Məhkəmə qərarları › İş №2-1(112)-825/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-825/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-825/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan iddiaçı - İddiaçı cavabdeh - Baş Dövlət Yol Polis İdarəsinə qarşı “sorğuya cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2019-cu il tarixli informasiya sorğusu ilə tələb edilən Baş X1 İdarəsində istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda iddiaçıya təqdim etmək vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2462/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2021 saylı 29 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və proses iştirakçılarına iclasın vaxtı barədə məlumat verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin 23 avqust 2019-cu il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsini, həmçinin 23 avqust 2019-cu il tarixli informasiya sorğusu ilə tələb edilən Baş X1 İdarəsində istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda iddiaçıya təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 23 avqust 2019-cu il tarixli informasiya sorğusundan görünür ki, iddiaçı həmin sorğuda Baş X1 İdarəsində istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda ünvan üzrə göndərilməsini cavabdehdən xahiş etmişdir. İş materiallarında olan məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 2-1(112)-825/2022 nömrəli sorğudan görünür ki, məhkəmə İddiaçı 23 avqust 2019cu il tarixli informasiya sorğusu əsasında aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini cavabdehdən tələb etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli 016- 81733-1222 nömrəli məktubunda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsindəki cədvəldə göstərilən dövlət qeydiyyat nişanlarında əks olunmuş hərf və rəqəmlərin kombinasiyasından ibarət hal-hazırda sərfiyyatda 77 kodu ilə 003, 004, 300, 400, 600 olan dövlət qeydiyyat nişanlarının mövcud olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 016-81733-1222 nömrəli məktubunun surəti məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-825/2022 nömrəli məktubu ilə İddiaçı göndərilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında SS821676875AZ nömrəli xəbərnamədən göründüyü kimi məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-825/2022 nömrəli məktubu ilə cavabdehin adıçəkilən məktubunun surəti iddiaçıya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Beləliklə, iş materiallarından göründüyü kimi iddiaçının sorğusu məhkəmənin vasitəsilə cavablandırılmışdır və hazırda işin mahiyyəti üzrə mübahisə mövcud deyildir. Odur ki, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi cavabdeh tərəfindən təmin edildiyindən və mübahisə qalmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı “sorğuya cavab verilməsi” tələbinə dair 2-1(112)-825/2022 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar