Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-823/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasında iddiaçıya təyin edilmiş 2-ci qrup əlilliyin “hərbi xidmət dövrü ilə əlaqədər” sözünün əvəzinə döyüş tapşırığını yerinə yetirərkən cavabdehin xx.xx.2020-ci il tarixli 84 nömrəli qərarını əsas götürərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədər” əlillik təyin edilməsi barəsində arayışın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasında iddiaçıya təyin edilmiş 2-ci qrup əlilliyin “hərbi xidmət dövrü ilə əlaqədər” sözünün əvəzinə döyüş tapşırığını yerinə yetirərkən cavabdehin xx.xx.2020-ci il tarixli 84 nömrəli qərarını əsas götürərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədər” əlillik təyin edilməsi barəsində arayışın verilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası iddiaya dair etirazında bildirmişdir ki, Əli-Bayramlı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə xx.xx.1996-cı ildə aldığı, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu “Sol budun qəlpə yaralanmasından sonrakı bitişməmiş dəri çapığı və funksiyasının müvəqqəti pozulması’’ diaqnozlu yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası (MN MHHK) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2 bəndinin ç)yarımbəndinə əsasən, xx.xx.2020-ci il tarixdə “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmət keçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin İddiaçı travma haqqında arayışı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2 bəndinin “ç” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “a" yarımbəndinin '3-cü abzasında qeyd olunur ki, “əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa” onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır" kimi təyin edilir. Bu hal vətəndaşın xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışla təsdiq olunmalıdır. Lakin İddiaçı hansı şəraitdə yaralanması ilə bağlı hərbi hissə komandirinin arayışı komissiyaya təqdim olunmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin "ç” yarımbəndinə əsasən, vətəndaş İddiaçı yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsi “Yaralanmadır, hərbi xidmət dövründə alınmışdır" kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Vətəndaş İddiaçı təyin edilmiş yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə uyğun olaraq, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Məhkəmənin 03 avqust 2021-ci il tarixli məktubları ilə iddiaçıya buraxılmış prosesual müddətin bərpası üçün ərizə verilməsi hüququ izah olunmuş, iddia ərizəsində göstərilmiş iddia tələbinin dəqiqləşdirilməsi tövsiyyə olunmuşdur. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (xx.xx.2021-ci il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmənin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il ,xx.xx.2022, xx.xx.2022-ci və 28 iyul 2022-ci -ci il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş,işin halların və mübahisənin vəziyətinin müzakirə prosesində iştirak etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasında iddiaçıya təyin edilmiş 2-ci qrup əlilliyin “hərbi xidmət dövrü ilə əlaqədər” sözünün əvəzinə döyüş tapşırığını yerinə yetirərkən cavabdehin xx.xx.2020-ci il tarixli 84 nömrəli qərarını əsas götürərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədər” əlillik təyin edilməsi barəsində arayışın verilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasında iddiaçıya təyin edilmiş 2-ci qrup əlilliyin “hərbi xidmət dövrü ilə əlaqədər” sözünün əvəzinə döyüş tapşırığını yerinə yetirərkən cavabdehin xx.xx.2020-ci il tarixli 84 nömrəli qərarını əsas götürərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədər” əlillik təyin edilməsi barəsində arayışın verilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-823/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-823/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver