Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-822/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Texniki Universitetinə qarşı “əmrin ləğvi və bərpa olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Texniki Universitetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrini qanunsuz sayılmaqla İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddianın dəqiqləşdirilməsi barədə təkrar ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrini ləğv etməklə İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6862/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı Əmr ləğv edilməsi, İddiaçı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3905/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6862/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3905/2023 saylı qərardadında bildirilmişdir ki, iddiaçının mübahisələndirdiyi İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli hər hansı əmr mövcud olmamış, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-6862/2023 saylı qərarı ilə həmin əmrin ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarında mübahisələndirilən əmrin tarixi düzgün göstərilməmiş, əmrin məzmununun nədən ibarət olması açıqlanmamış, iddiaçının tələbi də qeyri-müəyyən olmuşdur. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmə iclası 23 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron qaydada məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin İddiaçı Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrini ləğv etməklə iddiaçının Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BDU-nun Biologiya faktüləsinin Elmi Şurasının 19 dekabr 2016-cı il tarixli 03 saylı protokoluna əsasən mikrobologiya ixtisası üzrə 2414,01. fəlsəfə doktoru elmi adını almaq üçün kafedranın qiyabi doktorant kimi qəbul edilmiş və bu barədə müvafiq mövzu təqdim edilmişdir. Lakin sonradan 2018-2019cu il tarixli tədris ilinin attestasiyadan keçmədiyinə, fakültə ilə əlaqə saxlamadığına və təhsil haqqı borcunu ödəmədiyinə görə xx.xx.2019-cu il tarixində univeristet doktorantları siyahısından xaric edilmişdir. Lakin sonradan iddiaçı müvafiq olaraq, doktorantura üzrə təhsilini davam etdirmək üçün müraciət etəsə də, müsbət cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3.30-cu bəndində göstərilmişdir ki, doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. Göründüyü kimi həmin qaydalara əsasən attestasiyadan keçməmək şəxsin oxuduğu doktorantura ixtisasından xaric edilmə əsası kimi çıxış etmir, onun növbəti tədris ilində təhsilini davam etdiribetdirməməsinə əsas ola bilər. X1 doktorontlar siyahısından xaric edilməsi ilə bağlı göstərilən əsaslar tam qanunsuzdur və belə bir əsasların hüquqi qaydaları mövcud deyildir. Bununla bağlı iddiaçı aiddiyyəti üzrə Təhsil Nazirliyinə müraciət etmiş, ordan alınan cavabda bildirilmişdir ki, doktoranturaya qəbul və orada təhsil adını qeyd etdiyimiz qaydalar əsasında tənzimlənir və təhsil haqqının ödənilməsi məsələsi müvafiq müqavilə ilə tənzimlənir. Lakin iddiaçı hesab edir ki, hüquqları kobud şəkildə pozulmaqla təhsil hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin yazılı münasibət təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddianın dəqiqləşdirilməsinə dair sonuncu ərizəyə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı onun üçün əlverişsiz hüquqi nəticələr yaradan inzibati aktın ləğv edilməsi və həmin inzibati aktın icra olunması nəticəsində hasil olmuş nəticələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş edir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi müəyyən olunmur, eləcə də əmrdə həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri əks olunmamışdır. İddiaçı həmin qərar barədə növbəti tədris ilində təhsilini davam etdirmək üçün Universitetə (Bakıya) gəldikdə məlumatlı olduğunu bildirir. İddiaçının qeyd edilən dəlillərini təkzib edən hal müəyyən olunmur. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı Dövlət Universitetinin 2016/2017-ci tədris ilində xarici vətəndaşın BDU-nun doktoranturasına qəbulu haqqında xx.xx.2016-ci il tarixli, 3/1216 saylı Əmrinə əsasən, İddiaçı – Türkiyə vətəndaşı, Biologiya fakültəsinə 2414.01 “Mikrobiologiya” ixtisaslaşması üzrə (a/b) ödənişli əsaslarla müqavilə yolu ilə (cari il üçün bir illik təhsil haqqı 1.200 ABŞ dolları) qiyabi doktorant qəbul edilmişdir. -Bakı Dövlət Universitetinin doktorantların dissertasiya mövzularının təsdiqi və elmi rəhbərin təyini haqqında xx.xx.2017-ci il tarixli, 3/625 saylı əmrinə əsasən, İddiaçı – Türkiyə vətəndaşı, xx.xx.2016-cı ildən Biologiya fakültəsi, “Mikrobiologiya” kafedrasının müqavilə yolu ilə əyani doktorantının 2414.01-“Mikrobiologiya” ixtisası üzrə “Azərbaycan torpaqlarından ayrılmış Aspergillus və Penicillium cinsli göbələklərin pektolitik aktivliyi” adlı dissertasiya mövzusu təsdiq edilmişdir. -Bakı Dövlət Universitetinin doktorantın müvafiq kursdan-kursa keçirilmələri haqqında xx.xx.2018-ci il tarixli, 3/272 saylı Əmrinə əsasən, 2017/2018-ci tədris ilində universitetdə təhsil alan, əcnəbi doktorant İddiaçı fakültə Elmi Şurasının qərarı ilə attestasiyadan keçdiyinə görə kursdan-kursa keçirilmiş hesab edilmişdir. -Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli 3/1236 saylı Əmrində qeyd olunmuşdur ki, İddiaçı - xx.xx.2016-ci il tarixli 3/1216 nömrəli əmr ilə xx.xx.2016-cı il tarixdən Biologiya fakültəsinə 2414.01 – “Mikrobiologiya” ixtisası üzrə (a/b) ödənişli əsaslarla qəbul olunmuş qiyabi doktorant. Türkiyə Respublikası vətəndaşı 2018-2019-cu tədris ilində attestasiyadan keçmədiyinə, fakültə ilə əlaqə saxlamadığına və təhsil haqqı borcunu ödəmədiyinə görə xx.xx.2019-cu il tarixindən universitet doktorantları sırasından xaric olunsun. Təhsil haqqı borcunu ödədikdən sonra sənədlərini geri götürməyə icazə verilsin. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan məktubda qeyd olunmuşdur ki, doktoranturaya qəbul və doktoranturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2010cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 3.30-cu bəndinə əsasən doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. Eyni zamanda bildiririk ki, təhsil haqqının ödənilməsi məsələləri doktorantlarla müvafiq ali təhsiİ müəssisələri və elmi müəssisələr arasında bağlanmış müqavilə ilə tənzimlənir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, İddiaçı 2016-2017-ci tədris ilində Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə əyani şöbəsinə qəbul olmuş, fakültə Elmi Şurasının qərarı ilə (BDU üzrə 3/272 saylı, xx.xx.2018-ci il tarixli əmr) İ kursdan - İİ kursa keçmiş hesab edilmiş, 2018-2019-cu il tarixli tədris ilində attestasiyadan keçmədiyinə görə cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsi tərəfindən universitent doktorantları siyahısından xaric edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -2.1.Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -1.0.12. doktorant - doktoranturada təhsil alan şəxs;. -1.0.18. fəlsəfə doktoru - elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə; -5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. -17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.5.3. doktorantura (adyunktura). -22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. -22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: -22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura). -22.8. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. -22.9. Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir. -22.11. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 22.12. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. -22.13. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmalı dövlət sənədi – diplom verilir. -22.14. Ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi və elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına, elmi müəssisə və təşkilatlara dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul 129 nömrəli Qərarının: -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında yüksək səviyyəli elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada aparılır və elmi tədqiqatlar aparılır. dərəcələrin (elm sahələri idarə etməklə, fəlsəfə doktoru və elmlər doktoru) təhsili ilə başa çatır. -1.7-ci bəndinə əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. -3.30-cu bəndinə əsasən doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlar tərəfindən attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın sınaq müddəti ali təhsil müəssisəsi , elmi müəssisə və təşkilatların rəhbərləri ilə müəyyən edilir. Doktorantın tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticələrinə əsasən müəyyən edilir. -3.32-ci bəndinə əsasən, doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər “Fəlsəfə doktoru” elmi alət almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün zəruridir. -7.1-ci bəndinə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.12-ci maddəsinə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. -7.5-ci bəndinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturaya qəbulu və təhsili istinad olunan Qaydalara və qüvvədə olan müvafiq qanunvericiliyə uyğun aparılır. Yuxarıda istinad olunan AR Nazirlər Kabinetinin müvafiq maddəsinin məzmunundan göründüyü kimi, attestasiyanın nəticəsi doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsinə təsir etsə də, ali təhsil müəssisələrinə doktorantın xaric edilməsi üçün səlahiyyət vermir. Qeyd edilən halda (attestasiyanın müsbət nəticəsi olmadıqda) doktorant yalnız növbəti tədris ilində təhsilini davam etdirmək hüququnu itirir. Göstərilənlərə əsasən, iddiaçının doktorantlar siyahısından xaric edilməsi barədə əmr verilən zaman inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi əsas olmamışdır. Ona görə də, cavabdehin əmri yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmri ləğv edilməli və İddiaçı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmr ləğv edilsin. İddiaçı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-822/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-822/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver