Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8242/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablayanaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixində anadan olmuşdur. xx.xx.2021-ci il tarixində iddiaçının 60 yaşı tamam olub. xx.xx.2021-ci il tarixinə kimi iddiaçı ümumi 25 ildən və güzəştli şərtlərlə əmək pensiya hüququ verən sahə üzrə 12 il yarımdan çox sığorta stajına malik olmuşdur. Belə ki iddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərində hərbi xidmətdə olub (2 il 7 gün); xx.xx.1981-ci il tarixdən xx.xx.1081-ci il tarixli 121/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) 3 nmrəli sahəyə 3-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə işə qəbul edilib; xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixli 08/k nömrəli əmrə əsasən 4-ci dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçilmişdir; xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixli 140/k nömrəli əmrə əsasən 5-ci dərəcəli konstruksiya quraşdırıcısı quraşdrıcısı peşəsinə keçilmişdir; (cəmi 2 il 11 ay 8 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş); xx.xx.1983-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilib. xx.xx.1997-ci il il tarixli 71/k nömrəli əmrə əsasən “Xəzərdəniznedtqaztikinti” trestinin X3 5-ci dərəcəli texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir; xx.xx.1998cü il tarixli 44/k nömrəli əmrə əsasən 6-ci dərəcəli texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçilmişdir; xx.xx.1998-cü il tarixli 223/k nömrəli əmrə əsasən 6ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə keçilmişdir; (3 il 4 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş) xx.xx.2001-ci il tarixdə idarənin ləğv edilməsi əsasıyla işdən azad edilib. xx.xx.2001-ci il il tarixli 37/k nömrəli əmrə əsasən “Xəzərdəniznedtqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6cı dərəcəli elektrik qaynaqçısı peşəsində işə qəbul edilmişdir; (4 il 2 ay 7 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş) - xx.xx.2005-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilib; xx.xx.2005-ci il il tarixli 39/k nömrəli əmrə əsasən “Xəzərdəniznedtqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işə qəbul edilmişdir; (1 il 4 ay 3 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş) xx.xx.2006-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilib; xx.xx.2006-cı il tarixli 98/k nömrəli əmrə əsasən “Xəzərdəniznedtqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işə qəbul edilmişdir; (3 ay 18 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş) xx.xx.2007-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və qaynaq aparan və elektrik peşəsi güzəştli iş kimi nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının 60 yaşı tamam olan günə kimi ümümi 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il yarımdan artıq stajı mövcuddur. İddiaçı 3 may 2022-ci il tarixində tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanı birdəfəlik hesablayaraq ona ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 05 iyul 2022-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İmtinanın əsası kimi konstruksiya quradırıcısının güzəştli peşə sahəsi kimi nəzərə alınmaması qeyd olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablayanaq ona ödənilməsi barədə qərar qəbul olunmalıdır. İddiaçı dair H3 seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli hərbi biletin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunandan (12 il 6 ay) az olduğu qeyd edilmişdir (8 il 3 ay 22 gün). Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Belə ki, İddiaçı tərəfindən cavabdeh orqana güzəştli arayış qismində SOCAR-ın "xxxx" trestinin 25 fevral 2022-ci il tarixli SOCAR**********30020123X00010 nömrəli və 15 fevral 2022-ci il tarixli SQCAR**********30490075X00097 nömrəli arxiv arayışları təqdim edilmişdir. Sözügedən arxiv arayışlarda iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin X1 konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) sözügedən Arxiv arayışlarda göstərilməmişdir. Yuxarıda qeyd olunan səbəblərə görə, sözügedən arayışlarda qeyd olunan konstruksiya quraşdırıcısı vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndinin (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid olmağını müəyyən etmək olmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 22 gün (xx.xx.1998- xx.xx.2001-ci il, xx.xx.2001- xx.xx.2005-ci il, 11,07.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birnövdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə goyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1978-ci il tarixdə 39k saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən Azərbaycan Dağzənginləşdirmə k-t əsas təmir sahəsinə birinci dərəcəli yol fəhləsi qəbul edilmişdir. xx.xx.1979-cu il tarixdə 76k saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən şimal-qərb yatağına birinci dərəcəli köməkçi fəhlə keçirilmişdir. xx.xx.1979-cu il tarixdə 79k saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən Sovet Ordusu sıralarına çağırıldığına görə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə 121/k saylı xx.xx.1981-ci il tarixli əmrə əsasən “Azmorneftstroy” TMİ-3 trestinə 3-cü dərəcəli kontruksiya montajçısı qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə 8/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən polad və dəmir-beton konstruksiyaların montajı üzrə 4-cü dərəcə verilmişdir. xx.xx.1983-cü il tarixdə 140/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən polad və dəmir-beton konstruksiyaların montajı üzrə 5ci dərəcə verilmişdir. xx.xx.1991-ci il tarixdə 18/k saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə 15 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən "xxxx" Kiçik Müəssisəsinə 5-ci dərəcəli quraşdırıcı qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdə 21 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən öz xahişinə əsasən işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə 71 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Fərdi Əmək Müqavilələri (kontraktları) barədə” Qanun və onunla xx.xx.1997-ci il tarixdə tarixdə bağlanmış fərdi əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq “XDNTİ” TR- Tİ X2 texnoloji boru kəmərinin quraşdırılması üzrə 5-ci dərəcəli quraşdırıcı qəbul edilmişdir. xx.xx.1998-ci il tarixdə 44-k saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən texnoloji boru kəmərinin quraşdırılması üzrə 6-cı dərəcəli quraşdırıcı təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə 223-k saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən əl ilə qaynaqda 6-cı dərəcəli elektrik qaynaqçısı keçirilmişdir. xx.xx.0001-ci il tarixdə 34 saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-A bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə 4-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 4-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 6cı dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 114-k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına xx.xx.2005-ci il tarixdə 39 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 5 saylı sahəyə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdə 268 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsi ilə 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına keçirilmişdir. xx.xx.2006-cı il tarixdə 268-k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2006-cı il tarixdə “Xəzərdənizneftqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 5 saylı Dübəndi sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə 17-k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinə xx.xx.2007-ci il tarixdə 66/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən 8 saylı Təmir İstismar Sahəsinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə 140/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Təmir İstismar Sahəsi Təmir Tikinti Sahəsi adlandırılmışdır. xx.xx.2001-ci il tarixdə 376/k saylı xx.xx.2011-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinə xx.xx.2012-ci il tarixdə 38-k saylı xx.xx.2012-cı il tarixli əmrə əsasən 1 №-li Nəqliyyat Sexinə 4-cü dərəcə ilə avtomobil sürücüsü qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə 409-k saylı xx.xx.2016-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən təqdim edilmiş SOCAR**********30020123X00010 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən: İddiaçı -xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 121/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) 3 nömrəli sahəyə 3-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı -xx.xx.1983-cü il tarixindən xx.xx.1983cü il tarixli 08/k nömrəli əmrə əsasən 4-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçirilmişdir. İddiaçı -xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixli 140/k nömrəli əmrə əsasən 5-ci dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçirilmişdir. İddiaçı- xx.xx.1991ci il tarixindən xx.xx.1991-ci il tarixli 18/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. İddiaçı -xx.xx.1997-ci il tarixli 71/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin X3 5-ci dərəcəli texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.1998-ci il tarixli 44/k nömrəli əmrə əsasən 6-cı dərəcəli texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixli 223/k nömrəli əmrə əsasən 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. İddiaçı - xx.xx.2001-ci il tarixli 37/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddənin “a” bəndinə uyğun olaraq (idarənin ləğv edilməsi ilə əlaqədar) işdən azad edilmişdir. İddiaçı - xx.xx.2001-ci il tarixli 04/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.2005-ci il tarixli 114/k nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı - xx.xx.2005-ci il tarixli 39/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.2006-cı il tarixli 268/k nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı - xx.xx.2006-cı il tarixli 98/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.2007-ci il tarixli 18/k nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən İddiaçı təqdim edilmiş SOCAR**********30490075X00097 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Müraciətdə qeyd edilən “konstruksiya quraşdırıcısı” peşəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin X8 sorğu kitabçalarının işlənib hazırlanması haqqında" 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3), həmçinin bundan öncə qüvvədə olmuş SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nın 17 iyul 1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (hissə 3) “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsində öz əksini tapmamışdır. Çalışdığı sahəyə uyğun olan, “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasına (hissə 3} daxil edilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinin əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmirbeton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir. Çalışdığı “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsi “Neft Daşları”nda yerləşmiş, fəaliyyətinin əsas istiqamətləri hidrotexniki qurğuların təmiri və tikintisi işləri olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qanunun 90.2-ci maddəsinə əsasən isə normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 13 iyul 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda, SOCAR-ın "xxxx" trestinin sizə dair 25 fevral 2022-ci il tarixli SOCAR**********30020123X00010 nömrəli və 15 fevral 2022-ci il tarixli SOCAR**********30490075X00097 nömrəli arxiv arayışlarında xx.xx.1981-xx.xx.1991-ci il və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən trestin Tikinti Quraşdırma İdarəsində konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Sözügedən arayışlarda qeyd olunan məlumatlardan göründüyü kimi işlədiyi vəzifə qeyd olunan Siyahı üzrə müəyyən edilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 22 gün (xx.xx.1998-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005- ci il, xx.xx.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə müvafiq məlumatları əks etdirən iş yerinin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14-2-14/2-1050/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində konstruksiya quraşdırıcısı peşəsində işləmişdir. Əmək stajı 9 il 2 ay 6 gün təşkil edir. İşçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. İddiaçı işlədiyi “konstruksiya quraşdırıcısı” peşəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin X8 sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif- ixtisas sorğu kitabçasında (hissə 3), həmçinin bundan öncə qüvvədə olmuş SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nın 17 iyul 1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (hissə 3) “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsində öz əksini tapmamışdır. İddiaçı çalışdığı sahəyə uyğun olan, “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasına (hissə 3) daxil edilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinin əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmir-beton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir. “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) "xxxx" trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. İddiaçı “Xəzərdənizneftqaztikinti” trestinin X1 xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsində çalışmışdır. Əmək stajı 1 il 9 gün təşkil edir. İddiaçı işlədiyi texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsi Siyahının 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsinə 9 fevral 2024-cü il 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2.4-cü yarımbəndi ilə əlavə edilmiş “texnoloji boru kəmərlərinin quraşdırıcıları” peşəsi ilə uyğunluq təşkil edir. “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının eyni adlı bölməsinin “a) fəhlələr” alt bölməsində də öz əksini tapmışdır (kod: 2290000а—14612). “Texnoloji boru kəmərlərinin quraşdırıcıları” peşəsi isə həmin alt bölmədə yoxdur. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” və “Azərdənizneftinşaat” trestlərinin bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 14-2-14/2-1657/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində konstruksiya quraşdırıcısı peşəsində işləmişdir. Əmək stajı 9 il 2 ay 6 gün təşkil edir. İşçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. İddiaçı işlədiyi “konstruksiya quraşdırıcısı” peşəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin X8 sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif- ixtisas sorğu kitabçasında (hissə 3), həmçinin bundan öncə qüvvədə olmuş SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nın 17 iyul 1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (hissə 3) “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsində öz əksini tapmamışdır. “Konstruksiya quraşdırıcısı” adlı peşə "xxxx" trestində mövcud peşələr siyahısında yoxdur. Trestdə həmin peşəyə oxşar olan, “Tikinti, quraşdırma və təmir- tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasına (hissə 3) daxil edilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinin əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmir- beton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir. “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) "xxxx" trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. İddiaçı “konstruksiya quraşdırıcısı” peşəsi üzrə yerinə yetirdiyi işlərin xüsusiyyətini, həmin peşənin “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsi ilə eyniliyini müəyyən etməyə imkan verən zəruri məlumatları özündə əks etdirən müvafiq sənədlər "xxxx" trestinin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-1-63091/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı dair 13 iyul 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında, SOCAR-ın "xxxx" trestinin ona dair 15 fevral 2022-ci il tarixli SOCAR **********30490075X00097 nömrəli, 25 fevral 2022-ci il tarixli SOCAR **********30020123X00010 nömrəli arxiv arayışlarında və 13 iyun 2024-cü il tarixli 14- 2- 14/2-1050/2024 nömrəli arayışında onun xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Azərdənizneftinşaat trestinin 3 saylı Tikinti Quraşdırma idarəsində konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin arayışlarda qeyd olunan məlumatlardan göründüyü kimi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinin əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmir-beton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir. Onun çalışdığı Azərdəmirneftinşaat trestinin 3 saylı Tikinti Quraşdırma idarəsi “Neft Daşları”nda yerləşmiş, işlədiyi vəzifənin funksiyaları yuxarıda qeyd olunan işlər deyil, hidrotexniki qurğuların təmiri və tikintisi işləri olmuşdur. Buna görə də İddiaçı işlədiyi vəzifə yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az 09 il 4 ay (xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il və xx.xx.2005- xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 27 ildən çoxdur və mübahisələndirilmir, lakin güzəştli iş stajı 12 il 6 aydan az olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X5 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair ilk dəfə xx.xx.2022-ci ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək ən azı 25 il təşkil etməsi işin mübahisəsiz halıdır. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı güzəştli iş stajı 12 il 6 aydan azdır. Belə ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin X1 konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) sözügedən Arxiv arayışlarda göstərilməmişdir. Yuxarıda qeyd olunan səbəblərə görə, sözügedən arayışlarda qeyd olunan konstruksiya quraşdırıcısı vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndinin (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid olmağını müəyyən etmək olmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 22 gün (xx.xx.1998-xx.xx.2001-ci il, xx.xx.2001- xx.xx.2005-ci il, 11,07.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı çalışdığı konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsi əmək kitabçasında qeyd edilsə də, ümumiyyətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin X8 sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif- ixtisas sorğu kitabçasında (hissə 3), həmçinin bundan öncə qüvvədə olmuş SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nın 17 iyul 1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (hissə 3) “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsində öz əksini tapmamışdır. “Konstruksiya quraşdırıcısı” adlı peşə "xxxx" trestində mövcud peşələr siyahısında yoxdur. Trestdə həmin peşəyə uyğun olan vəzifə “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasına (hissə 3) daxil edilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsidir ki, onun da əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmir-beton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir. “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) "xxxx" trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin X1 konstruksiya quraşdırıcısı vəzifəsində işləməsi həm iddiaçının əmək kitabçası, həm işəgötürən tərəfindən verilmiş arayışlarla təsdiq edilir və cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda, iddiaçının əmək kitabçasında qeyd edilən, əslində isə "xxxx" trestində mövcud peşələr siyahısında və “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif- ixtisas sorğu kitabçasında müstəqil qeyd edilməyən, faktiki olaraq mövcud olmayan və əvvəllər də mövcud olmamış “Konstruksiya quraşdırıcısı” vəzifəsində işləməsi qəbul edildiyi və ümumi stajı mübahisələndirilmədiyi halda, əmək kitabçasında natamam qeyd edilmiş “konstruksiya quraşdırıcısı” vəzifəsinə yeganə uyğun gələn - “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” vəzifəsində işləməsini cavabdehin hansı səbəbdən qəbul etməməsi aydın deyil və məhkəmə cavabdehin bu əsasla imtinasını iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, “Konstruksiya quraşdırıcısı” vəzifəsi iddiaçının işlədiyi müəssisələrdə mövcud olmamışdır və həmin peşəyə uyğun olan polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsi olmuşdur. “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) "xxxx" trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən dövrlər də nəzərə alınmaqla zərərli işlərdə ən azı 12 il 6 ay stajı mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş). Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdən yaranmış, xx.xx.2022-ci il tarixə qədər müraciət etmədiyindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir. İddiaçı qeyd edilən dövrdə məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamışdır, eləcə də müraciətin həmin xx.xx.2022-ci il tarixədək edilməsinin iddiaçının iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2019-cu tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-8242/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8242/2024
04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver