Məhkəmə qərarları › İş №2-1(112)-822/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-822/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-822/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi ilə, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “bağ sahəsinə dair çıxarışın və plan ölçüsünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Sabunçu rayonu Ləhiş ərazisindəki 2035B nömrəli bağ sahəsinə dair plan-ölçüsünün verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-4051/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qərardadı ilə X8 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki, 2035b nömrəli bağ sahəsinə dair bölgü sxeminin, plan ölçüsünün və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin sərəncamı ilə “Müharibə Veteranları haqqında” Qanuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının bağ sahəsinin ayrılması barədə 10 noyabr 2005-ci il tarixli 289 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən ona Sabunçu rayonu, Ləhiş bağları ərazisində 2035B nömrəli bağın 0,12 ha (25m x 48m) istifadəyə verilməsi haqqında, 36449 saylı Müqavilə 06 fevral 2006-cı il tarixində rəsmi qaydada təqdim edilmişdir. 2035В nömrəli torpaq sahəsinin planı və ölçüsünün verilməsinə köməklik edilməsinə dair 21.02.2020-ci il tarixində müraciət etmişdir. Əlavə olaraq 02.03.2020-ci il tarixli, **********51 saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab sənədində 06.02.2006-cı il tarixli, 36449 saylı Müqavilə idarənin arxivində mövcuddur, lakin torpaq sahəsinin plan-ölçüsü sənədi aşkar olunmaması göstərilmişdir. Ona təqdim olunmuş digər sənədlərdə də cavab sənədində yoxlama-ölçü işlərinin aparılması və ərizənin icrası mümkün olunmaması göstərilmişdir. Məhkəmə qaydasında həll edilməsi bildirilmişdir. Buna səbəb isə ona qanuni yolla verilmiş torpaq sahəsinin digər şəxs tərəfindən tutulmasıdır. Həmin sahə X6 üçün ayrılmış Dövlət Mülkiyyəti torpağıdır. X3 torpaq sahəsi ona ayrıldığı gündən 06 fevral 2006-cı il tarixindən hər dəfə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh şəxslər torpaq sahəsinin plan-ölçüsü, bölgü sxeminin ona təqdim edilməsinə təşəbbüs göstərməmişdir. Hər dəfə etdiyi müraciətlər nəticəsiz qalırdı. Həmin torpaq sahəsini ölçüb ona təqdim edən mühəndislər fərqli cavablar verirmişlər. X2 ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə birləşdirilməsindən sonra da o, dəfələrlə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 2035B nömrəli bağ haqqında rəsmi qaydada müraciət edirmiş. X10 Əliyevin Sərəncamı əsasında X1 üçün qanuni yolla torpaq sahəsinin verildiyini söyləmişdir. Təəssüf ki, cavabdeh tərəflər Sərəncamı nəzərə almamış və mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilə edərək maneə olmuşlar. 2035B nömrəli torpaq sahəsinin plan-ölçüsü və sxeminin ona verilməməsi, ona ayrılmış torpaq sahəsinin digər şəxsə verilməsində qanunsuzluğa yol vermiş Maştağa Bələdiyyəsinin və Bakı şəhər Ərazi İdarəsinin bəzi məsul şəxslərinin iş fəaliyyətinin mənfi nəticəsidir. Odur ki, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclası 06 iyul 2021-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə 3-cü şəxsə bildiriş göndərilmiş, lakin 3-cü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün sayılıraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, qeyd olunan iddia ərizəsinin mümkün sayılmamasını xahiş etmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2-1(82)-231/2019 saylı qərarı ilə (hakim: X.X.İmanov) iddiaçının 06.02.2006-cı il tarixli müqavilə əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının iddia etdiyi sahənin 06.02.2006-cı il tarixli, 36449 nömrəli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğu müəyyənləşdirmək mümkün olmadığı səbəbindən rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2-1(103)-1475/2019 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2019-cu il tarixli 2-1(82)-231/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli 2-1(102)-35/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1475/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 06 fevral 2006-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar ərazisində 36449 nömrəli müqaviləyə əsasən ayrılmış 2035B saylı, 0,12 ha bağ torpaq sahəsinin planı və ölçüsünün işlənib hazırlanmasının cavabdehin üzərinə bir vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3191/2013 saylı 19 dekabr 2013-cü il tarixli (hakim: X.X.İmanov) qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi eyni tərəflər arasında eyni tələb üzrə qanuni qüvvəsini almış qərar və qəradadın olmasını nəzərə alaraq hazırki iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 06 fevral 2006-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar ərazisində 36449 nömrəli müqaviləyə əsasən ayrılmış 2035B saylı, 0,12 ha bağ torpaq sahəsinin planı və ölçüsünün işlənib hazırlanmasının cavabdehin üzərinə bir vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3191/2013 saylı 19 dekabr 2013-cü il tarixli (hakim: X.X.İmanov) qərardadı ilə cavabdeh orqanın belə bir səlahiyyətə (plan-cizginin verilməsi) malik olmaması əsası ilə iddia mümkün sayılmamışdır. Daha sonra İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini göstərmişdir. Həmin iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-231/2019 saylı 14 mart 2019-cu il tarixli qərarı ilə İddiaçı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2- 1(103)-1475/2019 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2019-cu il tarixli 2-1(82)-231/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli 2-1(102)-35/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1475/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş baxarkən məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışdılar ki, iddiaçının 06.02.2006-cı il tarixli müqavilə əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının iddia etdiyi sahənin 06.02.2006-cı il tarixli, 36449 nömrəli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğu müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə işin mübahisəsiz halıdır ki, iddia olunan torpaq sahəsi hazıda iddiaçının sahibliyində və istifadəsində deyil. Həmin sahədə bağ evi inşa etmiş X8 ilə iddiaçı arasında olan mülki mübahisə kifayət qədər sübutların olmaması əsası ilə iddiaçının xeyrinə həll edilməmişdir. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar ərazisində 36449 nömrəli müqaviləyə əsasən ayrılmış 2035B saylı, 0,12 ha bağ torpaq sahəsinə dair qaldırılmış iddia ilə bağlı məhkəmə qərarı olmuş, həmin qarardan verilmiş apelyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti təmin edilməmiş və həmin məhkəmə qərarları qanuni qüvvəsini almışdır. İddiaçı isə hazırda da eyni tərəfə qarşı eyni tələblə iddia qaldırmışdır. Məhkəmə iclaslarında iddiaçı verdiyi izahatlarında əsasın bir qədər dəyişdiyini qeyd edərək, tələbinə mahiyyəti üzrə araşdırma aparılaraq baxılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, faktiki olaraq qeyd edilən torpaq sahəsindən istifadə etməsə də, həmin torpaq sahəsinin X4 ayrılmasına dair bələdiyyə qərarı ləğv edilmişdir. Məhkəmə isə diqqətə çatdırır ki, əvvəlki tələb üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.01.2020-ci il tarixli qərarında qeyd edilir ki, “iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının iddia etdiyi sahənin 06.02.2006-cı il tarixli, 36449 nömrəli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün olmamışdır.” Hazırki halda 3-cü şəxs X4 torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı ləğv olunsa da, tələb üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.01.2020-ci il tarixli Qərarında qeyd edilən hal aradan qalxmamış, nəticə olaraq iddiaçı eyni əsasla, eyni predmetlə eyni tərəflər arasında baxılmış iddia ilə yenidən məhkəmədə iddia qaldırmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında sözügedən bağ sahəsinə dair çıxarışın verilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, məhkəmə qərarı qəbul edilmiş, iddiaçının iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibati-prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar