Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-823/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçılar Ağazadə Afət Rəşid qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası həkim, həkim-cərrah işləyir), İddiaçı16 Niyaz oğlunun (Gədəbəy rayonunda qeydiyyatdadır, əczaçı-provizor işləyir), Bağırova Natəvan Şəmistan qızının (Bakı şəhərində qeydiyyatdadır, işləmir), İddiaçı12 Bilal oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası müəllim, müəllim işləyir), İddiaçı10 Musa oğlunun (Bakı şəhərində qeydiyyatdadır), İddiaçı3 Sübhi oğlunun (Bakı şəhərində qeydiyyatdadır), Məmmədova Ruhiyyət Əksəriyyət qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası müəllimə, müəllimə işləyir), Quliyev Sahib Həmid oğlunun nümayəndəsi Quliyeva Fidan Ağakamal qızının (Bakı şəhərində qeydiyyatdadır), iddiaçıların nümayəndəsi, vəkili Həsənov Əkrəm Şirvan oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas. peşəsi vəkil), cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir), üçüncü şəxs “xxxx” ASC-nin vəkili və nümayəndəsi Mirzəliyev Rüfət Əsəd oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), üçüncü şəxs “xxxx” firmasının nümayəndəsi Bəşirov Asif Bəşir oğlunun (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, iddiaçılar İddiaçı14, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X3, İddiaçı12, İddiaçı13, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızının, İddiaçı16 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın ləğv edilməsi barədə iddia tələbi üzrə inzibati işə üçüncü şəxs qismində “xxxx” firması və “xxxx” ASC cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı14, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X5, İddiaçı12, İddiaçı13, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı, İddiaçı16 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, “xxxx” firması ilə iddiaçılar arasında alqı-satqı müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələrə əsasən iddiaçılar ünvan 1 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan binada qeyri-yaşayış sahələri əldə etmişlər. Sonradan cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair “xxxx” firmasına Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Daha sonra isə cavabdeh dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan binada qeyriyaşayış binası və 0,2704 ha torpaq sahəsi “xxxx” ASC-nin xeyrinə 09.07.2015-ci il tarixində yüklü edilmişdir. İddiaçılar cavabdeh tərəfindən “xxxx” firmasına qeyd edilən əmlakla bağlı Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsini qanunsuz hesab edirlər. Belə ki, “Azərbaycan Respubikası Mülki Məcəlləsinin 147-ci maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 6-8,9,10,11,12,14,15,17-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 2.0.1, 3.0.85 və 3.0.6-cı yarımbəndlərinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 7-ci hissəsinin tələblərinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üün aşağıdakı sənədlər tələb edilir: müşayiət məktuu, xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyriyaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayı sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, hüquq əldə edən tərəfindən mənzilin və ya qeyriyaşayı sahəsiin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatı; hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, dövlət rüsumunun təsdiq edilməsi barədə sənəd, plan cizgi, ərizə (hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir), tikintiyə icazə sənədləri. Həmin sənədlər olmadığı halda mübahisələndirilən qeydiyyatın aparılması qanunsuzdur. İddiaçıla göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 09.07.2008-ci il tarixli sərancam və müvafiq torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış-hüquqmüəyyənedici sənədləri əsasında, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarəyə ünvanladığı 15.12.2010-cu il tarixli, 05/04-719 nömrəli məktubu nəzərə alınmaqla, “xxxx” firmasının adına ********** nömrəli 24.12.2010-cu il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Belə ki, hal-hazırda sözügedən qeyri-yaşayış binası ASC “xxxxın” xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa sözügedən qeyri-yaşayış binasının üzərində Səbail rayon məhkəməsinin 2(009)-3689/2018 nömrəli, 06.11.2018-ci il tarixli qərardadı, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-523/2017 nömrəli, 27.01.2017-ci il tarixli icra vərəqəsi, eləcədə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 5(005)-485/2016 nömrəli, 05.05.2016-cı il tarixli qərarı ilə həbs qoyulmuşdur. Həmçinin Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7924/2018 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1247/19 nömrəli bildirişləri İdarəyə daxil olmuş, lakin müvafiq məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamaışdır. Cavabdeh göstərilənlənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçılar Ağazadə Afət Rəşid qızı, İddiaçı16 Niyaz oğlu, Bağırova Natəvan Şəmistan qızı, İddiaçı12 Bilal oğlu, İddiaçı10 Musa oğlu, İddiaçı3 Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Quliyev Sahib Həmid oğlunun nümayəndəsi Quliyeva Fidan Ağakamal qızı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçıların nümayəndəsi, vəkili Həsənov Əkrəm Şirvan oğlu məhkəmə iclasındakı çıxışında göstərmişdir ki, mübahisələndirilən qabaqcadan qeydiyyat qanunvericiliyin tələbləri pozulmaqla, yəni tələb olunan sənədlər təqdim olunmadan həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci maddəsinin; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 6, 9, 11,14, 15 və 17ci maddələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli, 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün o cümlədən aşağıdakı sənədlər tələb edilir: ərizə (hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir); dövlət rüsumunun ödənilməsi haqqında sənəd; plan-cizgi; tikintiyə icazə sənədləri. Cavabdeh tərəfindən sözügedən daşınmaz əmlakla bağlı sənədlər qovluğu məhkəməyə təqdim edilmişdir. Həmin qovluğun araşdırılması zamanı məlum olmuşdur ki, qovluqda “Mars M” firmanın rəhbəri X8 tərəfindən qabaqcadan qeydiyyatın həyata keçirilməsi ilə bağlı 04.12.2010-cu il tarixdə əl ilə şirkət blankında yazdığı ərizə vardır. Bəşirov digər məhkəmə proseslərində iddia edir ki, belə bir ərizə göndərilməyib və ümumiyyətlə həmin dövrdə Azərbaycanda olmamışdır. Buna görə də onun bu prosesdə izahat verməsi barədə vəsatət verilmiş, lakin təmin edilməmşdir. Qovluqda 25.12.2010-cu il tarixli ödəniş qəbzinin surəti vardır. Halbuki daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, qeydiyyat nömrəsi ********** olan qabaqcadan qeydiyyatın tarixi 24.12.2010-cu ildir. Yəni qeydiyyat dövlət rüsumu ödənilmədən aparılmışdır. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Yəni qeydiyyat anında hüquq əmələ gəlirsə, dövlət rüsumu hansı əsasla ondan sonra ödənilmişdir. Qovluqda “Plan-cizgi” sənədi yoxdur. Cavabdeh plan-cizgi kimi “Mars M” firmasının imza və möhürü belə olmayan hansısa eskiz layihəsini qələmə verməyə çalışır. Hətta həmin sənədi plan-cizgi hesab edilsə belə, onu “Mars M” təqdim etməli idi. Niyə firma rəhbərliyinin imza və möhürü yoxdur? Digər tərəfdən qovluqda həmin eskiz layihəsinin əsli də yoxdur, adi kserokopiyadır. Qovluqda cavabdehin özünün əməkdaşlarının imza və möhürü yoxdur. Belə çıxır ki, bu sənədi cavabdeh özü tərtib etmiş, “Mars M” tərəfindən təqdim edilmiş plan-cizgi deyildir. Dövlət orqanı qabaqcadan qeydiyyatı plan-cizgi adlı sənəd təqdim olunmadan həyata keçirilmişdir. Tikiliyə icazə sənədləri kimi cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 09.07.2008-ci il tarixli, 327 nömrəli sərəncamı qələmə verilir. “Memarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən, tikintiyə icazə - memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədidir. Memarlıq layihəsinin qabaqcadan təsdiqi barədə heç bir məlumat yoxdur. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin Fərmanının 2.2-ci bəndinə əsasən tikintiyə icazəni verməli olan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi yoxdur. Yerli icra hakimiyyəti orqanları dedikdə isə yalnız Nərimanov rayon İcra Hakimiyyəti ehtiva edilmir, ilk növbədə Bakı şəhəri İcra Hakimiyyəti nəzərdə tutulur. Belə ki, həmin dövrdə qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”nin 7-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı həmin Əsasnamə ilə müəyyən edilən bütün vəzifələri həyata keçirir. Əsasnamənin 31-ci maddəsinin 1-ci bəndinin 1-ci hissəsinə görə isə o, həmçinin şəhərin ərazisində aparılan tikintilərin layihələrini təsdiq edir. Bəs hanı layihə təsdiqi? Sərəncam nəyə əsasən verilib? Yerli icra hakimiyyətinin belə səlahiyyəti nəzərdə tutulmayıb. O, yalnız layihəni təsdiq etməldir. X13 Nazirliyi Tikintidə Təhlükəsizliyə X15 X1 Baş İdarəsinin 12.11.2008-ci il tarixli rəyi vardır. Necə ola bilər ki, rəy sərəncamdan sonra verilmişdir? Bəs onda Sərəncam nəyə əsasən verilmişdir? Həm də Sərəncamda “əsaslı bərpa”dan, rəydə isə tikintidən gedir. Sərəncamın 1-ci bəndində “razılaşdırılmış layihə” xatırlanır. O hanı? Niyə qovluqda yoxdur? Qovluğun 4-cü bəndində “Mars M” firmasına tövsiyyə edilmişdir ki, “bərpa işləri başa çatdıqdan sonra obyektin texniki pasportunun və digər müvafiq sənədlərin tərtib olunması məqsədi ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” müraciət etsin. Bəs onda niyə cavabdeh işlər bitməmiş qabağcadan qeydiyyatı həyata keçirib? Niyə tikintiyə icazə sənədi hesab etdiyi Sərəncama əməl etməyib? İddiaçıların vəkili və nümayəndəsi Həsənov Əkrəm Şirvan oğlu göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi və vəkili Mirzəliyev Rüfət Əsəd oğlu məhkəmə iclasındakı çıxışında iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıların sözügedən qeyri-yaşayış binasına subyektiv hüquqları yoxdur, bununla bağlı Ali Məhkəmənin inzibatiiqtisadi kollegiyasının və Konstitusiya Məhkəməsi Plenumunun qərarları mövcuddur. Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi və vəkili Mirzəliyev Rüfət Əsəd oğlu çıxışının sonunda iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmidir. Üçüncü şəxs “xxxx” firmasının nümayəndəsi Bəşirov Asif Bəşir oğlu məhkəmədən iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçıların iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: MAA-17/09 nömrəli, 17.11.2009-cu il tarixli, MHK/19-11 nömrəli, 19.01.2013-cü il tarixli, 08.10.2012-ci il tarixli, M Ə-E/30/04/12 nömrəli, 30.04.2012-ci il tarixli, M-İ-01/09 nömrəli, 05.05.2009-cu il tarixli, 05.12.2009-cu il tarixli, MRF/05-12 nömrəli və MRF/28-10 nömrəli, 28.10.2011-ci il tarixli, 22.03.2009-cu il tarixli, M-QS 03/09 №li, M-İ-01/09 nömrəli, 05.05.2010-cu il tarixli, 08.07.2009-cu il tarixli, M/HA 07/09 №li, 02.09.2009-cu il tarixli, M- ZƏ/2-09 nömrəli, 08.07.2009-cu il tarixli, M/MY 07/09 nömrəli, 26.11.2009-cu il tarixli, MK- Z/26-11 nömrəli, 05.07.2012-ci il tarixli, M-m A/05-12 nömrəli, 05.07.2012-ci il tarixli, M-M A/05-12 nömrəli, 05.03.2013-cü il tarixli, 29.05.2012-ci il tarixli, 11.01.2010-cu il tarixli və s.müqavilələrə və arayışlara əsasən iddiaçılar ünvan 3 ünvanda binada müxtəlif ölçülü qeyri-yaşayış sahələrini satın almışlar və qeyri-yaşayış sahələrinin dəyərini ödəmişlər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21.02.2018-ci il tarixli, 2(005)-797/2018 nömrəli qətnaməsinə əsasən ünvan 3 ünvanda binanın birinci mərtəbəsində yerləşən sahəsi 72 kv metr olan 8 nömrəli mağazanın “xxxx” firması tərəfindən iddiaçı Hüseynov Anar Allahverən oğlunun sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Cavabdehin iddiaçılara ünvanlanmış 31.01.2020-ci il tarixli məktubuna əsasən iddiaçılar cavabdehə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən qeyri-yaşayış binasına dair “xxxx” firmasının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən qabaqcadan qeydiyyat arayışının ləğv edilməsini xahiş etmişlər, lakin həmin müraciət təmin edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş arxiv qovluğunda olan sənədlərə əsasən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyata alınmış “xxxx” firmasının nizamnaməsinə əsasən Bakı şəhəri, S.Vurğun küçəsi,120 ünvanda yerləşən “xxxx” firması “xxxx” X21 Müəssisəsinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən çıxarışa əsasən “xxxx” firması 16.06.1998-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən “xxxx” firması ünvan 5 ünvanda yerləşən “xxxx” X19 Müəssisəsinin əmlakının mülkiyyətçisidir. “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” haqqında 12.10.2009-cu il tarixli, 2308 nömrəli müqaviləyə əsasən “xxxx” firması Bakı şəhəri, Vurğun küçəsi,120 ünvanda 2704 kv metr torpaq sahəsini satın almışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri S.Vurğun küçəsində 0,19426 ha torpaq sahəsində yerləşən 120 nömrəli binada 1627,3 kv metr ümumi, 374,4 kv metr əsas, 1252,9 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli və ******* nömrəli çıxarışa əsasən ünvan 7 ünvanda 0,2704 ha torpaq sahəsi 16.06.2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə “xxxx” firmasının adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən “xxxx” firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. “xxxx” firmasının cavabdehə ünvanlanmış 04.12.2010-cu il tarixli, 39 nömrəli məktubuna əsasən həmin firma Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanda yerləşən və tikilməkdə olan qeyri-yaşayış binasının qabaqcadan qeydiyyatının aparılmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən hüquq sahibi “xxxx” firmasının adına qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 16100,5 kv metr olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ qeydə alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən edilmişdir ki, ünvan 7 ünvanda 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 120 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə “xxxx” firmasının adına qeydiyyata alınmışdır, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən “xxxx” firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir, “xxxx” firması tərəfindən həmin bina sökülmüşdür, əvəzində inşa ediləcək tikili üzərində qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 16100,5 kv metr olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ qeydə alınmışdır.”xxxx” firması ilə bağlanmış müqavilələrə əsasən iddiaçıların satın aldıqları qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması həmin qabaqcadan qeydiyyatla bağlı mümkün olmadığı üçün iddiaçılar həmin daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi barədə cavabdehə müraciət etmişlər, müraciətləri təmin edilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün ərizə (hüquqi şəxsin ərizəsi rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir), dövlət rüsumuun ödənilməsi haqqında sənəd, plan-cizgi, tikintiyə icazə sənədləri tələb olunur ki, həmin sənədlər qeydiyyat aparılan zaman mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əssən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında təlimat”ın 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir (2 nömrəli əlavə). Həmin Təlimatın 1.4-cü bəndinə əsasən, bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə qabaqcadan dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə). “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Frespublikası Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş arxiv qovluğunda “xxxx” firmasının hüquqlarının qabaqcadan qeydiyyatı üçün təqdim edilmiş sənədlər sırasında “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsində sadalanan sənədlər mövcuddur. Belə ki, işin faktiki hallarına əsasən iddiaçıların ləğv edilməsini tələb etdikləri arayışın verilməsi üçün hüquq sahibi kimi qeyd edilmiş “xxxx” firması tərəfindən ərizə ilə cavabdehə müraciət edilmişdir, həmin ərizə hüquqi şəxsin blankında yazılmış və “xxxx” firmasının möhürü ilə təsdiq edilmişdir, belə bir ərizənin mütləq qaydada çap edilmiş şəkildə olması qanunvericilikdə nəzərdə tutulmamışdır, qovluqda plan-cizgi adlı sənəd vardır və qanunvericilikdə həmin plan-cizginin müraciət edən şəxs tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi nəzərdə tutulmamışdır, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsas – torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış da mövcuddur, habelə tikintiyə icazə verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 09.07.2008-ci il tarixli, 327 nömrəli sərəncamı da hüququn qabaqcadan qeydiyyatı zamanı tikintiyə icazə sənədi kimi təqdim edilmişdir, hüququn qabaqcadan qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd də mövcuddur, həmin sənədin 25.12.2010-cu il tarixindən, qeydiyyatın isə 24.12.2010-cu ildə aparılması ilə bağlı iddiaçı tərəfinin bildirdiklərinə gəldikdə isə qeydiyyatı aparan orqan qeydiyyatın aparılması haqqında sənədin dövlət rüsumu ödənildikdən sonra verilməsini bildirir və bu halın qanunvericiliyə zidd olması müəyyən olunmur.Belə ki qeydiyyatın aparılması tarixinin qeydiyyatın aparılması barədə arayışın verilməsi tarixi ilə üst –üstə düşməsi, habelə arayış verildikdən sonra rüsumun ödənilməsi hazırda müəyyən edilməmişdir. İddiaçıların mübahisələndirilən qabaqcadan hüququn dövlət qeydiyyatı haqqında arayışda qeyd edilən əmlakdakı qeyri-yaşayış sahələrini satın almalarına dair müqavilə bağlamaqlarına və həmin qeyri-yaşayış sahələri üzərində hüquq əldə etmələrinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı “xxxx” firmasının cavabdeh ASC “xxxx”na qarşı aralarında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası və cavabdeh ASC “Xalq” Bankın iddiaçı “xxxx” firmasına qarşı 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətt müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17000000 ABŞ dolları məbləğində əsas borcun, 2388957,46 ABŞ dolları məbləğidə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində cərimə faizlərinin, cəmi 19400119,08 ABŞ dolları və 26.05.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 26000000 manat məbləğində təyin olunması barədə qarşılıqlı iddia tələbinə və müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-zadə Afət Rəşid qızının və Hacıyeva Könül Rəşid qızının cavabdehlər “xxxx” firmasına və “xxxx” ASC-yə qarşı həmin qurumlar arasında bağlanmış 08.07.2015ci il tarixli, **********58815/SİM nömrəli “Sonrakı ipoteka müqaviləsi”nin Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv metr olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin İddiaçı14 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv metr sahəsi olan 1 №li mağazanın, həmin mərtəbədə yerləşən 30,2 kv metr qeyri-yaşayış sahəsinin, İddiaçı1 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 25,6 kv metr 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi tələbinə dair işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasında 17.07.2019-cu il tarxdə 2-2(102)-285/2019 №li işə baxılan zaman və həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarından “xxxx” ASC-nin şikayəti əsasında Ali Məhkəmənin həmin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində yoxlanılması zamanı baxılan zaman iddiaçıların iddia ərizələrində istinad etdikləri müqavilələr nəzərdən keçirilməklə müvafiq qiymət verilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında ifadə olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir.Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci mddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanın özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən mülkiyyətçi olur.Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişsə və ya bilməli idisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.Beləliklə əşya üzərində mülkiyyət, habelə ipoteka və s.kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları pozulmur”. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı14, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X3, İddiaçı12, İddiaçı13, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızının, İddiaçı16 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinn Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçılar İddiaçı14, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X3, İddiaçı12, İddiaçı13, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızının, İddiaçı16 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-823/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-823/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver