Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8230/2025 03.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu X7nə qarşı “torpaq sahəsinin planının hazırlanması, cizginin tərtib edilməsi, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, yerquruluşu işlərinin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayonu X7nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X4 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin planının hazırlanması, cizginin qanunvericiliyə uyğun olaraq tərtib edilərək naturadan torpaq sahəsinə uyğunlaşdırılması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və yerquruluşu işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər Binəqədi rayonu X4 xx.xx.2011-ci il tarixli 683 nömrəli “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” Qərara əsasən, X4 ərazi hüdudlarında vətəndaş X2 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300m2 torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. -Binəqədi rayonu Binəqədi qəsəbəsi Bələdiyyəsi tərəfindən X3 təklif olunana 3000 kv.m torpaq sahəsinin planın əsasən, həmin torpaq sahəsinin yerləşmə vəziyyəti təsvir olunmuş və X4 mütəxəssisi V.S.Xəlili tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. -Torpaqların Alqı-Satqısına dair Müqaviləyə əsasən X5 tərəfindən xx.xx.2005-ci il tarixdə bələdiyyə orqanına torpaq sahəsi barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və X7 ərazisində 300 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2005-ci il tarixli 1826 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Binəqədi rayon X4 xx.xx.2025-ci il tarixli 01/M/2561 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı adma rəsmiləşdirilmiş X4 683 saylı 26 avqust 2011-ci il tarixli sərəncam və torpaq sahəsinin ayrılmasına aid eskiz və ödəmə qəbzi X4 arxivində saxlanılır. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -Binəqədi rayonu X4 xx.xx.2011-ci il tarixli 683 nömrəli “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” Qərara əsasən X4 ərazi hüdudlarında vətəndaş X2 və İddiaçı razılıq ərizələri və müraciətlərini nəzərə alaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh Binəqədi Rayon X4 xx.xx.2025-ci il tarixli 02/H-947 nömrəli iddiaçıya ünvanlanan məktubda bildirilmişdir ki, Nəzarətsizlikdən zəbt olunaraq tikinti inşaat işləri aparılmış iddiaçı olduğunuz torpaq sahəsinin təqdim etdiyiniz esgiz-sxeminin hüdudlarına daxil olmasının müəyyən olunması yalnız koordinat nöqtələri olduğu halda mümkün hesab edilir. Narazı qaldığınız təqdirdə Sizə aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, ilkin olaraq Torpaq sahəsi X4 xx.xx.2005-ci il tarixli qərarı və Torpaqların Alqı-Satqısına dair Müqavilə əsasında X3 ayrılmışdır. Qərara əsasən torpaq sahəsinin planı tərtib edilərək X4 möhürü ilə təsdiq edilmişdir. Daha sonra həmin torpaq sahəsi Binəqədi Rayonu X4 xx.xx.2011-ci il tarixli 683 nömrəli qərarı ilə sözügedən 300 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Hazırki iddiasında iddiaçı sözügedən torpaq sahəsinə dair plan-cizginin verilməsini mübahisələndirir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Məhkəmə qeyd edir, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə Binəqədi rayonu X7 tərəfindən sözügedən torpaq sahəsinə dair tərtib edilmiş, bələdiyyənin mütəxəssisi tərəfindən imzalanaraq və möhürlə təsdiq edilmiş planı (yerləşmə cizgisi) mövcuddur. X1 adına tərtib edilmiş olsa belə eyni torpaq sahəsi barədə olduğuna görə, bir torpaq sahəsinə dair plan verildiyi təqdirdə, yenidən eyni planın tərtib olunmasına zərurət yoxdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, Binəqədi Rayonu X7 tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerləşmə planı(cizgisi) mövcuddur. Belə olan halda aydın olur ki, torpaq sahəsinə əlavə olaraq yenidən yerləşmə cizgisinin tərtibinə qanuni əsas və hüquqi zərurət yoxdur. Bununla da hazırkı halda iddiaçı cavabdehin iddiaçının müraciətindən imtinası, hərəkət və ya hərəkətsizliyi ilə hüquq və qanunla qorunan mənafeləri pozduğunu əsaslandırmamışdır. Odur ki, cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8230/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8230/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver