Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8243/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Nəsimi RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınmaları öhdəliyinin Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində İddiaçı1 və cavabdeh qismində Nəsimi RPİ-ni göstərməklə, məhkəmədən İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyinin Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi RPİ-yə ünvanlanmış 14 mart 2023cü il tarixli yaşayış yeri üzrə qeydiyyata alınmaya dair ərizə təmin edilməmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin tələbinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanununun 5-ci maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Hazırda ərizədə qeyd olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla ərizəçilərin istifadəsində olan, mülkiyyət hüququ ilə heç kimə məxsus olmayan, barəsində heç bir mübahisə mövcud olmayan və ərizəçilərin daimi yaşadıqları fərdi yaşayış evidir. Belə ki, 1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu işğal edildikdən sonra 1993-cü ilin oktyabr ayında 3 nəfər - X11 (ailə başçısı; vəfat edib), X6 (arvadı; vəfat edib) və X14 (oğlu; vəfat edib) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. xx.xx.1996-cı il tarixdə həmin 3 nəfər məcburi köçkün kimi adı şəkilən ünvanda müvəqqəti qeydiyyata alınmışlar. Hal-hazırda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı1 (ailə başçısının oğlu), İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı3, 2011-2012-ci illərdən etibarən İddiaçı6 (ailə başçısının nəvəsi), İddiaçı7 (ailə başçısının nəvəsi,), 2005-ci ildən etibarən İddiaçı2 (ailə başçısının qızı) və İddiaçı3 (ailə başçısının nəvəsi,) qeydiyyatsız yaşayırlar. Bu fakt Bakı şəhər Nəsimi rayonu Mənzil - Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil - Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışla təsdiq olunur. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 2V-84 nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli vəsiyyətnamə ilə vəsiyyət edən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında qeydiyyatda olan, mərhum X14 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakının qardaşının oğlu İddiaçı4 mülkiyyətinə verilməsini vəsiyyət etmişdir. Göründüyü kimi yaşayış sahəsi 1993-cü ildən ərizəçilərin istifadəsində olmuş, yaşayış sahəsində quraşdırılmış "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-yə məxsus sayğaclar X7 adına qeydiyyata alınmışdır. Həmçinin qeyd etmək lazımdır ki, həmin mənzil ərizəçilərin orada ilk məskunlaşdığı dövrdə, yəni 1993-cü ildə yaşayış üçün bir o qədər əlverişli olmamış, indiyədək olan uzun müddət ərzində ərizəçilər tərəfindən külli miqdarda xərc çəkilərək abadlaşdırılmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan: AZE seriyalı 0******* № li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1950-ci il təvəllüdlü Həsənov X10 rayonu, Həkərli kəndində qeydiyyatdadır. 1 saylı Bakı “Asan xidmət” mərkəzində xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını İddiaçı4 oğluna vəsiyyət etmişdir. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil - Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş: - 08 №li 03 fevral 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun 12 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən mərhum X11, onun aravadı mərhum X6 və oğlu mərhum X14 ilə birlikdə ünvan 5 ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdan keçmişdir. - 12 №li 04 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş qonşuların ərizəsinə əsasən İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı7 Ak. Həsən Əliyev küçəsi ev 2, mənzil 143 saylı ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********49 nömrəli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsi ev 2, 143 saylı mənzil (indiki ünvan 14 olaraq xx.xx.1998-ci il tarixdə X1 adına, xx.xx.2020-ci il tarixdə X2 adına qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Məktuba əlavə olunmuş: - Sərəncamın surətindən müəyyən olunur ki, X8 (ailə tərkibi 1 nəfər olmaqla) ünvan 7 ünvanına Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 611 №li “Ermənistan qaçqını X1 ailə tərkibi 1 nəfər olmaqla İnqilab küçəsi-2, mənzil 143-ə daimi pasport qeydiyyatına götürülməsi haqqında” Sərəncamına əsasən qeydiyyata alınmışdr. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsi, ev 143 (Yeni qaydalarla: AZ 1078, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyatdan keçmişdir. Məktuba həmçinin “Fərdi yaşayış evinin yenidən qurulması haqqında” Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 512 №li xx.xx.2000-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikası DT və XK tərəfindən verilmiş JN 20475 D №li “Torpaq sahəsinin mülkiyyətə verilməsi” haqqında şəhadətnamə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin: - xx.xx.2023-cü il tarixli, 18/2-14549/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumat müəyyən edilməmişdir. - xx.xx.2023-cü il tarixli, 18/2-25168/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 143 (yeni qaydalarla ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. Nəsimi RPİ QMB-si tərəfindən verilmiş müvəqqəti qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, İddiaçı1 Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qeydiyyata alınmışdır. X4 (Lisenziya № İN/L-522/2017 xx.xx.2017-ci il) tərəfindən İddiaçı1 adına Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X3” tərtib olunmuşdur. Hazırkı tələblə bağlı iddiaçı(lar)nın ərizəsinə cavab olaraq Nəsimi RPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onların Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınmaları üçün, yaşayış sahəsinə köçməyə əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və şəxsiyyəti təsdiq edən sənədləri ilə istənilən “Asan xidmət” mərkəzinə müraciət edə bilərlər. Yuxarıda qeyd olunan sənədlər təqdim edilmədikdə on(lar)un göstərilən ünvana qeydiyyata alınmağı qanuna müvafiq deyildir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqları izah olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Kontitusiyasının 43-cü mddəsi: İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə:
1. Azərbaycan Respublikası vətəndaşları (bundan sonra — vətəndaşlar), əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma haqqında məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürür.
9. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız aşağıdakı hallarda: a) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Əsasnamənin 23-3-cü maddəsinin tələbləri nəzərə alınmaqla); b) sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində qapalı ərazilərdə (qanunvericiliklə müəyyən edilmiş şəxslər istisna olmaqla) ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda; v) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; q) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda şəxsi yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İş üzrə müəyyən edilir ki, İddiaçı1 mübahisəli yaşayış sahəsində cavabdeh inzibati orqan tərəfindən müvəqqəti (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) qeydiyyata alınmaqla, qanuni əsaslarla həmin ünvanda yaşayır. İddiaçı yuxarıda qeyd edilən ünvana daimi yaşayış yeri üzrə qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçının daimi pasport qeydiyyatına alınmaq istədiyi fərdi yaşayış evinin ünvanı ilə hazırda xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan fərdi yaşayış evinin (Yeni qaydalarla: ünvan 14 ünvanları eyni olsa da, həmin yaşayış evləri bir-birindən tam təcrid olunmaqla ayrı-ayrı ərazilərdə yerləşirlər. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı sözügedən fərdi yaşayış evində müvəqqəti qeydiyyata alınmaqla, uzun bir zaman fasiləsiz və etirazsız olaraq həmin ünvanda qanuni əsaslarla yaşadığından, cavabdeh inzibati orqanın iddiaçının faktiki yaşadığı həmin ünvana qeydiyyata alınma barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyi Nəsimi RPİ-yə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1950-ci il təvəllüdlü İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nəriman Abıyev