Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-821/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1994-cü il tarixdən 2013-cü il tarixədək “Natiq” idman klubunda və “Təhsil” idman mərkəzində işləməyi barədə inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif yerlərdə işləmişdir. 18 il iş stajı olomuşdur. Sonradan 1994-1998-ci illər ərzində “Natiq” idman klubunda cüdo güləşi üzrə müəllim vəzifəsinə qəbul edilmiş, 2005-ci ilin 26 sentyabr tarixinədək bu işdə çalışmışdır. Sonradan iddiaçı eyni vaxtda xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixə və xx.xx.2009-cu ildən xx.xx.2013-cü il tarixədək “Təhsil” RİM 1 nömrəli Respublika ixtisaslaşdırılmış X3-Gənclər İdman Məktəbinin cüdo bölməsində məşqçi müəllim vəzifəsində işləmişdir. İddiaçı ona pensiya təyin edilməsi məqsədi ilə cavabdehə müraciət etmişdir. İddiaçıya ƏƏSMN-in tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılaraq 18 illik iş stajının nəzərə alındığı və “Natiq”lə “Təhsil” idman klubunda işlədiyi dövrlər nəzərə alınmamışdır. Hansı ki, həmin dövrdə iddiaçı işləmişdir və “Təhsil idman mərkəzində işləməyi barədə arayışı vardır. İddiaçının gözündə yaranan xəstəliklə əlaqədar xx.xx.2020-ci il tarixdən üçüncü dərəcəli əlillik verilmişdir. Onun “Natiq” idman klubunda və “Təhsil idman mərkəzində” işləməyi nəzərə alınsaydı ona pensiya düşürdü. Lakin cavabdeh bilərəkdən onun Konstitusion hüquqlarını pozaraq bu iki təşkilatda işləməyini nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-5510/2021 saylı qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - “DTSERX”) xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar’’ olmaqla İİİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ona pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.Burada qanunun qeyd edilən müddəasına əsasən, İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun pəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. İddiaçıya pensiyanın təyin olunması üçün 12.1-ci maddənin hər iki şərti ödənmir. İddiaçı 01.01,2006-cı ilədək əmək kitabçası ilə təsdiq olunan 17 il 1 ay sosial sığorta stajı və 01.01,2006-cı ildən sonra 8870,56 manat məbləğində pensiya kapitalı mövcuddur.Bununla yanaşı iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda işlədiyini iddia edir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə xx.xx.2021-ci il tarixdə **********7 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn cavab məktubunda qeyd olunan müəssisələrin arxiv sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə filialına təhvil verilmədiyi qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən əmək kitabçasında göstərilən müəssisələrin mövcudluğun yoxlanılması məqsədiylə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə xx.xx.2021-ci il tarixində **********8 nömrəli sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2021-ci il tarixli **********783300 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Kəpəz” Kooperativi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmiş, “Natiq” idman klubu adlı kommersiya qurumu isə aşkar edilməmişdir.Yuxarıda qeyd olunanlara əsasən İddiaçı işlədiyini iddia etdiyi müəssisə onun işlədiyini dövrdən sonra dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Mülki Məcəllənin 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır.Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. İddiaçı vəziyyətində isə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək kitabçası ilə təsdiqlənən 17 il 1 ay sosial sığorta stajına əsasən pensiya kapitalı hesablanmalıdır. 1)İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı 17 il 1 ay olsa da, (belə ki, qanunla tələb olunan staj 14 il 6 aydır ) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11964,6 manat məbləğində olmuşdur. İddiaçının İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1.61 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 46 il (əmək qabiliyyətli yaş dövrü), 2.46 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 184 ay, 3.184 ay : 12 ay = 15 il 3 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 15 il 3 aydır Göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərt ödənilir. 2)“Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaoiunanm fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçının mövcud olan pensiya kapitalı: Belə ki, iddiaçının 17 il 1 ay stajını (2006-cı ilə qədər) “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesabladıqda 4910,3 manat pensiya kapitalı yaranır: 17 il tam iş stajı x 306 manat =5202 manat. 5202 +8,3% +16,7% +20,8% +1,5% +5,7% +7,9% +1,1% +2,4% +1,4%+4%+12,4%+5,7%=14321,83. Vətəndaşın 2006-cı ildən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində mövcud olan pensiya kapitalı 8870,56 manat məbləğində təşkil edir. İddiaçı hazırki dövrə mövcud olan pensiya kapitalı 23192,39 manat (14321,83+8870,56 ) təşkil edir. 1.61 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 46 il (əmək qabiliyyətli yaş dövrü), 2.44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 184 ay, 3.Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 184/192= 0,9583, 4.Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,9583x144=138, 5.Pensiya sığorta kapitalı (PSK=23192,39) alınmış rəqəmə bölünərək (23192,39: 138= 168,060797 manat) pensiyanın məbləği 168,06 manat məbləğində müəyyən edilir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: Əmsal: 184/192x144=138; 138x200=27600 manat. İddiaçının pensiya kapitalı toplam olaraq 11964,6 manat təşkil etməkdədir ki, bu da tələb olunan pensiya kapitalı məbləğindən azdır. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 168,06 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (23.11,2020-ci tarixində 200 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçıya əlillik xx.xx.2020-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları xx.xx.2020-ci il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıb- yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. İddiaçı əlillik statusunu xx.xx.2020-ci il tarixində “qazanmışdır”. Belə ki, 01 iyul 2017- ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbini DTSERX-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi DTSERX-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyəti vəsiqəsi məlumatından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik – gözdən əlil səbəbi ilə müddətsiz üçüncü dərəcə əlildir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdə Bakı ANİB 2708 Avtokolonda 2-ci dərəcəli a/elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixdə Bakı tütün kombinatı “Qırmızı oktyabr” Təchizat şöbəsinə yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə 4 nömrəli Bakı yük Aviabazasında 2-ci dərəcəli avtoelektrik qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə MTTİ Azərbaycan SSR Səhiyyə Nazirliyi “Aztibtəchizat” Fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə təlimatçı metodist qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə Trikotaj idman məhsulları fabriki “Dinamo” 1 nömrəli sahəyə 1-ci dərəcəli boyaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə Şaumyanov r-nu Prof. Dezinfeksiya şöbəsində Dezinfektor vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə "İdman" istehsalat birliyinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə köçürülmə ilə istehsalat gimnastikası metodisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə sağlamlıq zonasına metodist kimi qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə "Xəzər" kiçik müəssisəsinə İstehsalat müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə 1 nömrəli trikotaj sexinə 4 dərəcəli keyfiyyət üzrə nəzarətçi keçirilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Fiziki tərbiyə və idman üzrə Azərbaycan Respublikası Dövlət idman komissiyasının İdman tikintiləri birliyi "İdman" İstehsalat birliyindən köçürülmə ilə "Pəhləvan" Kiçik müəssisəsinə Direktor qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə “Eko neft" kiçik müəssisəsi. İstehsalat müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə vəzifəsindən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə “ Kəpəz” kooperativi Trikotaj sexinə baş usta qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə vəzifəsindən azad edilmişdir. xx.xx.1994-cü ildə Natiq idman klubuna cüdo gləşi üzrə məşqçi müəllim təyin edilmiş, xx.xx.1998-ci ildə işən azad edilmişdir. xx.xx.2001-ci ildə Təhsil Respublika İdman Mərkəzinin RİOEUGİM cüdo güləşi məşqçi-müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. İddiaçıya aid ******* nömrəli, xx.xx.2003-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.2003-cü ildə Natiq idman klubuna cüdo güləşi üzrə məşqçi-müəllim vəzifəsinə qəbul olunmuş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. xx.xx.2006-cı ildə Səbail rayonu X7 Məktəbinə məşqçi müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmişdir. xx.xx.2008-ci ildə Təhsil Respublika İdman Mərkəzi RİOEUGİM cüdo güləş bölməsinə məşqçi müəllim işinə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir. xx.xx.2009-cu ildə Təhsil Respublika İdman Mərkəzi RİOEUGİM cüdo bölməsinə məşqçi müəllim vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə Respublika Olimpiya İdman liseyinə tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1- ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.1959cu il təvəllüdlü İddiaçı təqdim etdiyi 1382 nömrəli diplom, 008697 saylı hərbi bilet, xx.xx.1976-cı il tarixli və xx.xx.2003-cü il tarixli əmək kitabçalarına əsasən xx.xx.2006-cı il tarixinədək 17 il 11 ay 11 gün əmək stajı və 13304,11 manat sığorta kapitalı hesablanmışdır. X1 X5 Sisteminə əsasən vətəndaşın 2007-2015-ci illər arası cəmi 9612.61 manat sığorta kapitalı vardır. Beləliklə, vətəndaşın hüququnun yarandığı xx.xx.2020-ci il tarixə (sonuncu müayinəyə dair 2788003AAB3F nömrəli arayışa əsasən) cəmi 22916,72 manat pensiya kapitalı vardır. Məlumat üçün bildiririk ki, xx.xx.2020-ci il tarixə 3-cü dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum sığorta stajı 15 il 4 ay, minimum pensiya kapitalı isə 27600 manatdır. Beləliklə, İddiaçı tələb olunan sığorta kapitalı olmadığı üçün ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin göndərdiyi xx.xx.2021-ci il tarixli, xx/xx-1675-ci il tarixli məktubda bildirilir ki, “Natiq” İdman Klubu 12 fevral 1997-ci il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək sözügedən müəssisəyə dair Dövlət Statistika Komitəsində hər hansı əlavə məlumat mövcud olmamışdır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin göndərdiyi xx.xx.2021-ci il tarixli, **********921100 nömrəli məktubda bildirilir ki, İdarədə olan reyestrdə “Kəpəz” Kooperativi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin göndərdiyi xx.xx.2021-ci il tarixli, **********143000 nömrəli məktubda bildirilir ki, İdarədə olan reyestrdə “Natiq” İdman Klubu adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Gənvlər və İdman Nazirliyinin xx.xx.2021-ci il tarixli 1171/R2-12/17 nömrəli məktubda bildirilir ki, “Natiq" İdman klubunun ilk dəfə qeydiyyata alınma tarixi və fəaliyyət dövrü ilə bağlı nazirlikdə hər hansı bir məlumat yoxdur. Belə ki, idman klublarının dövlət qeydiyyatına alınması Gənclər və İdman Nazirliyi deyil, digər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən müvafiq qaydada həyata keçirilir. Bundan başqa, həmin klublar tam müstəqil və sərbəst qurumlar olduğu üçün onların fəaliyyətinə nazirlik tərəfindən müdaxilə edilmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin göndərdiyi xx.xx.2021-ci il tarixli, xx/xx-1946-ci il tarixli məktubda bildirilir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Kəpəz” kooperativi adı ilə 6 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 4-ü 14 iyun və 22 oktyabr 1996-cı il, 12 mart 1997-ci il və 04 dekabr 2002-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır, 1-i 19 avqust 1996-cı il tarixindən 29 aprel 1999-cu il tarixinədək qeydiyyatda olmuş, 1-i isə 09 sentyabr 1996-cı il tarixində qeydiyyata alınsa da, sonradan sözügedən müəssisəyə dair Dövlət Statistika Komitəsində hər hansı əlavə məlumat mövcud olmamışdır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər.Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin xx.xx.2021-ci il tarixli, 243 nömrəli məktubu ilə göndərilən əmrlərdən görünür ki: -«TƏHSİL» Respublika idman mərkəzinin 1 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyyatları uşaq-gənclər idman məktəbi üzrə 28 №-li, xx.xx.2009-cu il tarixli əmrdən çıxarışa əsasən İddiaçı 2009-cu il aprel ayının 01-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən fərdi əmək müqaviləsi bağlamaqla həftəlik dərs yükü 36 saat olmaqla cüdo güləş bölməsinə məşqçi-müəllimi vəzifəsinə işə qəbul edilmişdir - «TƏHSİL» Respublika idman mərkəzinin 1 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyyatları uşaq-gənclər idman məktəbi üzrə 58 №-li, xx.xx.2013-cü il tarixli əmrdən çıxarışa əsasən İddiaçı cüdo bölməsinin məşqçi-müəllimi 2013-cü il sentyabr ayının 02-dən başqa işə keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - «TƏHSİL» Respublika idman mərkəzinin 1 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyyatları uşaq-gənclər idman məktəbi üzrə xx.xx.2009-cu il tarixli, 28 nömrəli əmrə əsasən İddiaçı 2009-cu il aprel ayının 01-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən fərdi əmək müqaviləsi bağlamaqla həftəlik dərs yükü 36 saat olmaqla cüdo güləş bölməsinə məşqçi- müəllimi vəzifəsinə işə qəbul edilmişdir. - «TƏHSİL» Respublika idman mərkəzinin 1 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyyatları uşaq-gənclər idman məktəbi üzrə xx.xx.2013-cü il tarixli, 58 nömrəli əmrə əsasən İddiaçı- cüdo bölməsinin məşqçi-müəlimi 2013-cü il sentyabr ayının 02-dən başqa işə keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahiş ilə) işdən azad olunsun və həmin tarixdən onunla bağlanmış Əmək Müqaviləsinə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Məlumatların təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli **********44 nömrəli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işlə əlaqədar Azərbaycan SSR Əhalinin Məişət Xidməti Trikotaj məmulatlarının fərdi tikiş və təmiri Fabriki “Kəpəz” kooperativinin fəaliyyəti barədə məlumat, özəlləşdirilibözəlləşdirilməməsi, ləğv edilib-edilməməsi, həmin müəssisənin hüquqi varisi olduğu halda müvafiq müəssisə və ya təşkilat barədə məlumatın təqdim edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində Əhalinin Məişət Xidməti Trikotaj məmulatlarının fərdi tikiş və təmiri Fabriki “Kəpəz” kooperativi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X4 Rəhbərinin xx.xx.2022-ci il tarixli İH-22 nömrəli məktubda bildirilir ki, Azərbaycan SSR Əhalinin Məişət Xidməti Trikotaj məmulatlarının fərdi tikiş fabriki «Kəpəz» kooperativi Azərittifaqa aid olmadığı üçün məktub Sizə geri qaytarılır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 05/8428/11 nömrəli məktubda bildirilir ki, Azərbaycan Respublikası "Natiq" İdman Klubu xx.xx.1996-ci il tarixdə 845 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilatın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məlumat Ədliyyə Nazirliyinə daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/2319 nömrəli məktubda bildirilir ki, sorğuda qeyd olunan Azərbaycan Respublikası “Natiq” İdman klubunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı ilədək Bakı şəhəri 23 nömrəli texniki peşə məktəbində təhsil dövrü, xx.xx.1979-xx.xx.1981-ci ilədək hərbi xidmət dövrü, xx.xx.1976-xx.xx.1978-ci illər, xx.xx.1978-xx.xx.1979-cu illər, xx.xx.1981-xx.xx.1981-ci illər, xx.xx.1982-xx.xx.1982-ci illər, xx.xx.1982-xx.xx.1984-cü illər, xx.xx.1984-xx.xx.1988-ci illər, xx.xx.1989-xx.xx.1992-ci illər, xx.xx.1992-xx.xx.1993-cü illər, xx.xx.1993-xx.xx.1994-cü illər, xx.xx.1994-xx.xx.1994-cü illər, xx.xx.1996-xx.xx.1998-ci illər, xx.xx.2001-xx.xx.2002-ci illər, xx.xx.2003-xx.xx.2005-ci illər üzrə əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixindək ümumi iş stajı 24 il 7 ay 12 gün təşkil edir. İddiaçının ümumi iş stajına əsasən xx.xx.2006-cı il tarixə pensiya sığorta kapitalı (24 il tam iş stajı x 306 manat) +(306 manat: 12 ay x 7,4 ay)=7532,7 manat təşkil edir. iddiaçının 01.01 2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7532,7 manat pensiya kapitalının sonuncu müayinəyə dair 2788003AAB3F nömrəli arayışa əsasən əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixə indeksləşdirilmiş məbləği 21277,77 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir: 7532,7 +8,3% +16,7% +20,8%+1.5%+5,7%+7.9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+3%+2,6%+16,6=21277, 77 manat. Əlavə olaraq bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində 8628.95 manat pensiya kapitalı qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 01 nömrəli arayışda göstərilir ki, Verilir İddiaçı ondan ötəri ki,o həqiqətən "Təhsil" RİM 1 nömrəli Respublika İxtisaslaşdırılmış X3-Gənclər idman Məktəbinin cüdo bölməsində məşqçi müəllim vəzifəsində işləyib və onun xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixə və xx.xx-2009-cu ildən xx.xx.2013-cü il tarixədək əmək haqqı aşağıdakı kimi olmuşdur: 2011-ci ildə əmək haqqı sentyabr, oktyabr, noyabr, dekabr aylarında təqdim edilmişdir. 2002-ci ildə əmək haqqı yanvar- avqust aylarında təqdim edilmişdir. 2009-cu ildə əmək haqqı aprel- dekabr aylarında təqdim edilmişdir. 2010, 2011, 2012-ci illər üzrə əmək haqqı bütün aylarda təqdim edilmişdir. 2013-ci ildə əmək haqqı yanvar- avqust aylarında təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı Bakı şəhəri, Nizami rayonu Şirin Mirzəyev küçəsində yaşayan İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********5 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyiniz xx.xx.1976-ci il tarixli, xx.xx.2003-cü il tarixli № ******* saylı əmək kitabçanıza əsasən sizin tələb olunan 18 il 24 gün sığorta stajınızın olmasına baxmayararaq fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız (22020,81 manat) əmək pensiyasının minimum, (27600 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -4.3.1-ci bəndinə görə əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir: -4.3.2-ci bəndinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. -4.3.3-cü bəndinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərt əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı hesablanmaqla 5 ildən az olmamaq şərtilə ümumi sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində pensiya təminatına imkan verən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalının qeydə alınmasıdır. Hazırkı iş üzrə iddiaçı xx.xx.2020-ci il tarixdən müddətsiz İİİ dərəcə əlildir. İddiaçıya tələb olunan sığorta stajına gəlincə isə adıçəkilən Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq xx.xx.1959-cu il təvəllüdlü olmaqla əlillik təyin olunduğu vaxt 61 yaşı olmuşdur. 61 yaşlı sığortaolunan üçün 15 il 04 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (61 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 46) x 4 ay = 184 ay/12 =15,33 olmaqla 15 il 4 ay) sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçının hərbi bileti, əmək kitabçasındakı qeydlər nəzərə alındıqda iddiaçının əlillik dərəcəsi təyin olunduğu xx.xx.2020-ci il tarixə qanunla tələb olunan 15 il 04 aydan çox ümumi iş stajını topladığı təsdiq olunur. Cavabdeh iddiaçının tələb olunan ümumi iş stajına malik olduğunu mübahisələndirmir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehin iddiaçıya əlilliyə görə əmək pensiyası təyinatından imtina üçün gətirdiyi əsas dəlil onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiya təminatına imkan verməməsidir. Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyini üçün ümumilikdə 27600 manat tələb olunduğu halda iddiaçının xx.xx.2020-ci il tarixə ümumilikdə 22020,81 manat pensiya kapitalı vardır. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində 8628.95 manat pensiya kapitalı qeydə alınmışdır. Lakin cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək pensya kapitalını hesablayarkən onun xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda işlədiyi dövrlərin arxiv sənədləri ilə öz təsdiqini tapmadığını əsas götürərək xx.xx.2006-cı il tarixinədək 17 il 11 ay 11 gün əmək stajı olduğunu qəbul etmiş və həmin staja uyğun olaraq 13304,11 manat sığorta kapitalı hesablamışdır. Beləliklə, hazırkı işin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda işlədiyi dövrlərin yoxlanılmasıdır. Qeyd edilən dövrlərlə bağlı məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Bu baxımdan 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı iş üzrə iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur. Əmək kitabçasında 24-25-ci səhifələrində iddiaçının Kəpəz Kooperativinə xx.xx.1994-cü il tarixli 15 nömrəli əmrlə işə qəbul edildiyi, xx.xx.1994-cü ildə 21 nömrəli əmrlə işdən azad edildiyi barədə qeydlər göstərilmiş, həmin qeydlər direktorun imzası və müəssisəyə aid möhürlə təsdiq olunmuşdur. Eləcə də əmək kitabçasının 26-27-ci səhifəsində xx.xx.1994-cü ildə 06 nömrəli əmrlə Natiq idman klubuna məşqçi-müəllim təyin edildiyi, xx.xx.1998-ci il tarixli 11 nömrəli əmrlə işdən azad edildiyi barədə qeydlər edilmiş, həmin qeydlər direktor S.Məmmədovun imzası və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Təqdim edilmiş ******* nömrəli əmək kitabçasının 2-3-cü səhifələrində iddiaçının xx.xx.2003-cü ildə 19 nömrəli əmrlə Natiq idman klubuna məşqçi müəllim təyin edildiyi, xx.xx.2005-ci il tarixli 22 nömrəli əmrlə işdən azad edildiyi barədə qeydlər edilmiş, həmin qeydlər sədr C.Nuriyevin imzası və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Hər iki əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliliyinə şübhə ediləcək hallara rast gəlinməmişdir. Cavabdeh orqan istinad etdiyi imtinanın əsasını təşkil edən Natiq idamn klubu və Kəpəz Kooperativində olan əmək fəaliyyəti dövrünün nəzərə almamasını əsaslandıra bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına aid edilməklə ona pensiya təyin edilməsi vəzifəsi ilk növbədə cavabdehin üzərinə qoyulmalıdır. Bununla yanaşı məhkəmə icraatı gedişində iddiaçının mübahisələndirilən Kəpəz Kooperativi və Natiq idman klubunun fəaliyyəti ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, sorğulara cavab olaraq Kəpəz Kooperativi adı altında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatına alındığı, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Kəpəz” kooperativi adı ilə 6 statistik vahidin qeydiyyatına dair məlumatın olduğu müəyyən olunsa da iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi “Kəpəz” kooperativinin VÖEN-i barədə məlumat olmadığı üçün həmin müəssisənin konkret hansı müəssisə olduğu və həmin müəssisənin fəaliyyəti, qeydiyyat məlumatlarını aşkar etmək mümkün olmamışdır. Eyni zamanda xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubu adlı hüquqi şəxsin hüquqi şəxslərin dövlət qeydiyyatında qeydiyyatı barədə məlumat aşkar olunmasa da, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Natiq” İdman Klubunun 12 fevral 1997-ci il tarixində qeydiyyata alındığı və ən əsası "Natiq" İdman Klubunun xx.xx.1996-ci il tarixdə 845 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığını müəyyən etmək mümkün olmuşdur. Məhkəmə qeyd edilən hər iki müəssisədə iddiaçının işləməsi barədə əmək kitabçasında qeydlərin olduğunu, həmin qeydlərin mötəbərliliyinə ən azından əmək kitabçasının tərtib edilmə qaydası, əmrlərin tarixi, səlahiyyətli şəxslərin imzaları, möhür əkslərinin mötəbərliliyinə şübhə yaradacaq hər hansı halın aşkar olunmadığını nəzərə alaraq qeyd edilən dövrlərin ümumi iş stajına daxil edilməsini və həmin dövlərin onun pensiya kapitalının hesablanmasında nəzərə alınmasını əsaslı hesab edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi “Natiq” İdman Klubunun ilk dəfə xx.xx.1996-ci il tarixdə 845 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığını nəzərə alaraq hesab edir ki, iddiaçının həmin müəssisədə əmək fəaliyyəti dövrü xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək deyil, xx.xx.1996-cı ildən xx.xx.1998-ci il tarixədək və sonrakı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr isə mübahisəsiz iddiaçının ümumi iş stajında nəzərə alınmalıdır. Hazırkı məhkəmə məhkəmə araşdırması ilə cavabdehin mübahisələndirdiyi hər iki müəssisədə olan əmək fəaliyyəti dövrlərindən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda olan dövrlərin nəzərə alınmaqla pensiya kapitalının hesablanması ilə bağlı cavabdeh orqana müvafiq sorğu göndərmiş və sorğuya cavab olaraq cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunda xx.xx.2006-cı il tarixindək ümumi iş stajının 24 il 7 ay 12 gün olmaqla pensiya kapitalının 7532,7 manat (24 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 7,4 ay)=7532,7 manat) təşkil etdiyi, 7532,7 manat pensiya kapitalının xx.xx.2020-ci il tarixə indeksləşdirilmiş məbləğinin 21277,77 (7532,7 +8,3%+16,7% +20,8% +1.5% +5,7% +7.9% +1,1%+ 2,4% +1,4% +4% +12,4% +5,7%+3% +2,6% +16,6 = 21277,77 manat) manat təşkil etdiyi və əlavə olaraq iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində 8628.95 manat pensiya kapitalı qeydə alındığı nəzərə alındıqda iddiaçının xx.xx.2020-ci il tarixə ümumilikdə 29906.72 manat pensiya kapitalı toplandığı müəyəyn olunur. Beləliklə, iddiaçının əlillik təyin edildiyi tarixə yəni xx.xx.2020-ci il tarixə pennsiya təyinatı üçün 27600 manat pensiya kapitalı tələb olunduğu halda iddiaçının həmin tarixə 29906.72 manat pensiya kapitalı topladığı müəyyən olunur. Beləliklə, iddiaçı əlillik təyin olunduğu xx.xx.2020-ci il tarixə qanunla tələb olunan 15 il 04 aydan çox ümumi iş stajı toplamış, eləcə də həmin tarixə pensiya təminatı üçün tələb olunan 27600 manat pensiya kapitalından çox, yəni 29906.72 manat pensiya kapitalı topladığından iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər ödənilir. Cavabdehin iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-821/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-821/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver