Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8215/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik vəziyyətinin qiymətləndirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, anadangəlmə ixtioz xəstəsidir. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 3 saylı UDZD-də stasionar müalicə almış və daha sonra dispanser qeydiyyatına götürülmüşdür. xx.xx.2015-ci il tarizdə 2 saylı Uşaq Poliklinikasında müayinə keçmiş və uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. xx.xx.2017-ci il tarixdə müayinə keçmiş və TSEK-ə göndəriş verilmişdir. Müayinə zamanı “anadangəlmə İxtioz Q 80" diaqnozu təyin olunmuşdur. Daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Respublika X5də stasionar müalicə almışdır. xx.xx.2021-ci il tarixdə təkrarən Respublika Dəri-Zöhrəvi mərkəzində müayinədən keçmiş, ona “X4” diaqnou təyin olunmuşdur. Dəfələrlə müalicə alsa da, müalicələr heç bir effekt verməmişdir. Qeyd etmək istəyir ki, 2 saylı uşaq poliklinikasında və 3 saylı Uşaq DZD-də “Anadangəlmə İxtioz” diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. Bu vaxta qədər dəfələrlə qeydiyyatda olduğu 2 saylı uşaq poliklinikasında ambulator, 3 saylı UDZD-də ambulator və stasionar müalicələr almışdır. xx.xx.2017-ci il tarixində BŞDZD-də “Anadangəlmə İxtioz” diaqnozu ilə qeydiyyata alınmışdır. Qeyd edir ki, əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin, monun əlillik vəziyyətinin qiymətləndirilməsindən imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina məktubunda qeyd edilir ki, "Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əliliyin qiymətləndirilməsi Qaydası "na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Bildirirlər ki, əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (səbəb: Xəstəlik 2014-cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələr barədə məlumat qeyd edilməyib) səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Narazı qaldıqları təqdirdə, əyani müayinə məqsədilə qeydiyyat üzrə xidmət göstərən 3 nömrəli Tibbi-Sosial Ekspert komissiyasına müraciət edə bilər. Müayinəyə gəldiyi zaman keçirilmiş müayinələrinə dair bütün sənədləri özü ilə gətirməsi xahiş olunur. ” Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun xəstəliyi 2014-cü ildən başlanmamışdır. Təyin olunmuş diaqnozlardan göründüyü kimi, onun xəstəliyi anadan gəlmədir.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.X-xromosomu ilə əlaqəli ixtioz. Meyar: 2. İki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => 2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma,...” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2017-ci il tarixli elektron təyinatla baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.X-xromosomu ilə əlaqəli ixtioz. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiy...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli X5 xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Astiqmatizm, OU mürəkkəb miopik astiqmatizm Anadangəlmə ixtioz, Piodermiya,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 3.1.1 meyarlara əsasən xəstəlik tarixi az olduğu üçün" səbəbi ilə imtina verilmişdir. Bakı 1 nömrəli X5 xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.Piodermiya. . Astiqmatizm. OU mürəkkəb miopik astiqmatizm. Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri." səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Q80 Anadangəlmə ixtioz, Xəstəliyini anadangəlmə olduğunu qeyd edir.2 saylı uşaq poliklinikası və 3 saylı UDZD-də"Anadangəlmə ixtioz"diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014-ci ildən başlanmasına baxmayaraq, 2022ci ilə qədər aparılmış stasionar müalicələri barədə məlumat qeyd edilməyib." səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Q80.9 Dəqiqləşdirilməmiş anadangəlmə ixtioz, xəstə özünü anadangəlmə xəstə hesab edir.Dəfələrlə stasionar və ambulator müalicə alıb hec bir effekti olmur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014-cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014- cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İddiaçının sağlamlıq vəziyyətini əks etdirən sənədlər iş materiallarına əlavə edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli **********5 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrləi qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Əlillik vəziyyəti Bakı Baş Səhiyyə idarəsinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (səbəb: Xəstəlik 2014-cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib) səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Narazı qaldığı təqdirdə, əyani müayinə məqsədilə qeydiyyat üzrə xidmət göstərən 3 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edə bilər. Müayinəyə gəldiyi zaman keçirilmiş müayinələrinə dair bütün sənədləri özü ilə gətirməsi xahiş olunmuşdur.
10. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının TSEK müayinələri ilə bağlı bütün əlillik altsistemindən sənədlər məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin 2-1(112)-8215/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-4/2-28558/2023 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndiirlməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyekitv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş qərara əsasən, Bakı şəhər sakini xx.xx.1999-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün etdiyi müraciət əsasında 2 dəfə göndəriş rəsmiləşdirilmiş Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərində qiymətləndirilmiş ağırlaşmaları təsdiq edən stasionar müalicələr barəsində məlumatlar tapılmadığından “göndərişin natamam doldurulması” əsas gətirilərək Tibb müəssisəsinə geri qaytarılmışdır. Aldığı cavabdan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə iddiaçı Kamilli Faiq Müşfiq oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı İnzibati İcraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bu səbəbdən, İddiaçı DTSERA-da əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Müayinəyə gələrkən vətəndaş ixtioz xəstəliyindən əziyyət çəkdiyini, havalar soyuyanda həmən nahiyyələrdə olan dartınma hissindən şikayət etmiş bəzi tibbi sənədlər təqdim etmişdir. Təqdim etdiyi xx.xx.2014-22.11,2014-cü ilə aid 3 saylı Uşaq X5ə aid ekiprizdə diaqnoz “Anadangəlmə ixtioz” olmuş, prosesin diffuz xarakterli olduğu göstərilmişdir. Respublika Dəri Zöhrəvi Mərkəzinin xx.xx.2022xx.xx.2022-ci il tarixli epikrizində diaqnoz “Anadangəlməixtioz” (yayılmış forma) göstərilsə də prosesin xəstənin qolunda və ayaqlarında məhdud sahədə olduğu qeyd edilmişdir. Obyektiv müayinə zamanı hər 2 bazunun bayır səthində məhdud sahədə dəridən çox çətinlikə seçilən səthi quruluq və hər iki budun üst nahiyyəsinədn səthi kəpəklənməyə meyilli məhdud sahədə izlənilmişdir ki, bu nahiyələr nə remissiya nə də kəskinləşmə zamanı əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu törətməyə qadir deyildir. Vətəndaş görməsindən və gözlərindən heç bir şikayət bildirməmiş hər hansı müayinə sənədi təqdim etməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən Tibbi sosial ekspert komissiya tərəfindən qərara alınmışdır ki, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilsin.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası: Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
22. Hazırki işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.X-xromosomu ilə əlaqəli ixtioz. Meyar: 2. İki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => 2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma,...” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2017-ci il tarixli elektron təyinatla baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.X-xromosomu ilə əlaqəli ixtioz. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiy...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli X5 xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Astiqmatizm, OU mürəkkəb miopik astiqmatizm Anadangəlmə ixtioz, Piodermiya,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 3.1.1 meyarlara əsasən xəstəlik tarixi az olduğu üçün" səbəbi ilə imtina verilmişdir. Bakı 1 nömrəli X5 xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.Piodermiya. . Astiqmatizm. OU mürəkkəb miopik astiqmatizm. Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri." səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Q80 Anadangəlmə ixtioz, Xəstəliyini anadangəlmə olduğunu qeyd edir.2 saylı uşaq poliklinikası və 3 saylı UDZD-də"Anadangəlmə ixtioz"diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014-ci ildən başlanmasına baxmayaraq, 2022ci ilə qədər aparılmış stasionar müalicələri barədə məlumat qeyd edilməyib." səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Q80.9 Dəqiqləşdirilməmiş anadangəlmə ixtioz, xəstə özünü anadangəlmə xəstə hesab edir.Dəfələrlə stasionar və ambulator müalicə alıb hec bir effekti olmur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014-cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib.” səbəbi ilə imtina verilmişdir. İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014- cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib” olmuşdur. İddiaçının sağlamlıq vəziyyətinin obyektivliyinin hərtərəfli qiymətləndirilməsi məqsədilə cavabdeh tərəfindən əyani müayinə olunaraq əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi məqsədilə cavabdehə məhkəmə tərəfindən müddət təyin edilmiş və məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq iddiaçının əlillik vəziyyəti əyani müayinə olunmaqla yenidən qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
23. Göründüyü kimi, anamnestik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən iddiaçıda mövcud olan diaqnozun əlillik əlaməti təyin etməməsi müəyyən edilmişdir. Belə olan təqdirdə, onun hazırki iddiası əsassız hesab edilməklə təmin edilməməlidir.
24. Məhkəmə eləcə də, qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya əlillik dərəcəsinin təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
25. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
26. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
27. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
28. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
30. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
31. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
33. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva