Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8224/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızı, X3 kаtibliyi, İddiaçı, tərcüməçi X4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası qanunlarını, Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin 45.0.5-ci maddələrini nəzərə alaraq cavabdehə təqdim edilən sənədlər əsasında iddiaçıya müvəqqəti qalma icazəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası qanunlarını nəzərə alaraq cavabdehə təqdim edilən sənədlər əsasında iddiaçıya müvəqqəti qalma icazəsinin verilməsini, cavabdehin Asan 5 mərkəzində olan əməkdaşları tərəfindən hansı səbəbdən sənədlərin qəbul edilməməsinin açıqlanmasını və həmin qanunsuzluğu edən əməkdaşlar barəsində görülən tədbirlər haqqında məlumatın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçıya müvəqqəti qalma icazəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, qanunvericiliyin müvafiq qaydasına görə ailə üzvünün, yəni yetkinlik yaşına çatmamış məktəbli oğlunun müvəqqəti yaşamaq hüququ olduğundan daimi onunla olub himayə etmək məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə müvəqqəti yaşamaq hüququ icazəsi üçün müraciət etməyə cəhd etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində ASAN 5 mərkəzində sənədlərini təqdim etməyə çalışmış, lakin vətəndaşların müraciəti haqqında qanuna baxmayaraq sənədlərini qanunsuz olaraq qəbul etməmişdilər. Miqrasiya haqqında qanunvericilikdə qeyri-dəqiq izahlara əsasən, Miqrasiya Xidmətinin əməkdaşları süni olaraq aidiyyəti olmayan səbəblər gətirərək sənədlərini qəbul etməmişdilər. İddiaçı tərəfindən poçt vasitəsi ilə sənədləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı cavabdehin hərəkətsizliyini əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək xx.xx.2025-ci il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Əcnəbi iddia ərizəsində qeyd etdiyi kimi Azərbaycan Respublikası ərazisində təhsil alan yetkinlik yaşına çatmayan övladını əsası göstərərək müvəqqəti yaşama icazəsi almaq istədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar sadalanmışdır. İddiaçının isə ölkə ərazisində müvəqqəti yaşamaq üçün təqdim etdiyi əsas yuxarıda qeyd edilən maddənin müddəalarında öz əksini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının Dövlət Miqrasiya Xidmətinə ünvanladığı məktuba cavab olaraq, şəxsin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Miqrasiya xidmətləri” üzrə işçi yerlərinə müraciət etməsi tövsiyyə edilsə də, bu günədək rəsmi müraciəti qeydə alınmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü 4.Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aiadiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə (ASAN 5 mərkəzində olan “Miqrasiya xidmətləri” üzrə əməkdaşlara), daha sonra sənədləri rabitə orqanı vasitəsilə göndərməklə müraciət etmiş, lakin qaldırdığı müraciətinə baxılmadığından, cavabdeh inzibati orqanının hərəkətsizliyi nəticəsində hüquqları pozulduğundan məhkəməyə iddia vermişdir. 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 6.Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda yaşadığı evin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 9.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazını müdafiə edərək bildirmişdir ki, Miqrasiya Məcəlləsinin 45.1.5-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin Məcəllənin 3.0.11-ci maddəsində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvləri dedikdə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri başa düşülür. Lakin hazırkı vəziyyətdə qanun iddiaçı 18 yaşına çatmış və əmək qabiliyyəti olan şəxs olduğundan övladının onun ailə üzvü deyil yaxın qohumu olmasını bildirir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 10.Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. 11.İş materiallarında olan: 76 ******* nömrəli pasportdan görünür ki, X6 Federasiyasının vətəndaşıdır. MYİ ******* nömrəli “Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi”ndən görünür ki, Egor Egorovun xx.xx.2025-ci ilədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi vardır. Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbin 62 nömrəli, 17 mart 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, X5 həqiqətən Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbdə, 9 “e” sinfində təhsil alır;arayış Bakı İnzibati Məhkməsinə təqdim etmək üçün verilir. III. Məhkəmənin mövqeyi 12.Məhkəmə tərəflər arasında yaranmış mübahisə ilə bağlı aşağıdakıları bildirir. 13.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.3. yetkinlik yaşına çatmayan şəxs – 18 yaşı tamam olmayan şəxs; 3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.11. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvləri – əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri; 3.0.12. yaxın qohum – ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldız; 40.0. Bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır: 40.0.5. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda. 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; 45.1.2. ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda; 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda; 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda; 45.1.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; 45.1.4-1. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda; 45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; 45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda; 45.1.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;… 13.İşin faktiki hallarına əsasən, iddiaçı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti qalmağa dair icazə müddətinin uzadılması üçün müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı müvəqqəti qalma müddətinin uzadılmasının qanuni əsası kimi - onun övladı yetkinlik yaşına çatmamış E.S.Eqorovun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququna malik olması halını göstərmiş və Miqrasiya Məcəlləsinin 45.1.5-ci maddəsinə istinad etmişdir. İddiaçı hesab edir ki, yetkinlik yaşına çatmamış oğlu onun ailə üzvü olduğu kimi, o da, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ verən vəsiqəyə malik olan yetkinlik yaşına çatmamış oğlunun “ailə üzvü” sayılmalıdır. 14.Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən normativ hüquqi akt olmaqla xüsusilə bu hüquq sahəsinə xas olan prinsiplərə, anlayışların tərifinə, əsas təsisatlara əsaslanır . Miqrasiya Məcəlləsinin 3-cü maddəsində “əcnəbinin ailə üzvü” və “yaxın qohum” anlayışlarının tərifi verilmişdir. “Əcnəbinin ailə üzvü” - arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləridir. “Yaxın qohum”- ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldızdır; Göründüyü kimi, Azərbaycan Respublkasında müvəqqəti yaşamaq hüququna malik olan E.S.Eqorov yetkinlik yaşına çatmayan məktəblidir və Miqrasiya Məcəlləsinin müddəalarının mənasına görə ona münasibətdə onun anası iddiaçı X1 “ailə üzvü” kimi deyil, “yaxın qohum” statusunda müəyyən olunur. İddiaçının öz hüququnun müdafiəsi üçün istinad etdiyi Miqrasiya Məcəlləsinin 45.1.5-ci maddəsinə görə isə - “Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.”: 15.Qanunvericiliyin normaları ilə işin faktiki hallarının qarşılıqlı tədqiqi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının istinad etdiyi qanun norması əsasında onun Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsi tələbi əsassızdır. Belə olan halda, cavabdehin hərəkətsizliyi, yəni iddiaçının arzuladığı aktın verilməsi üçün sənədlərin qəbul edilməsindən imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilmir. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 18.Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiaçıya müvəqqəti qalma icazəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia tələbi rədd еdilməlidir. 19.Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. NƏTİCƏVİ HİSSƏ 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi rədd еdilsin. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2аkim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8224/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8224/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver