Məhkəmə qərarları › İş №2-1(112)-8201/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8201/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8201/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi idarə heyətinin qərarının İddiaçı aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin Tibbisosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarının və İdarə Heyətinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19574/2023 №-li Qərarının İddiaçı aid hissənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dələ xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik 5 illik müddətə, yəni xx.xx.2022-ci ilədək təyin edilmişdir. İddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış, lakin sonradan iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1045/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Adıçəkilən qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bundan sonra adıçəkilən qərar icraya yönəldilmiş və cavabdeh inzibati orqan tərəfindən icra edilərək iddiaçının dayandırılmış əlilliyi bərpa edilmişdir. Daha sonra iddiaçı səhhətində yaranmış problemlər ilə əlaqədar yenidən əlillik təyin olunması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Sonuncu müraciət zamanı iddiaçının diaqnozu “eşitmənin neyro senso tipli 2 tərəfli itirilməsi. 2 tərəfli neyro sensor ağır eşitmə İİİ-İV dərəcə. Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit" təşkil etmişdir. Qeyd edilən diaqnoz əsasında xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirmə aparılaraq ona müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı bir müddət yeni qiymətləndirmə əsasında təyin olunmuş əlilik üzrə əmək pensiyası almışdır. Cavabdeh sonradan iddiaçıya müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə əyani müayinəyə dəvət etmişdir. İddiaçı qeyd edilən tarixdə əyani müayinədə olmuşdur. Bundan sonra cavabdeh orqan iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdehin qəbul etdiyi qərar iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Bu əsasdan iddiaçı tərəfindən cavabdehin Qərarının mübahisələndirilməsi üçün müddət ötürülməmişdir. Cavabdeh inzibati orqan iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müainəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan ləğv etmə barədə bildirişdə və qərarda adıçəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 4118003AAE3Y nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2022- ci il tarixində qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS **********1). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-26861/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ikitərəfli eşitmə zəifliyindən, başağrılarından, ürək nahiyyəsində ağrılardan şikayətlənmiş, bəzi müayinə sənədləri təqdim etmişdir. Təqdim etdiyi Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 8832 nömrəli Məsləhət vərəqində diaqnoz “İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə lll-İV dərəcə”, ATU X2 xx.xx.2022-ci il tarixli medikamentoz yuxu altında BERA test nəticəsi “Hər iki qülaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.” şəklində göstərilsə də, ilkin əlillik təyinatında qan dövranı pozğunluğu, xroniki ürək çatışmazlığı olsa da obyektiv müayinə zamanı nə xroniki qan dövranı pozğunluğuna aid əlamətlər, nə də 4-cü dərəcə ağıreşitmə müşahidə edilməmiş, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Hər iki qulaqda İ dərəcəli agır eşitmə (30 dBl” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəcivin sistola- diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar fibrotikdir. Mi MR Min TR. Perikard təmizdir. ” kimi qeyyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin hazırkı vəziyyəti əlillik təyininə əsas vermədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2022-ci il tarixindən etibarən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 38 nömrəli Şəhər Poliniklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4118003AAE3Y nömrəli göndərişdən görünür ki, iddiaçının sağlamlıq vəziyyətinə əsasən ona Əsas diaqnoz - H93.3- Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit; Ağırlaşma - H90.3 - Eşitmənin neyrosensortipli ikitərəfli itirilməsi, İki tərəfli neyrosensor ağıreşitmə lll-İV dər.; Yanaşı xəstəliklər – İ20.8-Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokordiyası İİİ f.s, İ25.2- Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz; F48.0- Nevrasteniya, Somatik astenonevroz; İ11.0- [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ d; İ50.0 - Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f.s diaqnozu qoyulmuşdur. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)- 2207/2021 Qərarı cavabdeh tərəfindən icra edilərək xx.xx.2022-ci il tarixli, **********4 nömrəli xidməti məruzə ilə İddiaçı xx.xx.2017-ci il tarixində təyin edilmiş ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində bərpa edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra vətəndaşa dair 38 nömrəli Şəhər Poliniklinikası tərəfindən 4118003AAE3Y nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R26861/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyinatı qərarı xx.xx.2023- cü il tarixində ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komissiyasının 3-17-4/3-1-95339/2023 saylı 7 noyabr 2023-cü il tarixli qərarından görünür ki, “Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 4118003AAE3Y nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS **********1). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-26861/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ikitərəfli eşitmə zəifliyindən, başağrılarından, ürək nahiyyəsində ağrılardan şikayətlənmiş, bəzi müayinə sənədləri təqdim etmişdir. Təqdim etdiyi Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 8832 nömrəli Məsləhət vərəqində diaqnoz “İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə lll-İV dərəcə”, ATU X2 xx.xx.2022-ci il tarixli medikamentoz yuxu altında BERA test nəticəsi “Hər iki qulaqda 3-4-cü dərəcəneyrosensor tip ağıreşitmə qeyd olunur.” şəklində göstərilsə də, ilkin əlillik təyinatında qan dövranı pozğunluğu, xroniki ürək çatışmazlığı olsa da, obyektiv müayinə zamanı nə xroniki qan dövranı pozğunluğuna aid əlamətlər, nə də 4-cü dərəcə ağıreşitmə müşahidə edilməmiş, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Hər iki qulaqda İ dərəcəli ağır eşitmə (30 dB)." kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR Min TR. Perikard təmizdir.” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin hazırkı vəziyyəti əlillik təyininə əsas vermədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2022-ci il tarixindən etibarən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilsin.” Eyni zamanda işdə olan cavabdehin 3-17-4/3-3-19574/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki:

1. xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 3 nəfər barəsində qüvvədə olan qərar ləğv edilmiş və “tam reabilitasiya olunması”na dair qərar qəbul edilmşdir;

2. xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərar ləğv edilmiş və “hissəvi reabilitasiya olunmasına dair qəbul edilmişdir; 3.xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 3 nəfər şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır.

4. xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərar ləğv edilmiş və “diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir.

5. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 8 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmış və “diaqnozun təsdiqini tapmaması” na dair qərar qəbul edilmişdir. İddiaçı hazırda bu qərarların ona aid olan hissədə ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, qeyd olunan normalar nəzərə alınmaqla iddiaçının sağlamlıq vəziyəti qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşdən görünür ki, cavabdeh həmin normaya istinad etməklə iddiaçını əyani müayinəyə dəvət etmiş və nəticədə ona əlilliyin düzgün təyin edilmədiyini müəyyən edərək, əvvəlki qərarın ləğv etmiş, daha doğrusu xx.xx.2022-ci il tarixindən etibarən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul etmişdir. İddiaçı hazırda bu qərarı mübahisələndirsə də, qərarın qanunsuz olmasını sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin gəlidiyi nəticənin doğruluğunu müəyyən etmək məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 ekspertlərinə həvalə olunmuşdur. Lakin işdə olan Birliyin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizasının aparılmasından Birliyə gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamış, bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının iştitrakı olmadan ekspertizanın keçirilməsi, ekspertiza keçirilmədən, ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadan isə iddiaçıya əlilliyin təyin edilməsindən imtinanın düzgünlüyünün müəyyən edilməsi, onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mümkünsüzdür. Belə olan halda məhkəmə hesab edir ki, iddaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. İddia ərizəsindən görünür ki, iddiaçı onun əlilliyinin düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadan yenidən əyani müayinəyə cəlb edilməsinə istinad edərək həmin qərarın qanunsuz olduğunu bildirir və onun ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanuna əsasən: - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. -maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşdən görünür ki, cavabdeh iddiaçıya əlillik təyin etdikdən sonra "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli məktubuna istinad edərək, inzibati icraat başlamış, iddiaçı həmin icraatın başlanması barədə qərarla razılaşaraq əyani müayinədə iştirak etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləlikə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar