixli ixrac yük gömrük bəyannaməsi üzrə mallara dair uyğunluq sertifikatı olduğu halda gömrük orqanı tərəfindən iki dəfə əsassız olaraq gömrük ekspertizası həyata keçirilmiş və keçirilən ekspertizaların rəylərinə əsasən də, təqdim edilən bəyannamə üzrə malların ixracını qeyri-mümkün etmişlər. Mala dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Akkreditasiya Mərkəzi” X9 tərəfindən akkreditasiyadan keçmiş və № AZ 02.0556.01.21 akkreditasiya attestatına malik “Certus" MMC tərəfindən verilən №AZ 031.xx.xx.06079.22 nömrəli, xx.xx.2022-ci il tarixli uyğunluq sertifikatı verilmişdir. Həmin sertifikatla ixrac edilməsi nəzərdə tutulan latun və mis tərkibli gəmi lövbəri formasında tökmələrin XİF MN-a görə 741920 0000 kodla sinifləşdirildiyi təsdiq edilir. X6 Mərkəzi barəsində internet informasiya resurslarında mövcud olan məlumatlardan görünür ki, Ekspertiza Mərkəzinin akkreditasiya olunduğu standarta görə latun və mis tərkibdən ibarət gəmi lövbəri məmulatına dair uyğunluğun qiymətləndirilməsi hüququna malik deyildir. Həmçinin, X6 İdarəsi tərəfindən verilən 2200-012/0xx-xx/000129 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və onun tabeliyində olan qurumlar tərəfindən qüvvədə olan mövcud standartların tələblərinə uyğunluğunu təsdiq edən hər hansı bir rəy təqdim olunmadığından ixrac olunması nəzərdə tutulan malın mal nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi barəsində ekspertizanın aparılması mümkün olmamışdır. Eyni İdarə tərəfindən ikinci dəfə verilən, 2200-012/0xx-xx/000494 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda isə göstərilir ki, mis və latundan hazırlanmış gəmi lövbərinin texniki şərtlərini tənzimləyən hər hansı normativ sənəd beynəlxalq təcrübədə, o cümlədən milli normativ bazada mövcud deyildir. Gömrük orqanı heç bir əsas olmadan qanunsuz olaraq malların ixrac edilməsini süni şəkildə əngəlləyir. Göründüyü kimi, iddiaçı ixrac etmək istədiyi malın kodunu öz arzusu ilə deyil, məhz akkreditasiyadan keçmiş qurum tərəfindən verilən sertifikata əsasən müəyyən edərək bəyan etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qanunun tələblərinə əsasən **********1541 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X4 İdarəsinə müraciətlər edilmişdir. Həmin müraciətlərin nəticəsində X4 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla müvafiq sahədə dövlət nəzarətinin və tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və onun tabeliyində olan qurumlar tərəfindən qüvvədə olan mövcud standartların (texniki şərtlərin) tələblərinə uyğunluğunu təsdiq edən hər hansı bir rəy (akt, təsdiqedici sənəd və s.) təqdim olunmadığından ekspertizanın aparılması mümkün olmadığı bildirilmiş, xx.xx.2023-cü il tarixli rəydə isə mis və latundan hazırlanmış gəmi lövbərlərinin texniki şərtlərini tənzimləyən hər hansı normativ sənədin beynəlxalq təcrübədə, o cümlədən milli normativ bazada mövcud olmadığı, şirkət tərəfindən təqdim olunmuş İSS 007709 nömrəli uyğunluq sertifikatında istinad verilmiş TS EN 12420:2014 beynəlxalq standartı tökmədən sonra emala məruz qalmış məmulatlara aid edilməklə, təqdim olunmuş nümunənin sözügedən standartda qeyd olunan tökmədən sonrakı emal meyarlarına cavab vermədiyi, yuxarıda göstərilənləri nəzərə alaraq tökmədən sonra emala məruz qalmamış lövbər formasına bənzədilmiş məhsulun HS 7403 və 7419 mal mövqelərinə dair izahnamələrinə əsasən XİF MN-ə görə 7403 21 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. X4 İdarəsinin xx.xx.2023-cü il tarixli sözügedən rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” X9n xx.xx.2023-cü il rəyi nəzərə alınmaqla verilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya "xxxx" MMC tərəfindən verilmiş uyğunluq sertifikatında göstərilən TS EN 12420:2014 standart iddiaçı tərəfindən ixracı nəzərdə tutulan mallara aid edilmir. Cavabdeh Gömrük Məcəlləsinin 55-ci və 56-cı fəsillərinin tələblərinə əsaslanaraq hazırki iş üzrə X6 İdarəsinin malların təsnifat kodu üzrə verdiyi rəyi əsas tutur və tərəflərindən X6 İdarəsinin verdiyi malların təsnifat kodu barədə rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılması mümkün deyildir. X6 İdarəsinin verdiyi malların 7403 21 000 0 təsnifat kodu barədə rəyə əsasən gömrük rəsmiləşdirilməsi aparılmaqla mallar ixrac olunduğu təqdirdə “Azərbaycan Respublikasının xarici iqtisadi X2, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”-nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 1000 kq - 15 ABŞ dolları, xx.xx.2024-cü il tarixinədək -10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla nəzərdə tutulsa da, iddiaçının bəyan etdiyi 7419 20 000 0 təsnifat kodu üzrə tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 1000 kq -15 ABŞ dolları nəzərdə tutulmuşdur. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı ilə “X8 İTH. İHR.SAN. VE TİC. LTD. ŞTİ” arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı “X8 İTH. İHR.SAN. VE TİC. LTD. ŞTİ” firmasına latun lövbərin qiyməti hər 1 ton üçün 5000 USD, mis lövbərin qiyməti hər 1 ton üçün 8000 USD dəyərində olmaqla 1000 ton latun və 1000 ton mis gəmi lövbərini tədarük etməyi öhdəsinə götürmüşdür. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdir. İddiaçının xx.xx.2023-cü il tarixli, **********1541 nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən “SAJİDA METALS TRADİNG F.Z.E.” şirkətinə ixrac edilən malı “31. Malların təsviri” bölümündə olan tərkibi mis, sink, dəmir, nikel, qurğuşun və qalaydan ibarət gəmi lövbəri formasında tökmələr adlı mallar”ın həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan Xariciİqtisadi X2 (XİFMN) üzrə ********** saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. İddiaçının adına olan xx.xx.2023-cü il tarixli, 06 nömrəli invoysun surətindən görünür ki, iddiaçı “SAJİDA METALS TRADİNG F.Z.E.” şirkətinə “X8 İTH. İHR.SAN. VE TİC. LTD. ŞTİ” vasitəsilə X1 Nomenklaturası (XİFMN) üzrə ********** saylı alt yarımmövqe kodu ilə malları satmışdır. "xxxx" MMC tərəfindən verilmiş AZ031.xx.xx.06079.22 nömrəli, xx.xx.2023-cü il tarixli uyğunluq sertifikatından görünür ki, iddiaçının istehsal etdiyi mis və onun tökmələrindən gəmi lövhələrinə kod olaraq XİF MİN/HS CODE ********** verilmişdir. İddiaçının əvvəlki, 05 nömrəli xx.xx.2022-ci il tarixli invoys gömrük bəyannaməsi üzrə keçirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X4 İdarəsinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, iddiaçı tərəfindən 05 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə ixrac olunan yük tərkibində 60,39% mis, 31,77% sink, 1,22% dəmir, 3,20 % nikel, 2,81 % qurğuşun və 0.,1 % qalay olan latundan gəmi lövbəri formasında tökmələr olub XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilmişdir. İddiaçının bəyan etdiyi 06 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə ixrac olunması nəzərdə tutulan “Latundan gəmi lövbərləri” adlı məmulatın xarici iqtisadi X2 üzrə təsnifat kodunun, kimyəvi və mineralojı tərkibinin müəyyənləşdirilməsi məqsədilə təkrar ekspertizanın aparılması ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin 1400-012/0xxxx/000716 nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinə X4 İdarəsi tərəfindən cavab olaraq verdiyi məktubunda göstərilmişdir ki, “mis və latundan hazırlanmış gəmi lövbərlərinin texniki şərtlərini tənzimləyən hər hansı normativ sənəd beynəlxalq təcrübədə, o cümlədən milli normativ bazada mövcud deyil. Şirkət tərəfindən təqdim olunmuş İSS 007709 nömrəli uyğunluq sertifikatında istinad verilmiş TS EN 12420:2014 beynəlxalq standartı tökmədən sonra emala məruz qalmış məmulatlara aid edilir, lakin təqdim olunmuş nümunə sözügedən standartda qeyd olunan tökmədən sonrakı emalmeyarlarına cavab vermir. Yuxarıda göstərilənləri nəzərə alaraq tökmədən sonra emala məruz qalmamış lövbər formasına bənzədilmiş məhsul HS 7403 və 7419 mal mövqelərinə dair izahnamələrinə əsasən XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir”. Cavabdehə aid olan elektron sistemdən verilmiş çıxarışda göstərilmişdir ki, iddiaçının **********1541 nömrəli ixrac yük gömrük bəyannaməsi üzrə bəyan etdiyi malların rəsmiləşdirilməsi zamanı gömrük əməkdaşları tərəfindən aparılmış qeydlər aşağıdakı kimi olmuşdur: Bəyannaməni bəyannaməçiyə qaytarmaq üçün səbəb: Qrafa 33. Malın XİFMN kodu düzgün göstərilməyib. X3 qərarı əsas götürülür: tökməkdən sonra emala məruz qalmamış lövbər formasında bənzədilmiş məhsul HS 7403 və 7419 mal mövqelərinə dair izahnamələrinə əsasən XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir (xx.xx.2023-cü il tarixli qeyd). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/6257-9/9199 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş lövbər formalı, sarı rəngli metal nümunə 56,3 faiz mis əsaslı ərintidən hazırlanmışdır. Nümunənin hazırlandığı ərintidən tərkibində olan metalların ayrı-ayrılıqda adları və miqdarı rəyin tədqiqi hissəsində olan cədvəldə verilmişdir. Cədvəldən görünür ki, nümunənin tərkibində 35,6 faiz sink, 3,46 faiz alüminium, 1,64 faiz qurğuşun, 1,15 faiz silisium, 0,79 faiz nikel vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəlii qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi X2, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə və aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza tədqiqatına təqdim edilən 56,3 faiz mis (nümunənin tərkibində 35,6 faiz sink, 3,46 faiz alüminium, 1,64 faiz qurğuşun, 1,15 faiz silisium, 0,79 faiz nikel vardır) əsaslı ərintidən hazırlanmış lövbər formalı metal “7403 21 000 0” nömrəli alt yarımmövqedə sinifləşdirilir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin “31. Malların təsviri” bölümündə olan tərkibi mis, sink, dəmir, nikel, qurğuşun və qalaydan ibarət gəmi lövbəri formasında tökmələr adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X1 Nomenklaturası (XİFMN) üzrə ********** saylı alt yarımmövqe kodu ilə rəsmləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (bundan sonra – Gömrük Məcəlləsi) göstərilmişdir ki, bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir (1.0.1). Gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir (1.0.19.). Həmin Məcəllənin 8.0.25-ci maddəsində xarici iqtisadi X2nın aparılması ilə əlaqədar müvafiq tədbirlər görülməsi gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. İşdən göründüyü kimi iddiaçı ixrac olunması nəzərdə tutulan “latundan gəmi lövbərləri” adlı mala dair xx.xx.2023-cü il tarixli ixrac bəyannaməsini cavabdehə təqdim etmiş, lakin cavabdeh gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsindən imtina etmişdir. Buna əsas olaraq həmin malın gömrük bəynnaməsində göstərilən X1 Nomenklaturasına əsasən bəyan edilən təsnifat koduna uyğun olmadığı göstərilmişdir. Gömrük Məcəlləsində həmçinin göstərilir ki, bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi X2na uyğun kodu əsas götürülür (224.5.). Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür (242.2.). Xarici iqtisadi X2 - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır (319.1.). Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi X2nda kodu (kodları) müəyyən olunur (321.1.). Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər (321.2.). Bəyan edilən malların xarici iqtisadi X2 üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər (321.3.). Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi X2na uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır (321.4.). Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər (321.5.). Göründüyü kimi X1 Nomenklaturası (bundan sonra - XİFMN) malların xüsusi əlamətlərinə görə müxtəlif kodlar altında qruplaşdırılması ilə bağlı bir təsnifatdır. Ayrı-ayrı mallara gömrük ödənişləri hesablanarkən həmin malların XİFMN-də göstərilmiş təsnifa kodu əsas götürülür. Bu səbəbdən mallar idxal və ixrac edilərkən verilərn gömrük bəyannamələrində onların XİFMN-də göstərilən təsnifat kodu dəqiq göstərilməli və mal həmin koda uyğun olmalıdır. İddiaçının xx.xx.2023-cü il tarixli ixrac bəyannaməsində malın təsnifat kodu XİFMNdə göstərilmiş 741920 0000 kodu ilə göstərilmişdir. Lakin cavabdeh malın həmin təsnifat koduna uyğun gəlmədiyini bildirir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizaya dair ekspert rəyində malın təsnifat kodunun 7403 21 000 0 olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi X2”nın 74-cü qrupunda “Misdən digər məmulatlar: tökmə, fasonlu, ştamplanmış və ya döyülmüş, lakin sonrakı emala məruz qalmamış” 7419 20 000, “mis və sink əsasında ərintilər (latun)” 7403 21 000 0 nömrəli alt yarımmövqedə sinifləşdirilir. Göründüyü kimi iddiaçı gömrük bəyannaməsində malı XİFMN-də nəzərdə tutulmuş alt yarımmövqeyə uyğun təsnif etməmişdir. Bu səbəbdən cavabdeh malın gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən haqlı olaraq imtina etmişdir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər (65.1.). Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər (110.1). Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər (157.1.). Malların xarici iqtisadi X2na uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi gömrük ekspertizasının aparılmasının məqsədlərindən biridir (322.1.2.). Göründüyü kimi gömrük ekspertizasının aparılması üçün qanunda gömrük orqanına qadağa qoyan hər hansı müddəa yoxdur. Eyni zamanda məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və verilmiş ekspert rəyində də malın bəyannamədə göstərilmiş təsnifat koduna uyğun olmadığı göstərilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin “31. Malların təsviri” bölümündə olan tərkibi mis, sink, dəmir, nikel, qurğuşun və qalaydan ibarət gəmi lövbəri formasında tökmələr adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X1 Nomenklaturası (XİFMN) üzrə ********** saylı alt yarımmövqe kodu ilə rəsmləşdirilməsi öhdəliyinin cavabdehə həvalə ediməsi barədə tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/6257-9/9199 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat göstərilmişdir. İPM-də göstərilmişdir ki, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (108.1). Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (110.1). İddia təmin edilmədiyi üçün ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X5 of AZ Metal” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul iddiaçı “X5 of AZ Metal” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar