Məhkəmə qərarları › İş №2-1(112)-8235/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8235/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8235/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə (Bakı şəhəri, Sarayev küçəsi, ev 18, mənzil 191-də qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135.56 kv.m. olan 3 otaqlı 80 nömrəli mənzilinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzil sahəsinə dair mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə olun barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin adının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəyişdirilməsi nəzərə alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən 80 nömrəli mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8235/2022 saylı 21 iyul 2022-ci il tarixli qərardadı əsasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, 30 mart 2021-ci il tarixli, 08/21 saylı müqaviləyə əsasən «X2» MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135.56 kv.m. olan 3 otaqlı 80 nömrəli mənzili 108448 (yüz səkkiz min dörd yüz qırx səkkiz) manata iddiaçıya satılmışdır. Həmçinin «X2» MMC tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli, 08/21 saylı maliyyə arayışına əsasən həmin mənzil sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və arayışda heç bir borcunun olmadığı qey edilmişdir. İddiaçı qeyd edilən mənzildə yaşayır. O Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 117.67 kv.m. olan 2 otaqlı 108 mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq cavabdeh xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş Eii-07/21 (NK-D/o-7927/21) saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin sifarişçisi-Azərbaycan Respublikasının Baş Prokurorluğu ("xxxx" MTK) göstərilmişdir. Lakin qeyd olunan mənzilə dair müraciətə əlavə edilmiş hüquqmüəyyənedici sənədlər "xxxx" MMC tərəfindən təsdiq edildiyindən müraciətdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsasız və qanunsuzdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, “Sifarişçi” adlanırılacaq "xxxx" MTK ilə “İcraçı” adlandırılacaq "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 02 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasının əsaslı tikinti işlərinin yerinə yetirilməsini "xxxx" MMC-yə sifariş vermişdir. Daha sonra tərəflər arasında bağlanmış 02 dekabr 2011ci il tarixli 02 nömrəli müqaviləyə əlavə olaraq bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin üçüncü abzasına Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasında “19 ədəd2, 27 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.659,73 kv.m. sahəsi olan 50 ədəd mənzil "xxxx" MMC-yə verilməsi əlavə edilmişdir. Tərəflər arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli 02 nömrəli müqaviləyə xx.xx.2013cü il tarixdə edilmiş əlavəyə dəyişiklik barədə 30 aprel 2014-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin üçüncü abzasına Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasında “17 ədəd 2, 29 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.700,16 kv.m. sahəsi olan 50 ədəd mənzil "xxxx" MMC-yə verilməsi əlavə edilmişdir. Göründüyü kimi, "xxxx" MMC tam qanuni əsaslarla istifadəsində olan mənzili ona satmışdır. İddiaçı əlavə olaraq qeyd edir ki, "xxxx" MMC-nin adı sonradan dəyişdirilərək «X2» MMC olmuşdur və hazırda fəaliyyət göstərməklə Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində «X2» MMC adı ilə qeydiyyata alınmışdır. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 kv.m olan 3 otaqlı 80 nömrəli mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzil sahəsinə dair mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı tərəfindən müvafiq mənzilə dair hüququların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasına dair verilmiş Eii-07/21 (NK-D/o-7927/21) saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin sifarişçisi - Azərbaycan Respublikasının Baş Prokurorluğu ("xxxx" MTK) göstərilmişdir. Lakin qeyd olunan mənzilə dair müraciətinizə əlavə edilmiş hüquq müəyyənedici sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, müvafiq mənzilin sənəd üzrə ölçüsü 135,56 kv.m olsa da, faktiki sahəsi 132,8 kv.m-dir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçının nümayəndəsinə **********29 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X3 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi T.Əliyev etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - «X2» MMC ilə İddiaçı arasında bağlanan 30 mart 2021-ci il tarixli, 08/21 saylı müqavilənin 1.1-ci bəndindən görünür ki, «İcraçı» Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135.56 kv.m. olan 3 otaqlı 80 nömrəli mənzilin bütün tikinti-quraşdırma işlərinin görülməsini, “Sifarişçi” isə həmin müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlərlə aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə müqavilənin 1.1-ci maddəsində göstərilən mənzilin 1 kv.metrinin qiyməti 800 manat, mənzilin ümumi dəyəri 108448 (yüz səkkiz min dörd yüz qırx səkkiz) manat müəyyən edilmişdir. -«X2» MMC tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli, 08/21 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən 80 nömrəli mənzilə görə ödəniləsi 108448 (yüz səkkiz min dörd yüz qırx səkkiz) manat məbləğ tam şəkildə ödənilmişdir, Hal-hazırda İddiaçı heç bir borcu yoxdur. - «X2» MMC tərəfindən təsdiqlənmiş 30 mart 2021-ci il tarixli, 08/21 saylı kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, 80 saylı mənzilə dair 108448 (yüz səkkiz min dörd yüz qırx səkkiz) manat pul vəsaiti kassaya mədaxil edilmişdir. - "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 02 saylı müqavilənin 2.1-ci bəndindən görünür ki, “Sifarişçi” təqdim edilmiş layihə-smeta sənədlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasının əsaslı tikinti işlərinin yerinə yetirilməsini "xxxx" MMC-yə sifariş vermişdir. -02 dekabr 2011-ci il tarixli 02 nömrəli müqaviləyə əlavə olaraq bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin üçüncü abzasına Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasında “19 ədəd2, 27 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.659,73 kv.m. sahəsi olan 50 ədəd mənzilin "xxxx" MMC-yə verilməsi əlavə edilmişdir. Qeyd olunan 50 ədəd mənzilin nömrələri qeyd olunmaqla "xxxx" MTK tərəfindən siyahı tərtib edilərək təsdiq edilmişdir. Məhkəmə araşdırmaı zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sorğuya cavab məktubu əsasında Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş Eii-07/21 (NK-D/o-7927/21) saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan istismara icazə sənədindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 05 may 2021-ci il tarixdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ("xxxx" MTK) tikinti obyektinin istismarına icazə verilmişdir. -"xxxx" MTK tərəfindən verilən 28 iyun 2022-ci il tarixli Arayışdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 31/20 saylı məktubuna əsasən "xxxx" MMC-yə məxsus 110 saylı mənzil 80 saylı mənzillə dəyişdirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, «X2» MMC ilə İddiaçı arasında bağlanan 30 mart 2021-ci il tarixli, 08/21 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135.56 kv.m. olan 3 otaqlı 80 nömrəli mənzil 108448 (yüz səkkiz min dörd yüz qırx səkkiz) manat ödənilməklə iddiaçı tərəfindən satın alınmışdır. İddiaçı mənzilin dəyərini tam şəkildə ödəmiş və hazırda heç bir borcu yoxdur. "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 02 saylı müqaviləyə əsasən sözügedən binanın əsaslı tikinti işlərinin yerinə yetirilməsini "xxxx" MMC-yə sifariş vermişdir. 02 dekabr 2011-ci il tarixli 02 nömrəli müqaviləyə əlavə olaraq bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin üçüncü abzasına Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasında “19 ədəd2, 27 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.659,73 kv.m. sahəsi olan 50 ədəd mənzilin "xxxx" MMC-yə verilməsi əlavə edilmişdir. Qeyd olunan 50 ədəd mənzilin nömrələri qeyd olunmaqla "xxxx" MTK tərəfindən siyahı tərtib edilərək təsdiq edilmişdir.Göründüyü kimi çoxmərtəbəli yaşayış istismara icazə sənədinə əsasən təqdim olunmuş sənədlərə uyğun olaraq tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 05 may 2021-ci il tarixdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ("xxxx" MTK) tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı ilk öncə mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla buna dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 12 aprel 2022-ci il tarixli **********29 nömrəli imtina məktubu ilə iddiaçının Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135.56 kv.m. olan 3 otaqlı 80 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş Eii-07/21 (NK-D/o-7927/21) saylı, xx.xx.2021ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin sifarişçisi- Azərbaycan Respublikasının Baş Prokurorluğu ("xxxx" MTK) göstərilmişdir. Lakin qeyd olunan mənzilə dair müraciətə əlavə edilmiş hüquqmüəyyənedici sənədlər "xxxx" MMC tərəfindən təsdiq edildiyindən müraciətdən imtina etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir və imtinası ilə razılaşmır. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair verilmiş Eii-07/21 (NK-D/o- 7927/21) saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin sifarişçisi-Azərbaycan Respublikasının Baş Prokurorluğu ("xxxx" MTK) göstərildiyi, lakin qeyd olunan mənzilə dair müraciətə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, mübahisə predmetini təşkil edən mənzil "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 02 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasının əsaslı tikinti işlərinin yerinə yetirilməsini "xxxx" MMC-yə sifariş vermişdir. Daha sonra tərəflər arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli 02 nömrəli müqaviləyə əlavə olaraq bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin üçüncü abzasına Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasında “19 ədəd2, 27 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.659,73 kv.m. sahəsi olan 50 ədəd mənzil "xxxx" MMC-yə verilməsi əlavə edilmişdir. Tərəflər arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli 02 nömrəli müqaviləyə xx.xx.2013-cü il tarixdə edilmiş əlavəyə dəyişiklik barədə 30 aprel 2014-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin üçüncü abzasına Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli 3 girişli yaşayış binasında “17 ədəd 2, 29 ədəd 3 və 4 ədəd 4 otaqlı olmaqla 6.700,16 kv.m. sahəsi olan 50 ədəd mənzil "xxxx" MMC-yə verilməsi əlavə edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməsilə bağlı mübahisəli məqamların olduğuna istinad etsə də, məhkəmə araşdırması zamanı bu halı sübut edəcək əsaslı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil iddianın təmin edilməməsi üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən 80 nömrəli mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68-ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən 80 nömrəli mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar