Məhkəmə qərarları › İş №2-1(112)-8229/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8229/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8229/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə 74622,24 manat mənfəət vergisinin hesablanmasına dair Bakı şəhəri LGBİ-nin xx.xx.2022-ci il tarixli, **********040700 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək İddiaçı MMC-yə 74622,24 manat mənfəət vergisinin hesablanmasına dair Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 may 2022-ci il tarixli, **********040700 nömrəli qərarının ləğv edilməsi, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ММС-yə hesablanmış 74622,24 manat mənfəət vergisinin əsassız hesab edilməsi və İddiaçı MMC-yə əsassız hesablanmış 74622,24 manat mənfəət vergisinin hesabdan silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə yenidən “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı MMC-yə 110513,84 manat məbləğində verginin hesablanmasına dair Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********402100 nömrəli qərarının ləğv edilməsi, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə hesablanmış 110513,84 manat məbləğində verginin əsassız hesab edilməsi və İddiaçı MMC-yə əsassız hesablanmış 110513,84 manat məbləğində verginin hesabdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə yenidən İPMnin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********402100 № li qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmişdir. 2021-ci il ərzində işlərin görülməsi və xidmətlərin göstərilməsindən İddiaçı MMC-nin hesabına 552569,20 manat vəsait daxil olmuşdur. Xərclər isə 552578,25 manat təşkil etmişdir. Bununla da 2021-ci ildə MMC 9,05 manat zərərlə işləmiş, mənfəət əldə etməmişdir. Lakin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 may 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-yə 74.622,24 manat mənfəət vergisi hesablanmışdır. Göstərilən vergi məbləğnin azaldılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş, Xidmətin 05 sentyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə 74622,24 manat mənfəət vergisinin hesablanmasına dair 16 may 2022-ci il tarixli qərarı əsassızdır. Buna görə də həmin qərar ləğv olunmalıdır. Belə ki, şərh olunduğu kimi 2021-ci il ərzində işlərin görülməsi və xidmətlərin görülməsindən İddiaçı MMC-nin hesabına 552569,20 manat vəsait daxil olmuşdur. Xərclər isə 552578,25 manat təşkil etmişdir. Bununla da 2021-ci ildə MMC 9,05 manat zərərlə işləmiş, mənfəət əldə etməmişdir. İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar, vergi orqanı tərəfindən əsassız olaraq əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və bunun nəticəsində əsassız olaraq İddiaçı MMC-yə 74622,24 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi, qanuna əsasən vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məcəlləsinin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir və xərclər çıxıldıqdan sonra qalan mənfəət vergitutma obyektidir. Şərh olunduğu kimi, 2021-ci il ərzində işlərin görülməsi və xidmətlərin görülməsindən İddiaçı MMC-nin hesabına 552569,20 manat vəsait daxil olmuşdur. Xərclər isə 552578,25 manat təşkil etmişdir. Bununla da 2021-ci ildə MMC 9,05 manat zərərlə işləmiş, mənfəət əldə etməmişdir. Daha sonra vergi orqanı tərəfindən 110513,84 manat vergi məbləği hesablanaraq “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********4002100 nömrəli qərar qəbul olunmuşdur. Beləliklə, cavabdeh orqan tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********4002100 nömrəli qərarla iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********040700 nömrəli qərar ləğv olunmuşdur. Yəni, iddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********040700 nömrəli qərar qüvvədə deyil və mübahiəsləndirilən 110513,84 manat məbləğində verginin hesablanmasının əsasını təşkil etmir. Odur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-nə 110513,84 manat mənfəət vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli qərarı əsassızdır. Buna görə də həmin qərar ləğv olunmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş **********876600 saylı, xx.xx.2023-cü il tarixli iddianın mümkün sayılmaması barədə vəsatətində göstərilmişdir ki, vergi ödəyicisində aparılmış kameral vergi yoxlaması nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 9,05 manat zərər məbləği azaldılmış, 74622,24 manat vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli **********040700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən 110513,84 manat vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********402100 nömrəli Qərar qəbul olunmuşdur. Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********402100 nömrəli Qərar iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********040700, nömrəli Qərarı ilə ləğv etmişdir. Yəni, iddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********040700 nömrəli Qərar hazırda qüvvədə deyil və mübahisələndirilən hesablamanın əsasını təşkil etmir. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Daha sonra cavabdeh inzibati orqan tərəfindən yenidən məhkəməyə təqdim olunmuş **********753000 saylı xx.xx.2023-cü il tarixli vəsatətdə göstərilmişdir ki, iddia tələbi mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən Baş idarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********040700 saylı qərarı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli, **********402100 saylı qərarı isə xx.xx.2023-cü il tarixdə oxunaraq qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı həmin qərarları xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla İPM-də nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçı "xxxx" MMC ilə vergi orqanı arasında xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin, o cümlədən, qərarların elektron şəkildə göndərilməsini nəzərdə tutan elektron sənəd mübadiləsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən tərəflər razılaşmışdır ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlər göndərildiyi gündən 3 iş günü keçdikdən sonra tərəfə çatdırılmış hesab edilir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Daha sonra cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş **********409400 №-li xx.xx.2023-cü il tarixli etirazda göstərilmişdir ki, 2021-ci il ərzində 552569,21 manat məbləğində satış əməliyyatı həyata keçirilmiş, o cümlədən həmin il elektron qaimə-faktura məlumatına əsasən 531588,28 manat məbləğində xərc göstəricisi olmuş, bunun 352130,28 manat hissəsi "X7" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********) və "xxxx" MMC-dən (VÖEN **********) əldə edildiyi müəyyən edilmişdir ki, həmin əməliyyatlar riskli (əmtəəsiz) əməliyyatlar kimi qiymətləndirilmişdir. Belə ki, Cəmiyyət tərəfindən 2021-ci il ərzində 531588,28 manat dəyərində elektron qaimə-fakturalar əldə etməsi, bundan 352130,25 manat hissəsində olan elektron qaimə - fakturaların (tikinti materialları, dəftərxana malları, məişət malları və s.) "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMCdən (VÖEN **********), "X7" MMC-dən (VÖEN **********) və "xxxx" MMC-dən (VÖEN **********) əldə etməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaiməfakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********643800 nömrəli, "xxxx" MMC-nin, "X7" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********239100 **********268500, **********271300 nömrəli qərarlar qəbul edilmişdir. Eyni zamanda, həmin ildə X2 (VÖEN **********) “Malların agentə (komisyonçuya) təqdim edilməsi” elektron qaimə-faktura adı altında 179458,0 manat məbləğində müxtəlif məbləğlərdə ödəmə kartları əldə edilmişdir ki, qeyd edilənlər mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində əks etdirilməməlidir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********577900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üzrə 110513,84 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********402100 nömrəli Qərar qəbul olunmuşdur. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirilmişdir ki, İddiaçı MMC-də keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********402100 nömrəli qərarla hesablanmış vergi Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********493800 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən xx.xx.2022-ci il tarixli **********971000 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş mübahisələndirilən (xx.xx.2023-cü il tarixli) inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.

İşin halları:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə VÖEN ********** qeydiyyat nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov, ev 34A, mənzil 45, qanuni təmsilçisi isə X6 Khalaf qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********971000 №-li xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı MMC-nin (VÖEN: **********, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 34A. Mənzil 45) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********493800 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsində müəyyən olunmuşdur ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin 2021-ci il ərzində "xxxx" MMC, "xxxx" MMC, “X7” MMC və "xxxx" MMC ilə aparılmış 352130,25 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həmçinin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannməsinin xərclər bölməsində “İcarəyə götürülmüş əsas vəsaitlərin təmir xərcləri” sətrində 20990,00 manat qeyd edilməsinə baxmayaraq, zəruri sənədlər vergi orqanına təqdim edilməməsi vergidənyayınma kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********745600 nömrəli və xx.xx.2022-ci il tarixli **********58300 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 9,05 manat zərər məbləği azaldılmış, 74622,24 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********040700 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İnzibati şikayətə baxılması nəticəsində: -İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********040700 nömrəli Qərarın dəyişdirilmədən saxlanılması; - İddiaçı MMC tərəfindən 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində riskli vergi ödəyicisi tərəfindən alınmış malların xərc kimi göstərilməsi hallarının araşdırılması üçün qanunamüvafiq tədbirlərin görülməsinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tapşırılması qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********402100 №-li, xx.xx.2023-cü il tarixli qərarla İddiaçı MMC 2021-ci il üzrə Mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 110513,84 manat; kameral yoxlama nəticəsində: - əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 110513,84 manat; - verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat; - zərərin məbləği: 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı 0,00 manat borcu yaranmışdır. Bu qərara əsasən **********040700, 20220516 saylı qərar ləğv edilmişdir. Qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” bölməsində göstərilmişdir ki, Cəmiyyət tərəfindən kassa metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində cəmiyyət tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat) cəmiyyət tərəfindən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (552569,20 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 552569,20 manat məbləğində bəyannamənin 1 №li Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 0,00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0,00 manat məbləğinin fərqi 0,00 manat məbləğin çıxılması nəticəsində yaranan 552569,20 manat məbləğdən 552569,20 manat əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır. Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********268500; **********239100 və **********271300 №li və xx.xx.2022-ci il tarixli **********643800 №li qərarları ilə müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "X7" MMC və “Life Time Services" MMC” riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/6240 №li xx.xx.2023-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlər nəzərə alınmaqla, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********402100 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-yə əlavə olaraq hesablanmış mənfəət vergisinin məbləğinin düzgün hesablanmaması müəyyən olunur. Həmçinin, Vergi Məcəlləsinin tələbləri əsas götürülməklə, eyni zamanda tədqiqata təqdim edilmiş mühasibat sənədlərinə əsasən "xxxx" MMC-nin 2021-ci il ərzində işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə etdiyi gəliri (hesabına daxil olmuş pul vəsaiti) 552569,20 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 531579,20 manat gəlir ilə gəlirdən çıxılan xərclər arasındakı fərq (mənfəət) 20.990,0 manat olmaqla, hesablanmalı olan mənfəət vergisinin məbləği 4198,0 manat (20990,0 x 20 %) müəyyən edildi.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Vergi Məcəlləsi. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 72. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda.

Məhkəmənin mövqeyi:

İş materiallarını araşdıraraq və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mübahisələndirilən qərardan görünür ki, iddiaçı cəmiyyətə 2021-ci il üzrə mənfəət vergisi üzrə əlavə vergilərin hesablanmasına səbəb elektron qaimə faktura əsasında satılmış 552569,20 manat dəyərində mallara müəssisənin çəkdiyi xərclər nəzərə alınmadan, birbaşa 20% tətbiq etməklə (552.569,20 x 20 %) mənfəət vergisinin hesablanması olmuşdur. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********402100 № li qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Vergi Məcəlləsinin 12-ci maddəsində vergilərin müəyyən edilməsinin əsas şərtləri göstərilmiş, həmçinin həmin Məcəllənin 104.1. və 105.1. maddələrində mənfəət vergisinin hesablanması ilə bağlı qaydalar öz əksini tapmışdır. Mənfəət vergisinin müəssisənin gəlirinə xərclər nəzərə alınmadan birbaşa 20% tətbiq etməklə hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, mənfəət vergisinin hesablanması ilə bağlı qaydalar VM-nin 104.1. və 105.1. maddələrində öz əksini tapmışdır ki, VM-nin həmin maddələrinin tələbləri əsas götürülməklə, eyni zamanda tədqiqata təqdim edilmiş mühasibat sənədlərinə əsasən iz üzrə rəy vermiş müahsibatlıq ekspertizası tərəfindən də İddiaçı MMC-nin 2021-ci il ərzində işlər görülməsindən və xidmətlər göstərilməsindən gəliri 552.569,20 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 531.579,20 manat, gəlirləri ilə gəlirdən çıxılan xərclər arasındakı fərq (mənfəət) 20.990,0 manat olmaqla, hesablanmalı olan mənfəət vergisinin məbləği 4.198,0 manat (20.990,0 x 20%) müəyyən edilmişdir. Bundan başqa iş materiallarında olan, vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli etirazda göstərilmişdir ki, 2021-ci il ərzində 552.569,21 manat məbləğində satış əməliyyatı həyata keçirilmiş, o cümlədən həmin il elektron qaimə faktura məlumatlarına əsasən 531.588,28 manat məbləğində xərc göstəricisi olmuş, bunun 352.130,28 manat hissəsi “X7” MMC-dən, "xxxx" MMC- dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edildiyi müəyyən edilmişdir ki, həmin əməliyyatlar riskli əməliyyat kimi qiymətləndirilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında İddiaçı MMC-nin yuxarıda adları qeyd olunan, riskli vergi ödəyicisi hesab edilən müəssisələrlə apardığı əməliyyatlara dair elektron qaimələrlə yanaşı həmin müəssisələrin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar da öz əksini tapmışdır. İş materiallarının 112-113-cü (“Riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş eqaimə fakturalar” barədə məlumat) səhifələrində öz əksini tapmış məlumata əsasən İddiaçı MMC-nin yuxarıda adları qeyd olunan, riskli vergi ödəyicisi hesab edilən müəssisələrlə aparılmış ümumilikdə 352.130,28 manat məbləğində əməliyyatların vergi orqanı tərəfindən “riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarların tarixindən, həmçinin vergi ödəyicisinin risk pəncərəsinə işlənmə tarixindən əvvəl aparıldığı müəyyən edilir ki, o cümlədən: Riskli vergi ödəyicisi hesab edilən müəssisələrlə Vergi "xxxx" MMC-nin apardığı əməliyyatlara dair e- ödəyicisinin Risklinin qərarı qaimə fakturalarda olan məlumatlar risk adı tarixi seriya nömrəs dəyəri pəncərəsinə tarixi tarixi nömrəsi "xxxx" xx.xx.20 EBB 69812 i 4835,90 xx.xx.2022 xx.xx.20 **********27130 "X7" xx.xx.20 EBB 70852 3824,10 xx.xx.2022 xx.xx.20 **********26850 "LİFETİME xx.xx.20 EBB 654960 47135,00 xx.xx.2022 xx.xx.20 **********26850 "xxxx" xx.xx.20 EBB 152431 133541,85 xx.xx.2022 xx.xx.20 **********23910 "xxxx" xx.xx.20 EBB 474133 4842,00 xx.xx.2022 xx.xx.20 **********23910 "xxxx" xx.xx.20 EBB 474355 35287,00 xx.xx.2022 xx.xx.20 **********23910 "xxxx" xx.xx.20 EBB 693067 36079,25 xx.xx.2022 xx.xx.20 **********23910 "xxxx" xx.xx.20 EBB 790627 _J32039,6 xx.xx.2022 xx.xx.20 **********23910 "xxxx" xx.xx.20 EBB 29339 4545,55 xx.xx.2022 xx.xx.20 **********64380 YEKUN 352.130,2 8 Cavabdehin iddiaçıya münasibətdə “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" kimi dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh heç bir qərar qəbul edilmədən iddiaçının riskli vergi ödəyicisi kimi göstərilməsini etiraf etmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 №-li Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur). Cavabdeh iddia ərizəsinə qarşı etirazında təsdiq edir ki, iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması və vergidən yayınmaya əsas verilən halların müəyyən edilməsi istiqamətində müvafiq araşdırmalar aparılsa da, hal-hazırda vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdir. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır. Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ-nin xx.xx.2023-cü il tarixli, **********402100 № li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən, 106315,84 (110513,84 - 4198,0 (20.990 x 20 %)) manat əlavə verginin hesablanması hissəsində ləğv olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı MMC-dən 200 (iki yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********402100 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən, İddiaçınə 106315,84 (110513,84 - 4198,0 (20.990 x 20 %)) manat əlavə verginin hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən (VÖEN: **********, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 34A. Mənzil 45) 200 (iki yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************; Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar