Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-822/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil ) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehdən “Kaspiyets- 2”kooperativində yerləşən iddiaçıya məxsus olan ümumi səhəsi 31,10 kv.m –dən ibarət 29 nömrəli qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə cavabdehdən 9330 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 01 avqust 1986-ci il tarixli, 12/829 saylı 4 aprel 1987-ci il 11/197 saylı və 25 sentyabr 1991-ci il tarixli 13/607 saylı qərarı ilə X4 zabitlərinə məxsus avtomobillər üçün qarajların tikilməsi məqsədi ilə Bakı şəhərinin 26 Bakı Komissarları rayonunda 29-cu kvartalda, X3 (KVM) ilə X8 arasında olan dənizkənarı qumlar sahəsində , indiki Səbail rayonunun F.Mehdiyev küçəsində müvafiq torpaq sahələri ayrılmışdır. Ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması üçün 15 may 1987-ci ildə 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 98/9075 saylı qərarı ilə “Kaspiyets-1”, sonradan “Kaspiyets-2” və “Kaspiyets-3” kooperativləri təsis edilmişdir. 26 Bakı Komissarı adına rayon X7 İcraiyyə Komitəsinin 23.09.1987-ci il tarixli, 11/938 nömrəli və sonrakı müvafiq qərarları ilə kooperativin üzvlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda iddiaçının adı, yaşadığı ünvan, məxsus olan nəqliyyat vasitəsinin markası və nömrəsi qeyd edilmişdir. Qarajlardan biri, ümumi sahəsi 31,10 kv metr olan, 29 saylı qaraj iddiaçıya məxsus olmuşdur. Bakı şəhər İcra hakimiyyəti Başçısının 31.10.2008-ci il tarixli 580 nömrəli sərəncamına əsasən Səbail rayonu, F.Mehdiyev küçəsində yerləşən qarajlar və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd edilən ərazidə yerləşən qarajların sökülməsi nəticəsində iddiaçıya ən azı 9330 manat dəyərində ziyan dəymişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdehin təqdim etdiyi iddia tələbinə etirazında göstərilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 01.08.1986ci il tarixli, 12/829 nömrəli , 04.04.1987-ci il tarixli , 11/197 nömrəli və 25.09.1991-ci il tarixli,13/607 JVS nömrəli qərarları ilə X4 zabitlərinə məxsus avtomobillər üçün kooperativ qarajların tikilməsindən ötrü, Bakı şəhərinin 26 Bakı Komissarı rayonunda 29-cu kvartalda, X3 ilə X8 arasında torpaq sahəsi ayrılmış və həmin ərazidə Kaspiyets-1 kooperativi üzrə 29 ədəd, Kaspiyets-2 kooperativi üzrə 70 ədəd və Kaspiyets-3 kooperativi üzrə 20 ədəd avtomobil qarajı inşa olunmuşdur. Hər üç kooperativ üzrə üzvlərin bir hissəsinin kooperativdən çıxmaları və özlərinə məxsus qarajları başqalarına satmaları ilə əlaqədar olaraq siyahılar bir neçə dəfə dəyişdirilmiş və bu hal (müvafiq qaydada ) kooperativ üzvlərinin protokolları ilə rəsmiləşdirilmişdir. Bakı şəhərində X5 yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 17.11.2007-ci il tarixli,2504 saylı sərəncamının icrası ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 31.10.2008-ci il tarixli 580 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla ünvan 1 ünvanında ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, Mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail RİH-nə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir qərar qəbul edilməmişdir. İddia predmeti olan qaraj kooperativlərinə məxsus torpaq sahələri dövlətin ehtiyat fondu torpaqlarına aid olduğundan verilmiş iddianın heç bir hüquqi əsası yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Bakı şəhəri İcra Hakimiyyəti məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinın çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhər X7 İcraiyyə Komitəsinin 24 aprel 1987-ci il tarixli, 11/197 saylı qərarına əsasən X6 müraciəti təmin olunaraq zabit heyəti üçün 26 Bakı Komissarı adına rayonda kooperativ qarajların tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bakı şəhər X7 İcraiyyə Komitəsinin 22 may 1987-ci il tarixli, 99/9080 saylı qərarına əsasən Xəzər qəmiçiliyinin zabitlərinə məxsus avtomobillər üçün qarajların tikilməsi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüququ şəxslərinin Dövlət reyestrindən Çıxarışa əsasən, “Kaspiyets-2”qaraj kooperativi 22 may 1987-ci il tarixdə qeydiyyata alınmış, kooperativin təsisçiləri və nizamnamə kapitalında mayalarının miqdarı: İddiaçı- 1 pay. “Kaspiyets-2” QTK-nin təsdiq etdiyi 29 nömrəli qarajın planına əsasən, qarajın ümumi sahəsi 31,10 kv metr təşkil edir. Beləliklə, iş materiallarına əsasən məhkəmə müəyyən etdi ki, iddiaçı “Kaspiyets-2” qaraj tikinti kooperativin üzvü olmaqla, 29 sayılı qarajın sahibi və istifadəçisidir. Həmin qaraj söküldüyü üçün ona dəymiş zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb etmiş, lakin cavabdeh iddiaçıya vurduğu zərərin ödənilməsindən imtina edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçıya məxsus qarajın sökülməsinə görə kompensasiyanın ödənilməsindən cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətindən məhrum olmasıcavabdeh inzibati orqanının qanunsuz hərəkətləri nətcəsində baş vermiş, bununla da iddiaçıya zərər dəymişdir və bu zərər cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(maddə21.1).Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 210-cu maddəsinə əsasən, mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının qanuni əsaslarla istifadə hüququna malik olduğu qaraj söküldüyündən ona 9330 manat satınalma qiyməti hesabı ilə kompensasiyanın ödənilməsi ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.09.2012ci il tarixli qərarına əsasən, iddiaçılar X2 və qeyrilərinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Kaspiyets”qaraj kooperativi tərəfindən onlara verilmiş qarajların sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə iddia tələbinə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 30.12.2011-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi Bakı şəhəri, Səbail rayonu,F.Mehdiyev küçəsində mövcud olmuş qarajların qiymətləndirmə rəyinə əsasən həmin qarajların hər kv metrinin bazar dəyəri 300 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən səbəbdən ekspertiza keçirilmədən iddiaçıya məxsus qarajın hər kv metrinə görə 300 manat pul kompensasiya ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1.-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur;(13.2.) inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin iddiaçıya məxsus qarajın sökülməsi nəticəsində vurulmuş zərərin ödənilməsindən imtinası inzibati praktikaya uyğun olmamaqla, qanunvericiliyinin normalarına zidd olmuşdur. Azərbaycan Respublikasının İPM-in Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Kaspiyets-2” kooperativində yerləşən İddiaçı məxsus olan qarajın sökülməsi nəticəsində 9330 manat məbləğində vurulan ziyanın əvəzi cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "Kaspiyets-2” kooperativində yerləşən İddiaçı məxsus olan qarajın sökülməsi nəticəsində iddiaçının xeyrinə 9330 manat məbləğində vurulan ziyanın əvəzi cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-822/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-822/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver