Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8234/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 117.67 kv.m olan 2 otaqlı 108 nömrəli mənzilinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzil sahəsinə dair mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, 2 otaqlı 108 nömrəli mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 izahatında bildirdi ki, 25 sentyabr 2018-ci il tarixli, 33/18 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 117.67 kv.m olan 2 otaqlı 108 nömrəli mənzili iddiaçıya satılmışdır. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən həmin mənzil sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və arayışda heç bir borcunun olmadığı qeyd edilmişdir. İddiaçı uzun müddətdir ki, qeyd edilən mənzildə yaşayır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş Eii-07/21 (NK-D/o-7927/21) saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin sifarişçisinin Azərbaycan Respublikasının Baş Prokurorluğu ("xxxx" MTK) göstərilsə də, qeyd olunan mənzilə dair hüquqmüəyyənedici sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edildiyi qeyd edilərək iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsasız və qanunsuzdur. Belə ki, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 02 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasının əsaslı tikinti işlərinin yerinə yetirilməsini "xxxx" MMC-yə sifariş vermişdir. Daha sonra tərəflər arasında bağlanmış 02 dekabr 2011ci il tarixli 02 nömrəli müqaviləyə əlavə olaraq bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 2.1-ci maddəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasında “19 ədəd 2, 27 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.659,73 kv.m. sahəsi olan 50 ədəd mənzil "xxxx" MMC-yə verilmişdir. Göründüyü kimi, "xxxx" MMC tam qanuni əsaslarla istifadəsində olan mənzili iddiaçıya satmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş Eii-07/21 (NK-D/o-7927/21) saylı, xx.xx.2021ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin sifarişçisi Azərbaycan Respublikasının Baş Prokurorluğu ("xxxx" MTK) göstərilmişdir. Lakin qeyd olunan mənzilə dair sənədlər toplusuna əlavə edilmiş hüquqmüəyyənedici sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Bu səbəblərdən iddiaçıya xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində 2942A saylı məhəllədə inşa edilmiş yaşayış binasında yerləşən 108 saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş Eii-07/21 (NK-D/o-7927/21) saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin sifarişçisi Azərbaycan Respublikasının Baş Prokurorluğu ("xxxx" MTK) göstərilmişdir. Lakin qeyd olunan mənzilə dair müraciətinizə əlavə edilmiş hüquqmüəyyənedici sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlə hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Sifarişçi "xxxx" MTK və İcraçı "xxxx" MMC arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 02 nömrəli müqavilənin surətindən görünür ki, Sifarişçi təqdim edilmiş layihə-smeta sənədlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasının əsaslı tikintisi işlərinin yerinə yetirilməsini İcraçıya sifariş verir, İcraçı isə qeyd edilən işlərin yerinə yetirilməsi və Sifarişçiyə 2 il müddətində təhvil verilməsini öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MTK və "xxxx" MMC arasında imzalanmış xx.xx.2011ci il tarixli, 02 saylı müqaviləyə xx.xx.2013-cü il tarixli əlavənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə 17 mərtəbəli 3 girişli yaşayış binasında tikinti işlərinin sürətləndirilməsi məqsədi ilə xx.xx.2011-ci il tarixdə bağlanmış 02 nömrəli müqavilənin 2.1-ci maddəsinin üçüncü abzasına aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: «19 ədəd 2, 27 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.659,73 kvadratmetr sahəsi olan 50 ədəd mənzil "xxxx" MMC-yə verilir». İş materiallarında olan İcraçı "xxxx" MMC və Sifarişçi İddiaçı arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 33/18 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İcraçı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının «B» blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 117.67 kv.m olan, 2 otaqlı 108№-li mənzilin bütün tikinti-quraşdırma işlərinin görülməsini, Sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlərlə aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, A-33/18 nömrəli maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən 25 sentyabr 2018-cu il tarixli, 33/18 saylı müqaviləyə əsasən 108 saylı mənzilə görə ödəniləsi 72.955,00 manat tam şəkildə ödəniİmişdir. Hal-hazırda İddiaçı heç bir borcu yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, məhəllə 2942A ünvanında bir neçə bina dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-3795 nömrəli məktubla Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş xx.xx.2021-ci il tarixli, Eii-07/21 (NK-D/o-7927/21) nömrəli “Tikintisi obyektinin istismarına icazə”nin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan “Tikintisi obyektinin istismarına icazə”nin təsdiq edilmiş surətindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ("xxxx" MTK) tikinti obyektinin istismarına icazə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MTK və "xxxx" MMC arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 02 nömrəli müqaviləyə əsasən təqdim edilmiş layihəsmeta sənədlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasının əsaslı tikintisi işlərinin yerinə yetirilməsi "xxxx" MMC-yə sifariş verilmişdir. Eyni zamanda "xxxx" MTK və "xxxx" MMC arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 02 saylı müqaviləyə xx.xx.2013-cü il tarixli əlavəyə əsasən həmin binasında tikinti işlərinin sürətləndirilməsi məqsədi ilə xx.xx.2011-ci il tarixdə bağlanmış 02 nömrəli müqavilənin 2.1ci maddəsinin üçüncü abzasına 19 ədəd 2, 27 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.659,73 kvadratmetr sahəsi olan 50 ədəd mənzil "xxxx" MMC-yə verilməsini nəzərdə tutan üçüncü cümlə əlavə edilmişdir. "xxxx" MMC və İddiaçı arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 33/18 saylı müqaviləyə əsasən isə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının «B» blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 117.67 kv.m olan, 2 otaqlı 108№-li mənzil iddiaçı tərəfindən satın alınmış, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmiş, iddiaçının həmin mənzilə görə borcu yoxdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş xx.xx.2021-ci il tarixli, Eii-07/21 (NK-D/o-7927/21) nömrəli “Tikintisi obyektinin istismarına icazə”nin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir və həmin sənəddən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ("xxxx" MTK) tikinti obyektinin istismarına icazə verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir, onun həmin mənzilə görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən mənzilin istismarına razılıq verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı mənzilin yerləşdiyi bina istismara qəbul edildiyi, aldığı mənzilə görə borcu olmadığı üçün, bununla da iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası əsassız hesab edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansı birinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, 2 otaqlı 108 nömrəli mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-8234/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8234/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver