Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8235/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 12 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, məhkəmə mübahisələri üzrə iş şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 16.02.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəlüdlü iddiaçının hazırda 59 yaşı vardır. 18.06.1979-cu il tarixindən etibarən (42 il) əmək fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini (təxminən 35 ildən çox müddətini) insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyəti ilə məşqul olmuşdur. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ 16.02.2019-cu il tarixindən yaranmışdır. Belə ki, 21.06.1982-ci ildə (Əmr N-248k, 22.06.1982-ci il) İTŞ quyuların süni və əsaslı təmiri sexinə 4-cü dərəcəli traktorçu peşəsinə, 07.08.1982-ci ildə (Əmr N-406k, 24.09.1982-ci il) İTŞ quyuların süni və əsaslı təmiri sexinə 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə, 01.03.1989-cu ildə (Əmr N-27k, 01.03.1989-cu il) Neft və qaz üçün istismar və kəşfiyyat quyularının 5-ci dərəcəli qazmaçı köməkçisi işinə, 07.08.1994cü ildə (Əmr N-24, 07.08.1994-cü il) Neft və qaz üçün istismar və kəşfiyyat quyularının 3cü dərəcəli dülgər işinə, 27.12.1994-cü ildə “DASQ” kiçik müəssisəsində 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə, 01.05.1996-cı ildə (Əmr N-178/k, 30.04.1996-cı il) "Bibiheybətneft" NQÇİ-nin Xüsusi Texnika sexinə 5-ci dərəcə üzrə qaldırıcı maşinist vəzifəsinə qəbul edilmiş, 10.01 2008-ci ildə (Əmr N-8/k. 10.01.2008-ci il) 1, 2, 3, 4, 5 №-li Neft Qazçıxarma sexlərinin tərkibində olan Quyuların yeraltı təmir briqadalarının və Xüsusi Texnika sexinin bazasında "Quyuların yeraltı təmiri və xüsusi texnika sexi" yaradılmış, bununla əlaqədar olaraq 10.01.2008-ci il tarixindən "Quyuların yeraltı təmir və xüsusi texnika sexinə 5-ci dərəcəli qaldırıcı maşinisti peşəsinə keçirilmiş, 01.12.2010-cu ildə (Əmr N-306/k, 01.12.2010-cu il) “Azneft” İB-nin 01-07/9232 saylı 04.11.2010-cıı il tarixli məktubuna və "Bibiheybətneft" NQÇİ-nin 331 saylı 19.11.2010-cu il tarixli "struktur dəyişikliyi haqqında” əmrinə əsasən yeni yaradılmış Xüsusi Texnika sexinə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir. İddiaçı cavabdehə rəsmi şəkildə müraciət etmiş, cavabdeh isə öz növbəsində 16.06.2021-ci il tarixli **********9 nömrəli məktub əsasında güzəştli şərtlərlə pensiya təyinatı barəsində iddiaçının tələbinə imtina etmişdir. İmtinanın səbəbi olaraq ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Ərizəyə əlavə olunmuş arayışdan da göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün 14 il 0 ay 0 gün (arayışın verildiyi tarixə) iş stajı və bundan əlavə 42 il ümumi iş stajı vardır. Buna görə də, iddiaçı cavabdehin göstərdiyi səbəb ilə razı deyil. Quyuların yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsinin (4%), quyuların yeraltı təmiri üzrə operator peşəsinin və quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsinin əmək şəraiti ağır və zərərli peşələr hesab olunduğu üçün vəzifə (tarif) maaşına əmək şəraitinə görə (8%) əlavə ödəniş təyin edilir. İddiaçı hesab edir ki, hazırkı iddia ərizəsi üzrə cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır, onun münasibətdə iş stajına topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin 28.06.2019-cu il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən, həmin tarixdən ona güzəştli yaşa görə əmək pensiyası təyin edilməlidir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onun 25 il sığorta stajı, eləcə də, 12,5 ildən çox xüsusi iş stajı olduğundan, onun həmin xüsusi iş stajı işlədiyi müəssisə tərəfindən verilmiş arayıça əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, ona güzştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşdan, yəni 16.02.2019-cu il tarixdən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndi əsasında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 2 gün (18.06.1979-21.04.1980-ci il, 21.06.1982-21.02.1989-cu il, 01.03.1989-30.07.1994-cü il, 07.08.1994-25.12.1994-cü il, 27.12.1994-26.04.1996-cı il və 01.05.1996-01.01.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. Belə ki, iddia tələbini təsdiq edən sübut qismində iddiaçı şəxsiyyət vəsiqəsinin, ekskavator maşınçısı ixtisası barədə 61 nömrəli texniki peşə məktəbi tərəfindən verilmiş attestatın, Dövlət sosial siğorta şəhadətnaməsinin, ərizənin, əmək kitabçasının surətini və təsdiq edilmiş tərcüməsini, cavabdehin 16.06.2021-ci il tarixli imtina məktubunu və iş stajı haqqında arxiv arayışını məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, 01.09.1979-cu il tarixdən 15.04.1980-ci il tarixədək texniki peşə məktəbində təhsil almış, 10.05.1980-ci il tarixdən 10.05.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 18.06.1979-cu il tarixdən 06.09.1979-cu il tarixədək, 21.06.1982-ci il tarixdən 21.02.1989-cu il tarixədək, 01.03.1989-cu il tarixdən 30.07.1994cü il tarixədək, 07.08.1994-cü il tarixdən 25.12.1994-cü il tarixədək, 27.12.1994-cü il tarixdən 26.04.1996-cı il tarixədək, 01.05.1996-cı il tarixdən 30.11.2020-ci il tarixədək müxtəlif iş yerlərində işləmişdir, iddiaçı ona 16.02.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 2 gün (18.06.1979-21.04.1980-ci il, 21.06.1982- 21.02.1989-cu il, 01.03.1989-30.07.1994-cü il, 07.08.1994-25.12.1994-cü il, 27.12.1994- 26.04.1996-cı il və 01.05.1996-01.01.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Cavabdeh iddiaçının ümumi iş stajını müəyyən edərkən onun 10.05.1980- 10.05.1982-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddətini nəzərə almamış, umimi stajının 24 il, 3 ay, 2 gün təşkil etdiyini müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir, həmin qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:...21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Yuxarıda istinad olunan qanunvericiliyinin normalarından göründüyü kimi müddətli həqiqi hərbi xidmət dövrü iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 15.02.2019-cu il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 2021-ci ilin mart ayında müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya 16.02.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı 16.02.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-8235/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8235/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver