Məhkəmə qərarları › İş №2-1(112)-8249/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8249/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8249/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 27 aprel 2005-ci il tarixli 107 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 27 aprel 2005-ci il tarixli 107 saylı sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 bacıqardaşdırlar. Daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 18, mənzil 2a-da ümumi sahəsi 100,2 kv.m. təşkil edən daşınmaz əmlak qeydiyyatdan keçmişdir. Həmin daşınmaz əmlakda İddiaçı1 payı 2/3 hissə, İddiaçı2 payı 1/3 olaraq müəyyən edilmişdir. İddiaçılara məxsus qeyd edilən daşınmaz əmlakın qeyri-yaşayış faktiki sahəsi 151,5 kv.m, 15 kv.m dam üstü, 40 kv.m zirzəmi, 13 kv.m 2 ədəd anbar, 2 kv.m. sahəsi olan tualet qovşağı da nəzərə alınmaqla 221.5 kv.m. təşkil edir. Qeyd edilən daşınmaz əmlak 1994-cü ildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 24 yanvar 1994-cü il tarixli 92 saylı yazılı razılığı ilə iddiaçıların daşınmaz əmlakının Təbriz küçəsi tərəf, pəncərə yerindən giriş qapısı açılmasına icazə verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 24 may 1995-ci il tarixli M-128 saylı yazılı razılığı ilə iddiaçıların daşınmaz əmlakının Təbriz küçəsi tərəfindən, pəncərə yerindən daha bir giriş qapısı açılmasına icazə verilmişdir. İddiaçılar 2017-ci ilin avqust ayında daşınmaz əmlakı kafetəndir kimi fəaliyyət göstərilməsi üçün tam təmir edərək alınmış avadanlıqla birlikdə 80000 manat vəsait sərf etmişdirlər. Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti başçısının 20 Dekabr 2018-ci il tarixli 435 saylı sərəncamı ilə iddiaçılara məxsus daşınmaz əmlakın mövcud vəziyyətdə təyinatının dəyişdirilməsinə icazə verilmişdir. İddiaçılar öz daşınmaz əmlaklarını notarial qaydada təsdiq olunmuş 14 İyun 2018-ci il tarixli icarə müqaviləsi əsasında aylıq 3000 manat icarə haqqı müqabilində icarəyə vermişdirlər. Bakı şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2005-ci il tarixli 107 saylı qanunsuz sərəncamı ilə iddiaçılara məxsus daşınmaz əmlakın da yerləşdiyi torpaq sahəsi daxil olmaqla həmin ərazidəki çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi üçün 0,78 ha torpaq sahəsi cavabdeh “Aybir" MTK-nın istifadəsinə verilib. Sərəncamın ikinci abzasında göstərilib ki, "xxxx" MTK-ya tikinti üçün ayrılmış ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericiliyə əsasən köçürülməsi, həmçinin vətəndaşlara müavinət ödənilməsi "xxxx" MTK-nın vəsaiti hesabına həyata keçirilsin.” Sərəncamın həmin bəndini əsas götürən "xxxx" MTK öz biznes fəaliyyətini həyata keçirmək niyyətilə 30 Dekabr 2021-ci il gecə 23-dən sonra iddiaçıların razılığı və xəbəri olmadan onların daşınmaz əmlakını içindəki ümumi dəyəri 100.000 manat təşkil edən əşyalarla birlikdə yerlə-yeksan edərək dağıtmış və məhv etmişdir. Bundan əlavə "xxxx" MTK 2019-ci ilin əvvəlindən etibarən iddiaçılara məxsus daşınmaz əmlakın suyunu, elektrikini və qazını kəsərək həmin sahənin təsərrüfat obyekti kimi fəaliyyət göstərməsinə imkan verməyərək 120.000 manatdan çox gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Cavabdeh öz sərəncamında "xxxx" MTK-ya iddiaçıların razılığı olmadan onların mülkiyyətində olan əmlakının sökülməsi səlahiyyəti verməklə iddiaçıların mülkiyyət hüququnu pozub. Cavabdehin sərəncamında isə qanunsuz olaraq "xxxx" MTK tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi nəzərdə tutulmamış, yalnız göstərilmişdir ki, vətəndaşlara müavinət ödənilsin. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 tələbi-Bakı şəhər İcra Hakimiyyətinin 27 aprel 2005-ci il tarixli 107 nömrəli sərəncamının ləğv edilməsindən ibarət olmaqla mübahisələndirmə iddiadır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-397/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarına əsasən, İddiaçı1 və onun vəkilinin iştirakı ilə aparılmış məhkəmə iclasında iddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər: Bakı şəhər İcra Hakimiyyəti, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İddiaçı1, İddiaçı2 və X1) qarşı “sərəncamın ləğv edilməsi və icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2- 1(82)-1555/2019 saylı qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq qərara gəlinmişdir ki, üçüncü şəxs İddiaçı1 tərəfindən veriliş apellyasiya şikayəti təmin edilsin və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2- 1 (82)-1555/2019 saylı qərarı ləğv olunaraq iş üzrə yeni qərar elan olunsun. Həmin qərardan görünür ki, iddiaçıların hal-hazırda mübahisə etdikləri Bakı şəhər İcra Hakimiyyətinin 27 aprel 2005-ci il tarixli 107 nömrəli sənərcamı həmin işin materiallarına əlavə edilmiş və digər sübutlarla yanaşı məhkəmə tərəfindən nəzərə alınmışdır. Göründüyü kimi, iddiaçılar hal-hazırda ləğv edilməsini tələb etdikləri 27 aprel 2005-ci il tarixli 107 nömrəli sənərcam barədə 2019-cu ildə məlumatlı olmasına baxmayaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdirlər. Belə olan halda iddiaçılar tərəfindən cavabdehin qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. Məhkəmə tərəfindən iddiaçılara 27 aprel 2005-ci il tarixli 107 nömrəli sərəncamının mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığı üçün, üzrlü səbəbləri göstərməklə buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu izah etmiş və ərizə verilməsi üçün növbəti məhkəmə iclasınadək müddət müəyyən etmişdir Eyni zamanda, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş, iddiaçılar məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 3.3-cü bəndinə görə, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İddiaçılar məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, qanun və məhkəmənin tələblərini yerinə yetirməmişdirlər. Görünür iddiaçılar onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmirlər. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 27 aprel 2005-ci il tarixli 107 saylı sərəncamının ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar